21.06.2016 / 23:47 xeber –
Liviyanın qərbindəki Qarabulli şəhərində yerləşən silah anbarında baş vermiş partlayış nəticəsində 29 nəfər ölüb, onlarla şəxs yaralanıb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bir qrup silahlı şəxs könüllülərdən ibarət hərbiləşdirilmiş dəstənin silah anbarını ələ keçirib. Hücum zamanı partlayış baş verib. Könüllülər geri çəkilərkən anbarı minaladıqları ehtimal olunur.
mənbə :
lent.az
Şərh yaz.