14.05.2016 / 11:15 xeber –
Ermənistan prezidenti Serj Sarkisyan mayın 16-da Avstriyanın paytaxtı Vyanaya işgüzar səfərə gedəcək. APA-nı “news.am” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan prezident administrasiyasının ictimaiyyət və KİV-lə əlaqələr idarəsinin məlumatında deyilir.
Məlumatda bildirilir ki, Vyanada Minsk Qrupu həmsədrlərinin təşəbbüsü ilə bir sıra işgüzar görüşlərin keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, mayın 16-da həmsədr ölkələrin xarici işlər nazirlərinin iştirakı ilə Ermənistan və Azərbaycan prezidentləri arasında Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı növbəti danışıqların aparılması planlaşdırılıb.
mənbə :
lent.az
Şərh yaz.