10.06.2016 / 10:09 xeber –
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, Heydər Əliyev prospektində "Toyota Land Cruiser 200" markalı, 99 HH 336 dövlət qeydiyyat nişanlı avtomobil yolu keçmək istəyən piyadanı vurub. Ağır xəsarətlər alan 47 yaşlı kişi hadisə yerində vəfat edib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Qeyd edək ki, qəzanı törədən avtomobilin qiyməti 60-100 min manat arasıdır.
mənbə :
lent.az
Şərh yaz.