Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

Əlibaba Memmedov: "30 il qapımda növbe olub" – MÜSAHİBƏ

Əlibaba Məmmədov: "30 il qapımda növbə olub" - MÜSAHİBƏ

25/05/2016

12:56

25.05.2016 / 11:52 xeber –

 

Xalq artisti Əlibaba Məmmədovun APA-ya müsahibəsi

 

 

 

– Əlibaba müəllim necəsiniz, səhhətiniz necədir?

 

– Lap yaxşıyam. Hərdən narahatlıq olur, yaşın gətirdiyi qayğılar yaranır, o da keçib gedir. Görürsən, yenə tələbələrimin yanındayam. Dərs keçirəm, çalışıram, bildiyimi onlara da öyrədim.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

-Səs sarıdan narahatlıq yoxdur ki? Deyirlər, gecə 12-dən sonra oxumaq olmaz. Xan Şuşinskinin adəti olub ki, 12-ni keçdi, nə olur olsun, oxumazmış. Bircə dəfə Səməd Vurğunun xahişi ilə bu adətini pozub…

 

– Rəhmətlik Bülbül mənə tapşırıq vermişdi: Gördün ki, səsin xarabdır, get uzan, əlini də cütlə başının arxasında, yat. Heç kimi danışdırma. Heç yoldaşınla da danışma.

 

– Gəncliyinizdə neftçi olmaq istəmisiniz…

 

– Hə, bu sənətə oxumaq həvəsi  ilə gəlməmişəm. Neftçi işləyirdim, hökumət məni Türkmənistana işləməyə göndərmişdi. Bizə paltar, maaş, yeyib-içmək, hər şey verilirdi. Kasıb uşaq idim, yetim böyümüşdüm, ona görə neftdə işləmək mənə sərf edirdi. 41-ci ildə müharibə başladı, 42-də atam rəhmətə gedəndə 12 yaşım vardı. İki bacı, bir qardaş, böyükləri də mən, qaldıq yetim. Anamın da 32 yaşı vardı. Nə isə, Türkmənistanda özümü yaxşı göstərdim, məni gecə növbəsinə nəzarətçi keçirdilər. 1400 manat da maaş verirdilər. Onun 500 manatını anama göndərirdim, yerdə qalanını özümə xərcləyirdim. Bir dəfə buruğun yanından keçirdim, eşitdim, nə isə qaynayır. Mənə də texnikumda öyrətmişdilər ki, buruqdan qaynama səsi gəlirsə, deməli, orda qaz var. Getdim direktorun yanına, qayıtdı ki, o yerlərdə qaz deyilən şey olmur. Rusca da yaxşı bilmirəm, birtəhər başa saldım ki, bir yoxlayın, bəlkə çıxdı. Üç gün sonra dedilər, direktor səni axtarır. Sən demə həmin yerdə qaz fontan vurub. Məni göndərdilər Aşqabada oxumağa. Anama yazdım, məni oxumağa göndərirlər, amma maaşım az olacaq, sizə pul göndərə bilməyəcəyəm. Dedi, bizdən arxayın ol, get oxu. Aşqabadda zəlzələ oldu, oxumağa gedəsi olmadım. Həvəs məni gətirdi musiqiyə. Öz-özümdən tar çalmağı öyrənmişəm, nağara çalmağı öyrənmişəm. Yüz dənə mahnını tarda bəstələmişəm. Maştağada bir klarnet çalanımız var idi, Vəliağa, toya aparırdı, özü 200 götürdü, mənə 50 manat verirdi. Qabağıma məqsəd qoydum ki, klarnet çalmağı öyrənəcəyəm, bunu daha oya aparmayacaqlar. Allaha and olsun, olanı danışıram…

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

– İnanıram…

 

– Hə, 500 manat yığdım, klarnet aldım, altı ay o qədər çaldım ki, yanımızda milis idarəsi vardı, xəbər göndərdi ki, bəsdir, qoy işimizi görək. (Gülür). On səkkiz yaşım vardı, toya getmişdim. Erməni nağaraçalanın əvəzinə toyu axıra qədər mən çaldım. Klarnetçalan Nəsrulla vardı, mənə dedi, gəl Bakıya. O vaxt tütün fabrikinin yanına yığılırdılar. Sənə danışıram 48-ci ildən. Getdim ora, o gündən başladım toylara getməyə. Başladım toydan yaxşı pul qazanmağa. Bir dəfə “26-lar bağı”nın yanında gördüm ki, elan vurulub: “İstedad axtarılır”. Getdim adımı yazdırmağa, gördüm, Zülfü Adıgözəlov münsiflər heyətinin sədridir. Soruşdu ki, oğlan, nə oxuyacaqsan, dedim, “Cahargah”. Qayıtdı ki, “Cahargah” ağır muğamdır. Mən də söz altında qalmadım. Dedim ki, Zülfü dayı, ağır olan sizin qarşınızda oxumaqdır. Yaman xoşuna gəldi. Dedi, səni Filarmoniyaya götürəcəyik, hər konsertinə 80 manat pul yazılacaq. Əbülfət gəlmirdi, onun yerinə oxuyurdum, Fatma gəlmirdi, onu əvəz edirdim. Amma yaxşı pul verirdilər. Hələ görünməyib ki, 19 yaşında bir oğlan Xan Şuşinskiyə, Şövkət Ələkbərovaya, Əbülfətə, Fatmaya yoldaş olsun. Afişada qırmızı hərflə Xan əminin adı yazılırdı, balaca hərflərdə də mənim (Gülür). Əvvəl-əvvəl xoşlarına gəlmirdi ki, nağaraçalan gəlib filarmoniyada oxuyur.

 

– Kimin xoşu gəlmirdi?

 

– Onu demərəm. Üstündən gör neçə il keçib.

 

– Dedim, bəlkə Xan əminin xoşu gəlməyib…

 

– Yox-yox, nə danışırsan? Allah var göydə, Xan əmi məni həmişə müdafiə edib. O birilər qəmiş qoyanda Xan deyirdi, dəyməyin, bu uşaqdan yaxşı xanəndə olacaq. Üç il sonra dəbə mindim. 53-cü ildə toy üstündə qapımda növbə idi. Bir dəfə Səid Rüstəmov Soltan Hacıbəyova dedi, bu uşağı işə götür, bundan bir də ələ düşməyəcək. Soltan da dedi, bir şərtlə götürürəm: iki konsert verəcəksən, camaat gəlsə, işə götürəcəyəm. Konsert günləri də nə vaxt olsa yaxşıdır: martın 20-21-ə. Bayram günlərinə. İndi ürəyimin içini yeyirəm ki, adam gəlməsə, heç nə. Getdim, Əliağa Vahidin yanına. Allah ona qəni-qəni rəhmət eləsin. Dedim, mirzə, halı-macəra belədir, kömək elə. Soruşdu ki, dəftər-qələmin var? Dedim, var. Getdi o başa, gəldi, bu başa, başladı qəzəl yazmağa.

 

Ey gül, səni hər kəs ki sevib bəxtəvər oldu

Eşqində bir ancaq mənim ömrüm hədər oldu.

 

Kim sevdi qara zülfünü ağ günlərə çıxdı

Tale mənə yar olmadı bir dərdi-sər oldu

 

Bax, bu qəzəl belə yarandı…

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

– Vahiddən danışanda niyə kövrəldiniz?

 

– (Sükut). Nə bilim… Vahid başqa Vahid idi.

 

– Deyirlər, Vahidin çətin, sıxıntılı günlərində ona kömək etmisiniz…

 

– Allah deyir, sağ əlin verdiyini sol əl bilməməlidir. Axşam Vahidin qəzəllərini toyda oxuyurdum, nə pul alırdımsa, on faizini qoyurdum pencəyimin sağ cibinə ki, bu Vahidindir. Pul yığılırdı, axırda aparırdım ki, mirzə, al, bu sənin haqqındır.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

– Əlibaba müəllim, belə deyirlər ki, Qarabağ səs verir, Bakı texnika. Nə düşünürsünüz bu haqda?

 

– Seyid Şuşinski deyirdi, səs Qarabağdan gəlir, amma Bakı görməyən xanəndədən xanəndə olmaz. Muğam birdir, onun Bakı məktəbi, Qarabağ məktəbi, Şamaxı məktəbi yoxdur.

 

– Rəhbərlik etdiyiniz ansamblın adını niyə görə “Humayun” qoymusunuz? Bu muğam daha yaxşı oxumusunuz, ona görə?

 

– 68-ci ildə Maestro Niyazini Filarmoniyaya direktor göndərdilər. Niyazi məni çağırdı ki, sən ayda mənə bir konsert verməlisən. O vaxt da mənim bütün konsertlərim anşlaqla keçirdi. İki saat sonra biletləri tapmaq olmurdu. Heç bir xanəndə 30 il dəbdə olmayıb. Düz danışıram. 1955-dən ta 85-ci ilə qədər mənim qapımda növbə olub. Nə isə, dedim, Maestro, sənə ayda iki konsert verərəm, amma ansambl yoxdur. O da sərt adam idi, dedi, necə yəni ansambl yoxdur? Neçə nəfər lazımdır, yığ, sizə ştat alacağam. Mən də harada yaxşı musiqiçilər var, yığdım, dedim, hazıram. O vaxt da Rauf Hacıyev mədəniyyət naziri idi. Zəng elədi nazirliyə ki, Raufa deyin, ansambl hazırdır. Niyazinin kabinetində oturmuşduq, Hacı Məmmədovdan soruşdu ki, Əlibaba hansı muğamı yaxşı oxuyur? O da qayıtdı ki, Seyid Şuşinskidən sonra Azərbaycanda Əlibaba kimi “Humayun” oxuyan yoxdur. Niyazi də bunu bəyəndi, oldu “Humayun” ansamblı.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

– 100-ə yaxın mahnınız var və onlar hər gün səslənir. Mahnılarınızın qonorarını alırsınız?

 

– Ehtiyacım yoxdur. 19-cu əsrdə Cabbar Qaryağdıoğlunun 200-ə yaxın mahnısı olub. O vaxt mənə, Qulu Əsgərova ad qoymuşdular: həvəskar bəstəkar. Həvəskarlara 70 manat verirdilər, əsl bəstəkarlara 100 manat. Elşad Quliyev məni yanına çağırdı ki, hər mahnına 70 manat verəcəyik. Dedim, istəmirəm, xalqın malını xalqa sata bilmərəm. Yazdım, imzaladım, verdim. O da böyük kişilik elədi: mənim bütün musiqilərimin qabağına adımı yazdırdı.

 

– Səxavət Məmmədov, Məmmədbağır Bağırzadə kimi sənətkarlar sizin ansamblda yetişib. Yetirmələrinizdən üzünüzə ağ olanı olmayıb?

 

– Qətiyyən. Tələbələrim mənimlə həmişə fəxr ediblər. Məsələn, Məmmədbağır haçan televizora çıxırdı, deyirdi, mən o kişiyə borcluyam. Nardaranlılar ona deyirdilər, sən niyə maştağalını tərifləyirsən, o da cavab verirdi ki, Əlibaba müəllimi tanısanız, siz də tərifləyərsiniz. Könül Qəmbərova var, Bülbül adına musiqi məktəbində dərs deyir. Bəlkə də bizim qızların içində muğamı onun qədər bilən yoxdur. Bir “Humayun” oxuyur, mən onu oxuya bilməmişəm. Neçə dəfə “Humayun” oxumuşam, məni istəməyənlər pozdurublar. Könülə dedim, mənim balam, gəl, sənə iki muğam öyrədəcəyəm. İlk dəfə “Dəşti”ni öyrətdim, sonra “Humayun”u. Bir adam onun kimi “Humayun”a yaxın gedə bilmir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

– Sizə dövlət səviyyəsində münasibət yüksəkdir, hər kəs hörmətinizi saxlayır. Ətrafınızda olan adamların sizə işi düşürmü?

 

– Deyim sizə. Mən heç öz oğlum üçün xahiş etməmişəm. Doğma oğlum ayda 500 manat maaş alır, bir adama demirəm, onu min manat edin. Deməmişəm. Sözün düzünü deyirəm sənə.

 

– Övladlarınızdan sənətinizi davam etdirən olmayıb…

 

– Yox, olmadı. Üç qızım, bir oğlum var. Arvad bir gün dedi, a kişi, bunlardan birini öz yolundan elə, sənəti öyrənsinlər. Dedim, bax, evdə tar var, pianino, qaval var, Əlibaba var, day nə olmalıdır, öyrənsinlər də. Hansı gəldi, mən etiraz elədim? Gərək adamın canında olsun. Nəvəm iki institut qurtarıb. Bir gün gəldi ki, baba, tar çalmaq istəyirəm. Apardı, altı aydan sonra gəldi ki, çətindir, öyrənə bilmirəm. Dedim, sənin baban tar çalıb, klarnet çalıb, nağara çalıb, babat da xanəndədir. Amma sən iki institut qurtarmısan, bir tar çala bilmirsən, indi gör sən kimsən, mən kiməm. (Gülür).

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

– Siz xalq artisti adını gec almısınız…

 

– Sara, Əbülfət, bir də Şövkət məndən tez əməkdar artist adını alıb. Mən əməkdar olanda nə Habil əməkdar artist idi, nə Zeynəb. Əməkdar artist adını mənə 1962-ci ildə Tofiq Quliyev verib. 62-dən 89-a qədər bir qapı döyməmişəm. Qalmışam əməkdar. Deyirdilər, niyə gedib istəmirsən, mən də cavab verirdim ki, özləri görmür? Bir şeyi adama gərək Allah versin. Buna inan. Bir məclisdə oturmuşduq, Elmira Qafarova da həmin məclisdə idi. Gördüm mənə baxır, dedi, haradasa sizi görmüşəm, yadıma sala bilmirəm. Özümü təqdim eləyəndə ayağa qalxdı, üzrxahlıq elədi. Birdən soruşdu ki, sən xalq artistisən? Dedim, yox, əməkdar. Camaatın qabağında birdən qayıtdı ki, get de, mən xalq artistiyəm. Üstündən bir ay keçdi, Elmira xanım zəng vurdu ki, sizi təbrik edirəm, büronun iclasında hamı sizə səs verdi. Hətta Həsən Həsənov soruşub ki, o hələ xalq artisti deyil? Şıxəli Qurbanovla aram kök idi, bir dəfə demirdim, mənə niyə xalq artisti adını vermirsiniz?

 

– Telekanallara baxırsınız? Mənzərə necədir?

 

– AzTV-də “Məclisi üns” verilişinə baxıram. Bir sayını qaçırmıram. Elə gözəl verilişdir ki. Əsəd Cahangir tənqidçidir, amma muğamdan, qəzəldən elə gözəl danışır, istəyirəm gedib televizorun içinə girim. Özü də axırda danışır, amma ürfanla bağlı, klassik şeirlə bağlı elə nöqtələrə toxunur, evdə televizorun bu tərəfindən can deyirəm. Yaxud o verilişdə İlqar Fəhmi var. Fəhmi uşaq idi, gəlirdi bizim məclisə, indi maşallah, elə ağıllı, bilikli danışır, elə bil dilotu yeyib. Özü də yaxşı adamdır, heç kimin xətrinə dəymir.

 

– Nə vaxta qədər toylarda oxumusunuz?

 

– 70 yaşında toya getməyi tərgitdim. Amma camaat əl çəkmirdi. Təvazökarlıqdan uzaq olsa da deyəcəm: vallah mən özüm qədər sevilən xanəndə görməmişəm. Gördüm, ürəksiz oxuya bilmirəm, toylara getmədim. Ürəkdən də oxuyanda ağrıyırdım. O qədər ürəkdən oxuyurdum, Razı Şükürov bir dəfə dedi, sən toyda öləcəksən.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

– Sizinlə yaşıd olan sənətkarlardan kiminlə isti münasibətiniz var, kimi qiymətləndirsiniz?

 

– Zeynəb Xanlarovaya Allah can sağlığı versin, onu həmişə yüksək qiymətləndirmişəm. Səhnə mədəniyyəti, geyim mədəniyyəti, səs, ifaçılıq… hamısı Zeynəb xanımda var. Zeynəb çox böyük xanəndədir. Məni görəndə həmişə qardaşı kimi, ağsaqqalı kimi qucaqlayıb öpür.

 

– Yaşın bu vaxtında sizi yordumsa, gərək üzrlü sayasınız…

 

–  Yorğunluq söhbəti yoxdur. Hələ tələbələrimlə məşğul olacağam. Dörd misralıq şeirim var, onu deyim, bitirək.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

– Deyin…

 

Mən şair deyiləm, şair xislətçiyəm,

Bəstəkar da deyiləm, bəstəçiyəm.

Bilmirəm, nə karəyəm, nəçiyəm,

Onu bilirəm ki, gözəl ifaçıyam. 

 

Sosial sə

 

mənbə :
lent.az




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles