19.06.2016 / 08:08 xeber –
Çinin Tibet muxtar vilayətinin cənub-şərqində torpaq sürüşməsi nəticəsində səkkiz nəfər kənd sakini həlak olub.
Musavat.com xəbər verir ki, bu haqda Sinxua agentliyi məlumat yayıb.
Məlumata görə, Ninqçi dairəsinin Paldenze kəndinin doqquz sakini yağışdan qorunmaq üçün mağarada gizlənib və bu zaman torpaq sürüşməsi baş verib.
Xilasedicilər bir nəfəri torpaq altından çıxara bilib. Xilasetmə əməliyyatları davam etdirilir.
mənbə :
lent.az
Şərh yaz.