Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

Cavid Hüseynovun anası: "Razı olmaram, uşağıma bele qara yaxılsın"- REPORTAJ

Cavid Hüseynovun anası: "Razı olmaram, uşağıma belə qara yaxılsın"- REPORTAJ

10/06/2016

17:40

10.06.2016 / 16:26 xeber –

 

“Bu yaxınlarda Leyla Şıxlinskayanın Klinikasının yanından keçirdik. Nəvəm Mədinə uzaqdakı dəmir barmaqlıqları göstərib soruşdu ki, nənə atam ordadır? Deyirəm, yox, bala, onu hardan çıxarırsan? Deyir, atam da orda olur axı…”

 

Lent.az “qafqazinfo”ya istinadən həbsdə olan futbolçu Cavid Hüseynovun ailəsinin evindən hazırlanan reportajı təqdim edir.

 

**

 

Mehdiabada yola düşüb bizə deyilən ünvana çatanda, ətrafdakı evlərə nəzər salıb təzə və gözəl bir villanın qapısında dayandıq.

 

Ancaq başqa qapıdan çıxan Cavid Hüseynovun dayısı Namiq bəy zarafatla bizi səslədi:

 

“Başa düşürəm, futbolçudur deyə ən qəşəng evin qabağında durmusuz, ancaq o deyil, bir az da irəli gəlməli olacaqsız”.

 

Nə yalan deyək, dayı fikirlərimizi anlamışdı. Həyətə daxil olanda da maşına diqqətlə baxdığımızı görüb “bu da sahibini gözləyir, qalıb burda, Cavidin maşınıdır” dedi.

 

Evdə isə bizi futbolçunun anası Xalidə xanım, həyat yoldaşı Səidə xanım və dünya gözəli qızı Mədinə qarşıladı. Adətən balacalar yad adam görəndə onlardan qaçsa da, Mədinə biz içəri girən kimi qucağımıza elə qaçdı ki, illərin tanışı insanı belə qucaqlamır. Xalidə xanım balacanın evdə çox darıxdığını, qonaq görüb sevindiyini söylədi:

 

“Atasını çox sevir, indi onu gec-gec görür deyə gələn qonaqlarla başını qatmaq istəyir”.

 

Mədinəyə atasının işdə olduğu deyilsə də, nənəsi bəzən bu balaca canı ilə onun verdiyi suallarına cavab tapa bilmədiklərini deyir: “Ötən gün soruşur ki, bəs filankəsin atası niyə işdə deyil? Niyə mənim atam həmişə işdə olur? Nə cavab verim? Bu yaxınlarda da Leyla Şıxlinskaya klinikasının yanından keçirdik. Uzaqdakı dəmir barmaqlıqları göstərib soruşdu ki, nənə atam ordadır? Deyirəm, yox, bala, onu hardan çıxarırsan? Deyir, atam da orda olur axı… Bir-iki dəfə Cavidin yanına aparmışıq, ordan xatırlayır”.

 

Hökmü gözləyib gözləmədiyini soruşanda Xalidə xanım bu haqda danışa bilmədiyini, elə o gündən səhhətinin pisləşdiyini söylədi. Bu səbəbdən də Namiq dayı sözə başladı:

 

“Nə anası, nə də ki, biz məhkəmənin nəticəsinin belə olacağını gözləyirdik. Hökmdən sonra anasının vəziyyəti pisləşib. Cavidin həbsi barədə həm məhkəmədə, həm kənarda çox danışmışıq. Əfsuslar olsun ki, bizi nə anlayan var, nə də ki dinləyən. Gül kimi uşağa qatil, qudurmuş damğaları vurulub. Halbuki onun heç nədən xəbəri olmadığı araşdırmalar zamanı da məlum olub. Əvvəlcə çox sakit yanaşdıq, sözün düzü, məsələnin ciddiyyətini heç özümüz də anlamamışdıq. Fikirləşirdik ki, hər nədisə dəqiq araşdırılacaq, haqq-ədalət öz sözünü deyəcək. Sən demə, bunun arxasında daha böyük işlər var imiş. Ən böyük ədələtsizliyi elə prokuror əvvəldə etdi. Elə orada hər şey quraşdırıldı və iş məhkəməyə göndərildi. Məhkəmədə də belə ədalətsizliklə qarşılaşanda çox böyük şoka düşdük. Hökmdə müəyyən maddələrə əsaslanaraq qərar verildi. Ancaq həmin maddələri yanaşı qoysaq, onların bir-birini yalanladığını görərik.

 

Elşəngil ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqda günahlandırılır, Cavid isə ağır cinayətin hazırlanması və törədilməsini bilərək həmin cinayəti gizlətməkdə. Ehtiyatsızlıqdan yaranmış bir şeyi adam qabaqcadan necə bilə bilər axı? Bunu qoyaq bir kənara. Axı Rasimin dostu da, “Whats App” yazışmaları da Cavidin hadisəni məşq zamanı öyrəndiyini göstərir. Mən başa düşə bilmirəm, prokuror və məhkəmə işçiləri hansı dövlətə, xalqa, cəmiyyətə qulluq edir. Bunlar prezidentin nəzarəti altında olan bir işdə necə bu qədər saxtakarlıq etməyə cürət edə bilərlər? Ölkə başçısı hər məmurun dalınca qaça bilməz, hər şey hüquqi müstəvidə və ədalətlə həll olunmalıdır. Biz demirik, günahı olan şəxslər azadlıqda olsun, biz haqqımız olanı istəyirik. Mən belə nəticəyə gəlirəm ki, Cavid sadəcə nələrinsə qurbanı olub. O son sözündə belə deyib: “Atam şəhid olanda bizi bu xalqa tapşırıb gedib. Anam bizi tərbiyə edib. O xalqı üçün tankla, silahla nəsə edib, mən də futbol meydanlarında nəsə etməyə çalışıram”.

 

Cavidin məqsədi şəhid oğlu olduğunu qabartmaq deyil. Sadəcə şəhidlərə hörmət əlaməti olaraq haqlı, ədalətli bir qərar verilməsini istəyir”.

 

Namiq dayının fikrincə ədalətli qərar o olardı ki, ən azı ifadələr, nəzərdə tutulmuş maddələr bir-birinə uyğun olardı: “İnanın ki, əgər Cavid günahkar olsa, heç onun görüşünə də getmərik. Biz belə bir ailəyik. “Whats App” yazışmalarından da məlum oldu ki, Cavid Rasimlə danışdığını və məsələnin həll olunduğunu deyib. Rasimlə daha sonra görüşəndə də deyib ki, mənim qohumum olduğunu deyən çox adam səni görüşə çağıra bilər, niyə gedirsən? Lap görüşə gediblər, onların məqsədi öldürmək deyildi axı. Heç həkimlər də diaqnoz qoya bilmirdi. Cavid necə hadisənin belə olacağını düşünüb polisə xəbər verə bilərdi?”

 

Cavidin anası: “Məhkəmədə şahidlərin yazdığı ifadələr oxunurdu. Biri yazmışdı ki, Cavid vədlər verib, deyib ki, polisə demə. Cavid məhkəməni dayandırdı, həmin adamın gətirilməsini tələb etdi. Növbəti məhkəmədə dedilər, Rusiyadadır. O biri məhkəmədə dedilər, başqa yerdədir, nəisə bizim təkidlərimizlə Rasimin həmin dostu gətirildi. Onun adından yazılan hər şeyi yalanladı. Dedi ki, nə pul söhbəti olub, nə də başqa bir şey. İndi sual yaranır ki, əgər hər şey ədalətlidirsə, bəs bu yalanlar niyə baş verir? Biz də qərar günü rahat getmişdik ki, hər şey məhkəmələrdə öz həllini tapıb, 10 ay haqsız yerə yatıb, indi çıxacaq. Hakim isə həmişəkindən fərqli olaraq elə qapının ağzındaca “4 il” dedi, çıxıb getdi. Məhkəmə araşdırılmaq üçün deyil? Bu qədər araşdırmalardan sonra ədalətsizlik olacaqsa, məhkəməni yuxarıdan idarə edirlərsə, daha bu qanun, konstitusiya nəyə lazımdır?

 

Cavidin anası deyir ki, Rasimin ölümündə günahlandırılan qohumları Elşən də hər gün ağlayır: “O da orda özünü öldürür. Elşən Cavidin məhkəməsinə gətiriləndə dedi ki, döymək məqsədi ilə getməyiblər. Rasimdən soruşub ki, niyə yazmısan, o da deyib, əcəb edib yazmışam. Bu sözdən sonra vurub. Düzdür, qohumuq nə düşmənliyimiz var, nə bir şey. Amma Elşəni böyük oğlum son 22 ildə cəmi 2 dəfə görüb. Bu günə kimi elə bir əlaqəmiz də olmayıb. Cavidi də heç tanımırlar, ekranlardan görüblər sadəcə”.

 

Cavidin anası davam edir: “7 il boyunca mən də Cavidlə birlikdə meydançalarda olmuşam. Tanımırdı, yanında gedirdim. Müəllimləri deyirdi, sənə ehtiyac yoxdur, özü gələcək. Yenə də ürəyim dözmürdü. Nə məktəbdə, nə başqa bir yerdə övladlarım, onların tərbiyəsi haqqında bir pis söz deyən olub, indi oğlumu xuliqan adlandırırlar. Mən onlara elə tərbiyə verməmişəm. Həm onlar, həm də mən nə əziyyətlər çəkmişik. Ayağım qarın, soyuğun içində qaça-qaça böyütmüşəm onları. Deyirdilər ki, özünə az əziyyət ver. Belə bir xüsusiyyətim var ki, acından ölsəm də, ən yaxın qohumuma belə ağız açmaram. İstədiyim kimi də böyüdülər. Oğlumun biri Kölndə təhsil alır, qardaşının işlərinə görə 1 il dala düşdü. Cavid özündən qabaq başqasına nəsə edəndi, indi kiminsə ölümünü istəyə bilər? Heç kim qohumunun hərəkətinə cavabdeh ola, ağzına yiyəlik edə bilməz axı”.

 

Namiq dayı: Mən Rasimin ailəsi ilə də görüşməyə cəhd elədim, ölkəyə gələndən çox istəyirdim onlarla görüşüm. Cəbrayılda həmişə qanı su ilə yuyublar. Bizə nə deyilsə də, özümüzü təmkinli aparmalıyıq. Qarşı tərəfdə oğlunu itirmiş bir ana var. Heç kimə demədim, özüm onların evinə getdim. Düzdür, evə buraxmadılar, ancaq o ananın kədərli gözləri heç vaxt ağlımdan çıxmır. Ancaq o necə iradəli qadındırsa, çalışdı gülümsəsin. Qapının ağzında danışdıq. Dedilər, istəmirik yaramız təzələnsin. Bir az söhbət elədik, dedim ki, düşmənçilik etmək istəmirəm, buraya xoş niyyətlə gəlmişəm. Bilin ki, biz özümüz çox üzülürük. Heç vaxt hansısa ananın elə kədərli gözlərinə şahid olmaq istəməzdim”.

 

Anası: Hər kəs törətdiyi əmələ cavabdehdir. Biz demirik günahkar cəzasız qalsın, ancaq haqq-ədalət də öz yerini tapsın. Biz Cavidin işində bu ədəlati görmədik.

 

Namiq dayı: Bəzən insan hərəkətlərini nizamlaya bilmir. Ancaq nə jurnalistin, nə də bir başqasının həmin şəxsi buna görə təhqir etmək haqqı var. UEFA-nın Nizam İntizam Komitəsi tərəfindən bu hərəkətə baxılıb. Elə bir şey olsaydı, cərimələnərdi axı.

 

Anası: Cavid atasının qəbri üstə and içmişdi ki, harda olur olsun, ermənilərə qalib gələcək. Onda ermənilərə qarşı həmişə xüsusi bir əsəb var. 2006-cı ildə də Kiprdə ermənilərlə oynayanda qalib gəliblər. Cavid sevinclə bayrağı qaldırmışdı. Erməni arxadan onun kürəyinə bir yumruq vurdu, meydançada sərildi. İndi bu dəfə də eyni provokasiyalar edilib.

 

 

Bayaqdan bizi dinləyən Cavidin həyat yoldaşı Səidə xanım bu dəfə müzakirəmizə qoşulur:

 

“Cavid də peşəkar kimi futbolunu oynayıb, meydançada olan zaman heç bir provokasiya yaratmayıb. Oyundan sonra isə öz hisslərini saxlaya bilməyib. Kiprdə hansı çətinliklərlə oynadıqlarını bilirik. Bayrağımız cırıldı, yandırıldı, türk bayrağı təhqir olundu. Ermənini öldürəni qəhrəman adlandıranlar, Cavidi düşmən elan edirlər. Cavid özü də oyundan sonra mənimlə danışanda peşman olduğunu dedi. Amma həmin vaxt öz hisslərini cilovlaya bilməyib. Bu barədə çox söhbət etmişik.

 

Söhbətin bu yerində “qafqazinfo”nun əməkdaşı cavidin ailəsindən Rasimi müayinə edən həkimlərlə bağlı məhkəmədə niyə məsələ qaldırmadıqlarını soruşur:

Anası: Biz düşündük ki, Cavidin günahı yoxdur, onsuz azadlığa buraxılacaq. Bu məsələdə günahkar olanlar, Elşəngil, qarşı tərəf məşğul ola bilərdi. Amma onları səhv yönəltdilər. Həkimlər qaldı bir kənarda, Cavid, Cavid dedilər. Hər şeyin üsuluna uyğun şəkildə araşdırılacağına inanırdıq. Ailəmizdə indiyənə kimi polisə düşən olmayıb, bu işin belə olacağını hardan bilə bilərdik?

 

Xalidə xanım Cavidin həbs edildiyi xəbərini aldığı anı da danışır: “Avqustun 8-i qurban kəsdik, məşqinə getdi, sonra axşam gəzdik. 9-u səhər Qarabağla oyun olduğu üçün “Qəbələ”yə yola düşdü. Şəhərdəydim, qonşular zəng etdi ki, mülkü geyimdə polislər gəlib Cavidin anasını axtarırlar. Həmin gün Cavidi də aparıblar, üzləşdiriblər. Deyiblər ki, Cavidin günahı yoxdur, evə göndərdilər. Səhəri gün 8-də çağırdılar, elə o tutulan oldu. Sonradan prokuror dedi, günahı yoxdur, amma yuxarıdan tapşırılıb ki, tutun. Bundan bir iki ay əvvəl başqa jurnalist Rasimdən də sərt yazmışdı, Cavid heç fikir də vermədi. Nəsə etsə, ona edərdi. Cavidin məhkəməsi bitsin, mən də onları məhkəməyə verəcəm. Məni yoldaşımdan sonra yaşadan uşaqlarımın təhsili və tərbiyəsi olub. Razı olmaram ki, əziyyətlə bu yaşa çatdırdığım uşaqlarıma belə qara yaxılsın”.

+2

mənbə :
lent.az




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles