Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

Çayımız niye şirin deyil? – ARAŞDIRMA

Çayımız niyə şirin deyil? - ARAŞDIRMA

27/05/2016

13:56

27.05.2016 / 12:50 xeber –

 

 

"Əvvəl çayı şirin etmək üçün cəmi 3 çay qaşığı şəkər tozu kifayət edirdisə, indi 6 qaşıq da tökürsən, şirin olmur. Bilmirik də hara müraciət edək?".

 

İstehlakçılardan bu tipli şikayətlər tez-tez eşidilir. Bəzi istehlakçılar şəkər tozuna ağ rəngdə başqa bir maddənin qatıldığını, bir qismi isə standartlara cavab vermədiyini iddia edir. Doğrudan da, çayımız niyə şirin deyi??

 

Lent.az bu problemi araşdırmağa çalışıb.

 

İnsanlar üçün əvəzedilməz qida olan şəkərə fiziki sağlığımız üçün də ehtiyacımız var. Xüsusilə zehni fəaliyyətlərin inkişafı və yaxşı bir ruh halı üçün faydalı bir məhsul sayılır. Bəs çaylarımıza şirinlik qatan şəkər tozunun gerçəkliyinə niyə şübhə yaranıb? 

 

 

Təhlükəli olmasa da, aldatma faktı var…

 

 

Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev  Lent.az-a açıqlamasında deyib ki, şəkər tozunun tərkibindəki şəkərin miqdarının az olması əhalinin maddi vəziyyətinə vurulan zərərdir və bu məsələ mütləq araşdırılmalıdır.

 

Şəkərin tərkibindəki şəkərlilik səviyyəsinin tam olaraq 99,9 faiz olmalı olduğunu vurğulayan İ. Abdullayevin fikrincə, şəkərin şirinliyinin hiss olunmaması onun tərkibində şəkər yerinə başqa komponentlərin istifadəsi ilə əlaqəlidir: “ Şəkərin miqdarı azdırsa, artıq bu, əhalinin maddi vəziyyətinə vurulan zərərdir. Yəni əhali çaya gündə  6 qaşıq şəkər tozu atmalı olursa, məcburdur ayın sonu bir-iki kilo da artıq alsın. Bu, istehlakçının iqtisadi baxımdan imkanlarını məhdudlaşdıran tədbirdir. Təhlükə yoxdur, sadəcə aldatma faktı var. Aşağı keyfiyyətli malı yuxarı keyfiyyətli mal adına sataraq istehlakçıdan daha çox gəlir əldə etmək məqsədi güdülür”.

 

Şöbə müdiri qeyd edib ki, şəkər çuğundurundan alınan şəkər tozunun təmizliyi 99,75% təşkil edir; qarışıqlar yalnız 0,25% qəbul olunur. Şəkər istehsalı əsasən şəkər çuğunduru, şəkər qamışından əldə edilir. Əldə edilən şəkər rafinasiya olunur, rəngi ağardılır, şəkər səviyyəsi 99, 9 %-ə gətirilir ki, normal keyfiyyətli şəkər olsun.

 

Lakin şəkər tozunda qarışıqların 0,25% olması şəkərin dad və xüsusən də qidalılıq xüsusiyyətlərində əks olunmur.

 

İ. Abdullayev bildirib ki, şəkər tozunu təmiz suda həll etdikdə suyun rəngi dəyişərsə ( saralarsa, bozararsa), artıq bu, rafinasiya olunmamış, yəni saflaşdırılmamış şəkər  sayılır: “ Az rafinasiya olunmuş şəkər tozunun tərkibində kənar maddələr də qarışdığından təmiz suda həll etdikdə çöküntü verə bilər. Düzdür, satışda rafinasiya olunmamış şəkər tozu, şəkər məhsulları satılır. Əsas onun xammalı yoxlanılır. Xammalın tərkibində gübrə qalıqları, ağır metalların olub-olmadığı yoxlanılmalıdır.  

 

 

Şəkərin təmizliyi onun xarici görünüşü ilə sıx bağlıdır ki, bu da mühüm əhəmiyyətə malikdir. Şəkərin (xüsusən də şəkər tozunun) cəlbedici görkəmi bəzi ölkələrdə, hətta onun sortunun (növünün) həlledici amili kimi qəbul edilir.

 

“Sladkiy saxar” məhsulu ilə bağlı ciddi şikayətlər daxil olur

 

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, şəkər tozu ilə bağlı problemə əsasən xaricdən gətirilən şəkər məhsullarında rast gəlinir: “Yerli şəkər istehsalı tam standartlara uyğun şəkildə həyata keçirilir. Həmçinin yerli istehsal olunan şəkər məhsulları ekoloji cəhətdən təmizdir. Xarici ölkələrdən gətirilən şəkərlərdə isə sadalanan problemlərin olması istisna deyil. Yerli mal daha çox nəzarət altındadır, nəinki xaricdən gətirilən məhsullar. Əsasən İrandan gətirilən şəkər məhsulları şübhəli mal kimi öyrənilir".

 

E.Hüseynov əlavə edib ki, şəkər xəstələri üçün nəzərdə tutulan “Sladkiy saxar” məhsulu ilə bağlı ciddi şikayətlər daxil olur: “Bu şəkər məhsulu şəkər xəstələri üçün nəzərdə tutulsa da, əslində heç bir faydası yoxdur, əksinə, tibbi zərəri var. Adi istifadə etdiyimiz şəkər məhsulundan heç fərqlənmir. Səhiyyə Nazirliyi tərəfindən də bizə məktub göndərilib ki, bu məhsulun bazarlardan yığışdırılması üçün müəyyən iş aparılsın”.

 

E. Hüseynov son olaraq əhalinin diqqətinə çatdırıb ki, alınan şəkər məhsulunun istehsal tarixi, yararlıq müddəti, saxlanma şəraiti, istehsalçının ünvanı və.s. bu kimi vacib detallara diqqət etsinlər.

 

Sertifikatlaşdırılmış və uyğunluq  nişanı olan məhsullar daha etibarlıdır

 

 

Azərbaycan ərazisində şəkər tozunun keyfiyyət və təhlükəsizliyinə dair tələbləri müəyyən edən dövlətlərarası standartlar QOST 21-94 və  QOST 31361-2008 mövcuddur. 

 

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı Lent.az-a açıqlamasında deyib ki, bu standartlara əsasən, şəkər tozunda saxarozanın kütlə payı 99,7% nəzərdə tutulub: “ Qeyd edək ki,  bu göstəricinin təyini laborator üsulla həyata keçirilir. Odur ki, şəkər tozunun bu keyfiyyət göstəricisi  ilə bağlı şübhə olduğu halda istehlakçıların Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinə məlumat vermələri tövsiyə olunur”.

 

Komitə rəsmisi bildirib ki, 2015-ci ilin noyabr ayının 1-dək Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən şəkər tozunun istehsalı və qablaşdırılması ilə məşğul olan müəssisələrdə mütəmadi olaraq yoxlamalar həyata keçirilib. Aparılan yoxlamalar zamanı mövcud standartların tələblərindən kənara çıxmalar aşkar olunmayıb, yoxlanılmış məhsul keyfiyyət və təhlükəsizlik göstəricilərinə görə standartların tələblərinə cavab verib.

 

 “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna əsasən, 2015-ci ilin noyabrın 1-dən sahibkarlıq sahəsində aparılan yoxlamaların 2 il müddətinə dayandırıldığını vurğulayan F. Talıblı qeyd edib ki, yoxlamalar  yalnız insanların həyat və sağlamlığına, dövlət təhlükəsizliyinə və iqtisadi  maraqlarına mühüm təhlükə yaradan halların mövcudluğuna əsaslar olduqda aparılır.

 

 

F. Talıblının sözlərinə görə, qüvvədə olan Uyğunluq sertifikatlarının Dövlət Reyestrində ölkəyə xarici ölkələrdən şəkər tozunun idxalı barədə  məlumat mövcud deyil: "Respublika ərazisində şəkər tozunun istehsalı ilə İmişli şəhərində yerləşən "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC məşğul olur. Bununla yanaşı, bir sıra şirkətlər tərəfindən şəkər tozunun qablaşdırılaraq satışı həyata keçirilir“.  

 

 

İstehlak bazarında satılan şəkər tozlarından keyfiyyət və təhlükəsizliyi QOST 21-94 və QOST 31361-2008 uyğun, mövcud qanunvericiliyə əsasən sertifikatlaşdırılmış,  üzərində  uyğunluq  nişanı mövcud olan məhsullar üstün sayılır. Odur ki, istehlakçıların məhsulun keyfiyyətinin qiymətləndirilməsi üçün ilk növbədə  bu amillərə diqqət yetirmələri tövsiyə olunur.

 

 

Ölkədə müstəqil laboratoriya olmalıdır

 

 

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmovun fikrincə, şəkər tozunun şirinliyinin azalması onun istehsalında saxtakarlıqlara yol verilməsi ilə bağlıdır:  “Ola bilsin ki, məhsulun istehsalında hansısa ucuz qatqılardan istifadə olunur, bu da şəkərin keyfiyyətinə təsir edir, şəkərliliyi aşağı salır. Ümumiyyətlə isə, müstəqil laboratoriya olmadığından nəinki biz, elə istehlakçı özü də aldığı qida məhsulunun analizinə nail ola bilmir”.

 

Ölkədə qida məhsullarının istehsalı ilə məşğul olan yerli şirkət “AzərSun” Holdinqdən Lent.az-a bildirilib ki, şəkər tozunun şirinliyi standarta görə Pol=99.70 oZ səviyyəsində qəbul edilir. İstehsal edilən şəkər tozu məhsulu QOST  31361-2008  standartına tam cavab verir.

 

Bu il 12 şəkər nümunəsi yoxlanılıb

 

 

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev Lent.az-a açıqlamasında bildirib ki, şəkərin keyfiyyəti orqanoleptik (dadı, iyi, xarici görünüşü, məhlulun təmizliyi), fiziki-kimyəvi (nəmliyin, saxarozanın, küllülüyün, reduksiyaedici maddələrin miqdarı, bərklik, rənglilik və s.) göstəricilərə görə təyin olunur. Bu məhsullar suda tam həll olmalı, çöküntü verməməlidir. Rəngi ağdan sarımtıla qədər dəyişə bilər. Dadı şirin olmaqla kənar iy verməməlidir. Şəkərin nəmliyi 0,14%-dən, quru maddəyə görə saxaroza 99,75%-dən az, reduksiyaedici maddələr 0,05%-dən, kül isə 0,03%-dən çox olmamalıdır.

 

A. Əliyevin sözlərinə görə, şəkərin saxlama şəraiti normativ-texniki sənədlərə əsasən müəyyən olunur. Anbar sahələrində saxlama zamanı qablaşdırılmış şəkərin saxlama temperaturu 400C-dən, nisbi rütubət 70%-dən çox olmamalıdır. Şəkərin digər spesifik, kəskin iyli məhsullarla birgə saxlanması qadağandır.

 

Qablaşdırılmış şəkər taxta altlıqların üzərinə yığılmalı və döşəmə ilə təmasda olmamalıdır. Uzun müddətli anbar şəraitində saxlanılan kristal şəkərin saxlama müddəti isidilən anbar şəraitində 8 il, isidilməyən şəraitində isə iqlim şəraitindən və qablaşdırma materialından asılı olaraq 1,5-4 ildir. Uzun müddətli saxlama zamanı temperatur 250C-dən artıq olmamalıdır. İsidilən anbarlarda qablaşdırılmış şəkər saxlanılarkən nisbi rütubət ən çoxu 70%, temperatur isə azı 120C olmalıdır.

 

Kristal şəkər, şəkər pudrası müvafiq icra hakimiyyəti orqanları tərəfindən icazə verilən kağız, polietilen, polipropilen və ya kombinə edilmiş polipropilen örtüklü kağız paketlərə qablaşdırılır. Qablaşdırılan şəkər məhsulları mütləq markalanmalıdır. Qablaşdırılmış 50 və 100 kq-lıq şəkər kisələrində bir kisənin xalis çəkisinin etiketdə göstəriləndən ±0,25% kənarlaşmasına icazə verilir. İstehsal tarixindən kristal şəkərin yararlılıq müddəti 4 il, preslənmiş şəkərin 2 ildir.

 

Qurum rəsmisi son olaraq qeyd edib ki, İqtisadiyyat Nazirliyinin İstehlak Mallarının Ekspertizası Mərkəzinin Mərkəzi qida və qeyri-ərzaq mallarının sınaq laboratoriyasında 2016-cı ilin yanvar-aprel ayları ərzində ticarət şəbəkəsindən 12 şəkər nümunəsi götürülərək orqanoleptik, fiziki-kimyəvi göstəricilərinə görə tədqiq edilib. Bütün nümunələr tələblərə uyğun olub.

 

"Şirin qatil"

 

Ümumilikdə isə çox şəkər istifadəsi sağlam vərdiş deyil. Şəkərdən artıq istifadə 500 kalori deməkdir.  

 

Mütəxəssislərin fikrincə, artıq şəkər ürək xəstəliklərinə yaxalanma riskini artırır.

 

Şəkər “səssiz qatil” də adlanır. Səbəbi isə piylənməyə zəmin yaratmasıdır. Piylənmə özü də bir çox xəstəliyin öncül mərhələsi sayılır.  

 

Şəkər immunitet sistemini zəiflədir, xroniki xəstəliklərin əsl səbəbkarıdır.

 

Şəkər və spirtli içki bədəndə qaraciyərə qarşı eyni toksik təsiri göstərir.

 

Çox miqdarda və tez-tez istifadə edilən şəkər qandakı insulin miqdarını artırır, bədənin mineral balansını pozur.

 

Hamiləlik və südvermə mərhələsində çox şəkər qəbul edilərsə, döldə əzələ yaranmasına mənfi təsir göstərir.

 

Şəkər uşaqlarda hiperaktivliyi, gərginliyi, diqqət problemlərini artırır.

 

Şəkər yumurtalıq xərçənginə, bədəndə xrom və dəmir mineralı əskikliyinə, qastrit və onikibağırsaq xorasına, hamiləlik zamanı qan zəhərlənməsinə, diş çürüməsinə, katarakta, damar tıxanıqlığına, böyrəkdə patoloji dəyişikliklərə səbəb olur, yaşlanmanı sürətləndirir, görməni zəiflədir, qandakı E vitamini miqdarını azaldır, uşaqlarda ekzema kimi dəri xəstəliklərinə yol açır. 

mənbə :
lent.az




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti info website