13 İyun 14:40
xeber – Yolların bağlanması “Formula -1” yarışları ilə əlaqədardır.
Bu gecədən etibarən paytaxtın bir sıra mərkəzi küçə və prospektlərində avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyulmaqla, istiqamətləri dəyişdirilir. Bu barədə ANS PRESS-ə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYP) İctimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədov məlumat verib.
Rəisin sözlərinə görə, buna səbəb Bakıda ilk dəfə təşkil olunan Formula-1 üzrə Avropa Qran-prisi yarışının yüksək təhlükəsizlik şəraitində keçirilməsi məqsədidir. Vaqif Əsədov bildirib ki, “Azadlıq” meydanından başlayaraq A.Puşkin, Xəqani, Bülbül, Əziz Əliyev, Qoşa Qala Qapısı, İstiqlaliyyət, Niyazi küçələri, Azneft dairəsi, Dənizkənarı Bulvar boyu Neftçilər prospekti ilə bitişən, kəsişən, yol ayırıcları, yol qovşaqlarına məhdudiyyət tətbiq olunur.
“Yarış marşrutunun əhatə etdiyi çevrə daxilindən kənar yollara çıxmaq üçün nəqliyyat vasitələri Cənub tərəfdən – Ələt-Astara-Salyan yolunun 14 km-dən 20-ci sahə, Bayıl qəsəbələri, Bayraq meydanı, eləcə də Cavanşir körpüsü ətrafından Cənuba doğru gedən sürücülərdən xahiş olunur ki, alternativ variant olaraq, Afiyyədin Cəlilov–Yusif Səfərov, Yusif Səfərov–28 May küçələri kəsişməsindən, 10-cu zavod dairəsindən, eləcə də Nobel prospektinin Nəcəfqulu Rəfiyev küçəsi kəsişməsindən, Səməd Vurğun və Bülbül küçələrindən Fizuli küçəsi ilə kəsişən hissəsində istiqamət dəyişilir”.
Vaqif Əsədov – Bakı Şəhər Dövlət Yol Polisinin ictimaiyyətlə əlaqələr şöbəsisinin rəisi, polkovnik Vaqif Əsədov deyir ki, hərəkət iştirakçılarına qeyd edilən istiqamətlər üzrə genişləndirilən iş rejimində fəaliyyət göstərəcək ictimai nəqliyyat xidmətlərindən istifadə etmələri tövsiyə edilir. “Bakı Şəhər Halqası trek boyunca yarışların keçirildiyi küçə və prospektlərdə, meydan və dairələrdə nəqliyyat sıxlığının, tıxacların yaranmaması, hərəkət iştirakçılarının rahat və fasiləsiz təhlükəsizliyinin təmin olunması istiqamətində bütün zəruri tədbirlər həyata keçirilir”.
BŞDYP-nin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi hərəkət iştirakçılarından A.Puşkin, Xəqani, Zərifə Əliyeva, Əziz Əliyev və İstiqlaliyyət küçələrinin, Bülbül və Neftçilər prospektlərinin trekə düşən hissələrində avtomobil saxlamamağı xahiş etdi. Onun sözlərinə görə, əks halda trek boyunca nəzərdə tutulmayan yerlərdə park edilən avtomobillərin ərazidən təhlükəsiz şəkildə uzaqlaşdırılması ilə bağlı yol polisi lazimi tədbirlər görəcək.
BŞDYP Formula 1 üzrə Avropa Qran-prisi yarışının yüksək təhlükəsizlik şəraitində keçirilməsi məqsədi ilə yollarda təhlükəsizliyin təmin edilməsi üçün hər bir avtomobil sahibini, “Avtomobilsiz 7 gün” devizi altında həyata keçirilən kampaniyaya qoşulmağa çağırır.
mənbə :
anspress
Şərh yaz.