23 İyun 07:41
xeber – Ölkənin Avropa itttifaqındakı aqibəti bu gün referendum yoluyla müəyyən olunacaq.
Böyük Britaniyada tarixi an! Ölkənin avropa birliyindəki aqibəti bu gün referndum nəticəsində məlum olacaq!
Böyük Britaniya xalqı bu gün Avropa Birliyi tərkibindəki gələcəyinə aydınlıq gətirəcək. İngilislər ölkənin Birliyin tərkibində qalıb-qalmayacağını müəyyən etmək üçün bu gün referendumu keçirir.
Azadlıq.az xəbər verir ki, ans tv-nin məlumatına görə, ötən gün səsvermə ilə əlaqədar sonuncu təşviqat kampaniyası keçirilib. Artıq hər kəs diqqətini səsvermənin nəticələrinə yönəldib.
Ölkənin siyasi arenasında bir tərəfdə baş nazir Devid Kemeron, müxalif leyboristlər partiyasının lideri Ceremi Korbin və liberal demokrat Tim Ferron Avropa Birliyi tərkibində qalmaq üçün təşviqat aparıb.
Digər tərəfdə isə, mühafizəkar Boris Conson və Müstəqillik Partiyasından Naycel Faraj Böyük Britaniyanın Avropa Birliyi xaricində daha təhlükəsiz olacağını bildirib
Avropa liderləri referendumla əlaqədar Britaniyaya sonuncu dəfə xəbərdarlıq ediblər. Britaniyada 46 milyon insan səsvermədə iştirak edə bilər.
İngiltərədə referendum olacaq
mənbə :
anspress
Şərh yaz.