Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

“O seher dehşetle açıldı…” – ŞƏHİD POLKOVNİKİN QIZI DANIŞIR

“O səhər dəhşətlə açıldı...” – ŞƏHİD POLKOVNİKİN QIZI DANIŞIR

18/06/2016

12:48

18.06.2016 / 11:45 xeber –

Mən Milli Qəhrəman, polkovnik-leytenant Şirin Mirzəyevi müstəqil Azərbaycanın gəlmiş getmiş ən böyük sərkərdəsi hesab edirəm. Bundan başqa, həm də düşünürəm ki, Ağdamda doğulub böyüyən hər kəsin ona bir minnətdarlıq borcu var. Münaqişənin ilk illərində torpaqlar yerli camaatın yaratdığı özünümüdafiə batalyonları ilə müdafiə olunarkən, bu adam Bakıda işini, ailəsini, rəvan həyatını bir kənara qoyub, Ağdama gəlib. Ordu quruculuğunda fəal iştirak edib. Gəlməyə də bilərdi. Düzdür, sonralar Bakıdan Qarabağa saysız-hesabsız könüllülər yollanacaq, torpaq uğrunda şəhid olacaqdı. Amma hələlik 1991-ci il idi və Şirin Mirzəyev Bakıdan çox uzaqlarda baş verən münaqişəyə çoxları kimi laqeyd yanaşa bilərdi… Laqeyd qalmadı və bizim uğrumuzda şəhid oldu…

 

Bu gün əfsanəvi komandirin şəhid olmasından 24 il keçir. Onsuz keçən 24 il həyatının mənası hesab etdiyi Qarabağ üçün necə keçib, bilirik… Bu 24 ilin bir ailə üçün, övlad üçün necə keçdiyini Milli Qəhrəmanın məzarı başında övladı Aynur Mirzəyeva ilə Lent.az-ın “Qız-qıza” rubrikasında danışdıq…

 

Şəhidlər Xiyabanında görüşüb, məzarların arası ilə irəliləyirik. Uşaqlar bizdən qabaqda gedirdi. Biz isə söhbət edə-edə onların izinə düşmüşdük… Mən qəribə hisslər keçirirdim, ilk dəfə idi ki, bir övladı atasının məzarı başında görəcəkdim… Bu, mənə heç vaxt qismət olmayacaq bir duyğudur…

 

Müsahibim isə ONA doğru atdığı hər addımda balacalaşıb, uşaqlaşıb, ONUN qucağına yüyürən qızcığaza çevrilirdi… Söhbətimiz yavaş-yavaş iki yetkin qadının söhbətindən uzaqlaşıb, uşaqların söhbətinə oxşayırdı…

 

– Hərdən evdə zarafatla da olsa, hərbi mühit yaradırdı. Səhərlər görürdün tezdən oyanıb qışqırdı: “podyom!” (Gülür) Qardaşımla ikimiz də tez yataqdan qalxırdıq… Bəzən bizə hərbi mahnılar oxuyurdu… Bir də hərdən əsgər yeməkləri bişirirdi… Yadımdadır, çox gözəl yeməklər bişirirdi… Qəribə idi, evdə az tapılan insan o qədər hər şeydən başı çıxırdı ki… Anam dərsdə olanda bizə bir stol açırdı ki… Balaca boşqablarda süfrəyə hər şeydən düzüb, deyirdi “servirovkadır”… (Gülür) Adətən anam dərsdən yorğun gəlir, tez yemək bişirib, bizi yedirdirdi. Amma atam bütün bunları o qədər həvəslə edirdi ki… Hərdən biz səhər məktəbə gedəndə tezdən qalxıb süfrə açır, anamı da oyadırdı ki, gəl, sən də ye…

 

– Ananızı da “podyom” ilə oyadırdı?

 

– (Gülür) Yox, anama bunu edə bilmirdi… O qədər ailəcanlı idi ki, deyirdi “yemirsənsə də, gəl uşaqlarla otur”. Bəlkə də evdə az olur, bizə vaxt ayıra bilmirdi deyə istəyirdi evdə olanda şən-əhval ruhiyyə yaratsın… Çox pozitiv insan idi. Üstəlik də çox ciddi idi, ailədə həmişə hərbçi olduğunu hiss etdirirdi… Əsas da qaməti yadımdadır. Evdə də hərbçi kimi duruşu var idi… Onu itirəndə 11 yaşım var idi… Sonradan əsgərlərinin söhbətlərini dinlədikcə atamı bir daha kəşf etdim… Axı mənim üçün ancaq ata idi…

 

– Ağdama getdiyi günü necə xatırlayırsınız?

 

– 1991-ci il idi… Axşama yaxın idi deyəsən, qardaşımla evdə oynayırdıq… Anam işdə idi. Dəqiq yadımda deyil nələri yığdı, amma bildik ki, atam gedir… Yenə də dərk etmirdik hara gedir… Hərbçi olduğuna görə öyrəşmişdik ki, atam daim harasa getsin… Bizimlə sağollaşdı… Sonra bildik ki, evdən çıxıb metro tərəfə gedəndə anamla qarşılaşıb. Anam danışdı ki, yolda rastlaşdıq, o qədər sevincli idi ki! Elə can atırdı ki, Qarabağa getməyə… Çox istəyirdi ki, nizami ordumuz olsun… Xatırlayıram, anamla evdə daima Qarabağ haqqında danışırdılar. İkisi də qarabağlı idi, hadisələr başlayandan evdə ancaq bu mövzuda söhbət gedirdi. Çox narahat idilər… Atam anama deyirdi ki, Qarabağ olmasa öləndə bizi harada dəfn edəcəklər?

 

– Ağdama gedəndən sonra evə hansı ara ilə gəlirdi?

 

– Ağdamda döyüşdüyü müddətcə evə gəldiyini xatırlamıram. Əsgərləri deyir ki, Bakıya ərzaq və s. arxasınca gəlirdik. Deyirdik bir evə dəy, deyirdi vaxt yoxdur… Amma biz hər tətildə Ağdama, nənəmgilə gedirdik… Bilirsiniz də, Xankəndindən köçəndən sonra nənələrimin ikisi də Ağdamda məskunlaşmışdı…

 

– O ağır illərdə Ağdama gedirdiniz? Ağdamda qadının, uşağın şəhərdən çıxarıldığı bir vaxtda…

 

– Təsəvvür edin… Bütün ailəmiz Ağdamda idi, nə qədər ki, atam döyüşürdü, heç biri Ağdamın işğal olunacağını düşünmürdü, evlərində oturmuşdular. Hələ bir ara atam bizi də Ağdama aparmaq istəyirdi. İstəyirdi yanında olaq… Yadımdadır, Şıxbabalı kəndində evə də baxmışdıq… Sonra alınmadı, anam işləyirdi axı…

 

– Tətildə Ağdama gedəndə necə, tez-tez görüşə bilirdiniz?

 

– Yolunun üstü olanda gündə bir neçə dəfə gəlirdi… Ana nənəmgil Ağdamın özündə olurdu, ata nənəmgil isə Şıxbabalı kəndində. Biz hər ikisigilə də gedirdik, atam da gündə bir neçə dəfə hərbi maşında gəlirdi…

 

– Onlu xatirələrdə nə var?

 

– Bir bayram duyğusu… Yadımdadır, o qapıdan girirdisə evdə bayram idi. Bir qürur duyğusu… Yanında hərbi geyimdə sürücüsü olurdu. Silahları, ratsiyaları… Biz də uşaq idik, atam ratsiya ilə danışanda fəxr edirdik…

 

– 24 il əvvəli necə xatırlayırsınız? Xəbəri necə aldınız?

 

– 12 yaşımın tamam olmasına bir ay qalmışdı. Yay tətili başlamışdı, müəllimlər isə hələ də məktəbə gedib-gəlirdi. Anam riyaziyyat müəlliməsi idi. Onun tətilə çıxmağını həvəslə gözləyirdik ki, Ağdama, nənəmgilə, atamın yanına gedək… İyunun 19-u idi, səhər yuxudan telefon zənginə oyandım… Demə, ötən gün atamgil minaya düşüb, səhərisi əmimə deyiblər… Bizə də xəbəri o verməli imiş… Ana nənəmgil bizdə idi, telefona da nənəmlə-babam cavab vermişdi deyəsən… Əmim onlara deyib ki, yaralıdır… Anam dəstəyi aldı… Səsini eşitdim… “Düzünü de!” – dedi… Anamın səsinin tonundan hər şey aydın oldu… Bu səhər dəhşətli səhər idi… Uşaq idik, ölüm ağlımıza da gəlmirdi…

 

– 1992-ci il müharibənin ən qızğın çağları idi, Qarabağdan Azərbaycanın bütün bölgələrinə ard-arda şəhid tabutları gedirdi. Atanız da hərbçi idi, ən qaynar nöqtələrdə döyüşürdü, təhlükəni hiss etmirdiniz?

 

– Qətiyyən! Ümumiyyətlə, evdə belə söhbət olmurdu. Bəlkə biz uşaq idik deyə yanımızda danışmır, ancaq anamla atam öz aralarında danışırdılar… Amma qohumlarla söhbətdə, evin içində bu təhlükəni hiss etmirdik. Atama görə ancaq sevinir və fəxr edirdik. Ölüm ağlımıza da gəlmirdi. Tək bizim yox, Ağdamda heç kimin ağlına gəlməzi ki, Şirin Mirzəyevə nə isə ola bilər… Amma oldu…  Qəribədir, insan anında böyüyür… Elə bil ki, o xəbərlə uşaqlıq da bitdi… Əmimin zəngi çox fərqli “podyom” oldu bu səhər… Sonra yası xatırlayıram… çoxlu adamlar… nə qədər insan gəlirdi bizə… İndi fikirləşirəm ki, yəqin o insanların gəlib-getməyi qoymur adamı dərdi ilə tək qalmağa…

 

– Adama nə qədər gərəksiz, bayağı görünsə də, sanki yas mərasimlərini insanı dərddən ölməməsi üçün düşünüblər… İnsan başını mərasim qayğıları ilə qatır… Qonaqlar dağılanda tək qalırsan, onda da artıq “torpağın üzü soyuqdur” deyirlər… Zaman öz işini görür, onsuzluğa alışırsan…

 

– Həm də təzə-təzə itkinin miqyasını başa düşmürsən… Axı elə adam var ki, bir evdən gedir. Məclisə gələnləri, danışılanları eşitdikcə başa düşürsən ki, bu adam eldən gedib. Yekə-yekə kişilər gəlib hönkürüb ağlayırdılar… Biz bunları uşaq ağlımızla görürdük… Atam insanların yaddaşında elə iz buraxmışdı ki…

 

Bir ananın naləsi ətrafı bürüyür… Susuruq… İlahi, nə qədər məzar var burada… Hər məzarda neçə insan uyuyur görən? Mənə görə hər kişi məzarında bir qadın da dəfn edilir… Hər ölən kişi ilə bir qadın da ölür dünyamızda… Sevimli kişinin ölümü ilə qadın ömrü də bitir… Geriyə ancaq övladları necə böyütmək qalır…

 

Valideynlər məzarlarında tək uyuyur, amma hər övlad məzarında bir ana, bir ata da dəfn olunur əslində…

 

– Dəhşətlidir… Bu qadın 24 ildir belə ağlayır… Demək ki, heç sağalmır yarası… Uzun illərdir buraya gəlib-gedirəm. Əvvəllər balaca uşaqlar görürdüm, indi böyüyüblər… Analar görürdüm, qocalıblar… Yarısını artıq görmürəm, dünyalarını dəyişiblər… Cavan qadınlar görürdüm, yaşlanıblar… Bu insanlar bu məzarların başında qocalıblar…

 

– Xiyabana ilk dəfə nə vaxt gəlmisiniz?

 

– Elə dəfn olunan günü… O vaxt elə zaman idi ki, şəhidlər dəfn ediləndə bütün millət axışırdı buraya… Vidalaşma deyəsən zabitlər evində oldu… Səs-küy, insanlar… Balacasan, hamı səndən hündürdü…

 

– Sənin isə kədərin, itkin hamınınkından böyük…

 

– Dəfndə biz bir az kənarda idik, öndə əsgərləri idi… Səs-küy, ağlaşma… Hamı bir-birinə qarışmışdı… Gördüm soruşurlar ki, dəqiq… dəqiq doğum… tarixini… kim bilir… (Ağlayır…) Özümə söz vermişdim ki… ağlamayacağam… Gördüm hamı bir-birindən soruşur məzarın üstünə dəqiq doğum tarixini yazmaq üçün… Camaatın içindən irəli çıxıb dedim “5 yanvar 1947-ci il”…

 

Ona yaxınlaşırıq… Uşaqlar “Baba ilə görüşək” deyib, baş daşını öpürlər… 9 yaşlı Cavid ətrafı səliqəyə salmağa çalışır… Şirin ətrafda sağa-sola qaçır… Aynur xanım dəsmalı ilə şəkli silir…

 

– Çox səliqəli, maraqlı adam idi… Marka kolleksiyası toplayırdı… O evdə olmayanda qardaşımla şkafı töküb hamısına baxır, oynadırdıq… Bir dəfə bu şəklini əzmişdik… Elə acığı tutmuşdu ki… O sözünü heç vaxt unutmuram… Dedi ki, niyə şəklimi əzmisiniz, bəs mən öləndə baş daşıma nə vuracaqsınız…

 

Yanındakı məzarı ziyarət etdikdən sonra, iki məzar arasında bitən yaşıllığa qərənfil düzür:

 

– Araz atamın əmisi nəvəsidir, yanında dəfn etdilər. Bir yerdə minaya düşüblər… Maşında əmim oğlu da olub, iki nəfər də başqa adam… bir də Qahir adlı tank komandiri… Hamısı rəhmətə getmişdi… İndi boş qalan bu yeri isə əmim oğlu Mübariz üçün ayırmışdılar… Əmim dedi ki, mən Ağdamda yaşayıram, oğlumu Bakıya aparmayın… İndi Mübarizin məzarı da yoxdur… Həmişə bu boşluğa Mübariz üçün gül qoyuruq…

 

– Mən atamı itirəndə çox körpə olmuşam. Məzarını görməmişəm, sonra da Mübariz kimi, atamın da məzarı işğal altında qalıb… Həmişə bilmək istəmişəm, insan atasının məzarı başında nələr hiss edir? Doğrudurmu səni duyduğunu eşidirsən?

 

– Uşaq vaxtı gələndə heç nə dərk etmirsən. Hamı ilə gəlir, sadəcə şəklinə baxırsan… Böyüklər ağlayır, səni də istər-istəməz ağlamaq tutur… Amma böyüdükcə… Böyüyəndə bir başqa cür olur… Çox az olub ki, atamın məzarı üstünə gəlib, burada onun döyüşçülərindən kimisə görməyim… Yadımdadır, o vaxt hamısı cavan oğlanlar idi… Gözümün qabağında, bu məzarın başında yaşlanıblar… Nə işlə məşğul olsalar da, doğum günündə də, ölüm günündə də işlərini kənara qoyub buraya gəlirlər… Bəzən gəlirəm, görürəm bir kişi dayanıb ağlayır… Nə mən onu tanıyıram, nə də o məni… Soruşuram, deyir komandirim olub… Hərbi hissə dağılandan sonra Rusiyaya gedib. İndi bir neçə günlük Azərbaycana gəlib və onu ziyarət etməyi unutmayıb… Bütün bunlar qəribə hissdir… Atamın başına özü kimi vətənpərvər oğullar yığışmışdı. Hamısını oraya eyni məqsəd toplamışdı, eyni əqidənin sahibi idilər. Onlar inandıqları yolda xidmət edirdilər… Necə əzmlə, ruh yüksəkliyi ilə döyüşürdülər… O gündən illər keçib… İndi içlərində ata olanı, baba olanı var… Amma hələ də komandirlərinin məzarı başında sıravi əsgər kimi dayanıb, yaxın dostu kimi hönkürürlər…

 

– Bir sözlə, onun hətta məzarı da hərbçi məzarıdır… Qarşısında daima əsgər görürsünüz…

 

– Bəli… Atam xatirələrimdə həmişə hərbçi kimi yaşayır. Məktəbdə arxamızca hərbçi geyimində gəlir, həyətə girəndə biz üstünə qaçırdıq, hərbçi geyimində idi… Yadımdadır, əsgərlərini gəzməyə aparanda bizi də aparırdı. Şəkillərimiz də var… Bir rota əsgər və biz. O qədər balacayıq ki, heç görünmürük…

 

– Qardaşınızla söhbət edəndə ən çox nəyi xatırlayırsınız?

 

– Bayaq da dedim, o işdə olanda şkafını dağıdıb, əşyaları ilə oynayardıq… Qəfil balkondan anamın səsi gələrdi ki, “Atanız gəlir!” Tez hər şeyi qaytarıb yerinə yığardıq ki, gəlib evi dağınıq görməsin. Xoşlamazdı, evdə hər şey yerində olmalı idi… Qardaşımla çalışardıq bütün evi səliqəyə salaq… Divanın üstünü ora-bura çəkirdik… Amma birdən görürdün gəlib nə isə səliqəsizlik tapdı… İkimiz də tez gəlib sakitcə dayanırdıq qarşısında, deyirdik “mən eləməmişəm”. (Gülür) Qonşumuzda Leyla adlı bir qız var idi, həmişə deyirdi ki, “onda yəqin Leyla eləyib” (Gülür) İndi qardaşımla söhbət edəndə atamın elə sözləri yadımıza düşür… Bilirsiniz, böyüdükcə başa düşürsən ki, onsuz da bütün insanlar gedəcək… Heç kim bu dünyada daimi qalmayacaq. Hərdən istəyirəm ki, onun öldüyü yaşa çatım. Bilmək istəyirəm, görüm bu necə hissdir. Adam necə düşünür, nə hiss edir…

 

– Çox pis hissdir. Onun yaşına çatana qədər yoxluğu həyatında sadəcə boşluq olur. Bu boşluğu isə analar doldurmağa çalışır, yoxluqlarını hiss etdirməmək üçün hər şeyi edirlər. Amma böyüyüb onun öldüyü yaşa çatanda içindəki boşluğa doğmalıqla birlikdə təəssüf, nisgil, ağrı dolur… Sanki ölməzdən əvvəl nələr düşündüyünü hiss edirsən, arzularını, planlarıın kəşf edirsən… Yoxluğu ilə yaşamaq nələr hiss etdiyini bilərək yaşamaqdan asandır…

 

– Hər gün ona doğru gedirəm. 36 yaşım olacaq… Yaşa dolduqca hiss edirəm ki, ona oxşamağa başlayıram. Anam həmişə deyirdi ki, atan yaxşı şəkillər çəkirdi… Uşaqlıqda mən də yaxşı şəkillər çəkirdim… Bilirsiniz ki, Daxili İşlər Naziri Ramil Usubovla atam tələbəlik illərindən yaxın dost olublar. Bir dəfə bir məqalədə oxumuşdum, nazirimiz deyirdi ki, “Şirin qızılgülü çox yaxşı çəkirdi”. Onu oxuyandan sonra həmişə qızılgülü çəkməyə çalışırdım. Fikirləşirdim ki, görən o necə çəkirdi, mən çəkən şəkil ona oxşayırmı? Atam peşəsini sevən insan olub. Mən müəlliməyəm, auditoriyada tələbələrimi necə çox istədiyimi hiss etdikcə başa düşürəm ki, atam öz döyüşçülərini niyə bu qədər çox istəyirdi… Bunda da atamla oxşayırıq… Bəzən anam əllərimə baxıb deyirdi ki, atanın barmaqlarına oxşayır…

 

– Necə hissdir ona oxşadılmaq?

 

– Çox doğma, isti bir duyğudur. İllərlə bəzi oxşarlıqlar ortaya çıxdıqca sanki onun yaşadığını hiss edir, sevinirsən… O qədər xoş olur ki… Hamımız öləcəyik. Heç kim anadan qəhrəman doğulmur. Bu məqamı ortaya situasiyalar çıxardır. Atam özünün sadə həyatını yaşayar, dost-tanış içində ömrünü başa vurardı. Amma elə bir zaman yetişdi ki, bu insan kəşf olundu. Qəhrəmana çevrildi. Tək atam yox, ev-eşiyini, ailəsini qoyub müharibəyə gedən o qədər insan oldu ki… Sıradan həyat yaşayacaqdılar, övladlarının yanında qocalacaqdılar, amma onlardan çox uzaqlarda, torpağı müdafiə edərkən qəhrəmanlıq göstərib şəhid oldular…

 

– Həm qəhrəman qızı olmaq, həm də atasız olmaq necə duyğudur?

 

– Təbii ki, onun qəhrəman olması içimdəki boşluğu qapatmır. Amma atasızlığı çox hiss eləmişəm demək, doğru olmazdı. Anam əlindən gələni edib ki, biz bunu hiss etməyək. Bəzən yuxuda görürdüm ki, ama gəlir… Oyanıb çox istəyirdim ki, yuxum çin olsun… Bilirsiniz, burada atamla birlikdə uyuyan insanlar hamısı ölümləri ilə bizə ömürlük tərbiyə veriblər. Həmişə hiss etmişəm ki, atam yanımdadır…

 

– Amma yenə də onun ölümü ilə həyatınız dəyişdi…

 

– Bəli… Atamın ölümündən sonra Ağdamdakı bütün qohumlar bizə gəldi… 3 otaqlı evdə 13 nəfər yaşayırdıq… Sonra yavaş-yavaş hamı yataqxanalara köçdü… Ancaq anamın valideynləri ömürlərinin sonuna kimi bizimlə yaşadılar. Məktəbə getdik… Uşaqsan, istər-istəməz elə bilirsən bu ancaq sənin başına gəlib… Çalışırsan ata haqqında danışmayasan… Kimsə atasından danışanda sən çəkinirsən, mövzunu dəyişirsən… Hər il yanvarın 20-də uşaqları məktəbdən Şəhidlər Xiyabanına gətirirdilər. Mən həmən günü heç vaxt dərsə getmirdim. Müəllimə də başa düşürdü, üzümə vurmurdu… Uşaqlar hər dəfə atamın məzarını da ziyarət edir, səhər gəlib dərsdə danışırdılar. Bir dəfə də gəliblər… Kimsə məzarın üstünə şeir yazıb qoyubmuş… Yağış misraların bəzilərini pozubmuş, amma uşaqlar oturub o şeri oxumuşdular… Səhər gəlib sinifdə danışdılar…

 

Atamın yoxluğunu hiss eləmədik, çünki hərbçi idi, onsuz da evdə az tapılırdı. Cismən yoxluğunu hiss eləmirdik. Adama elə gəlirdi ki, yenə gələcək… Amma anam o qədər möhkəm qadın idi ki, biz bir gün də olsun onun evdə oturub ağladığını, ya şikayət etdiyini görmədik. Təsəvvür edin, atam rəhmətə gedəndən sonra bizi saxlamaq bir tərəfə, qaçqın gələn qohumlar, hamısı işsiz, dövr çətin, şəhərdə qıtlıq… Anam özünü toplayıb hamını yerbəyer elədi… İmkan elə gətirdi ki, işini dəyişdi, müəllimə idi, DİN-də pasport qeydiyyatı idarəsində işləməyə başladı…

 

– Bəlkə atanız bu qədər ürəklə döyüşməsində elə gücü ananızdan alırdı? Onun bu əzminə, gücünə arxayın idi, bilirdi ki, övladlarını kimə tapşırıb…

 

– Bunu yüz faiz bilirəm, atam heç vaxt düşünməyib ki, mən ölsəm uşaqlarım necə olacaq. Bilib ki, evində güclü bir qadın qoyub gedib… Sonrakı illər yadımdadır… Qardaşımla mən dərslə məşğul idik, anam səhər işə gedib, axşam gəlirdi. O qədər marşrut dəyişir, evə elə yorğun gəlirdi ki… Yorğun-arğın gəlib girirdi yerinə… Bəzən danışmaq istəyirdik, gedib girirdik yanına…

 

– Siz danışdıqca bir daha əmin oluram ki, böyük amallar uğrunda savaşan kişinin qadını mütləq savadlı olmalıdır…

 

– Bəli, qadın mütləq savadlı olmalıdır…

 

Şirin çiçəklərin arasından tapdığı balıqqulağını ovcunda sıxıb, üstümüzə qaçır. Sevinclə hamımıza göstərdikdən sonra, balaca əlini qürurla uzadıb, balıqqulağını babasına göstərir. Qəhrəman o adamdır ki, yoxluğunda dünyaya gələn insanlar da onu canlı hesab edir. Eyni ilə Şirin Mirzəyev kimi. Caviddən babası haqqında soruşuram:

 

– Baban haqqında nə bilirsən?

 

Cavid: Mənim babam Azərbaycanın Milli Qəhrəmanıdır. Bu haqda məktəbdə müəllimimiz də danışıb.

 

– Nə danışıb?

 

Cavid: Məni göstərib deyib ki, “Cavidin babası qəhrəmandır”.

 

– Şirin nə bilir babası haqqında?

 

– Elə şəkillərə baxıb deyir “Şirin babamdır”, bilir ki, babasının adını daşıyır. Çox məzəli uşaqdır… Hərdən elə məzəli hərəkətlər edir ki, anam deyir yüz faiz aktyor olacaq. Babası ola bilmədi, nəvəsi olacaq onun yerinə… Bilirsiniz də, axı atam aktyor olmaq istəyirmiş… İncəsənət universitetinə qəbul olunmaq istəyirmiş, deyəsən alınmayıb, sonra əsgərliyə gedib, oradan da hərbçi olmağa qərar verib. Amma o qədər incəsənətə, şeirə bağlı adam idi ki… Sabirin “Hophopnamə”sini əzbər bilirdi. Kitab da həmişə stolunun üstündə idi…

 

– Şirinin adını kim qoyub?

 

– Özüm… Biləndə ki, oğlum olacaq, ağlıma gəldi ki, adını Şirin qoyacağam. Anama dedim, heç nə demədi. Həmən gecə yuxuda atamı gördüm. Artıq nənəm rəhmətə getmişdi… Gördüm ki, anam, nənəm və mən dayanmışıq. Pərdənin arxasında isə atam yatıb. Birdən tərpənib, oyanır. Nənəmlə anam bir-birinə deyir ki, “özünə deməyin ki, 20 ildir yox idi, yatırdı”… Amma atam əməlli-başlı dirildi, ayağa qalxdı… Elə sevinirdik ki, 20 ildən sonra atam dirilib… Oyanıb yuxumu kimə danışdımsa, dedilər sən oğlunun adını Şirin qoymaq istəmisən və bu atana agah olub. Sevinib ki, sən onu yaşadırsan…

 

– İndi onunla üz-üzə dayanıb onsuz keçən 24 ilə nəzər salanda nələrə “heyif” deyirsiniz?

 

– Torpaqları itirməyimizə heyif deyirəm. Kaş Qarabağı qoruyub saxlaya bilərdik… Baxın, burada hər rayondan şəhid var. Atəşkəs elan olunsa da, daima şəhid veririk… Nə qədər ömürlər yarıda kəsildi, bu müharibədən bütün millət yara aldı, heç olmasa torpaq itirməyəydik… Aprel hadisələrində bir neçə yüksəklik azad olundu deyə fəxrlə deyirsən ki, bu adam torpaq uğrunda şəhid oldu… Kaş ki, torpaqlarımız erməni işğalından azad edilsin və onların məzarı başında qürurla dayana bilək… Bilək ki, indi ruhları şaddır…

+12

mənbə :
lent.az




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti info website