xeber – Tanınmış musiqiçi Rusiyada təşkil olunan yarışda mükafatlandırıldı
Ötən gecə məşhur və çox gözlənilən tədbir baş tutub. Rusiyanın estrada mahnıları üzrə “MUZ TV” telekanalının mükafatlandırma mərasimi keçirilib. Azərbaycanlı ifaçı Emin Ağalarov müsabiqə nominantları arasında olub.
Azadlıq.az xəbər verir ki, anspress-in Eminin saytına istinadən verdiyi məlumata görə, müğənniyə “Ən yaxşı əcnəbi mahnı” nominasiyasında mükafat təqdim olunub. Eminin ifa etdiyi ” Boomerang” mahnısı qalib olub.
Emin “Boomerang” sinqlını amerikalı musiqiçi Nayl Rocers ilə ifa edib. Ötən ilin payızında klipi hazır olan mahnı “YouTube”da 5 milyon dəfədən çox izlənib. Mahnı uzun müddət ABŞ və ingiltərə musiqi çartlarında ən yaxşı onluqda qala bilib.
mənbə :
anspress
Şərh yaz.