Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

Bezz qalasında namaz qılıb Quran oxuyan xürremilerin rehberi Babek

Bəzz qalasında namaz qılıb Quran oxuyan xürrəmilərin rəhbəri Babək

16/06/2016

20:52

16.06.2016 / 19:43 xeber –

APA TV-nin “Səsli tarix” layihəsinin növbəti buraxılışı Azərbaycan tarixinin görkəmli şəxsiyyətlərindən biri olan Babəkə və onun rəhbərlik etdiyi Xürrəmilər hərəkatına həsr edilib. Cəmiyyətdə və tarixşünaslıqda Babəkə fərqli münasibət mövcuddur, bu fərqlilik onun şəxsiyyəti ilə bağlı bir-biri ilə daban-dabana zidd fikirlərin meydana çıxması ilə nəticələnib. Proqramda Babəklə bağlı iddialara elmi mənbələr əsasında aydınlıq gətirməyə çalışmışıq. Sizləri proqramın aparıcısı, tarix üzrə fəlsəfə doktoru, BDU-nun Arxeologiya və etnoqrafiya kafedrasının dosenti Kərəm Məmmədlinin Babək və Xürrəmilər hərəkatına dair fikirləri ilə tanış olmağa dəvət edirik.

 

Tarixi mif: Babəkin milliyətcə türk olmayıb

 

Təəssüf ki, Babəkin mənşəyi ilə bağlı yekdil fikir yoxdur. O dövrə aid mənbələrin əksəriyyəti ərəb mənbələridir. Qəribədir ki, məhz Vaqid ibn-Əmr Təmiminin yazdığı “Babəkin tarixi” adlı əsər dövrümüzə qədər gəlib çıxmayıb. Onun ayrı-ayrı hissələrini ərəb tarixçiləri, o cümlədən Əbu Cəfər ibn Cərir ət Təbəri  "Tarix-ür-rüsüli vəl-müluk", yəni “Peyğəmbərlərin və hökmdarların tarixi” əsərində verir. Bundan başqa, Əbülhəsən Əli ibn Hüseyn ibn Əli əl-Məsudi və digərlərinin əsərlərində rast gəlinən informasiyalar da bəzən reallığı əks etdirmir. Mənbələri çeşidləsək, böyük bir qismində Babəkin anası və atasının adı dəqiq bəlli olur – anası Bərumənd, atası yağ ticarəti ilə məşğul olan Abdulladır. Babəkin doğulduğu məkana gəldikdə isə, indiki Ərdəbil mahalının Bilalabad kəndində dünyaya gəlib.

 

Ərəb xronikalarında çox zaman Babəki aşağılamaq məqsədilə anası Bəruməndin taygöz olduğunu, guya Ər Rəvad əl Əzdinin kəbinsiz həyat yoldaşı olduğunu vurğulayırlar. Bunlar kökündən yanlış fikirlərdir. Əgər Babək qeyri-qanuni doğulmuş uşaq idisə, necə ola bilərdi ki, qardaşları Abdulla və Müaviyə onunla birgə vuruşmuşdular? Məsələyə qismən obyektiv yanaşan tarixçilərin əsərlərinə inansaq, Babək ana bətnində olarkən atası Abdulla Dərbəndə ticarətə gedərkən yolda vəfat etmişdi.

 

Onun etnik mənşəyinə gəlincə, Ziya Bünyadovun bir cümləsini dilə gətirmək istərdim: “Erkən orta əsrlərdə Azərbaycan ərazisində türk etnik plastının üstünlük təşkil etdiyini qəbul etməyən tarixçiləri ciddi tarixçi adlandırmaq mümkün deyil”.

 

Xürrəmilərdə ailə sistemi olubmu?

 

Babəkin başçılıq etdiyi Xürrəmilər hərəkatı ilə bağlı tarix elmində yekdil fikir yoxdur. Ərəb tarixçiləri xürrəmiləri iki qismə ayırırlar: məzdəkilik dövründə və babəkilik dövründə olan xürrəmilik. Bəzən babəkiliyə məzyərilik deyə bir cərəyanı da qoşurlar. Əgər kökünə varsaq, mahiyyətləri başqa ola bilər. Çünki məsələnin sosial və mənəvi tərəfləri var. Bu iki amil uzlaşmayanda istənilən hərəkat haqqında qeyri-adi fikirlər yarana bilər. Məsələn, belə bir fikir var ki, guya xürrəmilərə heç bir qadağa qoyulmurdu. Xüsusilə, ailə, nikah münasibətlərini vurğulayaraq deyirdilər ki, ailə sistemi yox idi. Aydın məsələdir ki, bunlar hərəkat üzvlərini gözdən salmaq məqsədilə uydurulmuş dedi-qodular idi.

