Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

Əfqanıstanda 100 illerdir “Azerbaycan serhedini” qoruyan tayfa

Əfqanıstanda 100 illərdir “Azərbaycan sərhədini” qoruyan tayfa

24/05/2016

19:56

24.05.2016 / 18:52 xeber –

APA TV-nin “Səsli tarix” layihəsi çərçivəsində 24 oğuz boyundan biri olan əfşarların tarixdə yeri və roluna dair mövzunu davam etdiririk. Proqramda sayları 10 milyondan çox olan, İraq və Suriyada türkman, Pakistan və Əfqanıstanda qızılbaş adı ilə tanınan, Anadoluda, İranda, Azərbaycanda toplu şəkildə yaşayan əfşarlarla bağlı yeni maraqlı faktlar yer alıb. Sizləri proqramın aparıcısı, tarix üzrə fəlsəfə doktoru, BDU-nun Arxeologiya və etnoqrafiya kafedrasının dosenti Kərəm Məmmədlinin əfşarlarla bağlı fikirləri ilə tanış olmağa dəvət edirik.

 

 

Ərdəbilin işğalı şərəfinə İstanbulda, Bakının işğalı şərəfinə Peterburqda atəşfəşanlıq

 

Əfşarlar oğuzların 24 boyundan biri, həm də dövlət qurmağa nail olmuş 5 böyük boydan biridir. Onlar təkcə Yaxın və Orta Şərqin güclü dövlətlərindən olan Zəngilər, Qaramanoğulları, Germiyanoğulları dövlətlərinin qurulmasında iştirak etməyib, həm də Azərbaycan türklərinin soy kökünün formalaşmasında önəmli rola sahib olublar. Səfəvilər dövlətinin zəifləməsi dönəmində əfşarlar yenidən tarix səhifəsinə çıxırlar. Bu tayfanın nümayəndəsi olan Nadir xan yenidən Azərbaycanın  bütövlüyü qorumaq uğrunda mübarizəyə başlayır. Onun fəaliyyəti elə bir dövrə təsadüf etmişdi ki, Azərbaycan qərbdən Osmanlı, şimaldan Rusiya, şərqdən isə əfqan tayfalarının hücumuna məruz qalmışdı və faktiki olaraq, Azərbaycan türklərinin əlində Ərdəbil və onun ətrafındakı ərazilər qalmışdı.  Belə bir zamanda Rusiya bu əraziyə soxulmaq üçün Pyotrun bəyannaməsindən istifadə etmişdi (Rusiya imperatoru I Pyotr 1722-ci ildə Azərbaycan türkcəsində “Bəyannamə” hazırlatmışdı). Hətta 1723-cü ildə imzalanmış Peterburq müqaviləsinə əsasən, Xəzər dənizinin sahil boyu ruslara verilməli di. Eyni zamanda rusların bu bölgədə hərəkətliliyi Qərb tərəfdən Osmanlını da hərəkətə keçirir və işğal başlanır. Hətta rus qoşunları ilə toqquşma ehtimalı da yaranır. 1724-cü ildə Rusiya ilə Osmanlı arasında “İstanbul müqaviləsi” imzalanır. Bu müqaviləyə əsasən, Xəzər dənizinin qərb sahilləri Rusiyanın, qalan ərazilər isə Osmanlının ixtiyarına verildi. Ərdəbil isə neytral şəhər hesab olunurdu və heç bir dövlət tərəfindən işğal olunmamalı idi. Lakin təəssüf ki, Ərdəbil Osmanlı tərəfindən işğal edilir. Bakının tutulması şərəfinə Peterburqda, Ərdəbilin tutulması şərəfinə isə İstanbulda atəşfəşanlıq təşkil olunur. Məhz belə bir zamanda əfşar soyundan olan Nadir xanın siyasi fəaliyyəti başlayır.

