Azadliq.az

Azərbaycan Xəbərləri


Azadliq » Xeberler» Xeber

“Oğlumun ölüsünü qucağıma alıb, xestexananı terk eledim…” – ƏSİR DÜŞƏRGƏSİ

“Oğlumun ölüsünü qucağıma alıb, xəstəxananı tərk elədim...” - ƏSİR DÜŞƏRGƏSİ

11/05/2016

15:12

11.05.2016 / 14:12 xeber –

 

23 il öncə bu günlər: müharibə dəhşətlərini Vüsalə Məmmədovanın təqdimatında Lent.az-da oxuyun…

 

(Əvvəli burada: I hissə, II hissə, III hissə, IV hissə)

 

V hissə

 

Gülcamal çıxışda dayanmış ağ xalatlı qadınlardan kimin həkim, kimin tibb bacısı olduğunu bilmirdi. Amma onlardan birinin qucağındakı mavi bələkli körpəni görən kimi sanki bədənindən gizilti keçdi. Bir anda içindəki süstlük getdi. Məhrəm bir duyğu qəlbindən süzülüb bir həftədir boşalmış bətninə, bətnindən bütün bədəninə yayıldı və Gülcamalın addımlarını qapıya doğru yeyinlətdi. Onunla birlikdə doğum evini başqa qadınlar da tərk edirdi və o, körpə erməni çağası da ola bilərdi. Amma Gülcamal bunu ağlına belə gətirmədi. Kiçik mavi bükülü Gülcamalın gözünə bir dünya boyda görünürdü…

 

Yaxınlaşanda orta yaşlı qadın mavi bələkli körpəni Gülcamala uzatdı:

 

– Al! Bu da uşağın!

 

Əllərini mavi bələyə toxunduran kimi bir həftədir beynini yeyib-bitirən düşüncələr yox oldu. Onun övlad var idi. Bütün bədbəxtliklərə rəğmən, Gülcamal ana olmuşdu. O dünyaya övlad gətirmişdi. Barmaqlarının hiss etdiyi doğmalıq, yumşaqlıq bütün ruhunu oxşadı. Gülcamal əsirlikdə olduğunu, qardaşlarının yaralandığını, bütün ailənin pərən-pərən düşdüyünü unutmuşdu. İndi onun müharibədən, qandan, kədərdən uzaqda yeni dünyası var idi. Ürkək-ürkək körpəsini sinəsinə yaxınlaşdırdı. Bu uşaq yer üzünün bütün körpələrindən fərqli idi… Gülcamal ilk dəfə bu fərqliliyi hiss edəndə baxışlarını ondan çəkib, körpəni qucağına verən qadına zillədi. Analığın yaşatdığı səadət ona əsirlikdə olduğunu unutdurduğundan, bir həftədir ruhunu saran qorxuları da keçmişdi. İndi “körpəmə nə olub” soruşmağa çəkinmirdi. Amma sual verməyə ehtiyac olmadı. Hər şeyi onun baxışlarından oxuyan qadın nazik qaşlarını çatıb, gülümsəyərək cavab verdi:

 

– Nə gözləyirdin? Yoxsa türkə sağlam oğul verməliydik ki, sabah gəlib bizim günahsız insanlara güllə atsın? Mənim qadın qəlbim buna icazə verməzdi!

 

Bu qadın Aida Sergeyevna Serobyan idi. Gürcüstanda doğulub, Ermənistanda Tibb Kollecini bitirmişdi. 1990-cı ildən Ermənistan Milli Təhlükəsizlik Nazirliyinin xüsusi hərbi bölməsinin tibb bacısı idi. 1992-ci il aprelin 14-də Qarabağa xüsusi “həkim qrup”ları daxilində göndərilən Serobyan bir müddət sonra həmin dəstənin tərkibində kompleks strateji vəzifələri yerinə yetirmək üçün Xocavəndin Hadrut qəsəbəsi istiqamətinə göndərilmişdi…

 