 

Xürrəmilik adını belə müxtəlif cür yozurlar.  Bəziləri hesab edir ki, bu, Məzdəkin həyat yoldaşı Xürrəmin adı ilə bağlıdır. Bəziləri Xürrəm adlı yaşayış məskəninin olması ilə əlaqələndirirlər. Bəzi tarixçilər isə Xürrəm sözündəki xvar, xor kəlmələrinin günəş mənasını verdiyini qeyd edirlər ki, bu söz qədim pəhləvi, aramey dillərində günəş, od mənasında işlənir. Hətta bunu geyimlə əlaqələndirirlər ki, qırmızı rəng günəş rəmzidir. Qırmızı təkcə, İran xalqlarında deyil, həm də türk xalqlarında mühüm atributlardan biridir.

 

Babəkin Cavidanın dul xanımı ilə evlənməsi və Xürrəmilər hərəkatına rəhbərlik

 

Babəkə qədər xürrəmilik qismən loyal xarakter daşıyırdı. Silahlı mübarizə, üsyan bu hərəkatın  doktrinası rolunu oynamırdı. Xürrəmilərin ilk çıxışları 778-ci ildə, ikinci çıxışları 808-ci ildə olub. Hər iki çıxış da qan içində boğulmuşdu. Babəkin Cavidanla tanışlığına gəlincə, ərəb xronikalarında açıq-aydın yazılıb ki, Cavidan Bəzz qalasına gedərkən hava qarlı olduğu üçün məcburən Bilalabad qəsəbəsində qalmalı olur. Babəklə burada tanış olur. Babəkin çevikliyi, hazırcavablığı onun həddən artıq xoşuna gəlir. Və bəlli pul müqabilində Babəki anasından istəyir. Bu elə bir dövr idi ki, xürrəmilərin daxilində Əbu İmran və Cavidan arasında toqquşma var idi. Babək Bəzz qalasına gəldikdən 2-3 il sonra Əbu İmranla Cavidan qarşı-qarşıya döyüşərkən Əbu İmran döyüş meydanında öldürülür. 2-3 gün sonra Cavidan dünyasını dəyişir. Babəkin xürrəmilərin başçısı seçilməsi “Babək” filmində tarixi xronikada olduğu kimi real şəkildə öz əksini tapır. Əvvəlcə, Cavidanın dul qalmış həyat yoldaşı inək kəsdirir, dərisinin üstündə çörək olur. Bəziləri piyalədə şərab, bəziləri isə su olduğunu yazırlar. İnsanlar çörəyi piyalədəki mayeyə batırıb yeyir və deyirlər ki, “biz hamımız qəbul edirik ki, Cavidanın ruhu Babəkə keçib”. Bundan sonra onların toy mərasimi həyata keçirilir. Qədim Azərbaycan adətinə görə, qadın ərə getdiyi kişiyə reyhan budağı verərdi. Məhz reyhan budağının verilməsindən sonra Babək xürrəmilik hərəkatına başçılıq etməyə başlayır.

 

Babəkə tarixdə fərqli münasibət

 

Abbasqulu ağa Bakıxanovun əsərlərində Babək müsbət şəkildə təqdim olunur. O, Azərbaycan sözünü Azər babəkan, yəni Babəkin odu mənasında işlədir. Ayrı-ayrı müəlliflər də Babəkə tam fərqli münasibət bildirilir. Məsələn, Məhəmməd Əmin Rəsulzadə deyirdi ki, Babək Azərbaycan cəmiyyətində müsbət qarşılanmır. XX əsrdə isə Babəkə tamam başqa mövqedən yanaşılmağa başladı. Onu hətta kommunist elan edənlər, qırmızı bayraq qaldırdığını dönə-dönə vurğulayanlar oldu. SSRİ-nin bayrağı da qırmızı rəngdə olduğu üçün Babəki kommunist adlandıranlar oldu. Ərəb mənbələrində Babəkin dinsiz adlandırılması da sovet ideologiya maşını üçün mühüm “tapıntı” idi. Dedilər ki, Babək islam dininə qarşı döyüşürdü. Bəzən Babəki ali şiə ruhanisi mərtəbəsinə qaldıran da var, Şah, Sultan kimi qəbul edən də. Nəyə görə hökmdar sözünü işlətmədim? Babək hökmdar ola bilərdi, çünki hökmlər verirdi. Bununla yanaşı, o üsyan başçısı idi. Üsyan başçısı hökmdar kimi qəbul edilə bilər. Babəkdən sonrakı dövrdə, Çində Taypinlər, Xuan Çao üsyanları zamanı üsyan başçısı hökmdar funksiyasını daşıyırdı. Babəkə bu cür münasibətin olmamasının əsas səbəbi mənbəşünaslıq bazasında olan boşluqlardan irəli gəlir. Bu da ərəb xronikaları ilə bağlıdır.

 

Bəzz qalasında məscid, namaz qılan, Quran oxuyan xürrəmilər

 

Bəzən isə ərəb xronikalarında bu cür məqamlara da rast gəlmək olur. Məsələn, Əl-Bağdadi xürrəmilik haqqında yazanda qeyd edir ki, onların Bəzz qalasında məscidləri var idi. Azan verilirdi. Xürrəmilər də namaza gedirdi, Quran oxuyurdu, ancaq “Qurani-Kərim” i xürrəmcəsinə izah edirdilər. Bu isə onu göstərir ki, Babək hərəkatının ideologiyası mənbəyini sosial ədalət, sosial bərabərlik prinsipi təşkil edirdi, hərəkat bu prinsipi mənəvi cəhətdən Azərbaycanda yaranmış başqa ideologiyalara ötürə bildi. Babək hərəkatı yatırılandan sonra belə bir fikir yarandı ki, şiəlikdəki batinilər, sufilər mənbəyini xürrəmilikdən götürüblər. İdeologiya ilə belə ardıcıllaşdı: xürrəmilik, sufilik, hürufilik və qızılbaşlıq. 

 

Xilafət ordusunun Azərbaycana daxil olması: gec gələn qonaq niyə öz kisəsindən yeyir?

 

Xilafət tarixi 3 qismə ayrılır: Xəlifeyi-Raşidun, Əməvilər və Abbasilər dönəmi.  Xəlifeyi-Raşidun dönəmi 4 xəlifənin hakimiyyəti dövrüdür: Əbu Bəkr Siddiq (632-634), Ömər ibn əl Xəttab (634-644), Osman bin Əffan (644-656) və Əli ibn Əbu Talıb dönəmi (656-661). Fəthlər nəticəsində böyüyən ərazilərə Xilafət sözün əsl mənasında haqq-ədalət gətirirdi. Məsələn, 644-cü il məhz elə Babəkin doğulduğu Ərdəbildə bağlanan müqavilənin şərtlərinə baxsaq, görərik ki, buna qədər belə ədalətli müqavilə tapmaq çətindir. Çünki mətndə birbaşa deyilirdi ki, bu hökmlər Azərbaycanın dağlarında, düzlərində, meşələrində yaşayan bütün əhaliyə şamil edilir. Bu torpaqlarda qalmaq və dinlərini saxlamaq istəyirlərsə, cizyə (can vergisi) ödəməlidirlər. Onu da qeyd edək ki, cizyə o qədər də böyük rəqəm deyil. Təəssüf ki, sovet hakimiyyəti illərində bu rəqəmi şişirdirdilər. Getmək istəyənlərin malı, mülkü dəyərləndirilir, əvəzində ona pul ödənirdi və onlar təhlükəsiz hesab etdikləri əraziyə köçərdilər. İslamın ilk illərində “Allah qonağı” anlayışı yaranmışdı. Bizansla Sasanilərin müharibələrindən çıxan Azərbaycan ərazisinə birdən-birə Xilafət ordusu yeridi. “Gec gələn qonaq öz kisəsindən yeyər” anlayışı bu dövrdə yaranıb.  Ərəblər hansı evdə qonaq olurdularsa, ev sahiblərini yedirdirdilər. İfadə də buradan yaranıb.

 

Babək İslama deyil, türkləri əksik tutan ərəb millətçiliyinə qarşı çıxıb

 

Azərbaycan əhalisinin vergiyə görə islamı qəbul etməsi fikri kökündən yanlışdır. Çünki İslam dinində sosial ədalət prinsipi  elə qurulmuşdu ki, heç kəs üsyan qaldıra bilməzdi. Söhbət Xəlifeyi-Raşidun dönəmindən gedir. İslamda hümmətçilik prinsipi var idi, millətçilik prinsipi isə yox idi. Yəni, müsəlman ərəblə müsəlman türk arasında fərq qoyulmurdu. Yanlışlıqlar Əməvilər dövründə meydana gəldi. Bu dövrdə İslamı qəbul etmiş, lakin ərəb olmayana mövla, yəni qul deməyə başladılar. Bu isə Əbu Müslüm üsyanına gətirib çıxardı. Nəticədə Əməvilər devrildi və Abbasilər dönəmində “milli” məsələyə yumşaq yanaşdılar. Yəni ərəb, fars və türk müsəlman arasında elə də fərq qoyulmurdu. Lakin Harun ər-Rəşiddən başlayaraq, bu məsələdə əyintilik görünür. Babək hərəkatı məhz İslam dinində ərəb millətinə üstünlük verildiyinə görə qalxmış üsyanlardan biri idi. Ərəblər də bizim ərazimizə köçürülürdü. Nəticədə yerli əhali nəinki, torpaqdan məhrum olurdu, üstəlik, ərəblərdən asılı vəziyyətə düşürdü. Yəni, bir tərəfdən ərəbin türkdən üstün tutulmasına görə qarşıdurma yaranırdı, digər tərəfdən isə eyni hüquqlara malik olmaq baxımından toqquşmalar yaranırdı. Bunları nəzərə alaraq, Babəkin İslam dininə qarşı döyüşdüyünü demək yanlışdır.

 

Azərbaycan əhalisi islamı zorla deyil, sevərək qəbul edib

 

816-cı ildə xürrəmilərə başçılıq etməyə başlayandan sonra Babək hazırlığa başlayır, xalq könüllülərini orduya cəlb edir. Hazırlıq dönəmi 3 il çəkib. İlk dəfə nizami ərəb ordusu ilə toqquşması isə 819-u ilə təsadüf edir. 837-ci ilə qədər olan dövr Babəkin mübarizə apardığı dövrdür. Mənbələr yazır ki, Babək özünün dini inancını təlqin edirdi, yəni “Qurani-Kərim”in xürrəmicəsinə izah edilmiş formasını. Əgər Azərbaycanda İslama qarşı güclü müxalifət olmuş olsa idi, 644-cü ildə Ərdəbil müqaviləsi imzalanmazdı. Ondan sonrakı dönəmlərdə Beyləqan, Tiflis, Dərbənd, Şirvan əhalisi ilə belə müqavilələr imzalanmazdı. O çıxışlar da ərəblərin yerləşmə dövrünə təsadüf edərdi. Bu elə bir dövr idi ki, hətta xəzərlər belə bu bölgəyə nəzarət edirdi. Azərbaycan xalqı İslamın müsbət dəyərlərinə hörmət etməsəydi, ən azı Hülakülər dövründə İslamdan üz döndərərdilər. Çünki o dövrdə İslama çox güclü basqı vardı. Əksinə, biz görürük ki, istər Əhməd Təkudarın, istərsə də Qazan xanın dövründə Hülakülər İslamı qəbul etdilər.

 

Babəkin ordu sisteminə gəldikdə isə, bu nə muzdlu ordu idi, nə də pul verilən ordu. Daha çox xalq könüllülərindən ibarət idi. Bu isə daha çox türklərə xas xüsusiyyət idi. Tarixçilərin əksəriyyəti qeyd edir ki, hər bir türk xalqında ordu sistemi var. Çünki ailə, oba, el, ulus prinsipi türklərdə var, hər ailə bir nəfər də olsa, döyüşçü verə bilir. Babəkin ideologiyası o qədər müsbət qarşılandı ki, böyük bir ərazidə – Aran, Şirvan, indiki Güney Azərbaycan, hətta Təbəristan və qonşu ölkələrə yayılan böyük bir cərəyan oldu.

 

Bəzi feodallar da bu hərəkata qoşuldu. Bu isə onu göstərir ki, məsələ təkcə, sosial ədalətlə bağlı deyildi, məsələyə milli çalar verilir. Çünki Babəkə qoşulanların əksəriyyəti müsəlman olsa da, ərəb millətçiliyinə qarşı olan hərəkat olduğu üçün ona dəstək verirdilər. Məsələnin sosial mahiyyəti meydana çıxdıqda İbn Bəyis, Yesayabu Musa, həmçinin,  Səhl ibn Sumbat ona qarşı çıxdılar.

 

Xilafət ordusuna türk komandan təyinatı və Babəkin məğlubiyyəti

 

Xürrəmilik hərəkatının pik nöqtəsi Həmədanın alınması idi. Çünki Həmədan Azərbaycanın açar şəhəri sayılır. Ərəb mənbələri də Dərbənddən Həmədana qədər olan vilayətin adını Əl Azərbaycan deyə qeyd edirlər. Həmədanın itirilməsi xilafət üçün ümumiyyətlə, şimalla əlaqənin kəsilməsi demək idi. Məhz buna görə də xəlifə Əl-Məmunun ölərkən qardaşına əsas vəsiyyəti bu oldu ki, “nəyin varsa, xürrəmilərə qarşı yönəlt. Hər şeyini  itirsən belə, özün onlara qarşı get”. 833-cü ildə xürrməilər ilk dəfə məğlubiyyətə uğradılar. Həmədanda İshaq ibn İbrahimin qoşunları xürrəmiləri geri oturdur. Xürrəmilər müəyyən üstünlüyü əldə saxlamışdılar. Lakin Məmundan sonra hakimiyyətə gələn Möhtəsimin taktikası tamamilə dəyişir. O orduya komandan olaraq əsilzadə türk nəslinə mənsub olan, Heydər ibn Kavus əl Afşin, yaxud Xıdır  ibn Kavus deyə adlı şəxsi seçir. Afşinin taktikası əvvəlki xilafət sərkərdələrindən xeyli fərqlənirdi. O yolları, şəhərləri bərpa edirdi. Afşin o dövr üçün çox təkmil olan rabitə sistemi yarada bildi. Azərbaycanda gedən döyüşlər barədə 4 gün sonra xilafətə xəbər çatırdı. O dövrdə 4 günə Həmədandan Bağdada xəbər çatdırılması az qala quş sürəti sayılırdı. Onu da qeyd edim ki, ilk dəfə Babək üsyanı yatırdarkən poçt vasitəsi kimi göyərçinlərdən istifadə olunması məhz bu dövrdə dəbə düşdü. Xəlifə bu üsyanın yatırılmasına o qədər önəm verirdi ki, Afşin döyüşən gün ona 10 min dirhəm verilərdi, döyüşmədiyi gün isə 5 min. Afşin eyni zamanda Babəkin ətrafını ondan uzaqlaşdırmağı bacarır. Bunu bir qismini pulla, digər qismini isə öldürməklə edir. Məsələn, Babəkin sağ qolu sayılan Tərxanın öldürülməsi xürrəmilər üçün böyük faciə oldu. Çünki bundan sonra onlar demək olar ki, müdafiəsiz qaldılar. Tərxan adından da göründüyü kimi türk idi. Onun taktikası ümumi meydan savaşından fərqlənirdi. Mühasirə halqası daralan zaman, 836- cı ildə xürrəmilər sonuncu, Həştadzər qələbəsini qazandılar. Mühasirədə saxlanan Bəzz qalasında ərəb ordusunun içərisində aclıq başlanır. Çünki onlara təkcə quru çörək vermişdilər. Afşin çox qəribə bir taktika ilə davranır – Babəklə və Təbəristandakı xürrəmilərin başçısı olan Məziyənlə danışıqlara başlayır. Babək Afşinə səbətlərdə yemək göndərir. Bu, düşmənə göstərilən orijinal üsul idi. Babəkin adamları geri dönərkən Afşin “qardaşım Babəkə salam çatdırın” deyir. Dil məsələsinə aydınlıq gətirmək lazımdır. Aydın məsələdir ki, ərəb ordusunda ərəbcə danışırdılar. Lakin nədənsə Afşinin söylədiyi bu sözləri onun türk mənşəli sərkərdəsi Xəyyat sonradan xəlifəyə demişdi. Görünür, Afşin o sözləri türkcə söyləmişdi.

 

Səhl ibn Sumbat vaqiəsi: “Məni yəhudilərə çox ucuz qiymətə satdın”

 

837-ci ilin sentyabrında Bəzz qalasının mühasirəsi zamanı Babək xilas olur və Arana qaçır. Ərəb ordusu Bəzz qalasına daxil olmaq üçün orijinal üsul seçmişdi, qalanın daşlarını sökmüşdü. Babəkin Arana getməsinin səbəbkarı həyat yoldaşı Sünük, yəni Zəngəzur knyazı Vasakın qızı İbnət idi. O məsləhət gördü ki, Bizans sərhədinə yaxın olan yerə getsinlər ki, sonradan Bizansa keçə bilsinlər. Babək indiki Zəngəzur ərazisindəki Şəki yaşayış məntəqəsinə getdi. Əvvəllər müttəfiqi olmuş Səhl ibn Sumbatın evinə düşür. Səhl ibn Sumbat isə 1 milyon dirhəmə Babəki ərəblərə satır. Babək ov edərkən mühasirəyə alınır, üzünü Səhl ibn Sumbata tutaraq qəribə bir söz işlədir. Bu söz Təbəri  "Tarix-ür-rüsüli vəl-müluk” əsərində qeyd olunub: “Sən məni yəhudilərə çox ucuz satdın”. Burada bir məqam var, əgər Babək islama qarşı döyüşmüş olsaydı, müsəlmanlara qarşı deyərdi.

 

Babəkin edamı

 

Afşin çox çalışdı ki, Babək edam edilməsin. Çünki Afşin Babəkə potensial müttəfiq kimi baxırdı. Çünki Afşinin yurdu ərəb orduları tərəfindən dağıdılmışdı. Minlərlə türk qətlə yetirilmişdi. Afşin düşünürdü ki, Babəklə əlbir hərəkət etsə, xilafəti çökdürə bilərlər. O, hətta xəlifə  Möhtəsimin qızıl möhürü ilə möhürlənmiş aman kağızını Babəkə göndərmişdi, lakin Babək bunu qəbul etməmişdi. Babəki fil belində Samirə şəhərinə gətirirlər. O mart ayında edam edilir. Edam səhnəsini müxtəlif şəkildə təsvir edirlər. İstənilən halda, bu, işgəncəli ölüm olub. Hətta qolunu kəsəndə Babək üzünü qırmızı rəngə boyayır, səbəbini soruşanda deyir ki, “rəngim sarala bilər, istəmirəm düşmən məni saralmış görsün”.

 

Tarixşünaslıqda Babək və Azərbaycan arasında qoyulmuş bərabərlik

 

Dövrünün tarixçiləri Babəki böyük şəxsiyyətlərlə, o cümlədən Romanı lərzəyə salmış Karfagen sərkərdəsi Hanniballa müqayisə edirlər. Əslində, Babək hərəkatı məğlub olmadı. Məhz bu hərəkat nəticəsində xilafətin Azərbaycandakı dayaqları, ərəbçilik siyasəti iflasa uğradı. Hətta xəlifə Azərbaycana ərəb mənşəli şəxsləri canişin təyin etməyə çəkindi. Görünür, buna görə də dayaqları sarsılmış Xilafət türk ölkəsi olan Azərbaycana 879-cu ildə məhz türk əsilli, Sacilər nəslindən olan canişinləri göndərməyə məcbur oldu.

 

Dünya tarixşünaslığında, İranda əmələ gələn müxtəlif əsərlər istisna olmaqla, Bəbək deyəndə Azərbaycanı düşünürlər. Gürcüstan, Rusiyada yazılan tarix kitablarında istisnasız olaraq, Babək və Azərbaycan arasında bərabərlik işarəsi qoyulur. Ərəb mənbələrində də yazılır ki, Babəkin işi Azərbaycanda meydana çıxdı və bundan sonra yayıldı. Sonrakı mərhələlərdə Babək obrazı təkcə, bizim yaddaşımızda yox, bugünkü Anadolu türklərində də Battal Qazi formasında mifologiyaya bürünərək yaşamaqda davam edir. Həqiqətən, Babək və Azərbaycan arasında bərabərlik işarəsi qoyulmalıdır. Hətta filmdə də gözəl təsvir edilir ki, Azərbaycandan uzaq düşsə də, Babək ölüm qabağı “ruhum hər zaman səninlədir, Azərbaycan” deyir. O ruh bu gün də yaşamaqda davam edir. Xüsusilə, güneydə. Soydaşlarımız hər il Bəzz qalasını ziyarət edir. Babək azadlıq carçısı kimi təkcə, Azərbaycan üçün deyil, dünya tarixşünaslığında qəbul olunmuş şəxsiyyətdir.

mənbə :
lent.az




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti info website