Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

Son nefesinde “Azerbaycan” deyerek ölen Abbas Mirze Qacar

Son nəfəsində “Azərbaycan” deyərək ölən Abbas Mirzə Qacar

05/05/2016

21:00

05.05.2016 / 19:59 xeber –

APA TV-nin “Səsli tarix” layihəsinin növbəti buraxılışı Azərbaycanın parçalanması tarixinin canlı şahidi, ölkənin bütövlüyü uğrunda 20 ildən artıq silahlı mübarizə aparan Azərbaycan canişini, Qacar taxtının varisi Abbas Mirzə Qacara həsr olunub. Verilişdə Qacar-Rusiya müharibələrinin səbəbləri, Gülüstan və Türkmənçay müqavilələrinə aparan yol, Abbas Mirzənin rus qoşunlarına qarşı apardığı əməliyyatlar barədə məlumatlar verilir, bu günədək Qacarlar sülaləsi və bu sülalənin şanlı simalarından Abbas Mirzə haqqında tarixi gerçəkliklərlə bir araya sığmayan miflər arqumentlərlə dağıdılır. Sizləri proqramın aparıcısı, tarix üzrə fəlsəfə doktoru, BDU-nun Arxeologiya və etnoqrafiya kafedrasının dosenti Kərəm Məmmədlinin tarixi mənbələrə istinadən şahzadə Abbas Mirzə Qacar barədə tarixi faktlarla zəngin söhbətini izləməyə dəvət edirik.

 

 

 

Eyni məna verən iki söz: Azərbaycan və Abbas Mirzə

 

Azərbaycan tarixində mühüm yer tutan Qacarlar nəsli Azərbaycan dövlətçiliyi, tarixi üçün çox görkəmli şəxsiyyətlər yetişdirib. Onlardan tarixə öz şərəfli imzalarını atmış şəxslər çoxdur. Belə tarixi şəxsiyyətlərdən biri Abbas Mirzə Qacardır. Abbas Mirzə bəzi mənbələrə görə, 1788, bəzi mənbələrə görə isə 1789-cu ildə Laricanda anadan olub. O, qacarlar sülaləsinin təməlini qoymuş Ağa Məhəmməd şah Qacarın sevimli nəvələrindən biri olub. Abbas Mirzə Ağa Məhəmməd şah Qacarın qucağında böyütdüyü və “Şah babam” dediyi Fətəli şah Qacarın oğlu idi. Fətəli şahın oğlunu da Abbas Mirzə bu cür əzizləyirdi. Abbas Mirzəyə olan münasibət sovet tarixşünaslığında olan bir fikrin kökündən yanlış olduğunu sübut edir – Ağa Məhəmməd şah Qacar yalnız istər ana, istərsə də ata tərəfdən Qacar nəslindən olan şəxsləri hökmdar görmək istəyirdi. Bu isə onu göstərir ki, Abbas Mirzə həm ata, həm ana tərəfdən təmiz Qacar nəslindən idi. Bəzi mənbələrə görə, Abbas Mirzənin uşaqlığı Şimali Azərbaycanda, xüsusilə, Bakı ətrafında keçib. Görünür, bu torpaqda böyüməsi, uşaq vaxtından “naibü-səltənət” (“səltənətin sahibi”), yəni atasından sonra taxta çıxacaq adam kimi böyüməsi onu Azərbaycana daha çox bağlamışdır. Azərbaycan və Abbas Mirzə. XIX yüzilliyin əvvəllərində bu iki ad çox zaman analoq kimi səslənirdi. O dövr müəlliflərinin yazdığına görə, yeni doğulan uşaqların yarıdan çoxuna Abbas Mirzə adını qoyurdular.

 

Azərbaycan canişini, Qacar taxtının varisi

 

Abbas Mirzənin həyatı və fəaliyyəti Azərbaycan tarixinin ən keşməkeşli dövrünə XIX əsrin əvvəllərindən XIX əsrin birinci rübünədək olan dövrü əhatə edir. O zaman İran dövləti anlayışı yox idi. Azərbaycan Qacarlar dövlətinin metropoliyası sayılırdı.  Bu metropoliyada hakimiyyətdə olan şahzadə “naibü-səltənət” adlanır, Azərbaycanın baş şəhəri Təbriz isə “vəliəhdnişin” yəni vəliəhdin oturduğu şəhər adlanırdı. O dövrdə Azərbaycan Qacarlar üçün strateji əhəmiyyətə malik idi. Çünki Azərbaycan Şimal tərəfdən Rusiya, qərb tərəfdən Osmanlı ilə qonşu idi. Cənub tərəfi isə indiki Hind okeanında adalar uğrunda ingilislərlə fransızların mübarizə meydanına çevrilmişdi. XIX əsr təkcə, Asiyada deyil, Avropada da təlatümlü dövr idi. Abbas Mirzə məhz belə bir dövrdə fəaliyyət göstərirdi. Fətəli şah Qacar Abbas Mirzəni Əhməd bəy Müqəddəmdən sonra Azərbaycana canişin təyin etmişdi. Abbas Mirzə yaşlanmış Əhməd bəy Müqəddəmdən çox məsləhətlər alıb. Abbas Mirzənin yaşlıların sözünə qulaq asması, böyüklərə ehtiramla yanaşması bütün mənbələrdə dönə-dönə qeyd olunur. Hətta ingilis, fransız diplomatları belə Abbas Mirzədə böyük dinləmə və analiz qabiliyyəti olduğunu qeyd edirlər.

 

Rusların Azərbaycanı işğala başlaması

 

1801-ci ildə 1783-cü ildə imzalanmış Georgiyevsk müqaviləsi yenilənir.  Həmin il əzəli Azərbaycan torpaqları olan Loru, Pəmbək, Borçalı, Şəmşəddin, Şərqi Gürcüstanla birgə Rusiya tərəfindən ələ keçirilir. Mənbələrə görə, bu dövrdə Şərqi Gürcüstanda hakimiyyətdə olan XII Georgi əqli cəhətdən zəif olub. O, Sisyanovla imzaladığı müqavilənin şərtlərini belə dərk etməmişdi. Bundan son rus qoşunları iki istiqamətdə Azərbaycan üzərinə yeriməyə başlayırlar. Onlar Azərbaycana həm Car-Balakən, həm də Gəncə istiqamətindən daxil olurlar. Car-Balakən camaatı ilə “Andlı öhdəlik” deyilən müqavilə imzalanır. Bu müqaviləyə görə yerli əhali ipək şəklində xərac verməli, çar qoşununa müqavimət göstərməməli idi. Car-Balakən camaatının uşaqları Tiflisdə girov kimi saxlanılırdı. Lakin Rusiya onları guya girov kimi deyil, təhsil vermək adı ilə himayəsində saxlayırdı.

 

Qacarların Rusiyaya müharibə elan etməsinin səbəbi – Cavad xanın öldürülməsi

 

Rus ordusunun əsas hədəfi Gəncə idi. Çox zaman tarixşünaslığımızda Qacarların Rusiyaya qarşı niyə müharibə elan etməsinin üzərində sakitcə keçilir. Fakt faktlığında qalır, Gəncə Rusiya tərəfindən işğal edilənə qədər Qacarların Rusiyaya qarşı ciddi bir etirazı yox idi. Lakin Gəncənin işğalı zamanı camaata divan tutuldu, Sisyanov Gəncədə dəhşətli qan tökdü. Sisyanov dəfələrlə məktubunda Cavad xana hədə-qorxu gəlsə də, Cavad xan buna əhəmiyyət vermirdi. Son məktublaşmada isə Sisyanova cavabı belə olur ki, “əgər məqsədin müharibədirsə, gəl müharibə edək”. Gəncənin işğal xəbəri Abbas Mirzəyə çatdıqda o atası Fətəli şah Qacarla məsləhətləşir və faktiki olaraq, Rusiya hökumətinə müraciət edilir ki, qoşunlar Gəncədən və bizim domenimiz, mülkümüz olan Şərqi Gürcüstandan çıxarılsın. Qacariyyə dövlətinə rədd cavabı verildiyi üçün müharibə başlayır.

 

Abbas Mirzənin Azərbaycan ordusunda apardığı islahatlar

 

Müharibə yenicə başlayanda Abbas Mirzə hiss edirdi ki, ordu müharibəyə hazır deyil. Çünki orduda yalnız orta əsrlərdən qalma silah növləri var idi – tüfənglər, dayandoldurum adlandırılan silahlar. Abbas Mirzə hiss edirdi ki, mütləq ordunu yeniləmək lazımdır. Bu dövrdə Rusiyanın Avropada əsas rəqibi Fransa idi. Buna görə də Abbas Mirzə ordunu silahla təchiz etmək üçün fransızlara müraciət edir. Qeyd edək ki, Abbas Mirzənin qoşununda ingilis və fransız təlimatçılar var idi. Lakin burada bir qeyri-müəyyənlik var. Orduda islahatların ilk mərhələsini aparan Qaspar Druvil adlı təlimatçı ingilis mənşəli olsa da, bəzi mənbələr onun Azərbaycanda böyüdüyünü qeyd edir. İslahatlar müharibə müddətində aparılır. “Zəmburək” deyilən toplar əvvəllər dəvələrin üstündən atılırdısa, artıq atların da üstündən atılmağa başlayır. Üstəlik, əsgərlər üçün vahid uniforma təyin edilir. Onu da deyək ki, bu dövrdə Rusiyaya qarşı mübarizə aparan ordunun adı “Azərbaycan ordusu” idi. Abbas Mirzənin böyüklüyü onda idi ki, indiyə qədər qacarlarla əfşarlar arasında olan soyuqluğu bircə kəlmə ilə aradan qaldıra bildi:  “Vətən təhlükədədir”. Və bu sözdən sonra Urmu ətrafında yaşayan bütün əfşarlar Abbas Mirzənin ordusuna qoşulmuşdu. Abbas Mirzənin qoşununda şahsevənlər, xocavənd tayfaları da iştirak edirdi. O, güclü strateq kimi Muğan, İrəvan və Şirvan istiqamətində hərəkət etməyi qərara alır.

 

Abbas Mirzənin əsgər sevgisi

 

Qaspar Druvil tərəfindən çəkilən rəsmlərdən görünür ki, Azərbaycan ordusunun əsgərləri göy rəngli forma geyir, qırmızı yaxalıq taxırdı, formanın düymələri qotazlı və qızılı rəngdə idi. Zabitlərlə əsgərlərin forması fərqlənirdi. Abbas Mirzə hər bir əsgərini övladından əziz tuturdu. Məsələn, Təbrizə yaxınlaşanda eşitmişdi ki, orada epidemiya yayılıb və bu epidemiya nəticəsində onun iki oğlu ölüb. Saray adamları ona bu xəbəri çatdıranda deyir ki, “elə bildim, əsgərim ölüb. Mənim üçün əsgərimin ölümü daha faciəlidir”. Hətta “bəlkə də onlar böyüyəndə əsgər olmayacaqdılar” deyir və sanki bununla özünə təskinlik verir.

 

Rus ordusuna vurulan ilk ağır zərbələr

 

O dövrdə İrəvan xanlığı Rusiyaya meyl edirdi. Çünki xanlıqlar Gəncə faciəsindən sonra çox qorxmuşdular. Görünür məhz bundan sonra Qarabağ xanı İbrahim xan özü ilə yanaşı qaynı Şəki xanı Səlimi də vadar edir ki, “Kürəkçay” müqaviləsi imzalansın. Bu müqaviləyə görə, Qarabağ və Şəki xanlıqları birbaşa Rusiyadan asılı vəziyyətə düşürdülər. İrəvan xanlığının da buna meyl etdiyini duyan qızılbaşlar ordusu İrəvan istiqamətində yürüş edir, Üçmüəzzin və Qəmərli döyüşlərində rus ordusuna ağır zərbələr endirir. Bu ağır zərbələrin başqa səbəbi də vardı – mənşəyində həm ermənilik, həm də gürcülük olan Sisyanov Bakıda öldürülmüşdü. Sisyanov özündən həddən artıq razı olduğu üçün düşünürdü ki, qala qapılarının açarlarını ona verəcəklər. Lakin gözlədiyi nəticə olmadı və Sisyanov qətlə yetirildi, onun kəsilmiş başını Fətəli şah Qacara göndərdilər. Bu da rus qoşunu içərisində çaxnaşma yaratmışdı.

 

Fransızlarla ittifaqın pozulması, ingilislərin Azərbaycan ordusunda pozuculuq fəaliyyəti

 

Burada bir məqama diqqət etmək lazımdır. Bu zamana qədər fransızlar Abbas Mirzə ordusunun yenidən qurulmasında yaxından iştirak edirdilərsə, sonradan soyuma müşahidə olundu. May ayında Finxenşteyn sazişini imzalayandan sonra iyunda Tinzit sülhü bağlanır. Nəticədə Rusiya ilə Napoleon arasında ittifaq yaranır. Buna görə də Azərbaycan ordusunda ingilislərin mövqeyi möhkəmlənməyə başlayır. Nəticədə Qordon tərəfindən düzəldilən toplar işə salınır, hətta toptökmə zavodları tikilir. Abbas Mirzə bu toplara böyük önəm verirdi. Mənbələrdə qeyd olunur ki, atəş səslərinin sərrastlığından rus sərkərdələri hiss edirdilər ki, bu, Azərbaycan ordusunun zərbələridir.  Fransa ilə ittifaqın pozulması, ingilislərin də pozuçuluq fəaliyyəti Qacar ordusunda müəyyən mənada zəiflik yaratdı. Nəticədə uzun müddət hərbi əməliyyatlar aparılmır. Birdən-birə 1812-ci ildə hərbi əməliyyatlar yenidən qızışır. Bu ilk növbədə, Rusiyanın Avropa cəbhəsində əl-qolunun açılması və sürətlə Napoleon üzərinə yeriməsi ilə əlaqədar idi. Belə bir zamanda Abbas Mirzə müdafiə mövqeyi seçmişdi. Qeyd edək ki, ruslarla döyüşlər aparılan ərazidə yerləşən qalaların əksəriyyəti Avropa standartlarına uyğun şəkildə tikilmişdi – toplar üçün mazğallar, divarların qalınlığı və s. nəzərə alınmışdı.

 

Aslandüz məğlubiyyəti və Gülüstan müqaviləsi

 

1812-ci ildə Abbas Mirzə Aslandüz yaxınlığında ağır məğlubiyyətə uğrayır. Bu orduda müəyyən çaşqınlıq yaratsa da, yenidən güclərini toplayaraq rusların daha da irəliləməsinin qarşısını ala bilirlər. Abbas Mirzə ruh düşkünlüyü ilə Gülüstan müqaviləsinin imzalanmasının şahidi olur. Düzdür, müqaviləyə imza atanlar arasında Abbas Mirzə özü yox idi. Müqavilə Qacariyə tərəfdən Əbdülhəsən Şirazi, Rusiya tərəfdən isə Ratişev tərəfindən imzalanıb. Müqaviləyə görə, İrəvan və Naxçıvan istisna olmaqla, Dağıstan, Şərqi Gürcüstan və Azərbaycanın şimalındakı xanlıqlar Rusiyaya verilir.

 

Abbas Mirzəyə qoşulmağa razı olan İbrahim xanın ruslar tərəfindən öldürülməsi

 

Burada bir məqama diqqət etmək lazımdır – Qarabağ xanı İbrahim xan xəyanət yolunu seçmişdi. Abbas Mirzə onu inandırmağa çalışırdı ki, ruslar gec-tez onu məhv edəcəklər. Abbas Mirzə analığı (Fətəli xanın hərəmi, İbrahim xanın bacısı) Ağabacıya təlqin etdi ki, onun qardaşının tutduğu yol düzgün deyil. İbrahim xan Abbas Mirzəyə məktub yazaraq bildirmişdi ki, “günahlarımı etiraf edirəm, sizin tərəfə keçməyə hazıram”. Lakin bu zaman İbrahim xanı onu öldürürlər. Mənbənin yazdığına görə, Abbas Mirzənin qoşunu Şuşaya daxil olmaq üçün Araz sahilinə gələndə İbrahim xanın cəsədinin hissələrini kəfənə büküb gətiriblər. Tarix göstərdi ki, vətənə xəyanətin nəticəsi sonda belə olur. Abbas Mirzə bu məğlubiyyətdən nəticə çıxardı.

 

Azərbaycanlıları təhsil almaq üçün Avropaya göndərən maarifçi Abbas Mirzə

 

O, Azərbaycan tarixinə təkcə sərkərdə kimi yox, eyni zamanda maarifçi kimi daxil olub. Abbas Mirzənin təşəbbüsü ilə seçilən xüsusi istedadlı uşaqlar təhsil almaq üçün Avropaya göndərilirdi. Hərbi təhsil almış o gənclər II Rusiya-Qacar müharibəsində, xüsusilə, 1821-23-cü illərdə baş verən Osmanlı-Qacar müharibələrində yaxından iştirak ediblər.

Abbas Mirzə təkcə, orduda islahat tərəfdarı deyildi. O, bütövlükdə, sistemin islahatı üçün çalışırdı. Məsələn, İngiltərədə II Henrixin dövründə belə bir qayda vardı ki, kəndli feodal məhkəməsindən keçmədən birbaşa kral məhkəməsinə müraciət edə bilərdi. Eyni qaydanı Abbas Mirzə də qoymuşdu. Vergilər azaldılmışdı. Bunu da belə əsaslandırdı ki, müharibə aparan ölkə Azərbaycan olduğu üçün, əhali vergidən azad olunmalıdır. Çünki Azərbaycan əhalisinin çoxu orduda döyüşürdü. Su çiçəyinə qarşı peyvənd ilk dəfə Abbas Mirzənin dövründə Təbrizdə aparılıb.

 

Baş kəsməyə qarşı olan, ruslara qarşı olan hər kəsə qucaq açan şahzadə

 

O zaman belə qayda qoyulmuşdu – atası Fətəli şah kəsilmiş rus başı gətirənlərə mükafat verərdi. Abbas Mirzə bu qaydanı qadağan etdi. Əksinə, əsir düşmüş əsgərlərə müraciət edirdi ki, “gedə də bilərsiniz, qala da”. Amma əsir götürülən Rusiya ordusunun əsgərləri Abbas Mirzənin yanında qaldı. Hətta II Rusiya-Qacar müharibəsində məhz qacarlar tərəfində döyüşdü. Onların əksəriyyəti mənşəcə rus deyildi. Polşada rekrut vasitəsilə toplanmış və gürcü əsilli əsgərlər idi. Yeri gəlmişkən, Sisyanovu rus təhsili almış gürcü hesab etsələr də, II İraklinin doğma övladları Aleksandr və Teymuraz Abbas Mirzənin yanında fəaliyyət göstərirdilər. O da onlara qayğı ilə yanaşırdı. Hətta XII Georginin oğlu belə Abbas Mirzə sarayına gəlməyə üstünlük vermişdi. Əvvəllər Rusiya ilə yaxınlığı ilə seçilən Dağıstan və Şimali Qafqazın bir çox hakimləri öz səhvlərini başa düşərək Abbas Mirzənin yanında yer almışdılar.

 

“Günəş Şərqdə doğursa, niyə ilk olaraq bizim yox, qərblilərin başını qızdırır?”

 

1812-ci il məğlubiyyətindən sonra Abbas Mirzə ordunu daha da təkmilləşdirmək qərarına gəlir. Topçu dəstələri, muşketlər daha keyfiyyətli tüfənglərlə əvəz olunmağa başladı. Yeganə problem maliyyə ilə bağlı idi. Abbas Mirzə çox vaxt bunun öhdəsindən öz hesabına gəlirdi. Digər tərəfdən Abbas Mirzə bütün Azərbaycan ərazisində çaparxana və poçt idarələri yaratmışdı. Bu da hər bir informasiyanın sürətlə ötürülməsinə xidmət edirdi. Onun Jauber adlı fransız diplomatı ilə söhbəti var. Jauber qeyd edirdi ki, Abbas Mirzə onunla ancaq türk dilində danışırdı. Çünki Abbas Mirzə fars dilinə o qədər də önəm vermirdi. Nəsrəddin şah Qacar da şah ediləndən 5-6 il sonra fars dilini öyrənməyə başlayıb. Çünki buna ehtiyac duymurdu. Jauber qeyd edir ki, “Abbas Mirzə ona Napoleon, 1789-cu il Fransa inqilabı haqda sual verdi. Mən ona müəssisələr, istehsal olunan məhsullar haqqında məlumat verəndə, o dedi ki, “Günəş Şərqdə doğsa da, birinci sizin başınızı qızdırır. Təəssüf ki, biz çox zaman bildiklərimizi özümüzlə qəbirə aparırıq”. Bu sözləri Abbas Mirzə acı-acı deyirdi. Abbas Mirzə əhaliyə istehsalın nə olduğunu göstərmək üçün kiçik kürk fabriki açmışdı.

 

Ruslardan revanş almağa hazırlaşan Qacar dövlətinə “Osmanlı kötəyi”

 

Fransız və ingilislər etiraf edirdilər ki, Azərbaycan ordusu həm piyada, həm də süvari baxımından o dövrün Avropa orduları ilə müqayisə edilə bilərdi. Çox təəssüf ki, ordunun kamilləşdiyi bir dövrdə, 1820-ci ildə Osmanlı ilə müharibə başlanır. Bu müharibənin başlanmasında rusların, yoxsa hansısa Qərb dövlətinin əlinin olması məlum deyil.  Sadəcə, o məlumdur ki, Osmanlı ordusu bütün cəbhə boyu, Təbrizdən Van ətrafına qədər olan ərazidən Azərbaycan üzərinə yeridi. Fikir verirsinizsə, bu sərhəd Azərbaycan sərhədidir. Osmanlı ilə müharibədə döyüşlərin bir istiqamətinə Abbas Mirzənin qardaşı, digər istiqamətə isə özü başçılıq edirdi. Qəribədir ki, Bağdadın tutulmasına az qalmış, qəfildən döyüş əməliyyatları dayandırılır. Belə bir fikir var ki, əməliyyatların dayandırılmasının səbəbi şiələrin dini mərkəzi olan Kərbəlaya top qəlpəsinin düşə bilmə ehtimalı ilə bağlı olub. Yəni, hücum Qacarların sarayındakı mollaların fətvası ilə dayandırılır. Lakin şimal-qərb istiqamətində Abbas Mirzə Van qalasını tutur. Ərzurumun həndəvərində olarkən 1823-cü ildə Ərzurum müqaviləsi bağlanır və qoşunlar geri çəkilir. O müqavilə ərəfəsində də Abbas Mirzə gözəl fikir deyib: “Dilimiz birdirsə, niyə savaşmalıyıq?”.

 

Xəzərin rus dənizi olmasına etiraz edən Abbas Mirzə və eyş-işrəti düşünən Fətəli şah

 

Rusiya sarayında ən çox qorxulan adam Abbas Mirzə idi. Çünki Fətəli şahdan qorxmurdular, bilirdilər ki, o çox zaman eyş-işrətlə məşğul idi. Fətəli şah eyş-işrətlə məşğul olduqlarını görməsinlər deyə, hətta ən yaxın adamlarının gözlərini çıxartdırmışdı. Gözü kor olan o şəxsləri qəsdən eyş-işrət məclisində əyləşdirirdi. Hətta Gülüstan müqaviləsi imzalananda Abbas Mirzə Xəzər dənizinin Rusiyanın daxili dənizinə çevrilməsinə qarşı çıxmışdı. Abbas Mirzə müqavilədəki Xəzər dənizində yalnız rus gəmilərinin üzəcəyinə dair bəndə etiraz edərkən Fətəli şah demişdi ki, “bir ovuc şor sudur, verin aparıb töksün atasının gözünə”. Abbas Mirzə hər şeylə bərabər həm də atasının yarıtmaz siyasətinin qarşısını almağa məcbur idi.

 

Gülüstandan Türkmənçaya gedən yol: II rus-qacar müharibəsini kim başladı?

 

Çox zaman deyirlər ki, II rus-qacar müharibəsinin başlanmasında guya Abbas Mirzə əsas rol oynayıb. Bu, kökündən yanlışdır. II Rusiya-Qacar müharibəsi başlayana qədər ruslar dəfələrlə Tehrana, Təbrizə elçi göndəriblər. Hətta Abbas Mirzə rusların məktublardan birini cırmışdı. Sonradan ingilis deputat o məktubu yapışdıraraq Fətəli şaha vermişdi. Abbas Mirzənin təkidi ilə ruslar Muğanı qacarlara qaytarmağa razılıq vermişdilər. Lakin Fətəli şahın ətrafındakı qaragüruhçu mollalar və Abbas Mirzəni sevməyən şahzadələr bunun əleyhinə çıxdılar. 1825-ci ildə rus çarı Aleksandr vəfat edir. Bu ölüm xəbərini rusların diplomatik nümayəndəsi əvvəlcə Abbas Mirzəyə, daha sonra Tehran sarayına çatdırır. I Nikolay taxta çıxır. Abbas Mirzə müharibə tərəfdarı olmadığı halda, Fətəli şah Sankt-Peterburqdakı dekabristlər hərəkatından bəhrələnmək istəyir və orduya hücum əmri verir. Bu hücum zamanı da 3 istiqamət seçildi. Abbas Mirzə “əsas hədəflər Gəncə və Tiflis olmalıdır” deyə təkid etsə də, ona Şuşada ruslar əleyhinə üsyan hazırlandığı barədə yalan məlumat verdilər. Guya Xudafərini keçən kimi Şuşa əhalisi rus qarnizonunu qovacaq və Qacar ordusu problemsiz şəhərə daxil olacaq. Lakin nəticə başqa oldu. Faktiki olaraq Şuşanın mühasirəsinə 48 gün vaxt itirildi. Bu isə istər taktiki, istərsə də strateji baxımdan itki demək idi.

 

Şəmkir, Gəncə və İrəvanda ard-arda məğlubiyyətlər, Azərbaycanın növbəti dəfə işğalı

 

O dövrün müəlliflərindən Nasir Nəcmi Qacar ordusunun ard-arda fəlakətə düçar olmasını qərargahda çalışan ingilislərin Rusiyaya məlumat ötürməsi ilə əlaqələndirir. Çünki Qacar ordusunun bütün planları əvvəldən Rusiya komandanlığına məlum olurdu. Məsələn, Şəmkir yaxınlığında Qacarları məğlub edən erməni mənşəli general Mədətov bilirdi ki, üzərinə çoxsaylı Qacar ordusu gəlir və yalandan belə bir məlumat yayılmışdı ki, guya Mədətovun ordusunda yalnız Tiflisdən gəlmiş 200-300 erməni var. Ancaq Mədətov bütün topxananı meşədə gizlətmişdi. Bu yalan məlumatlar səbəbilə Qacar ordusu əvvəl Şəmkirdə, sonra Gəncədə məğlub olur. Hətta bu döyüşlərdə Abbas Mirzə ayağından yaralanır. Onunla bir səfdə döyüşənlər biri də təəssüf ki, Laçın ağa (gürcü dilində adı məlum deyil) idi. O eyni zamanda Osmanlı-Qacar müharibəsində də iştirak etmişdi. Çobandağı döyüşündə Abbas Mirzə onu itirdi. Sonradan onun sevimli rus əsirlərindən təşkil olunmuş əsgərləri, məsələn qacarların tərəfində döyüşən ingilis Neyts məhv edildi. Rus mənbələrinin yazdığına görə, ruslar onun ingilis olduğunu biləndə ağaca sarıyıb, güllə ilə deşik-deşik etmişdilər. Həmin döyüşdə korpusun digər üzvləri də məhv edildi. Bu dəfə Abbas Mirzə bütün gücünü İrəvanı qorumağa yönəltdi. Lakin Abbasabad, Sərdarabad döyüşlərindəki məğlubiyyətdən sonra İrəvan qalası da çökür. Onu da deyim ki, Rusiya İrəvanı tutarkən hətta Napoleona qarşı istifadə etmədiyi ağır mərmilərdən istifadə etmişdi. İrəvanın çöküşü faktiki olaraq, şimal tərəfdən Osmanlı-Qacar sərhədlərinin bağlanmasına, digər tərəfdən Naxçıvan və Güney Azərbaycana yol açılmasına səbəb olur. Nəticədə yenə də Fətəli şahın oğluna zamanında yardım etməməsi nəticəsində Azərbaycanın böyük bir hissəsi işğal edilir.

 

Mollaların təslimçi siyasəti və Türkmənçay müqaviləsi

 

Bu zaman xəyanət yolunu tutan adamların əksəriyyəti ruhani din xadimləri idi. Məsələn, Təbrizin tutulan zaman Təbriz dini icmasının başçısı – qapıların açdırmış, hətta ruslara qurban da kəsdirmişdi. Hətta demişdi ki, Allah qələbəni kimə lazımdırsa, ona da verəcək. Ona görə də Abbas Mirzənin hər zaman irticaçı mollalardan zəhləsi gedib. Faktiki olaraq, Təbrizdən sonra Tehrana yol açıldı. Abbas Mirzə ruslarla danışığa gedir. Mərdlik göstərərək, həyatını riskə ataraq Paskeviçi  təkbətək görüşə dəvət edir. Tufarqan kəndi yaxınlığında özü ilə cəmi 500 atlı götürən Abbas Mirzə 4 minlik rus qoşununun içərisinə gedir. Abbas Mirzənin məqsədi paytaxt Tehranı qorumaq idi. O, Paskeviçə deyir ki, “təəssüf ki, öz ölkəmdə məni qonaq kimi qarşılayırlar” . Hələ də müdafiə olunan Ərdəbilin verilməsi müqabilində rus qoşunlarının Tehran üzərinə yürüşü dayandırılır. Bu dəfə əsas danışıqlar Türkmənçay kəndində aparılmışdı. Burada imzalanan müqavilə Azərbaycan tarixinin ən faciəvi müqavilələrindən biridir.

 

Abbas Mirzənin çar Nikolayın qarşısına qılıncla gedən oğlu

 

Abbas Mirzə özündən sonra kimi qoymuşdu? Onun övladlarından bütün döyüşlərdə atasını müşayiət edən Cahangir Mirzə “Tarixi nou”, yəni “Yeni tarix” adlı əsər yazmışdı. O, eyni zamanda cəngavər idi. Tehranda Qriboyedov öldürülərkən Azərbaycan ordusunun mübarizə aparmaq gücü qalmamışdı. Abbas Mirzə məcburiyyətdən 500 əsgər və 30 topla ruslara qarşı heç olmasa 2 gün mübarizə aparmağa çalışdı. Bu zaman digər oğlu Xosrov Mirzəni belə bir zamanda Sankt-Peterburqa danışıqlara göndərdi. Bundan əvvəl Xosrov Mirzə Paskeviçlə danışıqlarda da iştirak etmişdi. Paskeviç ona atasına çox bənzədiyi üçün gülə-gülə “yarım Abbas” demişdi. Nikolayın qəbuluna gedəndə Xosrov Mirzədən qılıncı çıxarmağı xahiş edirlər, lakin imtina edir və deyir ki, “biz silahla gəzməyə öyrəşmişik”. Nikolayın qəbulunda o qılıncın qəbzəsini yerə, ucunu isə ürəyinə dirəyir. Sanki bununla üzrxahlıq edirdi ki, yenidən müharibə başlamasın. Rusiya da sanki həqiqətən Qriboyedov məsələsini unudur.

 

Qacariyə – Azərbaycan dövləti, Qacar ordusu – Azərbaycan ordusu

 

Rusiyaya verilən bəxşişlər içərisində vaxtilə Nadir şahın Dehlidən gətirdiyi böyük moğol xəzinəsinin ən böyük almazlarından biri də vardı. Bundan sonra Rusiyanın digər bölgələrində, xüsusilə Qərbi Avropa ölkələri ilə münasibətlərinin kəskinləşməsi istər-istəməz ruslar və Qacarlar arasında isti münasibətin yaranmasına gətirib çıxarır. Bu zaman Azərbaycanın şərq hissəsində – Kirman, Yəzid və Xorasanda üsyanlar qalxır. Mənbələrin yazdığına görə, o üsyanları Azərbaycan ordusu yatırdır. Məhz Azərbaycan ordusu, çünki o zaman düşmən də, dost da bu ordunu Azərbaycan ordusu adlandırırdı. Bu, onun göstəricisi idi ki, indiyə qədər Rusiya-İran müharibəsi adlandırdığımız müharibə məhz Rusiya-Azərbaycan müharibəsi idi. Çünki müharibə Azərbaycanın ərazisində gedirdi, ruslara qarşı döyüşənlər də Azərbaycan ordusu idi. Bu, həm də Qacar dövlətinin, Qacariyənin Azərbaycan dövləti olduğunu göstərir. Çünki bu ölkənin “naibü səltənəti” Təbriz şəhərində otururdu. Ölkənin paytaxtı isə ondan bir az aralıda olan Tehran şəhəri idi. Ölkənin bütövlüyünü təmin edən Azərbaycan ordusu idi. Deməli, Qacarlar dövlətinə tam mənada Azərbaycan dövləti deyə bilərik.

 

Son nəfəsində “Azərbaycan” deyərək dünyaya göz yuman şahzadə

 

Abbas Mirzə son günlərini fəth etdiyi Xorasanda keçirir. Gözlənilirdi ki, Herat istiqamətində hərəkətə keçib ingilislərlə döyüşəcək, lakin uşaqlıqdan onu tutan xəstəlik artıq onun yaşamasına imkan vermədi. Ömrünün sonuna yaxın, yəni 1833-cü ildə kiçik qızının xatirələrində qeyd olunub ki, Abbas Mirzə ömrünün son anlarında sayıqlayırmış. Qızı yazır: “Mən ona yaxınlaşanda bu sözləri eşitdim: “Azərbaycan”. Atam dünyaya “Azərbaycan” deyərək göz yumdu.

 

   

       

mənbə :
lent.az




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles