Azadliq.az

Azərbaycan Xəbərləri

Azadliq » Xeberler» Xeber

“Uzanıb ölümü gözleyirdik, içeri bir deste siçovul atdılar…” – ƏSİR DÜŞƏRGƏSİ

“Uzanıb ölümü gözləyirdik, içəri bir dəstə siçovul atdılar...” - ƏSİR DÜŞƏRGƏSİ

24/05/2016

14:36

24.05.2016 / 13:36 xeber –

23 il öncə: müharibə dəhşətlərini Vüsalə Məmmədovanın təqdimatında Lent.az-da oxuyun…

(Əvvəli burada: I hissə, II hissə, III hissə, IV hissə, V hissə)

VI hissə

Xan qızı Natəvanın 1848-ci ildə tikdirdiyi Şuşa həbsxanası hələ Rusiya İmperiyası zamanında, elə sonradan sovet hakimiyyəti dövründə də ən dəhşətli məhbəslərdən hesab olunurdu. 350 nəfərin cəza çəkməsi üçün nəzərdə tutulan həbsxanada ermənilərin rəhbərlik etdiyi dövrlərdə məhkumlar üçün ağlagəlməz işgəncə metodları düşünülmüşdü. Məsələn, divarda xüsusi hazırlanan tabut formalı dəmir siyirmələr var imiş. Məhkumun əl-qolunu bağlayıb qutuya uzadır, divarın içinə itələyirmişlər. İnsan eyni ilə məzar kimi – soyuq, dar, qaranlıq, havasız məkanda saatlarla qalmalı olurmuş. Üstəlik, üstündən sağa-sola keçən, məhkumu didişdirən ac siçanlar…

Ermənilər Şuşanı işğal etdikdən sonra 1995-ci ildən başlayaraq, həbsxananı islah-əmək düşərgəsinə çevirəcəkdilər, amma hələ ki, hər daş-divarına insan əzabı həkk olunan binada 500-dən çox azərbaycanlı əsir və girovları saxlayırdılar…

21 yaşlı Qoşqar həbsxananın nəzdindəki çarpayı sexində çalışırdı…

***

Kəlbəcərin Günəşli kənd sakini Qoşqar Quliyev 23 ildən sonra girovluq xatirələrini Lent.az-ın “Əsir düşərgəsi”nə danışır:

– Elə aparanda dedilər ki, “türməyə gedirsiniz, sizi işlətməyə aparırıq”. Gəldik Şuşa həbsxanasına… Sıldırım dağın başında çox qədim, ikimərtəbəli tikili idi. Elə yer idi ki, oradan nəinki qaçmaq, heç bunu arzulamaq da mümkün deyildi…

– Bir də həyəti var idi…

– Hamımızı o həyətə çıxardıb döyürdülər… Həbsxananın içində 6-7 kv.metrlik kamera kimi bir yer var idi, çarpayı sexi idi. Tezdən bizi ora salıb, arxadan qapını bağlayırdılar… Beş nəfər axşama kimi hərbçilər üçün 25 çarpayı hazırlamalı idik. Bu asan idi, 25 çarpayını iki sata quraşdırırdıq. Amma onun hissələrini hazırlamaq çox çətin idi. Üstəlik, Xankəndindəki çarpayı sexləri üçün əlavə də 50 min qarmaq əyib düzəltməli idik. Hər gün maşın gəlib aparırdı… Bu çox çətin idi… Hamı yaralı, taqətsiz… Birimiz çarpayının torunu toxuyur, o biri qarmaqları əyir, digərləri yan dəmirləri hazırlayır, qaynaq edirdilər…

– Siz nə iş görürdünüz?

– Mən məftilləri doğrayırdım, o biri uşaqlar isə onu əyib, qarmaq düzəldirdilər.

– Səhhətiniz buna imkan verirdi? Axı barmaqlarınız sağalmamışdı…

– Barmağımı qəlpə aparmışdı… Xəstəxanada Edik qışqırda-qışqırda üç barmağımı kəsdi. Keyitmədən, eləcə… qayçı ilə kəsib, atdı bir kənara… İşləyəndə də hələ sağalmamışdı. Amma heç bununla maraqlanan yox idi, elə ayağım da yaralı idi hələ… O halda da işləyirdim. Dəmiri əyənlərin işi nisbətən asan idi, oturub işləyirdilər. Mənim işim isə çətin idi, çünki ayaq üstündə məftil doğrayırdım. Ayaq da yaralı, barmaqlar da… Sağ əlimlə baltanı vurur, “motok”u çəkir, ölçünü müəyyən edir, dəzgaha yaxınlaşanda isə salamat barmaqlarımın köməyi ilə vurub əyir, kəsirdim.

Eyni hərəkəti səhərdən gecəyə qədər 50 min dəfə edirdim. Onun da heç olmasa 5 mini məftilin çürük yerinə düşənlər olurdu, zay çıxırdı… Yenidən edirdim… Yəni günə 50 min məftil kəsməli idim ki, planı verəm. Gecə gəlib çəkirdilər. Çəkisindən də bilirdilər ki, neçə kiloda nə qədər məftil var. Çəki düz gəlsə, buraxırdılar, gedib yatırdım…

– Düz gəlməyəndə, normanı ödəməyəndə necə?

– Cəza ağır idi…

Gözlərinin dolduğunu gizlətmək üçün baxışlarını divarda gəzdirir. Əlləri süfrənin üstündə dolaşır… Barmaqlarının yaddaşı işə düşür. Sanki yenə erməni hərbçiləri üçün çarpayı hazırlayırmış kimi, nəyisə əzir, kəsir, doğrayırmış kimi hərəkətlər edir… Söhbətə davam etməyə çalışır…

– İşə səhər saat 6-dan başlayır, gecə 2-də qurtarırdıq. Tələb olunan qədər iş görə bilməmisənsə, onda gecəni də yatmır, işləyirdin. Həmişə çalışırdım normanı çatdıram ki, gedib yata bilim… Yaralı ayağımla, barmaqlarımla dayanmadan işləyirdim… Bu şəraitdə, belə ağır işdə ac və yuxusuz işləmək məşəqqət idi…

– Yeməyiniz necə idi?

– Yaxşı işləmək üçün yaxşı da qidalanmalısan. Bizim yeməyimiz isə adambaşına bir dilim quru çörək idi. Səhər birini, günorta birini, axşam birini verirdilər… Bir də bir stəkan çay…

***

Şuşa həbsxanasında ağlagəlməz işgəncələrə məruz qalan əsir və girovların arasında Atilla da var idi… Atilla Yumak 1959-cu ildə Türkiyənin Kayseri şəhərinin Böyük Büründüz kəndində dünyaya gəlib… Türkiyə vətəndaşının azərbaycanlılarla birlikdə Şuşa türməsində əsir saxlanılması hamının diqqətini cəlb edirdi. Hamı onun bura necə düşdüyünü öyrənmək istəyirdi. Atilla Yumak 23 il sonra Lent.az-ın “Əsir düşərgəsi”nə öz hekayəsini belə danışır:

– 1992-ci ildə, Xocalı faciəsi baş verəndə mən Kiprdə yaşayır, xırda alverlə məşğul olurdum. Bir günün içində qəzet səhifələri, televiziya ekranları güllənin tikə-tikə elədiyi insanlarla doldu. İnsanlığa qarşı amansız soyqırım törətmişdilər. Bunları görəndə qanım damarlarımda dondu… Əgər dünyanın bir tərəfində türkə qarşı soyqırım törədirlərsə, digər tərəfində bir türk rahat yaşaya bilməz. Bütün olanlar heysiyyatıma toxunur, bir dəqiqə də olsun məni rahat buraxmırdı. Bir gecə yuxuda gördüm ki, yaşıl meşədə yatmışam. Ağsaqqal bir kişi məni oyadıb “Ay oğul, sən necə insansan? Ermənilər orada sənin ata yurdun Azərbaycanı dağıdır, qardaşlarını qanına qəltan edir, sən necə rahat yata bilirsən?” dedi… Yuxudan qan-tər içində oyandım. Bütün günü yuxunun təsirindən çıxa bilmədim. İnanın ki, bu halım Azərbaycana gəlib, ön cəbhəyə yollanana qədər davam etdi…

– Azərbaycan vətəndaşı deyildiniz, orduya yazılmaq asan oldu?

– Bir az zaman lazım oldu. Müdafiə Nazirliyi kimliyimi araşdırdı… Türkiyədə o qədər qarışıq millətlər var ki, dəqiqləşdirməmiş məni orduya qəbul etməzdilər. Bakıda ilk tanış olduğum adam Bakı Kəndlər Birliyinin sədri Nəsir Ağayev idi. O vaxt birlik döyüş bölgələrinə yardım göndərirdi. Mən də bu karvanlarla cəbhə bölgəsinə gedib-gəlməyə başladım. 1993-cü ilin fevralında isə Milli Ordu sıralarına yazılıb, Qubadlıya yollandım. Öncə Şamaxı yolundakı igid türk zabitinin məzarını ziyarət etdim, “Sən tək deyilsən, sənin mənim kimi əsgərin var, sənin kimi vuruşub, sənin kimi şəhid olacağam. Xahiş edəcəyəm, məni elə sənin yanında da dəfn etsinlər” dedim… Bilirsiniz, 33 yaşım var idi, gənc, emosional idim, fanatiklik çox güclü idi… İndi dövr də o dövr deyil, o vaxt Füzuliyə yardım aparanda “215 KL”-in əməkdaşları yaxınlaşıb məndən müsahibə aldı… Sizə danışdıqca o yadıma düşür, görürəm ki, indi sizə o vaxt onlara danışdığım kimi danışa bilmirəm… Durumu bir kəlmə ilə izah etməyə qalxsam – fanat idim! Gedib gördüm tək fanat mən deyiləm… (Gülür) Çox güclü, qeyrətli, əzmli döyüş dostlarım var idi. Məni çox yaxşı qarşıladılar, qısa müddətdə qaynayıb-qarışdıq. O vaxt Azərbaycan ordusunda xidmət edən Türkiyə vətəndaşı tək mən deyildim. İsmail Tunç polkovnik idi, Ağdərə döyüşlərində yaralanmışdı, Heydər Əliyev onu “İgidliyə görə” medalı ilə təltif etmişdi, İsmail indi də Bakıda yaşayır. Muzaffer Karamilli Qubadlıda kəşfiyyat batalyonunun komandiri idi, Murovda şəhid oldu… Mehmet Çetinkurt Qazax tərəfdə döyüşürdü, indi də ara-sıra Bakıya gəlir…

– Bildiyimə görə, Tovuz-Qazax tərəfdə daha çox olub Türkiyə vətəndaşları…

– Bəli! Tovuzun Əlibəyli kəndində Rüzgar batalyonu var idi, orada İstanbuldan, Ankaradan, Trabzondan, Antepdən, Maraşdan, Balıkesirdən, Rizedən gələn onlarla Türkiyə vətəndaşı döyüşürdü. Yusuf Ziya Arpacık həqiqətən qəhrəman idi, 1992-ci ilin döyüşçüləri onu yaxşı tanıyır. Atilla Kaya var idi, indi Türkiyədə Milliyətçi Hərəkat Partiyasının başqan müavini, millət vəkilidir. Ümumiyyətlə, Qarabağ savaşında yüzdən çox Türkiyə vətəndaşı könüllü iştirak edib. Fərq etməzdi, Azərbaycan ya Türkiyə vətəndaşı, hamımız bir amal uğrunda savaşırdıq. Hamımızı bir duyğu birləşdirirdi – torpaq sevgisi, millət sevgisi və türkü heç bir millətə əzdirməmək. Mən Türkiyədə hərbi xidmətimi müvəffəqiyyətlə başa vurmuşdum, Ankarada iki il xidmət etmişdim, peşəkar kəşfiyyatçı idim, bu da Qarabağda özünü göstərdi. Bir aydan sonra kəşfiyyat qrupunun komandiri təyin edildim. Uşaqları kəşfiyyata hazırlayırdım. Arada özüm də kəşfiyyata gedirdim…

– Ərazini tanımırdınız, bu kəşfiyyata getməyinizə mane olmurdu?

– Ona görə də tək getmirdim. Mən əməliyyat planını bilirdim, yanımda apardığım hərbçi isə yolları tanıyırdı. Birlikdə uğurlu əməliyyatlarda iştirak edirdik. Bütün döyüşçü yoldaşlarıma bir sözüm var idi, gördünüz əsir düşmək ehtimalım var, məni öldürün! Bu tapşırığı hamısına vermişdim. Əsl kəşfiyyatçının devizi bu olmalıdır. Ələ keçəndə elə metodlardan istifadə edib, müxtəlif aparatlarla, dərmanlarla sənin beynindəki məlumatı əldə edə bilərlər. Buna görə də kəşfiyyatçının əsir düşməyindənsə, ölməyini seçmək lazımdır. Amma belə olmadı… Vəsiyyətimi də etmişdim. Tapşırmışdım ki, məni Qubadlının Başarat kəndində yol kənarında naməlum əsgər kimi dəfn edin… Adımı da yazmaq lazım deyil, heç bilinməsin bu adam kimdir…

– Niyə orada? Axı Şamaxı yolundakı türk zabitinin məzarını ziyarət edib, orada dəfn olunmağı arzulamışdınız…

– Orada xidmət edirdim. Son döyüşlərim də Başarat kəndində olub. Bilirsiniz, ulu babalarım Türkiyəyə Qafqazlardan köç edib. Başarat kəndinin köklü sakinləri XVIII əsrin axırlarında ictimai-siyasi hadisələrlə əlaqədar Türkiyə köçüblər. Bilirəm, Azərbaycanda belə ərazilər çoxdur. Amma savaş meydanı idi, güllənin altı idi, əsgərin son nöqtəsi idi, həm də son məkanı olsun istəyirdim…

– Əsir düşdüyünüz günü xatırlayaq…

– 1993-cü ilin avqustu idi… 23 avqust… Döyüş bölgəsindəki komandiri görməli idim. Ön postdaydı, getdim yanına, elə beş dəqiqə keçməmiş hücum başladı… Özümü atdım səngərə… Burada əsgərlərdən biri dedi ki, mühasirədəyik, yan postlarda heç kim yoxdur… Biz mühasirəni yarmaq üçün döyüşürdük, avtomatımı düz üç dəfə doldurdum… Sonra yanıma top mərmisi düşdü… (Susur…)

– Sonra…?

– Onda başımdan kontuziya almışam… Sonra… Sonra isə…

– Sonranı xatırlayırsınız?

– Yox… Mən özümə gələndə səhər açılmışdı… Əl-qolumun bağlı olduğunu hiss edəndə, başa düşdüm ki, əsir düşmüşəm… Başımdan qəlpə yarası almışdım, yaram ağır idi… İlk ağlıma gələn o oldu ki, döyüşdə öz əsgərlərimdən yanımda yox idi deyə əsir düşdüm… Axı onlara tapşırmışdım, belə bir ehtimal olsa, məni vurun demişdim… Hər saniyəsi ölüm olan yeni həyata başladım… Cəhənnəm sakini kimi… Danışığımdan türkiyəli olduğumu anladılar. Soruşdular ki, Qarabağda nə edirdin? Yaxşı ki, ağlım üstümdə idi, dedim Bakıda xırda alverlə məşğul olurdum, “ablavaya” düşdüm, iki gündür gəlmişdim… Üçüncü günü əsir düşdüm…

– İnandılar?

– İnanmadılar…

– Üstünüzdə sənədləriniz var idi?

– Türkiyə vətəndaşı olduğumu sübut edən heç nə yox idi. Qubadlıda bir ailə var idi, sənədlərimi onlara vermişdim. Ehtiyat üçün, nə olar, nə olmaz, sənədlərim orada olsun düşünmüşdüm… Onlar saxlayırdılar… Necə ailə idilər… Bu gün də onları ehtiramla xatırlayıram. Təsəvvür edin, mən əsirlikdən qayıdanda məəttəl qaldım, sənədlərim bir yana, axırıncı dəfə yarımçıq qalan siqaret qutumu da onlarda qoyubmuşam. Onu belə saxlamışdılar ki, “Atila ölməyib, gələcək”.

Yəni sənədim yox idi, şivəmdən başa düşdülər. Döyüb, əl-qolumu, gözümü bağlayıb, maşına atdılar, öz “KQB-lərinə” apardılar. Bir neçə gün orada qaldım… Dubinka ilə döyür, bədənimə bıçaqla müxtəlif xəsarətlər yetirirdilər… Sonra əllərimi açıb, yenidən dindirdilər. Dedilər ki, düzünü desəm, məni azad edəcəklər. Dedim ki, düzünü deyirəm…

– Əsasən nə soruşurdular?

– Hansı bölmədə xidmət elədiyimi, komandirin kim olduğunu, hərbi qüvvəmiz haqqında və s. Mən də dedim ki, iki gündür gəlmişəm, Azərbaycan dilini də yaxşı başa düşmürəm, ona görə də heç bilmirəm hansı bölmədi. Özüm gəlməmişəm ki, zorla gətiriblər dedim… İki-üç dəfə güllələməyə apardılar məni… Məni ayaq üstdə qoyub, atəş açırdılar… Güllələr sağımdan-solumdan keçirdi… Peşəkar hərbçi idim, bütün bunların qorxutmaq üçün olduğunu başa düşürdüm, ona görə də dua edirdim ki, elə güllələrin biri dəysin, ölüm. Beynimdə ancaq bir səs var idi: “Atilla, öl, amma sirr vermə!” Sonra qulağımı kəsəcəklərini dedilər… Bıçağı götürüb düşdülər üstümə… Bir iki yerimə batırandan sonra başladılar ermənicə nə isə danışmağa… Nə dedilərsə, bu qərara gəldilər ki, qulağımı kəsməsinlər. Əlində bıçaq tutan hərbçi onların bu qərarından qəzəblənib, başladı ayaqlarımı bıçaqla kəsməyə… Axırda dedilər gəl sənə bir kağız imzaladaq, ondan sonra dünyanın istədiyin ölkəsinə göndərək… Ona da getmədim… Nəyə imza atdıracaqlarını haradan bilim?

***

Atillanı Şuşa həbsxanasına gətirdilər. Onunla bir kamerada qalan əsirlərin hamısı Atilla kimi ağır yaralılar idi. Amma onların ölümcül olması, işgəncədən kənarda qalacaqları demək deyildi. Ölümcül əsirlər də hər gün döyülür, fərqli-fərqli işgəncələrə məruz qalırdılar. Daha ağır yaralı əsirlərə ancaq o fərqi qoyurdular ki, onlar ağır işlərdə işləmirdilər. Buna görə də gündə üç dəfə yox, bir dəfə yemək paylarını alırdılar. Amma döyülmək vaxtı hamı kimi gündə üç dəfə idi…

Darısqal kameranın pəncərəsi kip bağlanmır, bir balaca aralı qalırdı. Günortaya yaxın bu nazik yerdən içəri gün işığı sızırdı. O da elə nazik idi ki, soyuq kameranı nəinki qızdırmağa, heç işıqlandırmağa gücü çatmırdı. Sanki kamerada şam yandırmısan… Tualet kameranın içində idi və bu da mühiti bir az da dözülməz edirdi. Bütün bunlar azmış kimi, buranın ən dəhşətli tərəfi də bitlər idi…

***

– Həyatımda ilk dəfə idi ki, bit görürdüm… Orada bir erməni nəzarətçisi var idi, bir dəfə bizə işgəncə verəndən sonra qayıtdı ki, qorxmayın, sizi öldürməyəcəyik. Elə əzab verib incidəcəyik. Ölmək işinizə isə bitlər baxacaq! Onlar axırınıza çıxacaq…

– Şuşa həbsxanasında girovluq həyatı yaşayan Laçın sakini Müşfiq də bitlərin öldürücü olduğunu danışırdı…

– Müşfiqi xatırlayıram… Çox mərd, ləyaqətli oğlan idi… (Fikrə gedir) Bir dəfə məsciddə idim, yaxınlaşdı ki, məni tanıdın? Dedim yox… Dedi Müşfiqəm… Bir yerdə Şuşa həbsxanasında yatmışıq… Gözlərimin vəziyyəti elədir ki, görmürəm axı… Ona görə də tanımıram… O deyəndən sonra xatırladım… Müşfiq nə danışıbsa, hamısı düzdür. Təsəvvür edin, güllə yarası bir yana, bütün bədəni bıçaqla doğrayıblar, barmaqlarımda kəlbətin izləri, üzümdə, dilimdə, sinəmdə, ayağımda… nə bilim, bədənimin hər yerində yüzlərlə siqaret söndürüblər, yeri sağalmamış bir də, bir də… Və bu yaraların içi doludur bitlə… Bu, ağlagəlməz bir işgəncə idi… Yaralarım çirk eləmişdi, içindən irin axırdı… Uzanıb ölümümüzü gözləyirdik… Bütün bunlar azmış kimi, bir də görürdün qapını açıb, içəri bir neçə siçovul atdılar… İndi də onlar darışırdı adamın canına… Qapılar da eyni ilə qorxu filmlərindəki kimi açılardı… Nə qədər ölümcül, huşsuz vəziyyətdə olsaq da, o səs gələndə hamımız qorxudan ayılırdıq…

– Bir kamerada qaldığınız əsirləri xatırlayırsınız?

– Heç birimizin danışmağa halımız yox idi deyə bir-birimizi tanımırdıq. Bizim kamerada axı ən ağır yaralılar idi… Ölümünü gözləyənlər… 112 saylı… “Ölüm kamerası”… Məni təzə aparanda kamerada xeyli adam var idi… Sonra hamısı bir-bir öldü… Bir dəfə… artıq qış gəlmişdi, su istəyəndə pəncərənin aralı qalan yerindən qarları götürür, ovcumuzda əridir, dodaqlarımıza sürtürdük… Taqətimiz yox idi deyə əlimiz də qalxmırdı… Görürdün ovcunda nə müsibətlə qar əritmisən, ağzına aparanda əlindən tökülür… Otaq elə soyuq idi ki, qar da ərimirdi… Eh… Yada salınacaq xatirələr deyil… Bir dəfə məni o halımla aparıblar odun doğratmağa… Qar yağır, əynimiz nazik, yaralı, heyimiz yox, barmaqlarımız baltanı tutmur… Orada odun yardırılan əsirləri görsəniz, ürəyiniz parçalanardı… Şuşanın təbiətinə bələdsinizsə bilərsiniz necə qar yağır. Uşaqlar əyilib odun doğrayırdı…

– Qar isə kürəklərində qalaqlanırdı…

– Ay sağ ol! O mənzərəni heç vaxt unutmuram… İnsan necə əzablara qatlaşa bilərmiş, ilahi…

– Bunu da Müşfiq danışıb, xatırlayıram…

– Kim orada olubsa, o mənzərəni heç vaxt unutmaz… Şuşa türməsi deyən kimi çəkdiyim bütün əzablara, başıma gələn bütün işgəncələrə rəğmən, birinci o mənzərəni xatırlayıram…

– Siz o halınızla necə odun doğrayırdınız axı…

– Odun doğratmaq deyildi onlarınkı… Əzab verməyin başqa bir yolu idi…

***

Odun doğramağın təkcə bir yaxşı tərəfi var idi. Qar dənələri əsirlərin açıq yaralarına toxunur, sanki ümidsiz insanlara sığal çəkirdi… Dodaqlarına toxunan dənəciklər suyu əvəz edirdi… Açıq yaraların içindəki bitləri bir neçə saniyəlik durdururdu…

Atilla baltanı əlində çətinliklə tutmuşdu. Var gücü ilə onu qaldırmağa çalışırdı. Amma qollarına gümanı qalmamışdı. Baltanı iki dəfə eyni yerə vura biləcəyinə inana bilmirdi. Nəzarətçilər təbəssümlə onun bu halını xeyli izlədikdən sonra yaxınlaşdılar. Atilla arxadan dəyən təpikdən dizi üstdə çökdü. Balta əlindən düşdü. Onu irəli sürüyüb, başını kötüyün üstünə qoydular. Nəzarətçilərdən ikisi yaxınlaşıb, əllərindəki mişarı Atillanın boynuna dayadılar…

(Davamı olacaq…)

VII hissədə:

– Fermada əsirlərə donuz saxladırdılar. BQXC nümayəndələri də gələndə məni aparıb o donuzların içinə atırdılar…

– Əsirlərə verilən yeməklərə xüsusi hormonlar əlavə edilirdi ki, tez kökəlsinlər, “sağalıb” deyərək, Şuşa türməsinə geri qaytarsınlar.

– Kim Şuşa türməsində olubsa, rahatca cəhənnəmdə olmuşam deyə bilər. Təsəvvür edin, nəmişlik o səviyyədə idi ki, axşamdan quru parçanı asırdın, səhərə sıxmalı olurdu. İçəri günəş şüası düşmürdü, heç bir qızdırıcısı yox…

 “Uzanıb ölümü gözləyirdik, içəri bir dəstə siçovul atdılar…” – ƏSİR DÜŞƏRGƏSİ

+9

mənbə :
lent.az

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.
Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles