20 İyun 11:31
xeber – Son vaxtlar bu cür hallar ABŞ-da tez-tez qeydə alınmağa başlayıb.
ABŞ-ın Florida ştatında iki yeniyetmə güllələnib. Onların meyitləri Orlando şəhərində evlərdən birinin bağçasında tapılıb. Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, şahidlər bildirib ki, hadisə yerini tərk edən tünd rəngli avtomobil görüblər. 16-18 yaşlı yeniyetmələrin qətlinin motivləri və hadisənin təfərrüatları araşdırılır.
Son vaxtlar bu cür hallar ABŞ-da tez-tez qeydə alınmağa başlayıb. Elə təkcə ötən həftə bir neçə silahlı insident yaşanıb ki, bunlardan ən çox insan itkisinə səbəb olanı Orlandoda gey-klubda baş verən terror aktıdır. Hadisə nəticəsində 50 nəfər həlak olub 53 nəfər yaralanıb.
29 yaşlı Omar Matin adlı şəxs kluba daxil olarq ətrafa atəş açıb. Terror hadisəsi ilə bağlı məsluiyyəti üzərinə İŞİD terror qruplaşması götürüb.
İyunun 11-də isə Orlando şəhərində “Səs” telemüsabiqəsinin sabiq iştirakçısı Kristina Qrimmi qətlə yetirilib. İfaçı konsertdən sonra pərəstişkarlarına avtoqraf verdiyi zaman naməlum şəxs müğənni Kristinaya atəş açıb.
Müğənninin qardaşı dərhal atəş açan kişini tutmağa cəhd etsə də naməlum şəxs özünə qəsd edib.
mənbə :
anspress
Şərh yaz.