23 İyun 11:16
xeber – MN rəsmisi aprel döyüşlərində uzun illər erməni tapdağında olan ərazilərin bir hissəsini işğaldan azad edildiyini xatırladıb.
“Bu ilin aprel hadisələrində Azərbaycan silahlı Qüvvələri bir daha öz gücünü düşmənə göstərdi. Həmin hadisələr zamanı erməni silahlı birləşmələrinin təxribatının qarşısını layiqincə alan Azərbaycan Silahlı Qüvvələri uzun illər erməni tapdağında olan ərazilərimizin bir hissəsini işğaldan azad etdi”.
Bu sözləri Müdafiə Nazirliyinin Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində məzunların buraxılış mərasiminə qatılan müdafiə nazirinin şəxsi heyətlə iş üzrə müavini, general-leytenant Kərim Vəliyev deyib.
O, qeyd edib ki, Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsində Silahlı Qüvvələrin üzərinə böyük məsuliyyətin düşür. O, artıq düşmənin Azərbaycan Ordusu hər zaman ondan üstün, vətənə, xalqa, dövlətə sədaqəti hədsiz olduğunu anladığını deyib.
“Aprel hadisələrində prezident İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinə layiqli qiymət verdi, hərbçilərimizin şücayətini lazımi səviyyədə qiymətləndirdi.
Bu gün Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirən zabitlərimizin də vətənə, xalqa sədaqətli olacağına əminik. Silahlı Qüvvələrin rəhbərliyi əmindir ki, bu günki məzunlar, gənc zabitlər də vətənin kreşiyində sədaqətlə duracaq, torpaqlarımızın işğaldan azad olunmasında xüsusi şücayət göstərəcək. Torpaqlarımızın azad edilməsində vətən sizdən qəhrəmanlıq gözləyir”.
Buraxılış kursunun 4 məzununa fərqlənmə diplomu və müdafiə naziri, general-polkovnik Zakir Həsənovun adından qiymətli hədiyyələr təqdim olunub.
mənbə :
anspress
Şərh yaz.