Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

Böyük Britaniya sefiri: “Sülh Azerbaycan torpaqlarının geri qaytarılması esasında olmalıdır” – MÜSAHİBƏ

Böyük Britaniya səfiri: “Sülh Azərbaycan torpaqlarının geri qaytarılması əsasında olmalıdır” - MÜSAHİBƏ

04/05/2016

11:40

04.05.2016 / 10:35 xeber –

İrfan Sıddıq: “Qutab, basdırma, plov üçün darıxacağam”

 

Bakı. Məlahət Nəcəfova – APA. Böyük Britaniyanın Azərbaycanda diplomatik missiyası başa çatan səfiri İrfan Sıddıqın APA-ya müsahibəsi

 

– Azərbaycanda diplomatik missiyanız başa çatır. Ölkə ilə bağlı təəssüratlarınız necədir? Burada olduğunuz müddətdə bu təəssüratlar hansı istiqamətə dəyişdi?

 

– Azərbaycanda olduğum 3 ilin yekununda ölkə ilə bağlı çox müsbət təəssüratım yarandı. Mənim fikrimcə, Azərbaycan istedadlı insanların çox olduğu qeyri-adi və dinamik ölkədir. Əminəm ki, Azərbaycan böyük uğur və inkişafla müsbət gələcəyə nail olmağa davam edəcək. Dünyanın digər yerlərində Azərbaycanı çox tanımırlar. Lakin son bir neçə il ərzində Azərbaycan daha çox tanınmağa başlayıb. Biz səfirlik olaraq Azərbaycanın Birləşmiş Krallıqda tanınması üçün vasitəçi rolunu oynama çalışırıq. Düşünürəm ki, bu proses uğurla gedir.

 

– Azərbaycanda daha çox nəyi bəyəndiniz? Daha çox nələr üçün darıxacaqsınız?

 

– Mən Azərbaycan yeməklərinin çox böyük fanatıyam. Geri qayıdanda Azərbaycanın bütün yeməkləri – qutab, basdırma, plov üçün darıxacağam. Bununla yanaşı, hava üçün darıxacağam. Londonda hava Bakıdakı kimi gözəl deyil. Burada hava çox küləklidir, mən küləyi çox xoşlayıram. Lakin düşünürəm ki, ən çox buranın insanları üçün darıxacağam. Azərbaycanda çox ağıllı, istedadlı, təhsilli insanlar var. Bizim səfirlikdə də belə insanlar çalışır. Mən səfirlikdəki həmkarlarım üçün çox darıxacağam. Ümumilikdə bütün azərbaycanlılar üçün darıxacağam.

 

– Azərbaycanla Böyük Britaniya arasında çox yaxşı münasibətlər var. Bu münasibətləri daha da inkişaf etdirmək üçün nəyə ehtiyac var?

 

– Qeyd etdiyiniz kimi, münasibətlərimiz çox yaxşı səviyyədədir. Bizim siyasi, ticarət, enerji, insanlararası anlaşma, təhsil sahəsində güclü əlaqələrimiz var. Düşünürəm ki, Birləşmiş Krallıq ticarət əlaqələrində daha çox nələrsə edə bilər. Bizim ticarət əlaqələrimiz daha çox enerji sektorunun, energetika şirkətlərinin üzərinə düşür. Düşünürəm ki, biz Britaniya şirkətlərinin təkcə enerji deyil, kənd təsərrüfatı, turizm, informasiya texnologiyaları, maliyyə sahələrində də daha aktiv olmalarına nail olmalıyıq. Bu, Azərbaycanın inkişafına təkan verə bilər. Hesab edirəm ki, prezidentin də təşəbbüs etdiyi kimi, Azərbaycan iqtisadi islahatlar sahəsində daha çox iş görə bilər. Azərbaycan nə qədər çox islahat aparsa, açıq olsa, müxtəlif ideyalara və iş görməyə açıq olsa, daha çox uğur qazanar. Həqiqətən əlaqələrimizi inkişaf etdirmək yolları mövcuddur.

 

– Bildiyiniz kimi, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çox həssas dövrdəyik. Azərbaycanda işləmiş diplomat kimi necə hesab edirsiniz, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün nələr edilə bilər?  

