Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

Dövlet qurmağı bacarmış beş türk tayfasından biri – ƏFŞARLARIN TARİXİ

Dövlət qurmağı bacarmış beş türk tayfasından biri - ƏFŞARLARIN TARİXİ

18/05/2016

18:28

18.05.2016 / 17:24 xeber –

Əfşarlar yurdu "Əfşaran" (Abşeron)

 

Əfşarlar təkcə Azərbaycan tarixində deyil, eyni zamanda türk dünyasının, Yaxın və Orta Şərqin tarixində mühüm rol oynamış etnoslardan biridir. Çox təəssüf ki, indiyə qədər əfşarların ilk yaşadıqları məskənlər, yayılma arealı haqqında yetərincə məlumat yoxdur. Türk xalqlarının etnogenezi ilə bağlı məlumatlara aydınlıq gətirilməyənə qədər belə suallar qalmaqda davam edəcək. Əksər tarixçilər, xüsusilə Avropa mərkəzçiləri əfşarların bir zamanlar Sırdərya çayı ətrafında yaşadıqlarını, eyni zamanda indiki Ön Asiyaya və Azərbaycana səlcuqlarla gəldiyini qeyd edirlər. Lakin arxeoloji materiallar və bir çox yazılı mənbələr bunun əksini sübut edir. Belə ki, ötən əsrin 40-cı illərində indiki Bakı yaxınlığında aparılan arxeoloji qazıntılar zamanı Əfşaran kəndinin qalması və həmin ərazidə vaxtilə böyük bir şəhərin olması aydınlaşdı. Bundan sonra Abşeron yarımadasının mənşəyi ilə bağlı sovet tarixşünaslığında mövcud olan fikrə şübhə yarandı. Belə ki, bu hadisəyə qədər Abşeron sözünü “ab” və “şoran”, yəni şor su kimi izah olunurdu. Lakin tarixi mənbələrə görə, rus işğalından sonra vaxtilə Bakı xanları, xüsusilə Hüseynqulu xan tərəfindən çəkilmiş kəhrizlər Bakıda suyunun heç nə şor olmadığını göstərir. Qədim dövr mənbəyi olan Böyük Plininin əsərində, eləcə də Orleanın əsərlərində  indiki Anadolu və Azərbaycan sərhədlərində Absaran, Absoran, Afsaran adlı yaşayış məntəqələrinin olduğu qeyd edilir, bu isə əfşar tayfasının çox qədim dövrlərdən Ön Asiyada yaşadığını isbatlayır. Hesab edirik ki, "Abşeron" sözünü daha yaxşı olardı ki, ərazinin təbii fiziki xüsusiyyəti ilə deyil, etnosun adı ilə bağlamaq daha düzgün olar. Özü əfşar nəslindən olan Sara Aşurbəylidə də bu fikir qızıl xətlə keçir ki, Abşeron "Əfşaran", yəni əfşarlar yurdu mənasını verən toponomikadır. Yunan və latın mənbələrindən başqa, ərəb qaynaqlarında da Abşeron adına rast gəlirik. Hələ İslamın ilk yayıldığı dövrlərdə Maqdisi "Əfşaran" adlı yaşayış məntəqəsinə təəssüf ki, indiki Ermənistan adlandırılan Qərbi Azərbaycan ərazisində rast gəlindiyini qeyd edir. Əfşarların yayılma arealı olaraq, indiki İğdır, Qars, Ərdahan, Şörəyel, Ağbaba və Borçalı əraziləri xüsusi qeyd olunur. 

 

"Əfşar" sözünün mənası – "uyğunlaşan", yoxsa, "mahir ovçu"?

 

Əfşar adının etimologiyasına gəldikdə isə, bununla bağlı çox fərqli fikirlər var. Məsələn, bu ad bəzi mənbələrdə "Əfşaran" və "Əfşaran" formasında işlənir. Bəzi mənbələrdə, xüsusilə Mahmud Kaşğaridə, əfşar dedikdə uyuşan, uyğunlaşan, elmi dildə desək, adaptasiya olunan şəxs nəzərdə tutulur. Başqa mənbələrdə, xüsusilə Fəzlullah Rəşidəddinin "Came ət-təvarix" əsərində əfşar sözü mahir ovçu mənasında işlənir. Mənbədə də qeyd olunur ki, türk xalqları içərisində əfşarlar həqiqətən, ova meylli olmaqları ilə seçiliblər. Onlar ova itlərlə gedirdilər. Rus mənbələri qeyd edirlər ki, rus dilində işlənən “овчарка” sözü əfşarların itləri ilə bağlı yaranıb.

 

Dövlət qurmağa müvəffəq olmuş 5 türk tayfasından biri – əfşarlar

 

Tarix səhnəsinə çıxışları xeyli əvvəl olsa da, əfşarların fəaliyyətini Səlcuqlar dövründən etibarən izləmək mümkündür. Burada da qəribə mənzərə ilə qarşılaşırıq. Səlcuqlar Şərqdən Qərbə, yəni indiki Xorasan ərazisindən keçərək Xəzər dənizinin cənubu ilə şimala və qərbə doğru yönəlmişdi.  Sədrəddin Əli əl-Hüseyni "Tarixi Səlcuqiyyə" əsərində ("Əxbar əd dövlət əs Səlcuqiyyə") belə bir epizod var. Sultan Toğrulun və Sultan Alparslanın dəstələrinin indiki İraq ərazisində olduğu bir dövrdə orada onlara yerli türk tayfaları bələdçilik ediblər. Mənbədə onların adı əfşar deyə qeyd olunub. Bu isə onu göstərir ki, Səlcuqların gəlişindən xeyli əvvəl əfşarlar burada nəinki məskunlaşmış, eyni zamanda toponomika ilə – keçidlərin, aşırımların, su ehtiyatlarının olduğu yerləri bildiklərinə görə soydaşlarına bələdçilik ediblər.

 

Mənbələrdə qeyd olunur ki, Böyük Səlcuq İmperatorluğu dövründə indiki İran ərazisinin böyük hissəsi bəylərbəylik formasında əfşar tayfalarının idarəçiliyinə verilmişdi.  Məsələn, Xuzistan, Farsistan və Şiraz əfşarların domeni sayılırdı. Əfşarlar Oğuz-Xaqan şəcərəsinin 24  törəməsi arasında dövlət quran 5 türk tayfasından biri sayılır. Eyni zamanda Əfşarın Ulduz xanın oğlu olduğu qeyd olunur.

 

Xaç yürüşlərinə qarşı çıxan, Türk-islam dünyasının xilaskarı olan əfşarlar

 

Səlcuqların zəifləməsi dönəmində əfşarlar yenidən toparlanmağa başlanır. Yaxın və Orta Şərq, eləcə də türk dünyası XI yüzillikdə çox ciddi sınaqla üz-üzə qaldı – Şərqə doğru xaç yürüşləri başladı. Papa II Urban çıxışında qeyd etmişdi ki, guya xaç yürüşlərində məqsəd Həzrəti İsanın qəbrini kafirlərdən qurtarmaq idi. Lakin əsas məqsəd zəngin Yaxın və Orta Şərqi talamaq idi. Və xaçlılar bu məqsədlərinə çatmaq üçün Səlcuq İmperatorluğunun zəifləməsini şans bildilər. XI əsrin sonu, XII əsrin əvvəllərinə doğru xaçlılara müqavimət göstərən yeganə qüvvə Anadolu Səlcuq Sultanlığı idi. Lakin uzun müddət müqavimət göstərmək mümkün olmur. Xaçlı yürüşləri nəticəsində tarixdə İslam-türk dünyasının ayrılmaz tərkib hissəsi olan Tiflis Əmirliyi də işğal edilir. Cənuba doğru hərəkət edən xaçlılar Qüdsü ələ keçirib, Qüds Krallığı yaradırlar. Keçmiş Səlcuq İmperatorluğunun ərazisində silsilə şəkildə xaçlı dövlətləri yaranır. Əksər dövlətlər Qüds krallığına tabe olsa da, müsəlman əhali kütləvi qırğınlara məruz qalır və torpaqlarından qovulur. Məhz belə bir vaxtda əfşarlar Türk-islam dünyasının xilaskarına çevrildilər.

 

Əfşarların yaxın Şərqdə qurduğu Zəngilər dövləti

 

Təəssüf ki, tarix kitablarında, dərsliklərdə Zəngilər dövləti haqqında məlumat verilmir. Halbuki, 1127-ci ildən  1222-ci ilə qədər mövcud olan bu dövlət faktiki olaraq, xaçlı yürüşlərinin qarşısının alınmasında mühüm rol oynamışdı. Dövlətin qurucusu Mosul atabəyi İmadəddin Zəngi hesab edilir. Səlcuq İmperatorluğu ərazisində, məsələn, Azərbaycanda Eldənizlər, Yaxın və Orta Şərqdə, indiki Suriya və İraq ərazilərində Zəngilər dövləti yaranmışdı. Zəngilər mənşəcə, əfşar soyundan idilər. Əvvəlcə Zəngi atabəyliyinin mərkəzi Mosul idi. İmadəddin Zəngi öldükdən sonra biri Mosulda, digəri Şam ərazisində oturan iki qardaş – Seyfəddin və Nurəddin Zəngi birləşərək, ard-arda əvvəlcə Antakyada, sonra isə Qüds ərazisində yaradılmış xaçlı dövlətlərini süquta uğratdılar. Bu gün Yaxın və Orta Şərqdə İŞİD-in yaratmaq dövlətin ərazisi ilə vaxtilə Zəngilərin qurduğu ərazilərin sərhədi ilə tam üst-üstə düşür. Amma təəssüf ki, bu gün İŞİD-in o ərazilərdə  qırdığı insanlar vaxtilə həmin torpaqları xaçlılardan qorumuş türkmənlərin, əfşarların törəmələridir.

 

Qüdsü xaçlılardan Səlahəddin Əyyubi deyil, əfşar Nurəddin Zəngi azad edib

 

Nurəddin Zəngi xaçlıları əzəndən sonra Anadolu Səlcuq Sultanlığı ilə Mosul, Kərkük və Şam Sultanlığı arasında birbaşa sərhəd yaranır.  Nurəddin Zəngi Anadolu Səlcuq Sultanı II Ruknəddinin qızı ilə evlənir. Bu isə onun gücünü artırır. Digər tərəfdən zəngilər xaçlılarla əməkdaşlıq edən, Misirdə hökmranlıq edən Fatimilər xilafətini süquta uğradırlar. Çox zaman tarixdə xaç yürüşlərinin qarşısının alınmasında Səlahəddin Əyyubinin rolu haqqında danışılır. Lakin o, faktiki olaraq Nurəddin Zənginin Misirə təyin etdiyi canişin idi. Nədənsə, bizim tarixşünaslığımızda canişinin fəaliyyəti hökmdarın fəaliyyətindən çox şişirdilir. Qüdsü xaçlılardan xilas edən Nurəddin Zəngi idi. O öldükdən sonra bu dövlət get-gedə zəifləməyə başlayır və 1222-ci ildə süqut edir. Nurəddin Zənginin qəbri əgər dağıdılmayıbsa, indi də Şam şəhərindədir. Hələbdə zəngilər tərəfindən inşa olunmuş Əfşariyyə məscidi türk tarixinin ən böyük incəsənət əsərlərindən biri sayılır.

 

Hülakü xanın sarı xaş yürüşünə qarşı döyüşən cəbhənin liderləri – əfşarlar!

 

Zəngilər dövlətinin süqutu əfşarların tarixdən silinməsi demək deyildi. Yaxın və Orta Şərq növbəti sınaqla üzləşərkən əfşarlar yenə də İslam-türk dünyasının önündə gedən türk tayfası idi. Söhbət XIII əsrin 20-ci illərindən gedir. Rus tarixçiləri ilə razılaşıram ki, həmin dövrdə monqolların, xüsusilə Hülakü xanın yürüşü sözün əsl mənasında sarı xaç yürüşü idi. Çünki bir-birinin ardınca Qaraqoruma gedən ayrı-ayrı xristian rahiblər, elçilər monqolları Yaxın və Orta Şərqə dəvət edirdilər ki, buradakı müsəlmanların və türklərin ağalığına son qoysunlar. Bu yürüşlər zamanı xüsusilə monqollara qarşı döyüşən cəbhəyə əfşarlar liderlik edirdi. Əfşarlar Xarəzmşah Cəlaləddinin ordusunun tərkibində bir neçə dəfə monqollara qarşı döyüşmüşdülər. Sonradan onların böyük bir qismi Misirə, bir qismi Anadoluya doğru getmişdi. Bir qismi isə Azərbaycanda qalıb monqol işğallarına qarşı mübarizə aparmışdı.

 

Qaramanoğulları əfşar dövlətinin yaranması

 

Belə bir dövrdə Anadoluda əfşarlar tərəfindən qurulan yeni bir dövlət meydana çıxır. Bu dövlət Qaramanoğulları dövləti idi. Anadolunun tarixi coğrafiyasına fikir versək, bu dövlət həm ərazi baxımından çox böyük idi, həm də dövlətin ərazisində 2 milyon insan yaşayırdı. Orta əsrlər dövründə bu qədər əhali heç də kiçik rəqəm deyildi. Bu dövlətin başında əfşar soyundan olan hökmdarlar dayanırdı. Onların sırasında xüsusilə Məhəmməd bəyi qeyd etmək lazımdır. Qəribə olsa da, Qaramanoğullarının gerbləri və bayraqlarında türk xalqlarının “Musanın möhürü” adlandırdıqları 6 guşəli ulduz əks olunub. Mənbələrin məlumatına görə, Qaramanoğlu olan əfşarlar indiki Xəzər dənizinin şimalından gəlmiş əfşarlardan idi. Bu da onu göstərir ki, Xəzər Xaqanlığındakı musəvilik dövründə (musəviliklə yəhudiliyi qarışdırmaq lazım deyil) musəvilər özləri ilə Davidin 6 guşəli möhürünü də gətirmişdilər.

 

Türk dilinə dövlət dili statusu verən Məhəmməd bəy Qaraman

 

Qaramanoğlu dövlətinin türk tarixində önəmi nədən ibarətdir? Bu dövlət ilk növbədə, monqolların Anadolunun içərilərinə doğru irəliləməsinin qarşısını aldılar. Bundan əlavə, Qaramanoğlu yeganə türk dövləti idi ki, 13 may 1277-ci ildə Məhəmməd bəy xüsusi fərman verdirmişdi: “Bundan sonra dərgahda, barigahda, bazarlarda, hətta evlərdə danışılacaq tək dil türk dili olmalıdır”. Buna görə də bu gün Qaraman ərazisində 13 may türk dili günü kimi qeyd olunur.  Qaramanoğulları təkcə, öz ərazilərində deyil, eyni zamanda qonşu bölgələrdə əfşarlarla eyni soydan olan Zürqədəroğulları dövlətinin yaranmasına yaxından kömək etdilər və Gərmiyanoğlu bəyliyinin yaranmasında xüsusi fəaliyyət göstərdilər. Osmanlı dövləti meydana çıxandan sonra burada dinə üstünlük verilirdisə, Qaramanoğluda türklüyə önəm verilirdi. Qaramanoğlu bəyliyi Əmir Teymurun yürüşləri zamanı Teymurla, Qaraqoyunlularla müttəfiq olmuşdu, Ağqoyunlu dövləti ilə möhkəm dostluq əlaqələri qurmuşdu. Hətta bəzi türk tarixçiləri Ağqoyunluları da əfşar hesab edirlər. Hərçənd, mənbələrdə onların bayandurlar olduğu qeyd olunur. Eyni zamanda Səfəvilər dövründə Qaramandan getmiş bir qisim insan yetərincə sarayda yüksək  vəzifələr tutmuşlar.

 

Qaraqoyunlu, Ağqoyunlu və Səfəvilər dövlətinin qurulmasında əfşarların öncül rolu

 

Bu dövlət 1487-ci ildə osmanlılar tərəfindən işğal edildi, ərazisi Osmanlı torpaqlarına birləşdirildi. Hətta o dövrün mənbələrində yazılıb ki, osmanlılar Balkan yarımadasında xristian xalqlarına qarşı etmədiklərini zülmü Qaramanoğlularına qarşı etdilər. Yəni, sözün əsl mənasında onlara divan tutuldu.

Qaraqoyunlularla, Ağqoyunlularla Qaramanoğulların, ümumiyyətlə, əfşarların yaxın əlaqələri vardı. Bir çox vilayətlər məhz əfşar bəyləri tərəfindən idarə edilirdi. Ağqoyunlu dövrünün görkəmli sərkərdələri sırasında əfşar Mənsur bəyi xüsusi qeyd etmək lazımdı. O, öncə Ağqoyunluların ordusunda döyüşürdüsə, sonradan Səfəvi dövləti qurularkən qızılbaşlığı qəbul edir və Səfəvilərin ən böyük sərkərdələrindən biri olur.

 

Səfəvilər dövlətini qurmuş 12 tayfadan üçü əfşar boyundan olub

 

Faktiki olaraq, Səfəvilər dövlətini quran tayfalar içərisində önəmli rola sahib olanlardan biri əfşarlar olub. Biz bunu mənbələrə istinadən deyirik, o dövrə aid mənbələrdən İsgəndər bəy Münşi Türkman "Tarixe-aləmaraye-Abbasi" ("Dünyanın bəzəyi olan Abbasın tarixi") əsəri, Həsən bəy Rumlunun əsərləri, Don Xuan adı ilə İspaniyada yaşamış Oruc bəy Bayatın əsərini misal çəkmək olar. Oruc Bayatın əsərində əfşarlar Səfəvi dövlətinin qurulmasında iştirak etmiş qraf soyundan olan tayfa hesab edilir. O dövrdə əfşarlardan qismən ayrılmış zülqədər və ustaclı tayfaları da faktiki olaraq, əfşar soyundan gələn tayfalar idi. Səfəvi dövlətini qurmuş tayfalar içərisində zülqədər və ustaclı, inallı və əfşarlar var idi. Yəni, o 12 tayfadan üçü əfşar soyundan gəlmə idi. Sonrakı Səfəvi hökmdarlarının, məsələn, I Təhmasibin dövründə Sevindik bəy Əfşar sarayın ən mühüm adamlarından biri idi. Səfəvi sarayında qorçubaşı vəzifəsi ancaq əfşarlara verilirdi. Sevindik bəy Əfşar da  qorçubaşı vəzifəsində idi. O, 90 yaşında vəfat etmişdi.

 

Şah Abbası taxta çıxaran türk boyu

 

Səfəvilər dövründə daxili çəkişmələr meydana gələndə əfşarlar hər zaman dövlətin qorunmasına çalışırdılar. Məsələn, Məhəmməd Xudabəndənin dövründə proses hətta ikihakimiyyətlilik səviyyəsinə qədər getmişdi. Belə bir dövrdə Alplı əfşar boyundan olan bir əfşarın sayəsində Səfəvi tarixinin günəşi sayıla biləcək Abbas taxta çıxarılır. Taxta çıxdıqdan sonra bir çox tayfaları sıxışdırmasına baxmayaraq, Şah Abbasın hakimiyyətə gəlməsində əfşarların böyük rolu olub. Səfəvi dövründə əfşarlar saray elitasının mühüm bir hissəsini təşkil edirdi.

 

Əfşarların dəyişməz hədəfi – Azərbaycanın bütövlüyü

 

Əfşarlar Səfəvi dövlətinin süqutu dövründə yenidən Azərbaycanın bütövlüyü, dövlətçiliyin saxlanması uğrunda mübarizədə iştirak edib. XVII əsrin sonunda hakimiyyətə gəlmiş Şah Sultan Hüseynin dövründə Səfəvi dövləti zəifləməyə başlayır. Çünki bu dövrdə Şah Sultan Hüseyn faktiki olaraq, qeyri-türklər tərəfindən əhatə olunmuşdu. Onun vəzirlərinin əksəriyyəti türk kökənli deyildilər. Bu dövrdə əfşarlar Xorasan, Xuzistan istiqamətində, Azərbaycanda, xüsusilə, Qarabağda məskunlaşmışdılar. Belə bir vaxtda Vaqiyəti-Mirveys deyilən hadisə baş verir, yəni Əfqanıstanda gilzay tayfaları ayağa qalxırlar. Müşkür və Tabasaranda Qazıqumuxlu Surxay xanla Hacı Davudun üsyanları baş verir. Şah Sultan Hüseynin isə sanki bu üsyanlardan xəbəri yox idi. Çünki vəzirlər onu qapalı vəziyyətdə saxlayıblar. Şah Sultan Hüseyn baş verənlərdən yalnız əfqan qoşunları İsfahanın qapıları önünə çatdıqdan sonra xəbər tutur. İsfahan şəhəri gilzay əfqanlarının əlinə keçəndən sonra Mirmahmud xan görünməmiş vəhşilik edir –Şah Sultan Hüseynin gözü önündə onun Təhmasibdən başqa bütün övladlarını qətlə yetirir. Əfşarlar Təhmasibi İsfahandan çıxarıb Azərbaycan ərazisinə gətirirlər və onu Ərdəbildə şah elan etməyə nail olurlar. Bu isə əfşarların dövlətçiliyimiz tarixində mühüm rol oynadığını göstərir. Hətta Səfəvi dövlətində sülalə dəyişikliyi dövründə belə əfşarlar Azərbaycanın bütövlüyünü qorumağa nail olurlar. Məhz onların da dəstəyi sayəsində indiyə qədər mövcud olmuş Azərbaycan dövlətləri içərisində ən geniş əraziyə sahib  dövlət qurulur. Dehlidən Qarsa qədər uzanan böyük bir Əfşar İmperatorluğu qurulur və bu imperiyanın qurucusu olan Nadir xan Əfşarın tarixə imza atdığı dövr başlayır. Əfşarların qızıl dövrü!

 

(ardı var)

           

mənbə :
lent.az




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles