20 İyun 00:25
xeber – Bu barədə faktı aktyorun meneceri təstiqləyib.
Məşhur Hollivud aktyoru rus əsilli Anton Yelçin bu gün bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, bu barədə faktı aktyorun meneceri Cennifer Allen təstiqləyib.
27 yaşlı aktyor San-Fransiskoda evinin yaxınlığında qəzaya uğrayıb. Verilən məlumata görə, Yelçin maşın ilə evinin darvazasına sıxışaraq ölüb. Onun cəsədini dostları aşkar edib.
1990-cı ildən başlayaraq filmlərə çəkilən, çəkildiyi bir çox film və seriallarla əkəsriyyətin sevgisini qazanan aktyor “Star Trek” serialında oynadığı rolu ilə daha da məşhurlaşmışdı.
Gənc aktyor “Terminator Qurtuluş”, “Qorxu Gecəsi”, “Səni sevirən Nyu-York” kimi filmlərdə rol alıb. Digər tərəfdən “Şirinlər” də daxil olmaqla bir çox animasiya filmlərinin səsləndirilməsində iştirak edib. IMDB saytının məlumatına görə, hazırda aktyorunu ekranlarda yayımlanması gözlənilən 5 filmi var.
Anton Yelçin vəfat edibÖtən həftə isə yadplanetli Alf rolunu canlandırmaqla məşhurlaşan sirk artisti, macar aktyor Mixay Mesaroş 76 yaşında Los-Angelesdə vəfat edib. Mesaroş hamamda yıxıldığı üçün xəstəxanaya çatdırılıb. İki gün komada qalan aktyor dünyasını dəyişib.
Bu barədə jurnalistlərə aktyorun meneceri Denis Verqa məlumat verib. Həyatının son illərində Mesaroş ağır xəstləliyə tutulduğu üçün işləyə bilməyib. Buna görə də aktyorla 1974-cü ildən bu yana dostluq edən Verqa onun xəstəxana və dəfn mərasimi xərclərini ödəmək məqsədi ilə kampaniyaya başlayıb.
Mixay Mesaroş-aktyor
mənbə :
anspress
Şərh yaz.