 

– İlk olaraq mən son zorakılıq hadisəsindən zərər çəkmiş insanlara başsağlığı verirəm. Münaqişənin 25 il ərzində davam etməsi böyük faciədir və hələ də ortada sülh yoxdur. Düşünürəm ki, sülh yolu ilə həllə köklənmək vacib məsələdir. Bilirəm ki, bəzi azərbaycanlılar təmas xəttində baş verən son hadisələrdən çox xoşbəxtdirlər. Çünki Azərbaycan bəzi ərazilərini geri qaytarıb. Ancaq düşünürəm ki, insan itkisi faciədir və bu, həll yolu deyil. İnsanlar sülhü seçməlidir. Düşünəndə ki, niyə Ermənistan tərəfi sülh danışıqları masasına qayıtmağa bu qədər istəkli deyil, hesab edirəm ki, bunun da son bir neçə həftədə təmas xəttində baş verən toqquşmalarla əlaqəsi var. Mən dekabrda Ermənistanda oldum, oradakı həmkarımı ziyarət etdim, bəzi rəsmi şəxslərlə görüşdüm. Mənə dedilər ki, silahlı münaqişə davam edir, Azərbaycan tərəfdən ritorikalar səsləndirilir və bütün bunlar münaqişənin həllinin tapılmasını asanlaşdırmır. Bu, təhlükəsizliyi təmin etmir və onları daha müdafiə olunan edir, erməni tərəfində dəyişikliyə açıq olmaq əvəzinə, vəziyyəti saxlamaq istəyini artırır. Hesab edirəm ki, biz vəziyyəti dəyişmək üçün iki məsələyə diqqət ayırmalıyıq. Diqqət edilməli ilk məsələ odur ki, sülh yolu ilə həlldən sonra hansı növ təhlükəsizlik tədbirləri görüləcəyi aydınlaşmalıdır. Çünki biz Ermənistanla danışanda deyirik ki, sülh Azərbaycan torpaqlarının geri qaytarılması əsasında olmalıdır. Onların dediyi ilk məsələ o olur ki, torpaqları qaytarsalar, Azərbaycana daha yaxın olacaqlar və Azərbaycan üçün onlara hücum etmək asanlaşacaq. Ona görə də onları əmin etmək lazımdır ki, Azərbaycanın torpaqlarını geri qaytardıqdan sonra ermənilərə hücum etmək fikri yoxdur. Ermənistanı əmin etmək lazımdır ki, Azərbaycanın torpaqlarını geri qaytarmaq onu daha təhlükəli vəziyyətə salmayacaq və ya qaytarmamaq daha təhlükəsiz etməyəcək. Çünki indi insanlar hər gün ölür. Azərbaycan torpaqlarının geri qaytarılması ilə yaranacaq yeni vəziyyətdə insan ölümü dayanacaq. İnsanlar təhlükəsiz şəraitdə olacaqlar.

 

İkincisi, sülhün hər iki tərəfə gətirəcəyi faydalardan daha çox danışılmalıdır. Tək təhlükəsizlik baxımından deyil, rifah, regional əməkdaşlıq və tərəflərə fayda baxımından bu barədə danışmaq lazımdır. Buraya həmçinin nəqliyyat, kommunikasiya, ticarət əlaqələri daxildir ki, bu, həm Ermənistan, həm də Azərbaycan xalqının həyatını daha yaxşı, çiçəklənən, təhlükəsiz edə bilər. İndi daha çox mənfi xüsusiyyətlərin üzərinə köklənilir. Müsbət imkanlardan danışmaq əvəzinə, bir tərəf digərini incitmək üçün nə edə bilər, digər tərəf bunun qarşını almaq üçün nə edə bilər kimi məsələlər düşünülür…

 

– Siz Azərbaycanın regionlarında olmusunuz. Azərbaycanın turizm potensialı barədə nə düşünürsünüz? Azərbaycanda britaniyalı turistlər üçün nə cəzbedici ola bilər və ölkəmiz dünyadan turistləri cəlb etmək üçün nə etməlidir? Özünüz Azərbaycana turist kimi gəlməyi planlaşdırırsınızmı?

 

– Mənim Azərbaycanın regionlarını gəzmək üçün kifayət qədər imkanım olub. Naxçıvan, Gəncə, Quba, Şəkil, Qəbələ, Lənkəran, Şamaxı, Astara və bir sıra digər rayonlarda olmuşam. Azərbaycan çox gözəl ölkədir. Balaca ölkə olsa da, geniş təbii xüsusiyyətləri var. Azərbaycan Qafqaz dağlarından, Lerik meşələrindən ibarət çoxsaylı müxtəlifliklərə malikdir. Düşünürəm ki, Azərbaycanın turizm üçün böyük potensialı var. Lakin hesab edirəm ki, turistləri cəlb etmək üçün marketinq və infrastruktur sahəsində irəliləyiş etmək lazımdır. Çünki britaniyalılar üçün 6 saatlıq uçuş çoxdur və viza da ucuz deyil. Düzdür, devalvasiyaya görə bu, indi o qədər də baha deyil, lakin bura digər ərazilərlə müqayisədə britaniyalılar üçün o qədər də cəlbedici görünmür. Ona görə, düşünürəm ki, buranı daha çox cəlbedici və əlçatan etmək üçün çox işlər görülməlidir.

 

Hesab edirəm, mən Azərbaycana bir də qayıdacağam. Burada çoxlu dostlarım və xoş xatirələrim var.

 

– Avropa İttifaqından çıxmağı müzakirə edən bir ölkə kimi Böyük Britaniya “Şərq Tərəfdaşlığı” ölkələri ilə Aİ arasında münasibətlər barədə nə düşünür? Necə hesab edirsiniz, Aİ Azərbaycanla strateji tərəfdaşlığa dair saziş imzalamalıdırmı?

 

– Birincisi, onu deyim ki, Birləşmiş Krallıq Aİ-dən çıxmaq barədə qərar verməyib. Biz Aİ-də qalmaq və ya qalmamaq barədə səs vermək üçün referendum keçirəcəyik. Britaniya hökumətinin mövqeyi ondan ibarətdir ki, biz Aİ daxilində qalmalıyıq, çünki bu, Britaniya xalqı, onun rifahı, təhlükəsizliyi və beynəlxalq əlaqələri üçün faydalıdır. Ona görə də ümid edirəm ki, iyunun 23-də keçiriləcək referendumda Birləşmiş Krallıq xalqı Aİ daxilində qalmağın lehinə səs verəcək. Çünki bu, Britaniyanı daha güclü edəcək.

 

Azərbaycanın Aİ ilə əlaqələrinə gəldikdə isə Avropa İttifaqının onunla qonşuluqda olan bütün ölkələrlə yaxşı əməkdaşlıq əlaqələri qurmaq istəyi var. Azərbaycan Avropa Qonşuluq Siyasəti çərçivəsində “Şərq Tərəfdaşlığı” proqramının bir hissəsidir. Aİ-nin anlamalı olduğu bir məsələ var ki, “Şərq Tərəfdaşlığı” ölkələrinin hamısı eyni deyil. Bütün 6 ölkə bir-birindən fərqlidir. Ona görə də bu ölkələr üçün əməkdaşlıq sazişi eyni olmamalıdır.

 

Azərbaycanın Aİ ilə strateji tərəfdaşlıq sazişi ilə bağlı təklifi Aİ tərəfindən alqışlanıb. Mən hesab edirəm ki, biz bu razılaşmanı imzalamaq üzərində işləməkdən məmnunuq. Hazırda razılaşmanın dəqiq hansı şəkildə olacağı ilə bağlı danışıqlar gedir. Düşünürəm ki, Azərbaycanla əməkdaşlıq və anlaşmanın tam şəklini aydınlaşdırmaq Aİ üçün yaxşı olacaq. Bu, həmçinin Azərbaycan üçün Aİ ilə əməkdaşlıq etmək baxımından yaxşı nəticə verəcək. Azərbaycana texniki, hüquqi, maliyyə dəstəyi vermək baxımından yol açacaq, Azərbaycanın inkişafına kömək edəcək. Düşünürəm ki, bu sənəd mümkün olan bir zamanda Azərbaycanla Aİ-nin imzalamalı olduğu bir sənəddir.

 

– Böyük Britaniya Azərbaycanın həyata keçirdiyi beynəlxalq layihələri dəstəkləyən ölkələrdən biridir. Bu layihələr, o cümlədən dəmir yolu layihələrinin perspektivləri barədə nə düşünürsünüz?

 

– Dediyiniz kimi, Birləşmiş Krallıq Azərbaycanın rəhbərliyi ilə həyata keçirilən beynəlxalq layihələrinin böyük dəstəkçisidir. Bunlara Cənub Qaz Dəhlizi, “Şahdəniz 2”, “Şahdəniz” qazını İtaliyaya daşıyacaq TAP, TANAP layihələri daxildir. Biz Cənub Qaz Dəhlizi ilə bağlı Məşvərət Şurasının nazirlər toplantısında da iştirak etmişik. BP də bu işlə bağlı sıx işləyir. Britaniya hökuməti BP-nin səylərini güclü şəkildə dəstəkləyir.

 

Nəqliyyat layihələrinə gəldikdə isə bunlar da bütün tərəflərin qazanacağı bir layihədir. Azərbaycan, Gürcüstan və Türkiyə ilə bilikdə Bakı-Tbilisi-Qars dəmir yolu xəttini bitirsə və Rusiya və İranla birlikdə Şimal-Cənub dəmir yolu xəttini reallaşdırsa, hər kəs üçün faydalı olacaq, ticarət, insanların axını, baryerlərin aradan götürülməsi baxımından geniş imkanlar açacaq. Biz Azərbaycanın bu sahədəki liderliyini alqışlayırıq.

– Böyük Britaniya Azərbaycanın böyük ticarət tərəfdaşlarından biridir. Azərbaycanda ən böyük enerji şirkəti olan BP Britaniya şirkətidir. Neftin qiymətinin düşməsi bu əlaqələrə hansısa şəkildə təsir edə bilərmi?

 

– Mən belə düşünmürəm. Bizim Azərbaycandakı fəaliyyətimiz davam edən böyük layihələrin investisiyası ilə bağlıdır. “Azəri-Çıraq-Günəşli”, Cənub Qaz Dəhlizi, “Şahdəniz 2” – bunlar Azərbaycan, BP və Birləşmiş Krallığın reallaşmasını istədiyi böyük layihələrdir. Düşünmürəm ki, neftin qiymətlərinin dəyişməsi bu layihələrlə bağlı öhdəliklərə, o cümlədən Azərbaycanla bizim əməkdaşlıq fəaliyyətimizə təsir edə bilər. Təbii ki, neftin qiymətlərinin düşməsi bəzi dəyişikliklər yaradacaq. Lakin bu layihələrlə bağlı Azərbaycanla işləmək üzrə strateji öhdəlik heç cür dəyişmir. Bu, həm BP, həm Britaniya hökuməti, həm də Azərbaycan tərəfdən belədir. Düşünürəm ki, biz heç bir dəyişiklik görməyəcəyik.

 

– Azərbaycanlıların Böyük Britaniya universitetlərinə böyük marağı var. Səfir olduğunuz müddətdə sizin ölkənin universitetlərində təhsil almağa gedən azərbaycanlıların sayında müsbət dəyişiklik oldumu? Gələcəkdə daha çox tələbənin bundan yararlanması üçün hansı addımlar atılacaq?

 

– Mən 3 əvvəl bura təyin olunmuşam. 2014-2015 təhsil ilində sayda böyük artım oldu. Lakin 2015-2016-cı illərdə bir qədər azalma müşahidə edildi. Bu, daha çox Azərbaycandakı iqtisadi çətinliklərlə bağlı idi. Təəssüf ki, Birləşmiş Krallıqda təhsil almaq pulsuz deyil. İnsanlar bunun üçün ödəniş etməlidir. İndi ödəniş etmək bir qədər çətindir. Lakin onu bilirəm ki, Britaniya universitetlərinin azərbaycanlı tələbələri cəlb etməklə bağlı marağı hər il artır. Hər il biz Azərbaycanda 2 dəfə böyük təhsil sərgisi keçiririk. Britaniya universitet və kollecləri dəvət olunurlar, tələbələrlə danışırlar, açıq günlər təşkil edirlər, onları Britaniya universitet və kolleclərində təhsil almağa həvəsləndirilər. Düşünürəm ki, iqtisadi vəziyyət inkişaf edən kimi, bu rəqəm artmağa doğru gedəcək. 

 

Foto – Nicat Əlili © APA HOLDİNG

+6

mənbə :
lent.az




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles