Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

Vüsale Mahirqızı: “Media bütün tebeqelere nüfuz etmelidir” – 3 yaşlı APA TV-den REPORTAJ

Vüsalə Mahirqızı: “Media bütün təbəqələrə nüfuz etməlidir” - 3 yaşlı APA TV-dən REPORTAJ

31/05/2016

21:20

31.05.2016 / 20:09 xeber –

Mayın 29-da Azərbaycanın internet məkanında özünəməxsus yeri olan APA TV-nin efir həyatına başlamasının 3 ili tamam oldu. Bu münasibətlə Musavat.com “APA holdinq”dəki həmkarlarını təbrik edərək, onların fəaliyyətləri ilə yaxından maraqlanıb.

 

İlk olaraq “APA holdinq”in  rəhbəri Vüsalə Mahirqızı ilə görüş oldu.  V.Mahirqızı musavat.com-a  APA TV-nin 3 illik fəaliyyəti və qarşıya qoyduqları məqsədlər barədə danışdı.

 

V.Mahirqızı bildirdi ki, 3 il öncə artıq internet məkanında oxucu ilə yanaşı, tamaşaçının da formalaşdığını hiss edib və bu səbəbdən də APA TV-ni yaratmaq qərarına gəlib: “Bu baxımdan internet üzərində fəaliyyət göstərən, lakin yayımı tamamilə proqram əsasında həyata keçirilən,   özünün “efir setkası” olan televiziya yaratdıq. Hazırda biz hər gün 14 saat  tam olaraq efirə çıxırıq. Hər saatda 1 dəfə xəbər buraxılışlarımız var. Yaranışının 3-cü ilində qərara gəldik ki, artıq tamamilə xəbər konseptinə keçək. Qeyd edim ki, APA TV yeni yarandığı zaman burada şou verilişləri, müxtəlif diskussiyalar da var idi. Lakin hazırda telekanalda yalnız xəbərlər və  xəbər yüklü proqramlara yer verilib. Bunların arasından “Sosium”, “Manşet”, “Səsli tarix”, “Həyat dərsi” və digər bu kimi verilişlərin adlarını  çəkə bilərik. Eyni zaman telekanalımızda dinlə bağlı da veriliş var. Bu, dini diskussiyaların aparıldığı “Yaşıl orta” adlı verilişdir. Bundan başqa səhiyyə ilə bağlı maarifləndirici veriliş də hazırlamışıq. Sadaladığım proqramların hər birində xəbər yükü, insanların məlumatlandırılması üçün informasiya var. Bundan başqa xeyli sənədli filmlər də hazırlamışıq. Hesab edirəm ki, bütün bu filmlər həm APA TV-nin, həm də Azərbaycan teleməkanının arxivi üçün önəmlidir”.

 

V.Mahirqızı bildirdi ki, gələcəkdə telekanalın peyk üzərindən yayımını da nəzərdə tutublar: “Ancaq peyk üzərindən yayımlanan televiziyalardan indiki halda üstünlüyümüz odur ki, bizim xəbərlərimizə istənilən halda, istənilən şəxs geri çevirərək təkrar baxa bilir. Yəni izləyicilər üçün biz daha əlçatanıq. Bir məqamı da qeyd edim ki, hazırda demək olar ki, təkcə Azərbaycan mediası deyil, bütün dünya üçün əsas məsələ şoudur. Ancaq əgər, bizim “Səsli tarix” verilişinə 50-100 min arası baxış olursa, hesab edirəm ki, bu, ölkəmiz üçün bu kifayət qədər yaxşı göstəricidir. Bu baxımdan, deyə bilmərik ki, bizim ciddi kontentimiz yoxdur. Əksinə, hesab edirəm ki, Azərbaycanda internet məkanında kifayət qədər ciddi kontent var. Elə olur ki, bir gündə ana xəbər buraxılışına 20-25 min baxış olur. Ümumi xəbərlərimizin baxış sayı isə, hər gün 200-300 min nəfəri keçir. Bu, Azərbaycan üçün kifayət qədər ciddi bir kontentdir. Bu baxımdan düşünmürəm ki, bizim tamaşaçı problemimiz var. Hesab edirəm ki, ciddi tamaşaçılarımızın, yaxşı veriliş problemi var. Biz də onu tam olaraq verə bilməmişik. Ümumiyyətlə, media bütün təbəqələrə nüfuz etməlidir. Düşünürəm ki, medianın inkişafı, cəmiyyətin inkişafına adekvat olmalıdır”.

 

V.Mahirqızı söylədi ki, təkcə internet məkanında olan televiziyaları deyil, peyk və mərkəzi yayımı olan televiziyaları da özlərinə rəqib hesab edirlər: “Onları monitorinq edirik. Bilirəm ki, onlar da bizi monitorinq edirlər. Çalışırıq ki, geri qalmayaq. Qarşıdakı illərdə internet məkanında beynəlxalq media qurumuna çevrilməyimizlə bağlı təkliflər də var. Ancaq bunun üçün çox ciddi hazırlığa və kadr potensialına ehtiyac var. Yaxın gələcək üçün müxtəlif dillərdə yayımlanmağımızla bağlı planlar var”.

 

Daha sonra APA TV-nin baş direktoru Vüqar Məsimoğlunun otağında olub, onun da fikirlərini aldıq.

 

V.Məsimoğlu bildirdi ki, hədəflərə çatmaq üçün 3 il az vaxt deyil: “Hədəflərimizdən biri Azərbaycanın internet məkanında öz yerimizi tutmaq, ilk dəfə olaraq, internet televiziya modelini yaradıb, ortaya çıxarmaq idi. Bununla bağlı bəzi cəhdlər olmuşdu. Ancaq həmin cəhdlər təəssüflə deyirəm ki, uğursuzluqla nəticələnmişdi. Azərbaycanda internet məkanında ilk dəfə analoq televiziya tipində internet kanalı yaratmaq istəyirdik. Bu, sırf  xəbər kanalı olmalı idi. Ötən üç ildə məqsədlərimizin böyük hissəsinə nail ola bildik. Məqsədlərdən biri Azərbaycanda indiyə qədər olmayan bir modeli ortaya qoyan kollektivi  formalaşdırmaq idi ki, bu proses də tam şəkildə başa çatıb. Zaman keçdikcə auditoriyanın nə istədiyini bilmək üçün müxtəlif layihələr həyata keçirdik. Ancaq əsas məqsəd APA TV-ni xəbər televiziyasına çevirmək idi. Xarici təcrübəni də öyrənərək, mərhələ-mərhələ bunu tətbiq etməyə başlamışdıq. Bu gün isə hesab edirəm ki, sırf xəbər üzərində qurulan telekanal yarada bilmişik.  Daha dəqiq qiyməti, təbii ki, tamaşaçılar verə bilər. Gün ərzində 9 xəbərlər blokumuz, axşam saatlarında isə ana xəbər blokumuz efirə gedir. Blok şəkilində xəbərlərin dövriliyini gündə 2 dəfəyə çatdırmaq istəyirik”.

 

V.Məsimoğlu bildirib ki, texniki avadanlıq baxımından da APA TV istənilən telekanalla rəqabətə girə bilər: “Texniki imkanlarımız çox yüksəkdir. 2 studiyamız var və bu, hələlik bizim formatımıza uyğun olaraq, kifayət edir. Bundan başqa xəbər studiyamız da var. Eyni zamanda geniş operator heyətimiz var ki, onlar da dövrün ən müasir kameraları ilə təchiz olunublar. Uğurlarımızda bir qədər də müasir texnologiyalardan istifadə etməyimizin rolu olub. Bundan sonrakı əsas hədəflərimiz də xəbər istehsalı sahəsində rəqabətə dözməkdir. Eyni zamanda televiziya olaraq əlbəttə ki, işimiz təkcə xəbər hazırlamaqdan ibarət deyil. Maraqlı və rəngarəng, auditoriyanın marağına səbəb olan proqramlar hazırlamaq da bizim əsas işlərimizdəndir. İndiyə qədər 50-dən artıq müxtəlif səpkili layihələrimiz olub. Avqust ayından etibarən yeni layihələrimiz də olacaq. Çalışacağıq ki, tamaşaçıları bu layihələrlə öz ətrafımızda daha sıx birləşdirək”.

 

V.Məsimoğlu ilə söhbətimizdən sonra APA TV-nin studiyalarında olub, texniki avadanlıqları ilə tanış olduq. Daha sonra isə xəbər otağına yollandıq. Burada da hər kəs öz işinin başında idi. APA TV-nin baş direktorunun müşaviri İlqar Rəsulu bir qədər işindən ayırıb, kanalın başladığı yeni yayım siyasəti ilə bağlı fikirlərini aldıq.

 

İ.Rəsul bildirdi ki, əslində  APA TV-də şou və əyləncəyə lap əvvəldən elə də çox yer verilməyib: “Bəzi verilişlər olub ki, əyləncəyə yaxın olub. Ancaq ümumilikdə, bütün verilişlər özündə informasiya daşıyıb. Televiziya işini əvvəlcədən xəbər üzərində qursa da, 20-yə qədər də layihələr var idi. Son olaraq isə yük xəbərə verildiyi üçün həmin layihələrin böyük bir qismini dayandırmalı olmuşuq. İndi xəbərdən başqa bir neçə layihələrimiz var. İndiki halda APA TV internet televiziyasından xeyli irəlidədir. Çalışırıq ki, xəbər yükümüzü artırmaq şərti ilə əlavə verilişlər də etməklə, tamaşaçılara yaxşı televiziya təqdim edək. Ən üstdə gələn məqsədimiz isə  mümkün qədər bayağılıqdan qaçmaq və cəmiyyəti korlayan, hamılıqla baxıla bilməyən verilişlərdən uzaq olmaqdır”.

 

Yuxarıda da qeyd edildiyi kimi, kanal artıq daha çox xəbər və xəbəryüklü proqramlara üstünlük verir. Bu baxımdan demək olar ki, kanalın xəbər müdirinin məsuliyyəti bir qədər də artıb. APA TV-nin xəbər müdiri isə Cavid İsmayıldır.

 

C.İsmayıl bildirdi ki, internet televiziyanın bir sıra özəllikləri mövcuddur: “Xəbər süjetinin maksimum qısa olması burada əsas şərtlərdəndir. İndi insanlar daha çox informasiyanı internetdən alırlar. Bu baxımdan maksimum qısa xəbərlə insanların informasiya tələbatını ödəməyə çalışırıq. Xəbərlərimizin ən uzağı bir dəqiqə yarım, reportajlarımızın isə beş dəqiqə olmasına çalışırıq. “APA holdinq” bu kanalın yaradılması ilə daha bir uğura nail oldu. İnternet məkanında səviyyəli, peşəkar xəbər təqdimatına ehtiyac var idi. Bu iş də “APA holdinq”in boynuna biçildi. Kanalın fəaliyyətə başlamasının 3 ilinin tamam olması münasibəti ilə Vüsalə Mahirqızı başda olmaqla, bütün APA TV-nin kollektivini təbrik edirəm”.

 

Sonda APA TV-nin xəbər spikeri Nəsimi Nəbizadənin də fikirlərini aldıq. Onu da qeyd edək ki, Nəsimi Nəbizadə ilə görüşmək bizim üçün elə də asan olmadı. Çünki əksər hallarda Nəsimi bəy səsyazma otağında olur. Elə APA TV-də əksər xəbərləri də məhz Nəsimi Nəbizadə səsləndirir.

 

N.Nəbizadə bildirdi ki, APA TV ölkədə internet televiziyanın  neçə olmasını nümunə kimi göstərə bildi: “Burada bütün kollektivin əməyi var. “APA holdinq”də iş bir sinerji şəkilində təşkil olunub. Mənə gəlincə isə deyə bilərəm ki, APA TV-yə qədər Azərbaycan Dövlət Televiziyasında sırf aparıcı kimi fəaliyyət göstərmişəm. Burada isə deyərdim ki, bir az başqa atmosferə düşmüşəm. Bu, çətin olmadı, ancaq asan da olmadı. Burada aparıcılıqdan əlavə xəbəri hazırlamaq, redaktə etmək işləri də var. Ümumiyyətlə, APA bir xəbər “zavod”udur. Çoxlarına burada işləmək asan gələ bilər. Əslində isə bu, o qədər də asan deyil. Burada işləmək  məsuliyyət, bacarıq, savad tələb edir. APA artıq bir məktəb adını qazanmağı bacarıb. Bütün bunlara görə kollektivimizi təbrik edirəm”.

+19

mənbə :
lent.az




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti info website