15.05.2016 / 11:35 xeber –
Mayın 15-də Qəbələ şəhərində Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin 4-cü üçtərəfli görüşü başayıb.
APA-nın yerli bürosunun xəbərinə görə Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun, Gürcüstanın müdafiə naziri xanım Tinatin Xidaşeli və Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz əvvəlcə Qəbələ şəhərindəki Şəhidlər Xiyabanını ziyarət edib, “Əbədi məşəl” abidə kompleksi önünə gül dəstələri düzüblər.
Sonra qonaqlar Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək abidəsi önünə gül dəstələri düzüblər. Hazırda Heydər Əliyev adına Konqres Mərkəzində müdafiə nazirləri arasında təkbətək və üçtərəfli formatda danışıqlar başlayıb. Görüşdən sonra nazirlərin birgə mətbuat konfransı keçiriləcək.
““
9:30
Bu gün Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçiriləcək.
Lent.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, bu gün Qəbələ şəhərində yerləşən Heydər Əliyev Konqres Mərkəzində Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov, Gürcüstan müdafiə naziri Tinatin Xidaşeli və Türkiyə milli müdafiə naziri İsmət Yılmaz arasında üçtərəfli formatda görüş keçiriləcək.
mənbə :
lent.az
Şərh yaz.