 

Rusları və Osmanlını Azərbaycandan çıxaran, Səfəvilərin tarixi ərazilərini bərpa edən Nadir xan Əfşar

 

Nadir türk-islam adəti ilə siyirmə qılıncını boynundan asaraq II Təhmasibin qulluğuna gəlir. Bu o demək idi ki, “qarşında boynum ipdən də nazikdir. Ya icazə ver yolunda döyüşüm, ya da bu qılıncla başımı kəs”. Təbii ki, Nadir kimi sərkərdənin onun səfinə keçməsi II Təhmasibi daha da qüvvətləndirir. Nadir qüvvələrinin əksəriyyəti məhz əfşar tayfalarından ibarət idi. Çox qısa zamanda 1725-27-ci illərdə ard-arda əfqanları məğlub edən Nadir onları demək olar ki, Səfəvilərin şərq sərhədlərindən uzaqlaşdıra bilir. Bundan sonra Nadir xan Əfşarın qoşunlarının əsas zərbə qüvvəsi osmanlılara doğru yönəlir. Nadirlə II Təhmasib arasında razılaşma var idi. Onlar hər addımı bir yerdə atmalı idilər. Nadirin şöhrətinin, orduda nüfuzunun artması istər-istəməz II Təhmasibin qısqanclığına səbəb olur. Və Təhmasib Nadirdən xəbərsiz Osmanlı ilə savaşa girərək məğlubiyyətə uğrayır. Bundan sonra imzalanmış müqaviləyə əsasən, vaxtilə Nadir tərəfindən azad edilmiş Araz çayından şimaldakı torpaqlar yenidən Osmanlının əlinə keçir. Bu zaman Nadir Təhmasibi hakimiyyətdən uzaqlaşdırmağa məcbur olur. Onun oğlu III Abbası şah elan edir, özü də onun qəyyumu, yaxud atabəyi kimi çıxış etməyə başlayır. Nadir dövrün ən güclü ordularından olan rus ordusunu 1732-ci il Rəşt və 1735-ci il Gəncə müqaviləsi əsasında bu ərazilərdən çıxarmağı bacarır. Osmanlı ilə yenidən başlanan savaşda onları sarsıdıcı məğlubiyyətə uğradan Nadir Səfəvilərin tarixi ərazilərini bərpa edir.

 

“Azərbaycanın Napoleonu” Nadir şah

 

Nadirin gücü nədə idi? İlk növbədə, Azərbaycan türklərinə arxalanmasında. İkincisi, Nadir hərb sənətində yenilik etmişdi. Ayrı-ayrı mənbələrdə onu İran, fars “Napoleonu” adlandırırlar, ancaq italyan dilli ədəbiyyatda, məsələn, Rafael Bledanın əsərində Nadir “Azərbaycan Napoleonu” adlandırılır. Nəyə görə onu belə adlandırırdılar? Əslində, nəzərə alsaq ki, Nadir Napoleondan əvvəl yaşayıb, Napoleona “Fransanın Nadiri” deyilməli idi. Nadir ilk dəfə topçuluq sənətində yenilik etmişdi – topun lüləsinə dərəcə vermişdi. Topun lüləsi nə qədər yuxarı qalxarsa, onun atılma məsafəsi o qədər kiçilir. Nadir bu dəyişikliyi etməklə Osmanlı ordusunu çaşdırmışdı. Hərbi dildə desək, “kimyəvi silah”dan da ilk dəfə Nadir istifadə edib. Düzdür, buna klassik mənada kimyəvi silah demək olmazdı. O, qurğuşun əvəzinə kükürddən istifadə etmiş və itki olmasın deyə bu addımı atmışdı. Kükürd gözü yaşartdığına görə, Nadir toplarının atəşindən sonra Osmanlı ordusu döyüşsüz geri çəkilirdi. Nadir rəqiblərinə qarşı amansız deyildi. O, 1736-cı ildə unudulmuş türk qaydasını, “Gənəş” adlı məclisi bərpa edir. Buna tarixdə “Muğan qurultayı” deyilir. Muğan qurultayında Nadir şah elan olunur.

 

Hindistan şahına məktub: “Mənimlə ancaq türk dilində danışmalısan”

 

Nadir haqqında yazan bütün mənbələr onun ancaq türk dilində danışdığını qeyd edirlər. Hətta Hindistana yürüş zamanı onun Məhəmməd şah Moğola məktubu var. Bu məktubda o, türk olduğunu, böyük nəsil və böyük tayfadan olduğunu xüsusi vurğulayır, eyni zamanda onunla türk dilində danışılmasını tələb edirdi. Sərkərdələrindən biri Məhəmməd şah Moğola tövsiyə etmişdi ki, Nadirin xoşuna gəlmək istəyirsə, onunla türk dilində danışsın.

 

Səfəvilər, Əfşarlar, Qacarlar dövlətləri – tarixdə 1925-ci ilə kimi İran adlı dövlət olmayıb

 

Nadir şahın dövründə Azərbaycan dövləti olduğu kimi qalırdı. Əgər keçmişdə bu dövlətə “Məmləkəti-Məhrusi Səfəvi”, yəni Səfəvilər dövləti deyilirdisə, sonradan Azərbaycan metropoliyası olan dövlət “Məmləkəti-Məhrusi Əfşaran”, yəni Əfşarlar dövləti  adlandırılır. Əfşarlar dövlətçilik ənənəsini qacarlara ötürəndə isə dövlətin adı dəyişdirilərək “Məmləkəti-Məhrusi Qacar” olur. Bu ad 1925-ci ildə Qacarlar hakimiyyətdən devrilənə qədər qorunub saxlandı. 1725-ci ildə Rza şah Pəhləvi dövlətin adının İran adlandırılması ilə bağlı dünya ölkələrinə müraciət edir və onun istəyi 10 ildən sonra reallaşır. Çox təəssüf ki, buna qədər coğrafi məna daşıyan ad artıq siyasi mənada işlənməyə başlayır.

 

Türkiyə tarixşünaslığı: Nadir türk dünyasının sonuncu cahangiri olub

 

Nadir, haqqında danışdığımız əfşarlar arasında ən böyük simalardan biri idi. Hətta Türkiyə tarixşünaslığında da belə bir etiraf var – “türk dünyasının sonuncu cahangiri Nadir”.

Nadirin vəfatı əfşarların siyasi səhnədən uzaqlaşması demək deyildi. Hakimiyyətə növbəti türk dövlətinin, türk soyunun gəlməsində yenə də əfşarlar mühüm rol oynamışdılar. Nadirin öldürülməsindən sonra bu ərazidə yaranmış dövlətlər, xüsusilə Azərbaycanda 2 böyük xanlığın –  Qarabağ və Urmiya xanlığının başçıları əfşar soyundan idi. Qarabağda hakimiyyətə gələn Pənahəli xan əfşarların Cavanşir soyundan idi, Urmiyada hakimiyyətə gələn Fətəli xan Əfşar isə Nadirin doğma əmisi oğlu idi. Məhz bu xanlıqlar Azərbaycanın birləşdirilməsi uğrunda sonadək mübarizə aparan xanlıqlardır. Tarixin bundan sonrakı mərhələsini təhlil edərkən təssüf ki, qacarları əfşarlara qarşı qoymağa çalışırlar. Bu, kökündən yanlış iddiadır. Bu coğrafiyada hakimiyyəti ələ almağa çalışan zəndləri geri oturdan məhz qacarlarla əfşarların birliyi oldu.

 

Nadir şahın indiki Hindistan, Pakistan və Əfqanıstanda varisləri

 

Əfşarların yayılma arealı təkcə Azərbaycan ərazisi ilə məhdudlaşmır. Bunu istər toponomika, istərsə də əfşarların müasir durumu ilə izah etmək mümkündür. Əfşarların yayılma arealının ən şərq nöqtəsi indiki Hindistan sərhədləridir. Bugünkü əfşarların yaşadığı ərazilərin tarixi coğrafiyası demək olar ki, 90% Nadir şah imperatorluğunun sərhədləri ilə üst-üstə düşür.  İndiki Pakistanın Lahor şəhərində əfşarlar Qızılbaşiyan adı ilə tanınır.

 

Əfqanıstan əfşarları: “Burada Əzərbəycan sərhədlərini qoruyuruq”

 

İndiki Əfqanıstanın Qəndəhar və Kabil şəhərlərində yaşayan əfşarlar çox zaman özlərinə qızılbaş deyirlər, amma son zamanlar etnonim kimi əfşar sözündən istifadə etməyə üstünlük veriblər. Hətta indiki Əfqanıstan ərazisində Qarabağ adında bir neçə yaşayış məskəni var. Onların danışdığı dili ilə, bizim dil arasında heç bir fərq yoxdur. O cümlədən davranışlarımız və dünyagörüşümüz arasında da. Əfqanıstan hərbi xidmət keçən zaman burada yaşayan əfşar ağsaqqalları ilə söhbətləşmək fürsətim olub. Əfşar ağsaqqallarına “niyə burada məskunlaşmısınız” sualı verəndə, cavab verirlər ki, “biz Əzərbaycan sınırını qoruyuruq”. Mən orta məktəb səviyyəsi olmayan əfşarı elmi dərəcəsi olan alimdən üstün tuturam.

 

Azərbaycanda əfşar toponimikası – Afşar, Qaramanoğulları, İmir, Qırxlı, Ərəş, Dəllər…

 

Qərbə doğru getdikcə Məşhəd əfşarların ən çox yaşadığı bölgələrdən biridir. Məşhədin paytaxt olduğu Xorasan əhalisinin xeyli hissəsi əfşarlardır. İndiki İran İslam Respublikasının digər hissələrində də onlar geniş şəkildə yaşayırlar. Əfşarlar Xuzistan, Həmədan, Kirmanda, cənubda olan ərazilərdə məskunlaşıblar. Şimali Azərbaycanda əfşarların yayılma arealını oradakı toponomikası ilə izləmək mümkündür – Azərbaycanda Afşar, Qaramanoğulları, İmir, Qırxlı, Ərəş, Dəllər kimi yer adları  adlarını daşıyan bölgələr var, bunlar əfşar tayfalarının adlarıdır.

 

Dövrümüzün əfşar yurdları – Anadolu, Mosul, Kərkük, Hələb, Şam…

 

Əfşarların müasir dövrdə yaşadığı digər bölgələr isə Türkiyə Respublikasında Anadolu, oradan cənubda  Mosul, Kərkük, eyni zamanda indiki Suriya ərazisində Hələb və Şam hesab olunur. Hətta əfşarların bir qolunun İordaniya və Livan ərazilərində yaşadıqları da məlumdur. Bu ərazilərdə əfşarların yerləşməsi Səlcuqlardan da əvvəlki dövrlə əlaqəlidir. Təəssüf ki, Osmanlı ərazisində yaranan bu dövlətlərdə əfşarlar həddən artıq təqiblərə məruz qalıblar. Nəticədə onların böyük bir qismi ya dağlara çəkilib, ya da osmanlılara qarşı mübarizə aparırdı.

 

Koroğlu, Dadaloğlu – mənşəcə əfşar olan el qəhrəmanları, el ozanları

 

Azərbaycan dastanlarının ən böyük qəhrəmanlarından biri Koroğlu mənşəcə əfşar idi. Hətta Türkiyə, Anadolu folklorunda onun adı Dadaloğlu Koroğlu deyə keçir. Dadaloğlu isə nəinki, Kərkük, Bayır-Bucaq, Anadolunun, ümumiyyətlə, türk dünyasının ən böyük ozan şairlərindən biridir. Onun əfşarlarla bağlı məşhur misraları var:

 

“Aman, yenə köç eylədi əfşar elləri, fərman padişahın, dağlar bizimdir”.

 

Kərkük, Mosul, Bayır-Bucaqda mücadilə verən soydaşlarımız, qardaşlarımız – əfşarlar

 

Təəssüf ki, bu gün Türkiyədə əfşarları yanlış olaraq başqa bir etnos hesab edirlər. Kürd olduqları iddia olunan Anadolu əfşarları əslində türkdür. Sadəcə, Osmanlı dəftərdarlarının təzyiqindən  yaxa qurtarmaq məqsədilə əfşarların bir qismi özlərini başqa adla tanıtmağa məcbur olmuşdular. Osmanlı dövründə əfşarları daha çox ucqarlara sürgün edərdilər. Bu səbəbdən də əfşarlar indiki Suriyada, Kərkükdə, Mosulda, yəni öz tarixi yurdlarında qala biliblər. Osmanlı bölünəndən sonra onların faciəli günləri başlanır. Əfşar türkmanlarına qarşı 50-ci illərdə İraq soyqırımı törədilib, Suriyada BƏƏS və ondan əvvəlki rejimlər dövründə basqılar olub, əfşar türkmanlarının ana dilində qəzetinin dərc olunmasına qadağa qoyulub, hətta onlara evdə belə türk dilində danışmaq qadağan edilib. Bunlar əfşarların ağır həyat yaşadıqlarını sübut edən faktlardır. Bu gün Azərbaycan türkü unutmamalıdır ki, Kərkük, Mosul, Bayır-Bucaqda yaşayan əfşarlar onlar üçün yad deyil, onlar bizim doğma qardaşlarımızdır. Bu gün onların orada yaşamaq uğrunda apardıqları mübarizə bizim tərəfimizdən də dəstəklənməlidir.

 

Atatürk əfşarlara necə sahib çıxıb?

 

1923-cü ildə Türkiyə Cümhuriyyəti qurulduqdan sonra Mustafa Kamal Atatürk əfşarlara xüsusi önəm verirdi. Bu məqsədlə hətta köy institutları yaradılmışdı. Əfşarlara torpaq paylandı, milli kimlikləri bərpa edildi, onların türk şüuru ilə fəxr etmələri üçün geniş şərait yaradıldı. Sanki Mustafa Kamal vaxtilə Nadirin atdığı addımı təkrar edirdi. Muğan qurultayında Nadirin qəbul etdiyi ən mühüm qərarlardan biri sünni-şiə xilafətini aradan qaldırmaq olmuşdu. O zaman sünni-şiə xilafətini aradan qaldırmaq üçün cəfəriliyə keçmə təklifi ruhanilər tərəfindən yaxşı qarşılanmamışdı.

 

Əfşarların sayı nə qədərdir – 10 milyon, yoxsa daha çox?

 

Hazırda əfşarların sayına gəldikdə isə, bunu dəqiq müəyyən etmək mümkün deyil. Çox zaman əfşarların sayı məsələsi gündəmə gələndə 1967-ci il siyahıya alınmasının nəticələri əsas götürülür. O siyahıya əsasən, İran ərazisində 350 min, Əfqanıstan ərazisində 30 minə yaxın əfşarın yaşadığı göstərilir. Türkiyə ərazisində əfşarlar ayrıca etnos kimi götürülmür. Bu da onların sayını müəyyən etməyə imkan vermir. Sadəcə olaraq, tarixi-coğrafi areallara baxsaq, yaşayış məntəqələrinin sayı ilə hesablasaq, Türkiyədə əfşarların sayı bəlkə də 2 milyona yaxındır. Əgər 1967-ci ildə Əfqanıstan ərazisində 30 min əfşar yaşayıbsa, o dövrdən artıq 56 ilə yaxın zaman keçib. Ən kiçik əfşar ailəsində 8-11 uşaq olur. Bu isə onu deməyə əsas verir ki, Əfqanıstanda əfşarların sayı bəlkə də 100 minləri keçib. Eyni sözü Hindistan haqqında da demək olar. Bu ölkədə Heydər Qızılbaş adlı əfşar balası Hindistanın boks üzrə çempionu olmuşdu. Hindistan və Pakistan arasında mübahisə predmeti olan Kəşmirdə, Pakistanın Lahor bölgəsində yaşayan əfşarları da hesablasaq, o zaman ümumilikdə, əfşarların sayı 5-6 milyona çatmış olur. Nəzərə almaq lazımdır ki, çox zaman ayrı etnos kimi təqdim olunan bıçaqçı, teymuri tayfaları da əfşarlardan ayrılıb. 90-cı illərin sonuna yaxın Suriyada 3 milyon, Kərkükdə isə 1-1,5 milyon əfşar yaşadığı göstərilirdi. Bütün bu rəqəmləri toplasaq, əfşarların sayının 10 milyona yaxın olduğunu demək olar.

 

Zərbi-məsəl: “Niyə qaçırsan, ardınca əfşar atlısı düşüb?”

 

Əfşar adı təkcə, zərb-məsəllərdə deyil, təbii ki, həyat tərzində də öz əksini tapıb. Bugünkü Kayseri, Konyada belə bir deyim var: “Niyə bərk qaçırsan? Ardınca əfşar atlısı düşüb?” Əfşarların mübarizəsi Türkiyə əfşarlarının zərb-məsəllərində, deyimlərində, mahnılarında indi də qalıb. Qeyd etdiyimiz kimi, əfşarların ən böyük şairlərdən biri Dadaloğlu idi. Bugünkü Rumelindən  Hindistanın şimalına uzanan  böyük ərazidə yaşayan əfşarların birliyinin təmin edilməsi təkcə, Azərbaycanın deyil, eyni zamanda Azərbaycanla qardaş olan, bir millət,  iki dövlət olan Türkiyənin də vəzifə borcudur.  Bu iki dövlətin əsas etnik ünsürlərindən olan əfşarların maddi və mənəvi mədəniyyətinin, folklorunun və digər sahələrin araşdırılması ilə ciddi şəkildə məşğul olunmalıdır.

mənbə :
lent.az




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles