Azadliq.az

Azərbaycan Xəbərləri


Azadliq » Xeberler» Xeber

“Qafqaz qartalı”nın son “uçuşu”

“Qafqaz qartalı”nın son “uçuşu”

16/06/2016

17:28

16.06.2016 / 16:25 xeber –

 

Milli Qəhrəman Murad Mirzəyevin həyat yoldaşı: Cənazə gətiriləndə hamı gözləyirdi, yıxılacam, yıxılmadım, Muradı alqışla qarşıladım”

 

Bu ilin aprelində ordusu ilə baş verən 4 günlük müharibənin qəhrəmanlarından biri də polkovnik-leytenant, Xüsusi Təyinatlı Qüvvələrin zabiti Murad Mirzəyevdir. Murad Telman oğlu Mirzəyev 1976-cı ildə Sabirabad rayonunun Muğangəncəli kəndində anadan olmuş, 1998-ci ildə Türkiyədə Ali Hərbi Məktəbi bitirmişdi. O, ABŞ, Rumıniya, İordaniya kimi ölkələrdə təlimlər keçmişdi.

 

Uşaq vaxtından hərbçi olmağı arzulayan Murad doqquz illik təhsilini tamamladıqdan sonra 14 yaşında Cəmşid Naxçıvanski adına hərbi məktəbə imtahan verir. İmtahanlardan uğurla keçib məktəbə qəbul olur. C. Naxçıvanski adına hərbi məktəbdən məzun olandan sonra Murad Türkiyəyə, Quru Qoşunları Ali Hərbi Məktəbinə yollanır. Oradan qayıdıb Azərbaycanda hərbi xidmətə başlayır.

 

Muradın hərbi sahəyə, vətənə olan sonsuz sevgisini görən komandanlıq onu təkrar Türkiyəyə – İstanbulda əlavə hərbi təhsil almağa göndərir. Yenidən Azərbaycana qayıdan Muradı bu dəfə də ABŞ-a, iki illik kursa göndərirlər. Murad “Renger” kursunu bitirən ilk və yeganə  azərbaycanlı kimi tarixə düşür. Oradan qayıdandan sonra isə İordaniyaya göndərilir. Vətənə peşəkar hərbçi kimi qayıdan Murad Gəncə şəhərində “N” saylı hərbi hissədə hərbi xidmətə başlayır. Murad ən böyük arzularından birinə çatır. Xüsusi Təyinatlı Qüvvələrin zabiti olur. Pillə-pillə qalxaraq hərbi hissə komandiri olur. Polkovnik-leytenant rütbəsinə qədər yüksəlir.

 

Xidmətə başlamasının onuncu ilində Murad Mirzəyev ilk mükafatını alır: “Qüsursuz xidmətə görə” medalı 3-cü dərəcə. Bundan sonra Murad Mirzəyev daha bir neçə medalla təltif olunur: “Qüsursuz xidmətə görə” medalı 2-ci dərəcə, “Hərbi xidmətdə fərqlənməyə görə” medalı 3-cü və 2-ci dərəcə, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” yubiley medalları və  “Qızıl Ulduz” medalı. O sonuncu medalını isə Talış kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşub şəhid olduğuna görə alıb: “Azərbaycanın Milli Qəhrəmanı” – Murad Mirzəyev.

 

**

 

Həyat yoldaşı Fizzə xanımla 2004-cü ildə təsadüf nəticəsində tanış olublar. Tibb Universitetinin qarşısında. Murad o gün dostu ilə birgə oraya gəlibmiş. Dostunun həyat yoldaşı Fizzənin də yaxın rəfiqəsi olub.

 

Həyat yoldaşı Fizzə xanım həmin günü nəql edir: “Murad hərbi geyimdəydi. Onda kapitan idi. Həmin gün tanış olduq. Ata-anamdan xəbərsiz bir addım belə atmazdım. Murad da bunu bilirdi. İlk elçiliyi özü edib. Atamın iş yerinə gedib özünü təqdim etmişdi”.

 

Onun bu hərəkəti Fizzənin atasının xoşuna gəlir və qızının Muradla görüşməsinə icazə verir. Elə həmin ilin aprel ayında nişanlanırlar.

 

“Murad heç kimdən asılı olan biri deyildi. Bu da Muradda ən çox sevdiyim cəhətiydi. Evlənəndə onun 28, mənimsə 24 yaşım vardı. Ailəmin maddi vəziyyəti də yaxşıydı. Buna baxmayaraq, mən Muradla bir otaqlı evdə yaşamağa razılaşdım. Gəlinlik paltarında hərbi şəhərciyə getməyim deyə atam evinə gəlib paltarımı dəyişib sonra getdik. 6 il şəhərdən kənarda – hərbi şəhərcikdə bir otaqlı evdə yaşadıq. 2010-cu ildə ikinci övladım olandan sonra bizi 3 otaqlı evə köçürdülər. Muradla yaşadığım o illəri heç nəyə dəyişmərəm! O qədər xoşbəxt olmuşam ki… Ailə quranda Murad mənə işi haqda hər şeyi dedi. Hərbçi başqadır, xüsusi təyinatlı başqa. Onda cavanıydım. İllər ötdükcə onun nə demək istədiyini başa düşdüm. Hər gün səhər saat 5-də işə gedər, axşam 9-da gələrdi. Nə qədər yorğun olsa da, mənimlə söhbət edərdi. Xaraktercə kövrəyəm. Bu da Muradın heç xoşuna gəlməzdi. Daima məni danlayardı. Deyirdi, sən hazır olmalısan. Murad məğrur insan idi. Deyirdi, şəhid olsam, məni layiq olduğum şəkildə qarşılayarsan”.

 

Ərinin bu sözlərindən sonra Fizzə özünü o günə – Muradın şəhid olacağı günə hazırlamağa başlayır.

 

“Başa düşürdüm ki, Murad hər an şəhid ola bilər. Mən onun üç rəngli bayrağa sarılmış cənazəsini qarşılaya bilərəm”.

 

Qarşılayır da.

 

“Aprelin 4-ü xəbər çıxdı ki, Muradgilin taboru ilə əlaqə kəsilib. Ailəm dəydi bir-birinə.  Uşaqlarımı dərhal evdən göndərdim ki, bu təşvişin içində olmasınlar. Ayın 4-dən 10-dək telefonum susmadı. Hər dəfə zəng gələndə ürəyim yerindən qopurdu. Bir ara xəbər gəldi ki, Murad hospitaldadır, yaralıdır. İnanmadım… Murad yaralı da olsaydı, birinci mənə zəng edərdi. Onun üçün nə qədər narahat olduğumu bilirdi. Onun yolunu gözlədiyim o günlər indikindən daha çətin idi mənə. Oturmuşam evdə, kimsə zəng edir ki, başın sağ olsun. Təsəvvür edirsiniz, nə hala düşürdüm?! Cənazəsi evə gəlməyincə o sözü heç kimdən eşitmək istəmirdim. Ailəmi yığdım başıma, dedim ki, mənim yoldaşım elə-belə adam deyil. O, polkovnik-leytenantdır. Əgər onun başına nəsə iş gəlibsə, bu xəbərin çatdırılacağı ilk adam mənəm. Onun cənazəsi mənim evimə gələcək. O vaxta qədər ki, gəlməyib və mənə heç kim heç nə deməyibsə, mən oturub gözləyəcəm!”

 

Aprelin 10-u, axşam səkkiz radələrində Fizzəyə xəbər gəlir…

 

“Həmin günü səhərdən ürəyim sıxılmağa başladı. Nəfəsim çatmırdı. Ailəm məni otağa çağırıb dedi, Muradın cənazəsini gətirirlər. Dedim, icazə verin uşaqlarımı evdən çıxarım. İstəmirdim, atalarının tabutunu görsünlər. Uşaqlara heç nə hiss etdirmədən, əyinlərini geyindirib göndərdim. Cənazə gətiriləndə hamı gözləyirdi ki, mən yıxılacam. Amma yıxılmadım. Qapının ağzında durdum, Muradı alqışla qarşıladım. Layiq olduğu kimi… Ölümündən sonra ona Milli Qəhrəman adı verdilər. Amma Murad tanış olduğumuz gündən bəri mənim qəhrəmanım idi. Bu gün fikirləşirəm ki, mən necə dözmüşəm?! Necə yıxılmamışam?! Mənə elə gəlirdi ki, onları yaşayan mən deyiləm, başqasının yuxusudur. Bilirsiniz, o qədər çətin idi ki… Murad daima cəbhə xəttinə  gedib gələn adamıydı. Həmişə çətinliklərlə üzləşib. Dəfələrlə ölümlə burun-buruna gəlib. Biz ona “odda yanmaz, suda batmaz” deyirdik. Martın 28-i tez gəlmişdi evə. Nurlanla Dəniz xəstələnmişdilər deyə məktəbə göndərməmişdim. Birlikdə yemək yedik, dedik-güldük. Uşaqları öpdü, qucaqladı elə getdi…”.

 

Anasını və bacısını oğlu Nurlana əmanət edib gedir.

 

“Həmişə harasa gedəndə bizi Nurlana tapşırırdı. Deyirdi, sən evin kişisisən. Mən onu gülə-gülə yol saldım. Qapı açıldı, cənazəsi girdi içəri. Elə bilirdim, dözə bilmərəm. Amma Allah insana elə güc verir ki… Hələ də Muradın şəhid olduğuna inanmıram. Hər gün yolunu gözləyirəm. Elə bilirəm, Murad gələcək. Hər onu fikirləşdiyim gün, yuxuma gəlir. Həmişə yuxuma girəndə Muradın üzü gülür, üzündə də nur olur. Muradın cənazəsini onun ən yaxın dostu gətirdi. Dedi, Murad tutduğu mövqedən bir addım geri çəkilmədən son damla qanına qədər Vətən uğrunda vuruşaraq qəhrəmancasına şəhid olub!

 

Ayağından yaralansa da, döyüş meydanını tərk etməyib. Yaralı döyüş yoldaşlarını ordan çıxarsa da, özü son ana qədər mövqeyində qalıb. Bu mənim üçün hər şeyin cavabıdır. Bu yolu Murad özü seçib, özü istəyib. Mən onun istəyinə qarşı nə deyə bilərəm?! Muradın Türkiyədə məzun olduğu hərbi məktəbin foyesinə şəklini qoyublar. Şəklin altına Muradın tələbə yoldaşları ürək sözlərini yazıb. Biri Muradı “Şeyx Şamil”, digəri “Qafqazın qartalı” adlandırıb. Məktəbi bitirəndən sonra bir il İzmirdə motoatıcılıq üzrə komandir işləyib. Muradın həyatda tək amalı hərb olub. Harasa gedəndə maşını bərk sürdürürdü. Evdən çıxanda ona deyərdim ki, Murad, sən hərbçisən. Sənə şəhid olmaq yaraşar, qəzada ölmək yox”.

 

Polkovnik-leytenantın döyüş yoldaşlarının sözlərinə görə, Murad Talış kəndi uğrunda gedən döyüşlərdə son damla qanına qədər vuruşub. Tutduğu mövqeni əldən verməyib. Sonuncu yaralı döyüş meydanından çıxana qədər səngərdən çəkilməyib. Və qəhrəmanlıqla həlak olub.

 

Son yazışma…

 

“İş vaxtı ancaq “WhatsApp”la əlaqə saxlayardıq. Martın 31-i onun doğum günüydü. 40 yaşı tamam olurdu. Aprelin 2-nə qədər biz onunla əlaqə saxladıq. Qızıyla, oğluyla danışırdı. Səsli mesaj göndərirdi. Ayın 2-si cəbhədən xəbərlər gələndə mən ona yazdım ki, Murad, irəliləmisiniz? Yenə mənə heç nə demədi. Yazdı ki, elə şey danışma. Əlavə sual vermədim. Eləcə yazdım, “harda olursan ol, təki, sağ-salamat evə gəl!” O da “yaxşı” yazdı. Ayın 3-ü əlaqəmiz kəsildi. Yazdıqlarım ona çatmırdı, telefonu sönülüydü. Səhəri gün də Muradın xəbəri gəldi.

 

…Murad işdən nə qədər yorğun gəlsə də, uşaqlarına vaxt ayırardı. Yemək yeməmiş onlarla oynayardı. Axırıncı gün uşaqlara leqo almışdı. Uşaqların otağında yerdə uzanmışdı. Uşaqları da başına yığmışdı. Onlara leqodan təyyarə düzəltdi. Nurlanla Dəniz rəqsə gedirdi. Ürəyi gedirdi ki, onlar rəqs eləsin, bu da baxsın. Deyirdi, qızım daha yaxşı oynayır. Çox qayğıkeş ataydı. İşdən bir saat vaxt tapan kimi bizi gəzməyə aparardı. Bu yay Göl-Gölə aparacaqdı… Keçən yaydan, elə hey, deyirdi”.

 

 

Dənizin 5, Nurlanın isə 7 yaşı var. Atalarının öldüyünü isə hələ də bilmirlər. Onlar bu gün də atalarının yolunu gözləyirlər.

 

“Nurlan başa düşür. Nə qədər onu qorusam da, ətrafda baş verənləri görür. Sadəcə, necə ki, mən “ölüm” sözünü dilimə gətirmirəm, eləcə də o. “Milli Qəhrəman” medalını alanda Nurlanı da özümlə aparmışdım. Orda məndən soruşdu: “Mama, niyə atama deyirlər “ölümündən sonra?”. Dedim, Nurlan, bir az da böyü, hər şeyi sənə başa salacam. Bu gördüklərini yaxşı yadında saxla, amma hələlik sual vermə. İstəmirəm uşaqlarım uşaqlıqdan travma alsın. Onlar hələ çox balacadır. Mən onlara necə deyim “ata daha gəlməyəcək”, “ata ölüb?! “Ölüb” sözünü onların ağzından eşitmək istəmirəm. Qoy atalarını xoş xatirələrlə xatırlasınlar. Dünən Dəniz yenə atasını soruşurdu. Nurlan da israr edir ki, atama zəng elə, danışım. Hamının qarşısında güclü durmuşam. Amma övladlarımın qarşısında acizəm. Onların suallarına cavab tapa bilmirəm. Dilimin ucuna qədər gəlir, baxıram üzlərinə, dilim gəlmir deyəm “atanız ölüb”. O gün baxıram, Dəniz Muradın şəklini necə öpür. Yaxşı ki, onlar var. Muradın iyini onlardan alıram. Dənizin barmaqlarına baxıram, eyni Muradınkılardı. Hərdən Nurlan Muradın ətrindən vurur. O an elə bilirəm Murad gəlib. Ürəyim doludur. Kaş möcüzə olaydı, bir saatlıq Murad gələydi. Murad mənim rahatlığım idi. İçimdəki rahatlığı da apardı özüylə. Aylardı yuxu nədi bilmirəm. Hər beşinci gün kino günümüz idi. Dənizi bağçadan, Nurlanı məktəbdən gətirirdim və başlayırdım axşama hazırlıq görməyə. Şirniyyat bişirirdim. Murad işdən gələndə ailəvi kinoya baxırdıq. Ən çox komediyaya baxardıq. Uşaqlar güləndə Murad elə sevinirdi. İndi o otağa girə bilmirəm. Küsmüşəm. Cənazə gələnə qədər evimə xeyli adam gəldi-getdi. Deyirdim, ay Allah, kaş qapı açılaydı, Murad içəri girəydi. Hamını evdən çıxaraydım, özümüz qalaydıq. Ailəmi qollarımın arasına yığaydım, bütöv olaydıq. Çox çətindi. Tükənmişəm”.

 

 

Murad Mirzəyev aprelin 11-də Bakıda – II Fəxri Xiyabanda dəfn olunub. Aprelin 19-da isə o, Prezident İlham Əliyevin sərəncamı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

 

Allah rəhmət eləsin!

 

Yazı “Milli Ordumuzun aprel sınağı: vətənpərvərliyin Qarabağ vəhdəti və yeni qəhrəmanlıq salnaməsi” mövzusunda  keçirdiyi müsabiqəyə təqdim olunur.

mənbə :
lent.az




Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.
Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles