12.06.2016 / 15:54 xeber –
ABŞ-ın Florida ştatının Orlando şəhərində yerləşən “Pulse” gecə klubunda naməlum şəxsin açdığı atəş nəticəsində 20-ə yaxın insan ölüb.
APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Orlando şəhərinin polis rəisi Con Mina bildirib.
C. Mina 42 yaralının xəstəxanaya yerləşdirildiyini, 20 nəfərə yaxın insanın isə öldüyünü nəzərə çatdırıb.
Qeyd edək ki, gecə klubunda insanlara atəş açan şəxs polisin açdığı atəş nəticəsində öldürülüb. Bu gecə klubu qeyri-ənənəvi oriyentasiyaya malik insanların toplaşdığı məkan olub.
*****
14:19
ABŞ-ın Florida ştatının Orlando şəhərində yerləşən “Pulse” gecə klubunda insanlara atəş açan və onları girov götürən şəxs öldürülüb.
APA-nın məlumatına görə, bu barədə Orlando şəhər polisinin “Twitter” sosial şəbəkəsindəki səhifəsində məlumat yerləşdirilib.
Həmin şəxsin öldürülməsi ilə bağlı təfərrüat verilməyib. WFTV telekanalı isə 40 nəfərin xəstəxanaya yerləşdirildiyi barədə məlumat yayıb.
*****
Naməlum şəxslər ABŞ-ın Florida ştatının Orlando şəhərində yerləşən “Pulse’ gecə klubunda atəş açıb, gecə klubundakı insanları girov götürüb.
APA-nın “Sky News” telekanalına istinadən verdiyi məlumata görə, hadisə yerinə polis bölmələri göndərilib.
Şahidlər silahlıların ən azı 25 nəfəri yaraladığını bildiriblər. Artıq xilasedicilər hücum edənlərdə qumbara olması ehtimalı ilə əlaqədar Orlando şəhərinə yola düşüblər.
mənbə :
lent.az
Şərh yaz.