21 İyun 00:27
xeber – Rusiya yığması qrupda sonuncu yerdədir.
“Avro-2016” qrup oyunları çərçivəsində Rusiya və Uels mill komandaları üz-üzə gəlib. Tərəflər Tuluza şəhərinin “Munisipal” stadionunda bir-birlərinə qarşı mübarizə aparıb. Matça isveçli Yunas Erikssonun başçılıq etdiyi hakimlər briqadası nəzarət edib.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, qarşılaşma Bakı vaxtilə saat 23-də başlayıb. İlk hissənin sonuna kimi Uels yığması 2 dəfə rusların qapısına yol tapa bilib. Oyunun 11-ci dəqiqəsində Aaron Remsi qapıçı Akinfeyev ilə mübarizədən qalib ayrılıb – 1:0.
Çox keçməmiş oyunda hesab yenə dəyişib. Uelsli Nil Teylor komandasını irəli çıxarıb. Vurulan 2-ci qol rusiyalıların müdafiəsini alt-üst edib. Rusiya 0 – Uels 2. Növbəti mərhələyə keçmək üçün Rusiya yığmasına mütləq qələbə lazımdır.
Halhazırda oyunun 2-ci hissəsi gedir. Hesab hələki dəyişməyib.
mənbə :
anspress
Şərh yaz.