Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

Türkiyede 65-ci hökumet yola çıxarken… – TƏHLİL

Türkiyədə 65-ci hökumət yola çıxarkən... - TƏHLİL

31/05/2016

12:16

31.05.2016 / 11:14 xeber –

1. İkihakimiyyətliliyin sona çatması

 

…Mənzərə 1917-ci ilin Rusiyasındakı fevral-oktyabr dönəmini xatırladırdı: o dönəmin Rusiyasında olduğu kimi, 2015-ci ilin noyabrından bu il mayın 5-nə qədər Türkiyədə də ikihakimiyyətlilik mövcud idi. Qüvvədə olan Konstitusiyaya görə, icra orqanının başında duran Əhməd Davudoğlunun hökumətinin paralelində prezident Ərdoğanın Beştəpə iqamətgahında qurduğu “baş müşavirlər ordusu” alternativ hökumət kimi fəaliyyət göstərirdi. Bu durum mütləq şəkildə dəyişəcəkdi – ha zəlzələdən, ha vəlvələdən – bunun uzun müddət davam etməsinə inanmaq siyasət müntəxəbatının əlifbasından bixəbər olmaq demək idi.

 

İkihakimiyyətlilik durumuna prezident Ərdoğanın son qoyması çılpaq məntiqin tələb etdiyi gerçəklik idi və cənab Ərdoğan bunu  hökumətə birbaşa müdaxilə ilə yox, məsələn, Nikita Xruşşovun devrildiyi örnəkdə olduğu kimi, partiya içindən yapdı: 5 mayda felən sona çatan ikihakimiyyətlilik Tayyib Ərdoğanın qurucusu olduğu AKP-nin 22 maydakı qurultayında formalitəsini də tamamlayaraq tarixə gömüldü. Xüsusilə, 27 may 1960-cı il hərbi çevrilişindən sonra ordunun paralel hakimiyyət kimi fəaliyyət göstərdiyi və kefi istəyəndə siyasi hakimiyyətə əl qoyduğu Türkiyədə ilk dəfə iki siyasi hakimiyyət təxminən 6 ay paralel şəkildə mövcud oldu, fəaliyyət göstərdi və hərbi yox, siyasi müdaxiləylə ömrünü tamamladı. 10 avqust 2014-də xalq tərəfindən prezident  seçilən Rəcəb Tayyib Ərdoğanın tez-tez təkrarladığı “artıq feili prezident üsuli-idarəsi var” – postulatı “de fakto” təsdiqini də tapmış oldu.

 

5 may günündən başlayaraq Türk siyasi həyatının təməlinə prezidentlik sisteminin hüquqi daşları döşənməyə başlandı…

 

2. Ərdoğan Binali Yıldırıma vəfa borcunu ödədi

 

Abdullah Gülün 18 noyabr 2002-ci ildə qurduğu 58-ci hökumətdə nəqliyyat naziri vəzifəsinə təyin edilən Binali Yıldırım  kreslosunu daha sonra Tayyib Ərdoğanın qurduğu üç hökumətdə də qorudu. Statistikaya baxanda Binali Yıldırımın  böyük uğurlar qazandığını görürük. AKP iqtidarının üçüncü dönəminin finişinə çatmağa üç nazirin – Əli Babacan, Bəşir Atalay və Binali Yıldırımın nəfəsi çatmışdı. Ancaq Ərdoğanın təkidiylə Binali Yıldırım 2013-cü ilin dekabrında nazir kreslosunu tərk edib İzmir metropol bələdiyyə başqanlığına namizəd olmaq məcburiyyətində qaldı. İzmirdən seçilə bilməyəcəyini özünün də (bəlkə hörmətli Ərdoğanın da) bilməsinə rəğmən Binali Yıldırımın namizədliyə razılıq verməsi Ərdoğan üçün yapdığı çox böyük fədakarlıq idi. Namizədliyinin açıqlanmasından bir neçə gün  əvvəl ətrafdakıların eşitməyəcəyi şəkildə verdiyim “İzmirə getmək istəmədiyiniz açıq-aşkar görünür. Görmək istəyib də, görə bilmədiyiniz hansı işlər qaldı?” –  sualına cavab verməzdən əvvəl üzümə baxmış, sonra gözünü uzaqlara tikərək “O qədər iş gördüm ki” – deyə nisgilli bir cavab vermişdi. 30 mart 2014-dəki bələdiyyə seçkisində bələdiyyə başqanı seçilə bilməsə də, bələdiyyə başqanlığının AKP-yə keçməsini Tayyib Ərdoğanın çox istədiyi İzmirdə  partiyasının reytinqini artıran Binali Yıldırım nəfəsini dərmədən prezident  kreslosu uğrunda yarışda Tayyib Ərdoğanın ən yaxınlığındakı yerini alaraq təbliğat dönəminin əsas ağırlığını çiyinlərinə almışdı. Ərdoğan prezident seçilən kimi, baş müşavir vəzifəsinə təyin etdiyi ilk adam isə Binali Yıldırım idi. Prezidentin Beştəpə iqamətgahında olmasına baxmayaraq, Nəqliyyat, Dənizçilik və Kommunikasiya nazirliyi üzərində Binali Yıldırımın nüfuzunun davam etdiyini yaxşı bilirdim. Məsələn, 30 avqust 2015-də Beştəpə iqamətgahındakı Zəfər bayramı ziyafətində Binali bəydən Bakı-Tiflis-Qars dəmir yolunun aqibətini soruşmuşdum, problem olduğunu qısa müddət əvvəl öyrəndiyini, hər şeyi öz nəzarətinə aldığını və yaxın gələcəkdə problemlərin aradan qaldırılacağını bildirmişdi. AKP-nin 12 sentyabr 2015-ci ildəki qurultayı ərəfəsində Binali Yıldırımın Əroğanla yaxınlığına yaxşı bələd olan Əhməd Davudoğlu, Yıldırımın adını Mərkəzi Qərar və İcra Şurasının (MKYK) siyahısına daxil etmək istəməyincə Binali bəy bir neçə saatda 1200 qurultay nümayəndəsindən 900-nün imzasını alaraq sədrliyə namizəd olacağını mətbuat üzərindən Davudoğluna çatdırmış, Yıldırımı MKYK siyahısına daxil etməkdən başqa Davudoğlunun heç bir alternativi qalmamışdı. 23 ay nazir kreslosundan uzaq qalan Binali Yıldırıma 1 noyabrdakı seçkidən sonra  baş nazir Əhməd Davudoğlunun başqa nazirlik təklif etməsinə baxmayaraq, təklifi qəbul etməyib nəqliyyat, dənizçilik və kommunikasiya nazirliyinə yenidən qayıtması da Yıldırımın “ən yuxarılardakı” etibarının  göstəricisi şəklində dəyərləndirilmişdi.

 

Baş nazirliyinin ilk günlərindəki ifadələri Binali Yıldırımın fəaliyyətinin “texniki səviyyədə” qalacağını, yəni onun keçmişdə olduğu kimi, yenə böyük infrastruktur layihələrini həyata keçirəcəyini göstərir. Yaxşı bildiyi bu sahələrdəki  səlahiyyəti  çox genişlənsə də, baş nazir Yıldırım  prezident tərəfindən cızılmış “texniki səviyyəli cizgi”dən kənara çıxmağı, deyəsən, həm özü istəmir, həm də 65-ci hökumətin başçısı prezidentlə aralarında olan “centlmenlik sazişi”ni pozmağa həvəsli bir şəxsiyyət təsiri bağışlamır. Şəxsi dostluqları, mübarizə yoldaşlıqları bir tərəfdə dursun, Binali Yıldırımı baş nazir təyin edən prezident Ərdoğan “real siyasət”in gərəyini yerinə gətirmişdir; seçilə bilməyəcəyi hamıya məlum olduğu halda, İzmir bələdiyyə başqanlığına namizəd olmağı Ərdoğanın təkidiylə qəbul edən Binali Yıldırım bu dəfə Ərdoğan tərəfindən baş nazir kreslosuyla mükafatlandırıldı.

 

3. Mehmət Şimşəkin iqtisadiyyatın koordinatorluğunu buraxmasından qorxdular

 

Əli Babacandan sonra iqtisadiyyata cavabdehlik edən baş nazirin müavini Mehmet Şimşəkin “iqtisadiyyat, təhsil, hüquq sahələrində islahatların qaçılmazlığına” vurğu yapması  həm türk bazarının aparıcı oyunçularını, həm də beynəlxalq maliyyə qurumlarını məmnun etsə də, enerji naziri Bərat Albayrak, prezidentin baş müşavirləri Yiğit Bulut və Cəmil Ertemin başında durduğu qrup “aşağı səviyyəli faiz siyasəti yürüdəcək milli profilli Mərkəzi Bank” və “milli iqtisadiyyat” “dirəmələrindən” vaz keçməyincə, bazardakı narahatlıq yeni hökumətin tərkibinin açıqlanması ərəfəsində “kəllə-çarxa” vurdu, valyutanın ildırım sürətiylə yüksələn məzənnəsini Şimşəkin öz kreslosunda qaldığını görəndən sonra cilovlamaq mümkün oldu. (AKP qurultayı ərəfəsində “Sözcü” qəzetinə verdiyi qısa açıqlamanı oxuyan hər kəs  Mehmet Şimşəkin bu şərtlərdə qalmayacağını sezmişdi). “Milli” kriteriyasını hökumətə və bazara dirəməyə çalışan qrup, görünür, Şimşəkin gedişinin yaradacağı “turbulansı” idrak edərək onun qalmasını qəbul etdi. İndi  iqtisadi paradiqma baxımından 65-ci hökumətin  (təbii ki, Mehmet Şimşək babında) qarşısında duran əsas sual bundan ibarət olacaq: islahatlara hansı istək və sürətlə davam ediləcək? Edilməzsə, son hökumətin tərkibinin açıqlanmasından əvvəl, onsuz da çamadanı hazır olan Şimşək gedəcəkmi, qalacaqmı?

 

4. AB ilə münasibətlər: budəfəki “baş münaqişəçi” Ömər Çelikdir

 

Avropa Birliyi Nazirliyi Egemen Bağış üçün yaradılmışdı, Türkiyə ilə AB arasında yaranmış fikir ayrılıqlarını aradan qaldırmaq Egemen Bağışın kağız üzərindəki əsas məqsədi olsa da, onun dönəmində müzakirələr tamamilə dondurulunca, nüfuzlu qəzetçi-yazar Səlahəddin Duman Egemen Bağışın epitetini müəyyənləşdirmişdi: ”AB ilə baş münaqişəçimiz”.

 

Rza Zərrab hadisəsinin yaratdığı sunamidə Egemen Bağışın istefasından sonra onun yerinə gələn və Avropanı daha yaxşı tanıyan Mövlud Çavuşoğlunun 8 aylıq dönəmində də vəziyyət dəyişmədi. Ta ki Əhməd Davudoğlu 28 avqust 2014-də qurduğu hökumətdə Türkiyənin AB-dəki keçmiş təmsilçisi, AKP İstanbul millət vəkili Volkan Bozkırı AB naziri vəzifəsinə gətirənə qədər. Davudoğlu ilə Bozkırın 20 aylıq birgə fəaliyyəti müddətində soyuducuya qoyulmuş müzakirə qovluqları yenidən masaların üstünə gəldi, müzakirə bazarı hərəkətləndi. AB ilə müxtəlif məzmun və formatlardakı müzakirələrə  prezident Ərdoğan da birbaşa müdaxilələr edincə proses yenidən dalana  dirəndi. Xüsusilə, Türkiyə üzərindən qaçaq şəkildə Avropaya getmək istəyən qaçqınların durumuna AB-nin biganə yanaşması  prezident Ərdoğanın ritorikasının çox sərtləşməsinə səbəb oldu ki, bu da onsuz da baş nazir Davudoğlunun olmadığı (və çiyin vermədiyi) bir hökumətdə Volkan Bozkırın tamamilə “öksüz” qalması demək idi. AB ilə münasibətlərdə Davudoğlu və Bozkırın sayəsində  yenidən dinamizm qazanan “müzakirə prosesi”  yerini  “münaqişə prosesi”nə buraxınca səhnəyə Tayyib Ərdoğana çox yaxınlığıyla bilinən Ömər Çelik çıxaraq “baş münaqişəçi” rolunu öz üzərinə aldı.

 

5. Tək cümlədən ibarət, xülasəqarışıq proqnoz

 

İkitərəfli asfalt yolları, dəmiryolları, limanlar, aeroport tikintilərinin koordinasiyasının baş nazir Binali Yıldırımda, iqtisadi proseslərin bir qisminin yönləndirmə mexanizmlərinin   baş nazirin müavini Mehmet Şimşəkdə, AB ilə “münaqişə”nin Ömər Çelikdə olacağını bir tərəfə qoysaq, bütün proseslərin prezident Ərdoğanın nəzarətində olacağı bir dönəmə girildi…

 

Mayis Əlizadə,

APA-nın Türkiyə müxbiri

mənbə :
lent.az




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles