Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

“Trekking”: Azerbaycanın keşf edilmemiş xezinesi – ARAŞDIRMA

“Trekking”: Azərbaycanın kəşf edilməmiş xəzinəsi - ARAŞDIRMA

09/06/2016

15:28

09.06.2016 / 14:28 xeber –

“Trekking” nədir, treker kimdir?

 

“Trekking” ingilis sözüdür. Mənası – təbii əngəllərlə dolu ərazini heç bir nəqliyyat vasitəsindən istifadə etmədən piyada aşmaqdır. Tarixi Nepaldan başlayır və rus əsilli İngiltərə vətəndaşı Boris Lisaneviçin adıyla bağlıdır. O,  Nepalda ilk trekkinq turizmini açıb. 1905-ci ildə Odessada doğulan Boris mehmanxana və restoranlarda menecer işləyib. Sonradan Nepala gələrək öz otelini açıb.

 

Bu gün trekkinq şəhər stressindən qurtulmaq, həftə sonunu əyləncəli keçirmək, yaxud xarici ölkələrdə 2-3 həftəlik turlar şəklində professional bir rəhbərin nəzarəti altında həyata keçirilən idmana çevrilib. Trekkinq turizmi bütün Şərqi Avropa, Qərbi Avropa, ərəb ölkələrində, Şimali Afrikanın Tunis, Mərakeş, Misirdə və s. kimi dövlətlərdə çox inkişaf edib.

 

Azərbaycanda imkanlar, perspektivlər…

 

“Azərbaycanda trekkinq turizmini inkişaf etdirmək üçün böyük imkanlar var. Ölkəmizin arid və semi-arid ərazilərində trekkinq turizmi üçün turlar təşkil edilə bilər. Dağ ətəyi, dəniz qırağında turizm sahələri artıq təşkil olunub. Əlavə trekkinq turizminin yaradılmasına ehtiyac yoxdur. Biz gərək Azərbaycanın hər bir guşəsinin turizm potensialından istifadə edək. Bunun üçün bizim az istifadə olunmuş, potensialı olan regionlarımız – Saatlı, Sabirabad, Kürdəmir, Ucar, Qobu və s. uyğundur”.

 

Bunu Regional İnkişaf Mərkəzinin rəhbəri, professor Çingiz İsmayılov deyir. Onun sözlərin görə, Kür və Araz çayı sahili boyu trekkinq turizm marşrutları yaratmaq olar. Bu çayların ayrı-ayrı hissələrində dəyişən landşaftlar var: bataqlıq, qamışlıq ərazilər, Tuqay meşələri. Bir tərəfi quraqlıqdı, digər tərəfi su.

 

Trekkinq turizmi səyahət turizmidir. Turizmin bu növündə komfort axtarılmır. Su, qida, yatmağa rahat çarpayı olmur. Xüsusi marşrutlar müəyyən olunur, nəqliyyatsız səyahət edilir. Marşruta uyğun 1-2 günlük, 1 həftəlik səyahətə çıxılır. Hətta 1 aylıq da ola bilər. Təbii ki, bu, bütün turistlər üçün cəlbedici deyil. Turizmin bu növüylə əsasən gənclər – ekstrim sevənlər maraqlanır.

 

Trekkinqin müddəti qarşıya qoyulan hədəfin çətinliyinə görə dəyişir. Əgər hədəf çox çətindirsə, trekkinqin müddəti də qısa olur. Orta məsafəli hədəflərdə trekkinqin müddəti adətən 5-7 saat davam edir. Yürüşçülər adətən bu müddətin 3-də birini dırmanışa, 3-də birini düz yollarda yeriməyə, yerdə qalan zamanı isə eniş-yoxuşlu yollara sərf edirlər. Yürüş hər mövsümdə edilə bilər. Ancaq hava şərtlərinə, uzunluğa və çətinlik dərəcəsinə görə lazımı hazırlıq görülməlidir.

 

Ç.İsmayılovun fikrincə, gəncləri plansız və rəhbərsiz trekkinq bölgələrinə yollamaq olmaz: “Turizm şirkətləri Kür çayı boyunca, xüsusən də Tuqay meşələri boyunca gölməçələr zonasında marşrutlar müəyyən etməli, ərazinin xəritəsi hazırlanmalıdır. Onlarla mütəmadi əlaqə saxlanılmalı, hər hansı bir ekstremal vəziyyətə düşəndə yardım çatdırılmalıdır. Bu, çox ciddi məsələdir. Təhlükəsizliyin təmin edilməsi trekkinq turizmində çox vacibdir”.

 

“Azərbaycan Qafqaz regionunda yeganə ölkədir ki, təbiətin bütün müxtəlifliyi burda var. Gürcüstan, Ermənistan, ya da Şimali Qafqazda belə quraqlıq arid zonalar, Tuqay meşələri yoxdur. Bizdə nadir müxtəliflik var. Əfsus ki, biz bu potensialın heç 10 faizini istifadə etmirik. Dövlət bu sahədə yüksək diqqət göstərir. Ola bilsin, qarşıdan gələn 10-15 ildə istədiyimiz nəticələri əldə edəcəyik”, deyə professor əlavə edir.

 

Azərbaycanda bir çox insanın trekkinqlə bağlı təsəvvürü yoxdur. “Turizm” deyəndə dağ və dəniz qırağını düşünürlər. İki çarpayı qoydun, kabab bişirdin, vəssalam. Bu da oldu turizm mərkəzi. Bu yolla da potensial turisti yalnız bir dəfə cəlb edə bilərsən. İkinci dəfə turist ora gəlməyəcək. Əsl turist müxtəlif təəssürat qazanmaq istəyir. Bir yerdə dağda, digər yerdə dəniz qırağında, başqa bir yerdə səhrada, bataqlıqda və s. Trekkinq həddindən artıq maraqlıdır. İnsanlarda torpağa, təbiətə sevgini artırır, yolda sadə insanlarla görüşüb söhbətləşirsən, dünya görüşün dəyişir, zənginləşir. Trekkinqin çoxşaxəli effekti var.

 

Treker nəyə diqqət etməlidir, necə davranmalıdır, necə hazırlaşmalıdır?

 

Bu idman növündə yürüşü asanlaşdırmaq və xoşagəlməz sürprizlərlə qarşılaşmamaq üçün sukeçirməz, əsas da rahat ayaqqabılar şərtdir. Əşyaları daşıyacağınız bel çantası, rahat geyimlər, qida və gedəcəyiniz ərazi haqqında məlumata ehtiyacınız olacaq.

 

Trekkinq edərkən diqqət edilməsi vacib və xüsusən də seçilməsi lazım olan iki şey var: ayaqqabı və geyim. Ayaqqabı və geyim doğru seçilmədikdə trekkinq zamanı daha çox yorulacaq və hətta xəstələnmə riskiniz artmış olacaq. Yürüş ayaqqabısı mövsümə uyğun, eyni zamanda ortopedik olmalıdır.

 

– Geyimlərdən ən vacibi papaqdır. Düzgün seçilmiş papaq sizi qışda soyuqdan, yayda günəş şüasından qoruyacaq.

 

– Səfərə çıxmazdan əvvəl özünüzlə yağışdan və küləkdən qorunmaq üçün xüsusi üst geyimi də götürün. Fasilə verdiyiniz vaxtlarda tərli olacağınız üçün sizi xəstələnməkdən, yağışda islanmaqdan qoruyacaq. Geyimin papaqlı olmasına diqqət edin.

 

– Qışda yürüşə çıxmısınızsa, bel çantanız böyük olmalıdır. Lakin trekkinq yaya təsadüf edirsə, çantanın kiçik olmasına önəm verin. Çanta seçərkən ciblərin çox olması məsləhətlidir.

 

– Ən sadə yürüşdə belə gedəcəyiniz yeri təyin etmək üçün sizə kompas lazım olacaq. Trekkinq edərkən ən vaciblər şeylərdən biri də gedəcəyiniz ərazinin xəritəsidir.

 

– Yeridikcə suya olan tələbatınız da artacaq. Ölkəmiz su baxımından zəngin olduğundan susuzluq çəkmək ehtimalınız azdır. Amma hər ehtimala qarşı üstünüzdə su götürmək lazımdır. Diqqət edin ki, su qabınız alüminium olsun. Suyu kapron qablarda saxlamağınız məsləhətli deyil.

 

– Yolunuzu azmaq ehtimalını nəzərə alıb, özünüzlə fit götürün. Yürüş zamanı fiti boğazınızdan asın, yaxud da geyiminizin yaxa cibinə qoyun.

 

– Alışqan trekkinq zamanı ən vacib əşyalardan biridir. Səfər zamanı gecələyərkən lazımınız olacaq.

 

 

– Təbiətdə yürüş zamanı kiçik bir cızıq infeksiya verə bilər. Bunun üçün də üstünüzdə ilk yardım çantası olmalıdır.

 

– Bütün bunlardan əlavə, trekkinq zamanı çantanızda əlavə qida da olmalıdır. Konservləşmiş olması daha məqbuldur.

 

Azərbaycanda trekkinq turizminin mövcud vəziyyətini öyrənmək üçün sektordakı ən böyük 5 şirkətlə əlaqə saxladıq. Onlar arasında yalnız bir şirkət trekkinq turları təşkil edir: Silky Way Travel. Şirkətin Daxili turizm menegeri Nihat Zağıyevin sözlərinə görə, şirkətdə trekkinq turları 2 marşrut üzrə təşkil edilir: Lahıc-İsmayıllı və Qubanın Cek kəndi

 

Turizm sektoru nə deyir?

 

– Məhz dağlarda trekkinq turistləri daha çox maraqlandırır. SW Travel hər kəsə Xızı dağlarından keçməklə Xəzər dənizinədək macəralarla bol olan trekkinq turunu təklif edir.

 

Lahıc-İsmayıllı marşrutunda trekerlər komfortlu avtobusla Bakıdan Xızıya (Lahıc) aparılır. Ordan Baybəyim dağını piyada aşaraq Beşbarmaq dağına çıxılır. Bu, trekkinq turunda dağlar arasında gözəlliyi ilə seçilən kiçik göl ətrafında istirahət etmək də mümkündür. Beşbarmaq dağını aşaraq, Xəzər dənizinə çıxmaq. Yekunda dənizdə çimmək də mümkündür. Beşbarmaq dağının ətəyində avtobus turistləri qarşılayır və geriyə – Bakıya qaytarır. Turun davametmə müddəti 10-11 saatdır. Trekkinq zamanı trekerlərə təcrübəli bələdçi yoldaşlıq edir.

 

N. Zağıyev trekkinqə daha çox xarici turistlərin maraq göstərdiyini deyir.

 

– Trekkinqə yerli turistlərin marağı çox azdır. Əsasən Avropadan gələn qonaqlardır. Ərəb ölkələrindən gələn turistlər də olur. Lakin onlar ərazini piyada yox, daha çox xüsusi avtomobillərlə gəzməyə üstünlük verirlər. Bizdə trekkinq turları yaz və payız aylarında olur. Yay çox isti keçdiyindən onlara çətin gəlir. 

 

“Trekking” həyəcanı trekerin dilindən…

 

Azərbaycanda trekkinq turizmi hələ tam inkişaf etməsə də, bu sahəyə maraq göstərən gənclərimizin sayı çoxdur. Onlardan biri də Hüseyn Məmmədovdur. Hüseyn ilk trekkinqini uzaq Nepala edib. Sadəcə bilet alıb Nepala gəlib. Nepal turizm polisindən rəsmi icazə və yol xəritəsi alıb səyahətə başlayıb. Deyir, orada səyahət etmək Azərbaycanda yaşamaqdan ucuz başa gəlir: “1 günlük səyahəti 12-15 dollara başa vurmaq olur. Otel və gündə 3 dəfə yeməklə birgə”.

 

Bu, müsahibimin ilk səfəri olduğu üçün təcrübəsizlik etdiyini etiraf edir. Səyahət üçün düzgün ləvazimatlar götürmədiyini deyir: “Mən bura gələndə əşya məsələsində çox səhv etdiyimi gördüm. Misal üçün “notebook” götürmək ağılsızlıqdı. Sonra yolda xeyli geyim, əlavə götürdüyüm ayaqqabımı atmalı oldum".

 

Səyahətə Nepalın Besisahar adlanan bölgəsindən başlayan trekker  5416 metr yüksəklikdə yerləşən Muktinatha dırmaşıb. Hüseyn bildirir ki, 4200 metrə qədər rahat olub: "Ondan sonra sürəti azaltmaq məcburiyyətində qaldıq. Baş gicəllənməsi, baş ağrısı yuxarı qalxmağa imkan vermirdi. 4850 metr hündürlükdə düşərgədə qaldıq. Özümü çox pis hiss edirdim. Hətta geri qayıtmağı belə düşünürdüm. Dərman verdilər, özümə gəldim və yoluma davam etdim".

 

Hüseyn Everesti – dünyanın ən hündür zirvəsini də fəth etməyi düşünür: "Everestə getmək üçün xeyli zirvə təcrübəsi yığmaq lazımdı. Ora birdən-birə getmək mümkün deyil. Trekkinq turizminin Azərbaycanda da inkişafı üçün xeyli təkliflərim var. Çünki bizdə bunun üçün əla imkanlar var. Hətta burda xeyli əcnəbini artıq cəlb etmişəm".

 

Yazı Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Mətbuat Şurasının “Azərbaycan turizmi: mövcud vəziyyət və perspektiv imkanların dəyərləndirilməsi zərurəti” mövzusunda  keçirdiyi müsabiqəyə təqdim olunur.

mənbə :
lent.az




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti info website