12.06.2016 / 12:00 xeber –
Azərbaycanın hüquq-mühafizə orqanları daha bir nəfəri beynəlxalq axtarışa verib. Lent.az İnterpola istinadən xəbər verir ki, 20 oktyabr 1976-cı il tarixində anadan olmuş Nizami Bayramov Cinayət məcəlləsinin “mənimsəmə və israf etmə” maddəsi ilə təqsirli bilinir və ölkədə olmadığı üçün məhkəmə onun beynəlxalq axtarışa verilməsi barədə qərar qəbul edib.
N.Bayramnovun xarakterik əlamətləri barəsində açılmış anketdə toplanıb. Onun konkret hansı cinayət əməlində təqsirli bilinməsi hələlik məlum deyil.
mənbə :
lent.az
Şərh yaz.