14.05.2016 / 13:05 xeber –
Mayın 13-də Gəncə şəhəri ərazisində şəhər sakini C.Əliyev idarə etdiyi “VAZ-21074” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, nəticədə sürücü hadisə yerində ölüb, sərnişini isə xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı Gəncə şəhər BPİ tərəfindən araşdırma aparılır.
mənbə :
lent.az
Şərh yaz.