15.06.2016 / 12:00 xeber –
Daxili İşlər Nazirliyi Gədəbəy rayonunda “Son zəng” şənliyində baş vermiş dava-dalaşla bağlı məlumat yayıb. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, iyunun 14-də Gədəbəy rayonunun Çaldaş kəndindən Daşbulaq kənd sakinləri Yaşar Nəbiyev və Röyal Nəbiyev kəsilmiş-deşilmış xəsarətlə xəstəxanaya gətiriliblər. Gədəbəy RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş rayon sakini Sərxan Tağıyev tutulub. Araşdırma aparılır.
*****
11:39
Gədəbəydə "Son zəng" tədbirində insident olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Çaldaş kəndində qeydə alınıb. Məktəbdən kənarda keçirilən "Son zəng" şənliyində baş verən kütləvi davada 1996-cı il təvəllüdlü Yaşar Nəbiyev və onun əmisi oğlu, 2001-ci il təvəllüdlü Röyal Nəbiyev bıçaqlanıb. Y. Nəbiyev Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına, R. Nəbiyev isə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Cinayəti törətməkdə şübhəli bilinən 1981-ci il təvəllüdlü Ramin Tağıyev və başqa bir nəfər saxlanılıb.
Faktla bağlı Gədəbəy rayon Polis Şöbəsində araşdırma aparılır.
mənbə :
lent.az
Şərh yaz.