22 İyun 01:51
xeber – Partlayış ölkənin qərbində yerləşən Qarabulli şəhərində baş verib.
Liviyada silah anbarında güclü partlayış baş verib. Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, hadisə nəticəsində 28 nəfər həyatını itirib.
Hadisə ölkənin paytaxtı Tripolinin qərbində yerləşən Qarabulli şəhərində qeydə alınıb. Onlarla insanın yaralandığı bildirilir.
Məlumata görə, bir qrup silahlı şəxs könüllülərdən ibarət hərbiləşdirilmiş dəstənin silah anbarını ələ keçirib. Hücum zamanı anbarın ərazisinə raket atılıb. Partlayışın silah anbarına raket düşməsi nəticəsində baş verdiyi bildirilir.
Bəzi məlumatlara görə isə partlayış Qarabulli şəhərində mağazalarda baş verən oğurluqdan sonra törədilib. Mağazaların oğurlandığını görən gənclər əvvəlcə yolları bağlayıb. Daha sonra isə Milli Barışıq Hökumətinə məxsus hərbi bazanın tərkibində yerləşən anbara hücum ediblər.
Mayın 19-da Liviyada Milli Barışıq Hökumətinin hərbçilərinə qarşı törədilən terror aktı nəticəsində 32 nəfər ölmüşdü. Həmin vaxt terrorçu-kamikadze özünü minalanmış avtomobildə partladıb. Terror aktının İŞİD qruplaşması tərəfindən törədildiyi ehtimal edilir.
mənbə :
anspress
Şərh yaz.