14 İyun 03:24
xeber – Arda Turanın illik gəlirləri ictimaiyyətə açıqlanıb.
Türkiyə millisinin və “Barselona”nın futbolçusu Arda Turanın illik qazancı bəlli etməklə KİV-lərin gündəmində yer alıb. Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, son olaraq ölkəsinin “Opet” şirkəti ilə reklam müqaviləsi imzalayan yarımmüdafiəçi bundan da 700 min avro qazanıb.
Onun şirkətlə bağladığı müqavilənin müddəti 1 ildi. “Opet” də daxil olmaqla Arda buna qədər 10 fərqli firmanın reklamına çəkilib. Ki, bunların arasında “Bank of Azerbaijan” da var.
Arda Turan
Türkiyəli futbolçu “Barselona”da ilinə 8 milyon avro stabil maaş alır. Onun klubdakı mükafatları isə təxminən 3 milyon avroya bərabərdi. Ümumilikə isə təcrübəli yarımmüdafiəçinin ilinə 13 milyon avro qazandığı bildirilir.
Ardanın son İspaniya çempionu ilə 2020-ci ilə qədər müqaviləsi var. “Barselona” ötən il Ardanı “Atletiko”dan 35 milyon avroya transfer edib. Lakin Kataloniya klubuna qoyulan transfer qadağası səbəbindən yanvar ayının 7-nə kimi meydana çıxa bilməyib. Yanvardan oynamağa başlayan türk futbolçu Kataloniya klubunda 25 oyun keçirib və 2 qol vurub.
Bir müddət əvvəl Türkiyə çempionu “Beşiktaş”ın Arda Turanı transfer etmək istədiyi barədə xəbər yayılmışdı. Bu iddia ilə “Sabah” qəzeti çıxış edib. Qəzet iddia edib ki, “Barselona”da sıxıntılı günlər keçirən Arda Turanın komandadan ayrılmaq ehtimalı var.
Bu ehtimalı nəzərə alan “Beşiktaş” milli futbolçunu heyətinə qatmağa çalışır. Hətta “Qara Qartallar”ın bu məqsədlə futbolçunun meneceri Ahmet Bulutla əlaqə yaratdığı da deyilir. “Barselona”nın Arda Turanı sata biləcəyi ilə bağlı xəbərlər yayılmışdı. İddia olunurdu ki, Kataloniya klubu sərfəli təklif alacağı halda türk futbolçunun transferinə icazə verəcək.
mənbə :
anspress
Şərh yaz.