28.05.2016 / 13:24 xeber –
Şabranda oğurluqla məşğul olan şəxs tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Şabran RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 21-də rayon sakini Rafiq Qafarova məxsus yardımçı təsərrüfatdan 34 baş qoyun oğurlamış həmyerlisi Tahib Əmiraslanov tutulub. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun daha 3 rayon sakininə məxsus evlərdən pul, qızıl əşyalar və məişət əşyaları oğurlaması da müəyyən edilib.
mənbə :
lent.az
Şərh yaz.