Azadliq.az

Azərbaycan Xəbərləri


Azadliq » Xeberler» Xeber

Türkiyede neler olur?-TƏHLİL

Türkiyədə nələr olur?-TƏHLİL

07/05/2016

00:36

06.05.2016 / 23:30 xeber –

    “Müsəlman məhəlləsi”ndəki  üçüncü sınma

 

AKP sədri (lideri ola bilmədi) və baş nazir Əhməd Davudoğlunun 22 may tarixinə fövqəladə qurultay təyin etməsi Türk siyasətini içəridən izləyənlərin 90%-i üçün çox böyük sürpriz olsa da, qalan 10%  işin bu nöqtəyə gələcəyini aylardan bəri yazmaqdaydı; gəlişmələri  günbəgün  təhlil edən  “Cumhuriyet” yazarı  Orhan Bursalının hədəfi tam tutdurduğunu deməliyəm. Bunu-xüsusilə AKP  örnəyində- proqnozlaşdırmaq bir köşə yazarı-təhlilçi üçün əsla və qətiyyən  asan iş deyildi. Çünki  söhbət quruluşundan 1.5 il sonra iqtidara gəlib  o iqtidarını 14 ildən bəri qorumasıyla yanaşı  qurucu sədrini prezident kreslosuna oturtmuş və “Qol sınar, gipsin içində qalar”-monolitliyindən vaz keçməyən bir siyasi strukturdan gedirsə, 50% dəstəklə yeni iqtidarının sadəcə 6 ayını tamamlaya bilən bir hökumətin başçısı üçün də, partiyası üçün də, həmçinin ölkəsi və dünya üçün də bir silsilə dərin gəlişmənin  mövcudluğunu inkar etmək ağıl və məntiq işi deyildir. Elə isə gəlişmələrə bir az geridən baxmaqda fayda vardır.

AKP sədri və Türkiyənin 64-cü hökumətinin başçısı professor Davudoğlunun 22 may tarixinə fövqəladə qurultay təyin etməsi və sədrliyə yenidən namizəd olmayacağını açıqlaması  Türkiyədəki dini təmayüllü siyasətin  tarixində “üçüncü sınma nöqtəsi”ni təşkil etmişdir. 16 may 2000-ci ildə islamçı siyasi hərəkatın yasaqlı lideri Nəcməddin Ərbakanın xəbərdarlıqlarına baxmayaraq, ”yenilikçilər” Abdullah Gülü Fəzilət Partiyasının sədrliyinə namizəd göstərib  nəbz yoxlamış və  Gülün 140 səslə uduzmasına baxmayaraq, atmosferin öz lehlərinə olduğunu görmüşdülər. Fəzilət Partiyasının qapadılmasıyla Ərbakanın yeni partiyasına getməyən “yenilikçilər”, bu dəfə  “öz yasaqlı liderləri”, İstanbul bələdiyyəsinin keçmiş başqanı Rəcəb Tayyib Ərdoğanın liderliyində Ədalət və İnkişaf Partiyasını (AKP)  qurmuş (15 avqust 2001), Fəzilət Partiyasının məclisdəki qrupunun  əsas hissəsi AKP-yə qatılaraq, yeni siyasi hərəkata önəmli dərəcədə güc qazandırmışdılar. ”Müsəlman məhəlləsindəki ilk sınma” Ərdoğanın liderliyini və islamçı hərəkatın ilk təkbaşına iqtidarını özü ilə gətirib-gəlmiş, ”Sınma= iqtidar”  formulu həyata keçmişdi. ”İkinci sınma” 10 avqust 2014-cü ildə Ərdoğanın prezident seçilməsindən sonra 28 avqusta qədərki mərhələdə AKP sədri və baş nazir olmağa hərarətli yanaşan Abdullah Gülün əl-qolunun bağlanması və Ərdoğanın  “30 illik tale arkadaşına və qardaşa” heç bir manevr sahəsi buraxılmazkən yaşansa da, prosesləri strateji və taktiki dühasıyla yönləndirən Ərdoğanın xarizmatik ustalığı sayəsində AKP məhvərindən qopmalar yaşanmamışdı. Və “müsəlman məhəlləsindəki 3-cü sınma”nı 29 aprel- 4 may tarixləri arasında  birbaşa prezident Ərdoğanın təşkil və idarə etdiyini gördük. Bunun qarşılığında,  vida edərkən professor Davudoğlunun  “Ərdoğana sədaqətdən” bəhs etməsi sanki kifayət etmədi, “onun ailəsi mənim ailəmdir”- sentimentalizmini də duyğulu anlara əlavə edilməsi  lazım gəldi…

 

”Baş nazir  Davudoğlunu necə bilirdiniz?”

 

Professor Davudoğlunun siyasi kimliyini xarakterizə etmək üçün  30 avqust 2015-də Beştəpə sarayında prezidentin verdiyi  Zəfər bayramı ziyafətindəki   bir “momentum”u çox uyğun görürəm: ippodromdakı gündüz  mərasimində ana müxalifət lideri Kılıçdaroğluna mobil telefonundan nəyi göstərdiyini şoruşmuşduq. Türkiyənin çox ehtiyacı olan cavabı vermişdi: ABŞ-dakı nəvəmin telefonumdakı fotosunu hörmətli Kılıçdaroğluna göstərirdim, ailəliklə bir-birimizə gedib-gəlməyi qərarlaşdırdıq. Beynəlxalq məsələlər üzrə professor kimliyi ilə baş nazir Ərdoğana və xarici işlər naziri Abdullah Gülə baş müşavirlik yapdığı dönəmlərdən çox yaxşı tanıdığım Əhməd Davudoğlu 1 may 2009-cu ildə AKP hökumətinin millət vəkili olmadan nazir təyin etdiyi ilk şəxs olmuşdu. Baş müşavir kimliyi ilə də xarici işlər nazirliyi üzərində böyük nüfuz sahibi olan Davudoğlu, cümhuriyyət tarixinin ən aktiv və xarici siyasət paradiqmalarını gözünü qırpmadan dəyişdirən nazir kimi tarixdəki yerini alandan sonra 28 avqust 2014-də baş nazir kreslosuna oturar-oturmaz ali məktəb müəllimlərinin maaşlarını artırmaq barədə qərar qəbul etmişdi ki, bu da çıxdığı yerə duyduğu vəfanın göstəricisi kimi dəyərləndirilmişdi. Baş nazirlik dönəmində ölkəsinin bəşəri kriteriyalara sədaqətini nümayiş etdirməyə çalışdı-bunun bir çox örnəyini sadalamaq heç də çətin deyildir. Baş müşavir, nazir və baş nazirliyi dönəmində verdiyim sualları tərəddüdsüz şəkildə cavablandırdı. Əmin ola bilərsiniz ki, müşavir-nazir-baş nazir silsiləsində Azərbaycana və xüsusilə Qarabağa dair məsələlərə göstərdiyi diqqətdə Əhməd Davudoğlunu MHP lideri Bahçelidən daha səmimi, cəsur və qərarlı gördüm.

 

 

Əhməd Davudoğlunun vilayət və rayon təşkilatlarının  sədrlərini təyin etmə səlahiyyətinin alınaraq fövqəladə qurultay çağırması və sədrliyə namizəd olmaması Türkiyədə  prezident üsuli-idarəsinin  önündəki  psixoloji əngəlləri qaldırdı və  bu işin infrastrukturunun  döşənməsi  mərhələsinə qədəm qoyma zərurətini  özü ilə gətirib-gəldi. 5 mayın  Türk siyasət tarixindəki  önəminə bir neçə nöqtədən baxarkən bu faktorun ön plana çıxdığını görürük: 1991-də   Ana Vətən Partiyası lideri və baş nazir  Yıldırım Akbulut  vilayət təşkilatlarının  sədrləriylə əvvəlcədən sövdələşmədiyinə görə yarışda Məsud Yılmaza uduzmuşdusa, bildiyim qədəriylə, ilk dəfə bir iqtidar partiyasının lideri “can evi”ndən vurulmuş oldu. Bu vuruş prezident Ərdoğanı prezident üsuli-idarəsi hədəfinə çox ciddi şəkildə yaxınlaşdırdı…

 

Ən qərarlı adam: Rəcəb Tayyib Ərdoğan

 

Azərbaycan  dilinə tərcümə etdiyim müsahibələrinin birində William Faulkner deyir ki, yazıçının məqsədi vardır, o, istədiyi əsəri yazmaq üçün hər şeydən vaz keçməyə hazırdır, təki əsər yazılsın. Bu nöqtədən baxanda Türkiyə prezidenti Ərdoğanın da məqsədi olduğunu görürük və o məqsədə çatmaq üçün Ərdoğanın hər cür qərarlı addımı atmağa hazır olduğunu hamı görür. Hörmətli Ərdoğan   bu qərarlılığını  17 il əvvəl-1999-cu ilin aprelində Ali Məhkəmənin qərarıyla İstanbul bələdiyyə başqanlığından uzaqlaşdırılarkən  keçirdiyi və xeyli tərəfdarının izlədiyi mətbuat konfransındakı “Bu şarkı burada bitməz”-manifestiylə nümayiş etdirərkən oradaydım. O ,heç vaxt qərarlılığından zərrə qədər geri addım atmadı; 4 aylıq həbsdən çıxandan sonra böyük oğlunu evləndirərkən ətrafında barmaqla sayılacaq qədər az adam varkən də, AKP-ni qurmaq  üçün, yasaqlı olmasına rəğmən, liderlik missiyasının altına çiynini verəndə də  birlikdə olmağı təklif etdiyi insanlara Türkiyənin idarə rejimini dəyişdirəcəyini açıq şəkildə deməkdən qətiyyən ehtiyat etmirdi. Ərdoğandakı bu qərarlılığın daha da güclənməsinə seçicilərin hər seçkidə  ona verdiyi dəstəyin rolu müstəsnadır. Demokratiya ilə idarə edilən ölkələrdə siyasi liderlərin yorulması, xüsusilə iqtidardakı siyasi qurumların bir müddətdən sonra əpriməsi qaçılmazdır. Türkiyə prezidenti Ərdoğan öz fəaliyyəti ilə bu xüsusiyyəti alt-üst edən bir siyasətçi örnəyidir və bu baxımdan müasir dünyada örnəyinə az rast gəlinir. O, hər seçkidə qalib gəldikcə daha çox ruhlanır, oksimoronla desək, daha çox ruhlandıqca daha çox qalib gəlir, daha çox qalib gəldikcə öz məqsədinə daha çox yaxınlaşdığını hiss edib yenidən start nöqtəsinə dönür. Öz yerini təhvil verdiyi adam olması bir tərəfə, uzun müddətli  iş yoldaşlıqları bir tərəfə, 6 ay qabaqkı seçkidən 50%-lik dəstəklə çıxaraq təkbaşına hökumət qurmuş bir partiyanın liderini fövqəladə qurultaya məcbur etmək-  öz məqsədinə doğru  gedən yolda hörmətli Ərdoğanın bəzi şeylərə qarşı duyduğu inamsızlıq və güvənsizliyin təzahürüdür ki, nəhəng bir ağacı yerindən çıxarmağa bənzər bir əməliyyatın düyməsinə tərəddüdsüz şəkildə  basmasının səbəbini   də  ən yaxınındakı adama qarşı hiss etdiyi o inamsızlıq və güvənsizlikdə axtarmaq daha realist bir yanaşma olacaqdır.

Prezident Ərdoğan fürsət düşdükcə  10 avqust 2014-dən sonra Türkiyənin feili  prezident üsuli-idarəsində yaşadığını deyirdi.

5 mayda o üsuli-idarənin  siyasi formatı qəti şəkildə cızıldı.

Bundan sonra konstitusion və hüquq infrastrukturu gəldiyinə görə, əks tərəfdəki rəqiblərin topa daha sərt girəcəklərini  təxmin etmək çətin deyil.

Bundan sonrakı toplara  girişlər nə qədər sərt  olsa da, baş rolda yenə onu görəcəyik: Rəcəb Tayyib  Ərdoğan…

 

Mayis Əlizadə, APA Analitik Mərkəzi

mənbə :
lent.az




Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.
Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles