Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

“O gece atam, qardaşım, bacım öldü, yoldaşım ve uşaqlarım yoxa çıxdı…” – ƏSİR DÜŞƏRGƏSİ

“O gecə atam, qardaşım, bacım öldü, yoldaşım və uşaqlarım yoxa çıxdı...” - ƏSİR DÜŞƏRGƏSİ

04/05/2016

13:28

04.05.2016 / 12:26 xeber –

 

 

23 il öncə bu günlər: müharibə dəhşətlərini Vüsalə Məmmədovanın təqdimatında Lent.az-da oxuyun…

 

 

(Əvvəli burada: I hissə, II hissə, III hissə)

 

IV hissə

 

Aygün dünyadan qardaşı, qatili və xilaskarı Çingizlə bərabər köçdü. Çingiz Aygündən bir neçə saniyə artıq yaşamışdı…

 

Qadınlar 15 yaşlı qızın yağışın altında sərilib qalan cəsədinə həsədlə baxırdılar. O, xilas olmuşdu…

 

Onlar həm də Çingizin ölümündən əvvəl atdığı addımı bir çağırış, çıxış yolu hesab  etmişdilər. Onları girov götürərkən nə qədər “gizləndiyiniz yerdən çıxın, qorxmayın, öldürməyəcəyik, hamınızı aparıb dəyişəcəyik” desələr də, buna kimsə inanmırdı. İndi ən yaxşı və asan seçim ölüm idi…

 

…Xasayın həyat yoldaşı Nərgiz 4 yaşlı Şəhriyarı kürəyinə bağlayıb, 6 yaşlı Elmidarın əlindən tutmuşdu. Kaha atəşə tutulanda Şəhriyar qolundan yaralanmışdı, aramsız ağlayırdı. Nərgizin ürəyi param-parçaydı: Şəhriyarın yarası, Aygünün ölümü… Onları nə gözləyirdi, qadınlarla necə davranacaqlar, körpə uşaqlara nə edəcəklər… Suallar Nərgizə rahatlıq vermirdi.

 

Ermənilər Çingiz tərəfə atəşi saxlayandan sonra yenidən kahalara dönüb axtarışa başladılar. Bu dəfə kahalara qumbara atmır, sadəcə atəş açırdılar. Onların yoxluğundan istifadə edən Nərgiz, qaynı Surxayın arvadı Arzuya yaxınlaşdı:

 

– Nə qədər ki, başları qarışıqdır, gəl qaçaq…

 

– Nə danışırsan? Hara qaçaq? Görmürsən hər tərəfə doluşublar?

 

– Bəs Çingiz Aygünü boş yerə vurdu? Allah bilir bizi əsirlikdə nələr gözləyir. Ölüm bundan yaxşıdır, Arzu, gəl gedək…

 

Arzu körpə oğlu Hökmdarı kürəyində bərkidib, yaralı atasına baxdı. Binnət kişi onların nə pıçıldadıqlarını bilmirdi. Artıq əsirliyin ilk saatlarında qızının üzünə baxa bilmir, bacardıqca gözünü gizlətməyə çalışırdı.

 

– Nərgiz, atamı yaralı qoyub heç yerə gedə bilmərəm… – deyərək, Arzu ondan ayrılıb, Binnətə yaxınlaşdı.

 

Nərgiz qayınanasına üz tutdu. Zibeydə arvad Aygünün cəsədi qarşısında diz çöküb özünü döyür, ağlayırdı:

 

– Toyunu görmədiyim balam… Nə yaxşı ki, öldün, bu qansızların əlinə düşmədin… Bir dəfəlik ölməyinə dözərəm, dözəcəyəm… amma düşmən əlində hər gün ölməyinə dözə bilməzdim…

 

– Mən uşaqları da götürüb qaçıram. Gəl, bir yerdə gedək.

 

– Dörd tərəf ermənidir, hara qaçacaqsan?

 

– Hər yan qayalıqdır, birindən özümüzü atarıq, canımız qurtarar. Əsir düşüb əzab çəkməkdənsə birdəfəlik ölmək yaxşıdır.

 

– Ay bala, iki körpə ilə özünü necə atacaqsan? Elə bilirsən balanı ölümə aparmaq asandı? Bala itkisinin nə olduğunu bilmirsən, mən ikisini birdən itirdim, indi dünyada heç nə gözümdə deyil…

 

– Xasaygil də belə eləməyimizi istəyərlər. Görmədin, Çingiz Aygünü vurdu. Deməli, ölməyimiz məsləhətdir.

 

– Mən Arzunu qoyub heç yana gedə bilmərəm, qızım. Yanında körpəsi var.

 

Nərgiz vaxt itirmək istəmirdi. Sonuncu dəfə qanını yağış yuyan baldızına, onun yaralı başını qucağına alan qayınanasına baxıb, pıçıldadı:

 

– Onda haqqınızı halal edin, mən getdim!

 

Ağlamağını kəssin deyə, Şəhriyarın ağzını bağlayıb, kürəyində bərkitdi. Oğlunun səsi gələ-gələ bunu edə bilməzdi. Elmidarın əlindən möhkəm yapışıb, qaçaraq dəstədən ayrıldı. Gözünü yumub, ilk qarşısına çıxan qayadan uşaqlar qarışıq özünü atdı…

 

Bir az sonra ermənilər yenə kahalarda gizlənmiş adamları tapıb çıxardılar. Üstəlik, dağlardan tapdıqları bir hərbçi meyitini də gətirmişdilər. Zibeydə arvad Aygünün başını sinəsinə sıxıb, əsgər meyitinə boylandı. Həmən də gözlərini yayındırdı. Çingiz olub-olmadığını görmək istəmədi. Kim bilir, toyuna hazırlaşdığı oğlunun cəsədini görəndə nə hala düşəcəkdi… Həm də düşmən qarşısında… Çingiz nə deyərdi… Zibeydə yenə Aygünün başını bərk-bərk bağrını basıb, dizi üstdə çökdü. Ermənilər gülərək,  yolun kənarına atdıqları meyiti soyundurdular. Çəkmələrini, paltarını götürüb əsgərin cəsədini  yenidən atəşə tutdular:

 

– Türk köpəyi! Yenə cavab ver! Bayaqdan bizimlə döyüşəndə bilmirdin axırın belə olacaq?

 

Hər açılan güllə səsindən Zibeydə Aygünün cəsədinə bir az da sığınırdı. Nə yaxşı ki, nə yaxşı ki, yağış kəsmək bilmir, Zibeydənin göz yaşlarını yuyurdu. Yoxsa Çingiz anasının düşmən qarşısında ağlamasını bağışlamazdı… Bu, Zibeydənin yeganə təskinliyi idi…

 

Meyiti güllə ilə deşik-deşik etdikdən sonra, girovlara tərəf çevrildilər. Adamların sayı azalmışdı. Özünü qayadan atan təkcə Nərgiz deyildi. Ermənilərin kahalara qalxmağından istifadə edən qadınlardan kimin ürəyi gəlmişdisə, özünü övladı ilə birlikdə qayalardan atmışdı… Erməni hərbçiləri ətrafa işıq saldılar:

 

– Burada qadın var idi, kürəyinə də yaralı uşaq bağlamışdı. Hanı? Hara getdi?

 

Gördüyü mənzərədən hamı şoka düşmüşdü. Uşaq, qadın, qoca, heç kimin dili söz tutmurdu. Suallarına cavab almadıqca, güllələri ətrafa səpələyirdilər. Zibeydə hər atəş səsinin bir nəvəsinə dəydiyini düşündükcə, Aygünün cəsədini  qucaqlayırdı… Var gücü ilə bir az aralıdakı bədəni deşik-deşik olan meyitə baxmamağa çalışırdı. Dağlardan tapılan yeni girovların içində nə əri, nə Surxay, nə də Xasay yox idi, demək, onları da öldürmüşdülər… Güllələrin səsi artdıqca Zibeydə arvad həyatda Aygünün cəsədindən başqa heç nəyi, heç kimi qalmadığını hiss edirdi…

 

***

 

Atəş səsləri kəsiləndən sonra Xasaygil daşın altından çıxdı. Təhlükə hələ sovuşmamışdı, başlarını qaldıra bilməzdilər. Yerlərini dəyişmək üçün sürünmək lazım idi. Elə ilk cəhddə Xasayın ayağı küləyin gətirdiyi sellofan torbaya ilişdi, yüngül şıqqıltı gecənin sükutunu yenidən pozdu. Yenə silahlar dilə gəldi. Güllələr hər iki tərəfdən atılır, kahanın içində bir-birinə dəyib, çarpazlaşıb keçirdilər. Xasaygil kahanın diblərinə qısılıb, dayanmışdılar. Xeyli keçmiş, atəş kəsdi. Səs eşidildi:

 

– Artur, heç kim yoxdu, yəqin küləkmiş…

 

Xasaygil bir az da gözləyib, onların getdiyindən əmin olandan sonra sürünüb, başqa kahaya keçdilər. Bu yolla öz kahalarına qədər getməyi düşünürdülər…

 

Xasaygil kahaya yaxınlaşanda artıq səhər açılırdı. Kahaya gedən yolda onların dəstəsindən bir neçə nəfərin meyiti var idi. İstiqamətdən bəlli olurdu ki, kahadan çıxıb qaçmaq istəyəndə arxadan güllə dəyib…

 

Bir az da yaxınlaşanda Xasay qayadan sallanan yaşıl rəngli uşaq şalvarını gördü… Ayaqları sanki yerə mıxlandı, addım ata bilmirdi. Çətinliklə öz-özünə dedi:

 

– Elmidarı… Elmidarı vurublar… – dedi.

 

Ələkbər Xasaya təsəlli vermək istədi:

 

– Hələ bilmək olmaz, o saat nəhs danışma.

 

– Yox, Elmidarın şalvarıdı…

 

Xasay çətinliklə özündə güc tapıb şalvara doğru irəlilədi. Haqlı idi, oğlunun şalvarı idi… Amma uşaq özü yox idi.

 

Kahada ilk qarşılaşdığı atası Məhəmmədin meyiti oldu… Sonra isə qardaşı Surxayın… Bir də kahanın bir küncündə kiçik oğlunun ayaqqabıları qalmışdı…

 

Daha yaşamağa səbəb qalmamışdı. Burada Murovun qarının əriməsini gözləyirdilər. Birlikdə gedəcəkdilər… Amma indi kiminlə gedəcəkdi? Ailəsində geri qalan dörd meyit, iki övladının şalvarı və ayaqqabısı idi… Kişiləri öldürüb, qadınları girov götürmüşdülər…

 

Qardaşının bir gülləyə vurduğu bacısının yol kənarında atılıb qalan meyiti… Çingizin güllədən deşik-deşik olan cəsədi… Qarşılarında diz çöküb hönkürdüyü atası ilə Surxayın meyiti… Əsir aparılan anası, Nərgiz, övladları, qardaşının yadigarı Arzu, Hökmdar… Bu dərdlərlə necə yaşayacaqdı? Xasay heç özü də bilmədi nə vaxt Ələkbərin kahada qalan tüfənginin tətiyinə ip bağlayıb ayağına keçirdi, lüləsini boğazına dayayıb… Elə atəş açmaq istəyəndə Müzahim özünü yetirib tüfəngin lüləsini kənara itələdi, güllə yuxarı açıldı… Döyüşdə ölümün adi hal olduğuna alışmış əsgər qətiyyəti ilə Xasaya acıqlandı:

 

– Ə, nağayrırsan? Ölənimiz azdır ki, sən də özünü atırsan? Dağ-daş doludur cəsədlə, imkan ver görək neyləyirik! Hələ bir gör uşaqlar, anangil hanı… Bəlkə kəndə aparıblar, gedib azad edə bilərik. Axtarmaq lazımdır! Atan, bacın, qardaşların rəhmətə gedib, onları dəfn etmək lazımdır!

 

Müzahimin qışqırığı Xasayı özünə gətirdi…

 

***

 

Xasay Əmralıyev xatırlayır:

 

– Beləcə, 1993-cü il, aprelin 18-də ailəmizdən ilk şəhidləri verdik: Atam Əmralıyev Məhəmməd Abış oğlu 1933-cü ildə doğulmuşdu. Qardaşım Surxay 26, Çingiz 23, Aygün isə 15 yaşında idi… Aygün lap uşaq idi… Surxayın bir övladı var idi, Çingiz isə nişanlı idi, xonçasını bağlamışdıq, toyunu edəcəkdik… Danışıram, ürəyim dağlanır… 18-nə qədər yenə nə olsa da, hamı sağ idi…

 

– Nə əcəb ermənilər 18-nə qədər kahaları axtarmamışdı?

 

– Bütün günü gözümüz yolda idi, baxırdıq. Hər gün gəlirdilər, amma hələ kahaları axtarmırdılar. Başları kəndin içini qarət etməyə qarışmışdı. Adamlar dolu evdən canını götürüb çıxmışdı… Daşıyan daşıyanın idi. Heyvanlar acından ölməsin deyə, hamı evdən çıxanda tövləsinin qapısını açıq qoymuşdu, mal-qara dağılmışdı çöllərə… Hamısını daşıdılar. 18-nə qədər illərlə qazanıb, alıb yığdığımız nə vardısa, hamısını maşınlarla daşıyıb gözümüzün önündən apardılar… Ürəyimiz dağlanırdı, amma yenə də deyirdik canımız sağ olun. Biz almamışdıq, yenə işləyib alacağıq. Əsas odur sağ-salamat buradan çıxıb gedək, erməni əlinə düşməyək… Aprelin 18-nə qədər belə yaşadıq. 18-də axşam saat 5 olardı gəldilər… Əvvəlcə bir ağ “Niva” gəldi, dayandı düz kahanın qabağında… Elə bil kimsə onlara isnad vermişdi ki, kənd camaatı kahada gizlənib… Sonra da arxalarınca qüvvə gəldi, hamısı da silahlı. Başladılar Azərbaycanca camaatı çağırmağa. Kim çıxardı? Qorxusundan heç kəs səsini çıxartmadı. Gecə yarısına qədər axtarış, atışma, qumbaraları necə atırdılar kahaların içinə… Bizə olan o gecə oldu… Onlar gedəndən sonra da bilmədik əsir gedənlərimizin arxasınca qaçaq, yoxsa yollara, kahalara səpələnən meyitlərimizi toplayaq…

 

– Kahada başqa kimlərin meyiti var idi?

 

– Surxayın həyat yoldaşı Arzunun anası Büsat ilə bacısını Zövqiyyəni da vurmuşdular… Kahada 60 nəfər idik, bizim kəndçilər, 8 döyüşçü və Laçından bir ailə var idi. Əhliman adlı kişi idi, körpə uşaqları var idi, iki qız, bir oğlan… 60 nəfərdən 15-nin meyitini tapdıq, qalan heç kim yox idi… Kahaları nə qədər gəzib-dolandıq, bir sağ adam tapmadıq…

 

***

 

Nərgiz Əmralıyeva xatırlayır:

 

– Çingizin cəsarəti mənə güc verdi. Balamın qolunun yaralanmasına ürəyim parça-parça olmuşdu, amma Çingizin bizim əsir düşməkdənsə ölməyimizi üstün tutmasından ürəkləndim. Övladlarımın birinin əlindən tutub, o birini kürəyimə bağlayıb ölümə qaçırdığımın fərqində idim, amma ölümdən də çox girovluqdan qorxurdum. Şəhriyar ağladıqca, deyirdim, ay Allah, hələ bunların əlinə düşməmiş 4 yaşlı uşağa güllə atıblar, gör əsirlikdə balalarımın başına nə oyun gətirəcəklər… Bu əzabları gözə alıb, ana-bala özümüzü qayadan atdıq…

 

– Çox hündür qaya idi?

 

– Bəxtimizdən deyilmiş… Uşaqlar qarışıq yerə düşəndə, gördüm sağ qaldıq… İndi bir tərəfdən ölmədiyimiz üçün sevinirəm, bir tərəfdən də bilirəm axı hər tərəf ermənidir, yenə qabağımıza çıxar deyə tir-tir əsirəm ki, tutsalar, qaçdığıma görə lap çox incidəcəklər… Mənə görə balalarım da əzab çəkəcək. Şəhriyar arxamda idi, o əzilməmişdi, tez Elmidarı yoxladım. Allah hamımızı qorumuşdu. Ayağa qalxıb, başladım qaçmağa.

 

– Elmidar sizinlə bərabər qaça bilirdi?

 

– Altı yaşlı uşaq necə qaçırdı… Bax, onu görməyiniz lazım idi. Mən bacardığım qədər bərk qaçmağa çalışıram ki, birdən arxamızca gəlib, yenə tutarlar. O da körpə, neçə gündür ac-susuz, heyi qalmayıb. Bir tərəfdən qayadan atılanda qorxub, uşağa ürək-dirək verməyə də vaxt yoxdu, elə qayadan atıldıq, gördüm sağıq, qalxıb dedim, “anan qurban, qaçdıq”… Bircə onu demişəm ki, səsini çıxartma, ermənilər eşidər… Qaçaraq bu dərədən, o biri dərəyə keçdik. Üzü yuxarı qalxıb, özümüzü kollara çatdırdıq… Elə bu vaxt ətrafa işıq salıb, bizi axtarmağa başladılar… Qayalara işıq salıb, “rupor”la çağırıb ki, hardasınız, çıxın, qorxmayın, öldürməyəcəyik, deyirdilər… Uşağın biri kürəyimdə, o birini də bağrıma basıb, qısıldım kola… Dedim erməni əlində ölüncə, qoy bizi çöldə qurd-quş yesin…

 

***

 

Xasay Əmralıyev xatırlayır:

 

– Əsir apardıqlarını ancaq kahalardan tapmışdılar, yoxsa kəndlərdə də adam qalmışdı?

 

– Xəbər yayılanda ki, ermənilər tuneli tutub, maşınların qabağını kəsib, camaatı girov götürüb, demək olar ki, bütün kəndlər boşalmışdı. Amma tək-tək evlərdə adamlar qalmışdı…

 

– Ağır xəstələr yataqdan qalxıb gedə bilməmişdilər…

 

– Bəli. I və II Dünya müharibəsində iştirak edən Ələsgər kişi var idi. Ələsgər Ələsgərov. Yaşlı adam idi, evində qaldı. İndiyə qədər də adı itkin siyahısındadır. Taleyindən xəbər yoxdur. Bir də məsələn, bizim kənddə bir Hüseyn var idi, yaxşı danışa bilmirdi deyə, adına lal Hüseyn deyirdik. Orta yaşlı adam idi. O vaxt ailəsi, uşağı camaata qoşulub kəndi tərk edəndə lal Hüseyn dedi mən inanmıram camaatın dediyinə. Hamısı şayiədir, erməni nə gəzir? Nə qədər elədik, heç birimizi dinləmədi, qaldı kənddə. Sonradan bildim… Anamgili yığıb apardıqları maşında Hüseyn də olub… Kahada bizimlə gizlənən adamlardan isə 15 nəfərini girov götürdülər.

 

– On beşi isə həlak olmuşdu. Cəmi 30 nəfər qaldınız?

 

– Bəli. Amma hələ ki, otuzdan da az idik. Ələkbərin ailəsindən xəbər yox idi. Dedik kəndə enək, görək bəlkə ora qaçıblar… Ev-ev gəzdik, heç yerdə yox idilər… Həmən gecə kahada qaldıq, səhərisi yenə kəndə getdik… Ümidimizi üzmürdük ki, bəlkə qaçıb evə gedə biliblər… Amma axtarışımız heç bir fayda vermədi, kahaya qayıdanda gördük uşağın şalvarı ilə ayaqqabıları yoxdu… Bu, mənə bir az ümid verdi ki, bəlkə sağdılar… Yəqin dağlara çəkiliblər dedim… Başladıq dağlarda onları axtarmağa… Axtardıq, tapmadıq…

 

***

 

Gülcamal düz bir həftə qardaşlarından nigaran əsirlik əzabı və doğuş sancıları ilə qıvrıldı. Nəhayət, aprelin 8-də uşaq bağçasının müdirəsi gənc qadının əzablarını izləyib, “Doğuş başlayıb, xəstəxanaya göndəririk” dedi.

 

Onu Xankəndindəki doğum evinə aparan təcili yardım maşınında Gülcamal taleyin ona hazırladığı gedişata heyrət edirdi. 10-15 gün əvvəl doğuş başlayarkən tək olmasın deyə kəndə, anasıgilə gəlmişdi. İndi isə doğuş başlayıb və ətrafında ancaq düşmən var. Kimsə qadının yalvarıb kömək istəməsinə məhəl qoymur…

 

***

 

Gülcamal Hacıyeva xatırlayır:

 

– İndi də yadıma düşəndə dəhşətə gəlirəm… İlk dəfədir, təcrübəm yox, yanımda anam, bacım yox nəsə desin… Ağrıdan az qalıram sürünəm, neyləmək lazımdır bilmirəm… Elə “su” deyib qışqırır, yalvarır, kömək istəyirəm. Bir adam üzünü çevirib baxmır. Gətirib bir palataya salıb, qapını bağladılar…

 

– Palatada sizdən başqa kimsə var idi?

 

– Yox, tək idim. Qapını döyür, “su, su” deyə yalvarırdım… Hayıma gələn yox idi… Nəhayət, məni doğuş otağına apardılar. O vaxta qədər o qədər ağrı çəkib, elə qorxular yaşamışdım ki, artıq huşum özümdə deyildi, doğuş masasına çıxmağımı xatırlayıram, qalan heç nə yadımda qalmadı… Orada başıma nə gəldi, uşaq necə oldu, heç nə bilmədim… Təkcə onu bilirəm ki, bir həftə ayağa qalxa bilmədim, tikişlər çox idi…

 

– Ümumiyyətlə, özünüzə gələndə hələ də doğuş otağında idiniz? Uşaq yanınızda idi?

 

– Gecənin bir vaxtı ayıldım ki, palatadayam. Hiss elədim ki, çarpayının içində tərpənirəm. Əlimi hara atdım, qan idi… Elə bil qan gölünə düşmüşdüm… Həkimlər gəlib pis-pis baxıb, getdilər… Heç kim yaxınlaşmadı… Sonra BQXC nümayəndələri gəldi… Ondan sonra gətirib iynə vurdular, qanaxma kəsdi. Bir həftə qaldım xəstəxanada…

 

– Bəs uşaq harada idi?

 

– Stressdən elə halda idim ki… Həm də uşağı soruşmağa qorxurdum…

 

***

 

Gülcamal xəstəxanada bir həftə yatmalı oldu. Bu günlər ərzində hamı onunla elə davranırdı ki, sanki o heç dünyaya övlad gətirməmişdi. Bir gün qapını açıb, üstünə acıqlandılar:

 

– Bəsdir, yatıb dincəldin! Qalx geyin, səni əsirlərin yanına geri aparacağıq!

 

Qapı çırpıldı. “Bəs uşaq?” – yenə Gülcamal ürəyində, öz-özünə dedi…

 

Qalxıb geyindi, çarpayının bir küncündə əyləşib, gözlədi. Qonşu palatalardan körpə çığırtıları gəlirdi. Gənc qadın bütün diqqətini cəmləyib, o səslərin içindən öz övladının səsini ayırd etməyə çalışırdı. Səslər o qədər anlaşılmaz və yad idi ki…

 

Nəhayət, qapını açıb, onu çağırdılar. Palatadan dəhlizə addım atanda Gülcamal ilk dəfə hiss etdi ki, yer üzündə doğum evindən əliboş çıxan qadın qədər miskin insan yoxdur. Girovluqda yaşadığı bütün əzablara rəğmən, özünü indiki qədər gərəksiz, ümidsiz hiss etməmişdi. Gülcamal doğuş sancılarını çəkərkən, bu ağrıların dünyada ən dəhşətli ağrı olduğunu hesab edirdi. Amma indi başa düşürdü ki, doğum evini övladsız tərk etməyin sancıları daha məşəqqətlidir…

 

(Davamı olacaq…)

 

V hissədə:

 

– Yeməyimizi BQXC verirdi, amma günümüzü sayırdıq… BQXC ayda bir-iki dəfə gəlirdi, qalan günlər ermənilərin əlində idik. Ürəkləri istəyəndə gəlib elə palatada döyüb, sürüyüb, çıxıb gedirdilər… Səsimizi çıxartmağa ixtiyarımız yox idi. Kim idi baxan ki, bu yaralıdı, bu zahıdı…

 

– Şuşa türməsində zibillikdən itlərə atılan sümüyü axtarıb, tapıb, sümürürdük…

 

mənbə :
lent.az




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles