23.05.2016 / 05:43 xeber –
Tailandın şimal bölgəsində yerləşən yataqxanada baş verən yanğın nəticəsində azı 17 məktəbli qız ölüb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, insident yerli vaxtla saat 23:00-da qeydə alınıb.
“17 qız uşağı dünyasını dəyişib, 5-i xəsarət alıb, 2-si itkin düşmüş hesab edilir”, yerli polis nümayəndəsi deyib.
Qeyd olunur ki, Çianqray şəhərində yerləşən yataqxanada 3 yaşından 13-yaşadək qız uşaqları qalır.
mənbə :
lent.az
Şərh yaz.