03.06.2016 / 01:47 xeber –
Fransa Aİ-nin 23 üzv ölkəsi arasında qaçqınların yerləşdirilməsinə dair saziş çərçivəsində Yunanıstandan Avropa ərazisinə daxil olmuş miqrantlardan hər ay, əlavə olaraq, 400 nəfəri qəbul edəcək.
APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə, bunu Fransa XİN rəhbəri Bernar Kaznev deyib.
O həmçinin həftə ərzində Yunanıstan və İtaliyadan Fransaya artıq 97 qaçqının gəldiyini qeyd edərək, iyunun 9-dan etibarən ölkəyə daha 253 nəfərin gələcəyini bildirib.
mənbə :
lent.az
Şərh yaz.