14 İyun 14:32
xeber – Rusiyanın xalq artisti qutabı, tərəvəzli yeməkləri və əsl Bakı pomidorunu xoşladığını deyib.
Rusiyanın xalq artisti Valeriya Bakıya olan sevgisindən danışıb. Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, ifaçı iyulun 9-da və 10-da Bakıda keçiriləcək “Jara” festivalına qatılacağını deyib.
“Bakıya ilk dəfə 1990-cı illərdə getmişəm. İndi şəhər çox dəyişib. Bura möhtəşəm restoranların, otellərin və gözəl dəniz kənarının olduğu əsl meqapolisdir. Orada olanda milli mətbəx nümunələri verən restoranlara getməyi sevirəm. Bakı getməyi sevdiyim şəhərlərdəndir.
Ora gözəl mədəniyyət ocağı və dostlarımın yaşadığı yerdir. Orada özümə qarşı əsl dost münasibəti görürəm. Qutabı, tərəvəzli yeməkləri və əsl Bakı pomidorunu xoşlayıram”.
Rusiyanın tanınmış müğənnisi Filip Kirkorov da iyul ayında Bakıya gələcək. Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, bu barədə məşhur azərbaycanlı ifaçı Emin Ağalarov sosial şəbəkədə məlumat verib.
9-10 iyul tarixlərində Bakıda keçiriləcək “Jara” Festivalı çərçivəsində Eminin konserti baş tutacaq.
Valeriya – “Сильные женщины”
mənbə :
anspress
Şərh yaz.