Həmin vaxtdan Haterk “partizan” dəstəsinin “Artsax xilasetmə xidməti”ndə iştirak edirdi. Bu xidmət BQXC-a qapalı idi. Serobyan özü kimi “xüsusi təyinatlılarla” azərbaycanlı əsir və girovları Ermənistanda yaratdıqları “amputasiya otaqları”na göndərirdilər…

 

Aida Serobyan “Artsiv” terror dəstəsində də vuruşurdu. 1992-ci ildən etibarən Xocavənd istiqamətində həm döyüşən, həm də “sınaq təcrübələri” aparan Serobyan beynəlxalq ASALA terrorçusu Monte Melkonyanın dəstəsində də olub. Elə ilk döyüşdə əsir və girov götürdükləri azərbaycanlılara qarşı xüsusi amansızlığı ilə fərqləndiyindən, Melkonyan Serobyana qırmızı çanta hədiyyə etmişdi. Çantanın üzərində isə ağ rəngli xaç var idi. Serobyan bu çantanı atəşkəs elan edilənə qədər üstündə gəzdirəcəkdi. Sonra isə ermənilərin “Qarabağ müharibəsinin qadın siması” adlandırdıqları polkovnik Aida Serobyanın döyüş xatirəsi kimi “Ermənistan anası” hərbi muzeyində saxlanacaqdı…

 

Hələliksə Aida Serobyan qırmızı çantasını yanından ayırmırdı. İllər sonra etiraf edəcəkdi ki, çantasında həmişə özü üçün bir qumbara gizlədirmiş. Çünki həyatda ən çox qorxduğu əsir düşməkmiş…

 

Qırmızı çantalı qadın Qarabağın Çıldıran, Ballıqaya, Kəlbəcərin Qozlu kəndlərinin işğal və təxribat əməliyyatlarında iştirak etmişdi. Amma hələ Ağdərə, Ağdam, Fizuli, Qubadlı, Zəngilan rayonlarının işğalında da iştirak edəcəkdi…

 

1994-cü ildə, iyunun 30-da öz “xidmətlərini” başa vurub, Ermənistan paytaxtına qayıdan polkovnik Serobyan azərbaycanlı körpələri şikəst etməkdə fəal iştirakına görə Ermənistanın və Qarabağdakı separatçı rejimin “Hərbi xidmətlərinə görə” medalları ilə, 2011-ci ildə isə “İgidliyə görə” medalı ilə təltif ediləcəkdi…

 

Bununla da milləti qarşısında borcunun bitmədiyini hesab edən Aida Serobyan 1998-ci ildə “Qadın döyüşçüləri” ictimai birliyi yaradacaqdı. Hökumətin daim dəstəklədiyi bu qadın dövlət strukturunda çalışacaq, bir tərəfdən də yaratdığı qurumda yeni-yeni erməni qadın döyüşçülər, həkimlər və qadın terrorçular hazırlamaqla məşğul olacaqdı…

 

İndi isə qucağındakı körpəni Gülcamala uzadıb, təşəxxüslə dayanmışdı…

 

***

 

– Ola bilərdi ki, uşağı dəyişmişdilər?

 

– Öz uşağım idi, əlimi vuran kimi hiss elədim. Amma gördüm ki, uşaq ölü kimidir… Heç nəyə reaksiya vermir, ağlamırdı, bədəni süst idi… Əvvəl elə bildim qucağıma uşağın meyitini büküb veriblər… Sanki əlimdə ölü körpə tutmuşdum… Vəziyyəti gizlətmədilər də… Aida Serobyan fəxrlə dedi ki, mən sabahın əsgərini sağ buraxa bilmərəm… Daha neyləyə bilərdim ki? Oğlumun ölüsünü qucağıma alıb, xəstəxananı tərk etdim. Məni uşaq xəstəxanasına gətirdilər. Qardaşlarım, əmim qızları Cəmiləgil hamısı xəstəxanada idilər… Doğum evində təklikdə o qədər əzab, iztirab çəkmişdim ki, indi əsirlikdə də olsaq, dedim yenə şükür, əmim uşaqları yanımdadır… Onlar da baxan kimi dedilər bu uşağa nə isə ediblər…

 

– Hələ də ağlamırdı?

 

– Sonralar ağlayırdı, amma görürdüm ki, sağlam uşaq deyil… Nə əmzik götürürdü, nə qorxudan südüm var idi… BQXC yemək verirdi, elə onunla başını aldadırdıq… Arada da guya həkim baxırdı…

 

– Yeni ana olmuşdunuz, sizə hər hansı bir xüsusi yanaşma var idi?

 

– Düzdür, yeməyimizi BQXC verirdi, amma günümüzü sayırdıq… BQXC ayda bir-iki dəfə gəlirdi, qalan günlər ermənilərin əlində idik. Ürəkləri istəyəndə gəlib elə palatada döyüb, sürüyüb, çıxıb gedirdilər… Səsimizi çıxartmağa ixtiyarımız yox idi. Kim idi baxan ki, bu yaralıdı, bu zahıdı…

 

– Kim döyürdü sizi? Hərbçilər, yoxsa tibbi personal?

 

– Həkimlər də, tibb bacıları da. Orada bir cəllad var idi, Edik Stepanyan!

 

– Girovları narkozsuz əməliyyat edən həkim…

 

– Bəli! İnanın, bütün girovlara təkcə o bəs idi. Necə insafsız davranırdı, ilahi… Guya əməliyyat edirdi, ondan da əvvəl yaranın üstündən basıb gülləni daha da dərinə salır, sonra əlini salıb axtarırdı… Barmağı, qolu əlində çöp sındıran kimi tappıltı ilə qırırdı… Əlini yaranın içində elə tərpədirdi, gülləni elə axtarırdı, elə bil ki, cibində qəpik axtarır…

 

***

 

Kəlbəcərin Günəşli kənd sakini Cəmilə Quliyeva 23 ildən sonra girovluq xatirələrini Lent.az-ın “Əsir düşərgəsi”nə danışır:

 

– Bilirəm, məni dinləmək üçün gəlmisiniz, çox sağ olun. Amma kaş ki, indi beynimi dinləmək imkanınız olardı… Orada elə səs var ki, o fəryadın arasından olanları ayırd edib, sizə danışa bilmirəm…

 

– Bəlkə köməkli ayırd edək…

 

– Nə bilim… Yuvasında ana quş görmüsünüz?

 

– Görmüşəm…

 

– Anası olmayanda… yuvaya yaxınlaşan olanda quş balaları necə civildəşir…

 

– Sanki üsyan edirlər ki, hələ uça bilmirik, toxunma…

 

– Ay sağ ol! Bax, yük maşınında bizi atəşə tutanda körpə uşaqların səsi o civilti kimi qalıb qulağımda. Körpələrin o civiltili üsyanı bütün ruhumu sarmışdı. Ondan sonra başımıza nə gəlsə də, hara getsək də, bu tükürpədici səs qulaqlarımdan çəkilmirdi. Palatada yatırdıq, yenə qulağıma o səs gəlirdi… İndi, 23 il sonra hər şeyi xırdalığına kimi sizə danışmaq istəyirəm ki, tarixdə qalsın, amma hələ də o civiltili üsyan qulağımdan çəkilmir… O səsi eşidəndə də qanım donur… Bilirəm, mən ölənə qədər də o səsi eşidəcəyəm…

 

– Şahnazın səsi necə…?

 

– Mən onun ölümünü gözümlə görməmişəm… Üz-üzə dayanmışdıq… Əlim çatmadı ki, yoxlayam… Ölə bilməzdi axı… Bunu nə beynim, nə də ürəyim düşünə bilməzdi. Dünənə qədər tikib-bəzəyib geydirdiyim uşağın ölümü necə ağlıma gələrdi? Dərzi idim, hər dəfə bir fason düşünüb paltar tikdirirdi… Elə də həvəsiyirdi geyim-keçimə… Elə özünə baxan idi ki… Həmişə yubkalarına əlavə qırçın tikdirirdi…

 

Bacısı Validə xatırlayır:

 

– Maşında güllə dəysə də, Şahnaz ölməmişdi… Ölməmişdi… Onu sonradan görən olmuşdu…

 

Validə ağlayır, sözünə davam edə bilmir. Cəmilə davam edir:

 

– Bacım Validə həmişə bu haqda danışanda özünü saxlaya bilməyib, ağlayır. Mən saxlayacağam, göz yaşlarımı içimə axıdıb, danışacağam. Şahnazın adı bu günə qədər də girovluqda olan uşaqların siyahısındadır… Bacımdan yer üzündə heç bir nişanə qalmayıb… İstəyirəm yazasınız ki, heç olmasa bu yazılarda bacım yaşasın… Mən özüm çox ağır vəziyyətdə idim, 11 güllə yarası almışdım. Sağ ayağım tamamən qırıq-qırıq olub, keçmişdi maşındakı cehizlərin arasına… Başıma, sağdan boynumun arxasına, sağ çiynimə… hamısına güllə dəymişdi… 4 güllə sağ ayağımdan dəyib, biri topuqdan, qalanı buddan. Biri sağ əlimə dəyib, barmaqlarımın arasından keçmişdi. İndi həmən yerdə qığırdaq yoxdur. Belimə, sol qoluma da dəymişdi. Amma ən əsas sağ tərəfdən çox yaralanmışdım. Əmim arvadı İmarətin də başına güllə dəymişdi. Görkəmi dəhşətli idi, alnı tərəfdən başı deşilmişdi, oradan nəfəs alırdı…

 

Kiçik bacıları İlhamə xatırlayır:

 

– Mənə 2 güllə dəymişdi. Bir güllə isə sağ qolumu sıyırıb keçmişdi. Bu dəqiqə də sağ qolumda qəlpə var. Sağ ayağıma isə dəyib çıxmışdı… Sağ tərəfdən qolumdan və ayağımdan yaralanmışdım. Bacım Validəyə isə 3 güllə dəymişdi. Sol barmağına, sağ qoluna, biri isə sağ yanına… Ombadan… sümüyü qırıq-qırıq idi… Xatırlayıram… Ombasından necə dəydiyini xatırlayıram… Kəlbəcər yolları sıldırım qayalardı, təhlükəli olduğu üçün maşınlar yolun kənarı ilə yox, ortası ilə gedirdi. Çünki hər an yoldan çıxıb, qayadan aşağı yuvarlana bilərdin. Bizim maşını gülləyə tutdular, biz maşından töküldük, ah-nalə bir-birinə qarışmışdı… Bax, onda Validə məni kürəyinə alıb, özünü aşağı atmaq istədi…

 

– Ramil özünü atan yerdən?

 

– Hə. Amma Ramil sonra atdı özünü. Hələ ki, güllələr yağırdı… Ermənilər gördü ki, Validə özünü atmaq istəyir, onu nişan aldılar… Mən bacımın kürəyindən bərk-bərk yapışmışdım… Bacım isə yerə yıxılıb, “Ay qağa, yandım, yandım” deyirdi…

 

Validə: Cəmilənin ayağında sümükləri qırılıb, muncuq kimi şaqqıldayırdı… Ayağının topuqdan aşağı hissəsi əlimizdə oynayırdı. O həkim var idi, Edik Stepanyan. Cəmilənin ayağını tutub, torba kimi silkələdi, sümüklər şaqqıldadı…

 

– Edik Stepanyan Cəmilə xanımı da əməliyyat etdi?

 

– Boynunun dalından güllə girib qalmışdı içəridə. Əlini həmişə başının altına qoyurdu ki, yastıqdan aralı qalsın. Bir gün Edik Stepanyan gəldi… (Ağlayır…)

 

Cəmilə: Yanında da bir tibb bacısı…

 

– Xəstəxanaya yeni gətirilmişdiniz?

 

– Yox, haradasa 1 ay olardı ordaydıq. İndi yadına düşmüşdü ki, məni əməliyyat eləməyib… Əlində bir bint, bir də qayçı ilə gəlib dedi ki, səni əməliyyat edirəm… Nə deyəsiyəm? Fikrimi soruşan kimdi? Bacılarım bədənimi dikəltdilər. Edik qayçını başımın arxasına salıb, başladı oranı kəsməyə. İlahi, başın dərisi necə qalın olurmuş! Çətinliklə kəsilirdi. Görürdün ki, özü də əziyyət çəkir kəsməyə və buna necə sevinirdilər ki, çətin kəsilir, zülm çəkirəm…

 

Validə: Erməni qandan qorxur axı, tibb bacısı tez-tez ürpəşib, əlindəki qabı geri çəkirdi. Edik deyirdi “bərk saxla də əlində”. Kəsib, gülləni çıxartdı, 5.45-lik güllə idi, girib qalmışdı sümüklə dərinin arasında… Yazıq bacım, bir elə əzaba dözdü, amma düşmən qarşısında səsini çıxartmadı… Cəmi bir dəfə səsini eşitdik, onda da əməliyyat bitəndə…

 

Cəmilə: Edik başımdan çıxartdığı gülləni pinsetin ucunda mənə göstərdi ki, bax, bir güllə idi, çıxartdım. Onda mən özümü birtəhər ələ alıb, dedim ki, “Çox sağ olun, həkim”. Tərs-tərs baxıb, soruşdu ki, “əsgər olmusan?” Dedim “yox”. Onda da qayıtdı ki, “bəs hardandır səndə belə dözümlü ürək?” Sonra barmağını qolumdakı yaraya salıb, damarı qırmaq istədi. Çox amansız həkim idi… Biz kənddə yaşayanda deyirdilər ki, dəridə gön əmələ gəlir, üstündə tüklər bitir, inanmırdım. Mən bunu öz dərimdə gördüm. Qolumdakı yaranın üstündə heyvan dərisi kimi qara tüklü dəri yaranmışdı. Düşündüm ki, bəlkə ölmərəm, dəyişilərəm, belə geri necə qayıdım? Canımı dişimə tutub, qorxa-qorxa, ağlaya-ağlaya ülgüclə yavaş-yavaş onu qolumdan qaşıdım. Ondan sonra yerində belə dərisiz iz qaldı…

 

– Axı deyirdilər girovlara kəsici alətlər verməyiblər. Ülgücü necə əldə etmişdiniz?

 

– Kişilərin palatasında olurdu. BQXC onların üzlərini qırxırdı, ona görə də girovlarımızda var idi. Dedim, mən bu tükləri qolumdan təmizləməliyəm. Elə bil gön soyurdum… Edik barmağını saldığı yerdə əmələ gəlmişdi, başımdan gülləni çıxardandan sonra onun da yeri çirk eləmişdi. Bakıda həkim onu yenidən əməliyyat etdi.

 

– Ayağınızdan daha ağır yaralanmışdınız, Edik o güllələri çıxartmadı?

 

– Ayağımı əməliyyat etmədilər. Edik bir dəfə özünü BQXC nümayəndələrinə göstərəndə gətirib ayağımdan daş asmışdı. Sonra isə bir qoca həkim – doktor Petrosyan gəlib o daşı açdı, ayağımı buraxdı… Ondan sonra da ayağım tamam yığıldı… Əgər ayağım bir az da daşdan asılı qalsaydı, heç olmasa az qısalardı… Girovluqdan qayıdanda bir ayağım o birindən 14 sm qısa idi…

 

– Niyə ayağınızı daşdan açdı ki? BQXC nümayəndələri görmürdü bunu?

 

– Ehh… Bizim orada nələr yaşadığımızı bircə üstümüzə örtdüyümüz adyallar bilir. O adyallar şahiddir hər şeyə. Onlar olmayanda halımızı dillə deyib, ağlayırdıq. Görürdük gələn var, özümüzü tox tutur, ağlamırdıq… Petrosyan ayağımı açıb buraxanda soruşdum bəs belə mənim ayağım qısalacaq axı. Mən necə yeriyəcəyəm?

 

– Petrosyan azərbaycanca danışa bilirdi?

 

– Edik rusca danışırdı, amma Petrosyan təmiz azərbaycanca danışırdı. Ona görə də ondan soruşdum. Görməliydiniz… Gülə-gülə mənə baxıb, “Necə yeriyəcəksən ki? Axsayacaqsan!” dedi. Sonra da çox idbar bir formada axsayıb, ironiya ilə mənə “Bax, belə yeriyəcəksən!” dedi… Onda çox gənc idim… Təsəvvür edin, bu mənim üçün nə demək idi…

 

Susur… Bir az əvvəl “bu gün göz yaşlarım içimə axacaq, özümü tox tutub, hər şeyi danışacağam” desə də, bu asan olmur… Validə xanım isə evi axtarıb, bir-bir əlinə keçən BQXC məktublarını gətirib masanın üzərinə düzür…

 

Validə: Bütün məktubları saxlayıram… Qohumların çoxu yandırıb, onları da qınamıram, adamın ürəyi dözmür… Məktublar da durur, şəkillər də… O vaxt BQXC gələndə şəkillərimizi də çəkirdi…

 

– Cəmilə xanım… Dediyiniz kimi, əlini başının arxasına qoyub…

 

Cəmilə: Hələ onda əməliyyat olunmamışdım… “Qırmızı Xaç” məktub gətirmişdi, oxuyub ağlayırdım, şəkil çəkdirəndə məni güldürdülər ki, şəkildə ağlaya-ağlaya düşməyim… Axı şəkli bura, qohumlara gətirəcəkdilər…

 

– Bu uşaq Nurlanədir? Səmanın qızı?

 

İlhamə: Hə, mənim qucağımdadır. Onu qucağımda gəzdirirdim. Bu şəkildə də yeməyini təzəcə yedirmişdim, corabını geydirirdim ki, BQXC gəldi… Elə içəri girən kimi də şəklimizi çəkdi…

 

– Bu şəkil çəkiləndə Səma sağ idi? Səma mayın 14-də vəfat edib…

 

Cəmilə: Yadımdadır, Səma ermənilərlə der-der deyişirdi… Mərd qadın idi. Mən yataqdan qalxa bilmirdim, amma səsini eşidirdim… Ağlaya-ağlaya bayatı deyirdi…

 

İlhamə: Ölümündən əvvəl Nurlanə “ana” deyib ağlayırdı, apardım Səmanın yanına. O vaxt hələ Nurlanənin gözləri görürdü, anasını tanıyırdı. Ağlayıb Səmanı qucaqlamaq istədi… Səma isə baxdı, baxdı, gözündən yaş axdı… Huşu özündə idi, qızını tanıdı, amma uşağı qucağına götürəcək halda deyildi… Bağrına basacaq halda deyildi… Hər iki gözündən yaş axdı… Mən uşaq idim, bununla belə çox pis oldum… Uşağı onun yanından uzaqlaşdırdım… Bu, sonuncu görüşləri oldu…

 

Validə: Səmanın meyitini o saat xüsusi kisəyə qoyub, “zamok”u çəkdilər. Yadıma gəlir, dedilər bunun yiyələri meyitini də olsa, alacaqlar. Yerinə də yaxşı pul, həm də diri əsir tapıb verəcəklər… Bunu gərək yaxşı qoruyaq… Sonra bizim də iştirakımızla ekspertiza təşkil etdilər… Ölümü ilə bağlı… Əmim oğlu Qoşqarı da çağırmışdılar. Onun da iştirakı ilə bədən ölçülərinə qədər yazıb, sənədləşdirdilər. Qoşqar da qol çəkmişdi o vaxt sənədə… BQXC nümayəndələri əllərində əlcək, Səmanın bədənindəki yaralara baxır, barmaqlarına yapışan qurdları yerə salırdılar… Yarası çürümüşdü… Dedilər guya elə o kisədə dəfn edəcəklər… Harada dəfn edildiyini bilmədik. Polislər götürüb apardı… Ondan bir müddət sonra isə Qoşqargili apardılar…

 

– Hara?

 

– Atamla birlikdə Şuşa türməsinə aparmışdılar…

 

– Atanız nə danışır Şuşa türməsindən?

 

Cəmilə: Atam bu günə qədər yanımızda heç nə danışmayıb. Nəsə eşitmişiksə də, onun-bunun söhbətində eşitmişik… Bilirik ki, çox döyülüb, ağır işlərdə işlədilib… Özünüz də gördünüz, qulağı eşitmir… Şuşa türməsində olanda qulağına taxta parçası ilə vurublar, o gündən qulağı batıb…

 

Validə: Atam bu günə qədər bizə o günlərdən danışmayıb. Bəlkə qardaşlarıma nə isə deyib, bilmirəm. Heç qardaşlarım da bizə deməyib. Kişilər oturanda bir-birinə danışırlar… Bir dəfə bir nəfərə danışanda qapının arxasından eşitdim. Dedi ki, Şuşa türməsində zibillikdən itlərə atılan sümüyü axtarıb, tapıb, sümürürdük… Zibil qabından yeyirdik, dedi… Ürəyim parçalandı…

 

***

 

Kəlbəcərin Günəşli kənd sakini Qoşqar Quliyev 23 ildən sonra girovluq xatirələrini Lent.az-ın “Əsir düşərgəsi”nə danışır:

 

– İki ay xəstəxanada qalandan sonra məni Şuşa türməsinə aparıb, yerimə Zöhrab adlı oğlanı gətirdilər. Elə bil ki, yerdəyişmə idi…

 

– Zöhrabı haradan gətirmişdilər?

 

– Bilmədim. Çox az qaldıq bir yerdə. Onu təzə əsir götürmüşdülər. O da ayağından yaralı idi… Mənim yaram isə nisbətən sağalmış kimi idi… Tamamən isə əsirlikdən qayıdandan sonra sağaldı… Həftədə bir dəfə ürəkləri istəyəndə gəlib sarğını dəyişirdilər. Necə sağalardı? O halda da yığıb Şuşaya işlətməyə aparırdılar…

 

– Yeriyə bilirdiniz?

 

– Cavan kişilərin hamısını aparırdılar. Yeriməyə məcbur idim. Məhəmməd əmim ilə məni bir gündə apardılar…

 

– Tarixi xatırlayırsınız?

 

– Əlbəttə! Heç unudaram? Həmin günü doğum günüm idi axı… 1 iyun… Xəstəxanadan ancaq ikimizi apardılar – əmimlə məni. Həbsxana rəisinin adı Armayis idi, Armu deyirdilər. Hündür oğlan idi. Azərbaycanca da yaxşı bilirdi. Amma heç vaxt danışmırdı… Bütün detallarına kimi yadımdadır…

 

(Davamı olacaq…)

 

VI hissədə:

 

– İşə səhər saat 6-dan başlayır, gecə 2-də qurtarırdıq. Əgər tələb olunan qədər iş görə bilməmisənsə, onda gecəni də yatmır, çalışırdın. Yaxşı işləmək üçün yaxşı da qidalanmalısan. Bizim yeməyimiz isə adambaşına gündə üç dəfə bir dilim yavan çörək idi. Səhər birini, günorta birini, axşam isə birini verirdilər…

 

– İki nəfər yaşlı qadın var idi… Dedilər onları dəlixanadan tutub gətiriblər. Bir tərəfdən də bu vicdansızlar qadınlarla elə davranırdı, ağıllı adamın başı pozulardı… O yaşlı qadınların başına gətirilməyən oyun qalmadı…

 

 

+15

mənbə :
lent.az




Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.
Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles