14.05.2016 / 15:06 xeber –
Terror qruplaşması PKK ilə mübarizənin ən gərgin olduğu bölgələrdən olan Şırnakdan bir qrup əsgər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qızı Sümeyyə Ərdoğan ilə bu gün toyu olacaq Səlcuq Bayraqdarı fərqli şəkildə təbrik edib.
Lent.az-ən .sozcu.com.tr-yə istinadən məlumatına görə, əsgərlər S. Bayraqdarı şəkilli mesajla təbrik ediblər.
Twitter hesabından əsgərlərin yolladığı “Səlcuq abi, mutluluklar, Şırnakdan salamlar. Bursa/JÖH” plakatlı mesajını paylaşan yeni kürəkən “Şırnakda əməliyyat səbəbindən nikaha gələ bilməyən qəhrəman qardaşlarım ən gözəl hədiyyəni yollayıb”, deyə yazıb.
mənbə :
lent.az
Şərh yaz.