Azadliq.az

Azərbaycan Xəbərləri


Azadliq » Xeberler» Xeber

SSRİ qeder mövcud olmuş möhteşem Azerbaycan dövleti – SACİLƏR

SSRİ qədər mövcud olmuş möhtəşəm Azərbaycan dövləti - SACİLƏR

23/06/2016

20:28

23.06.2016 / 19:25 xeber –

APA TV-nin “Səsli tarix” layihəsinin növbəti buraxılışı Azərbaycanın çox az tədqiq olunan dövlətlərindən birinə – Sacilər dövlətinə həsr olunub. Hökmdarlar Məhəmməd Sacoğlu və Yusif Sacoğlunun tarix qarşısında ən böyük xidmətlərindən biri dövlətçilik ənənələrimizi möhkəmlətmək olub. Sizləri Sacoğullarının yaratdığı, ərazisini böyütdüyü, Xilafətdən müdafiə etdiyi dövlətlə bağlı proqramın aparıcısı, tarix üzrə fəlsəfə doktoru, BDU-nun Arxeologiya və etnoqrafiya kafedrasının dosenti Kərəm Məmmədlinin fikirləri ilə tanış olmağa dəvət edirik.

 

Xilafətin türkləşməsi, türk anadan doğulan xəlifələr – Məmun, Möhtəsim, Mütəvəkkil

 

Ön Asiyada Xürrəmilər hərəkatı yatırıldıqdan sonra Xilafətin istər daxili, istərsə də xarici siyasətində türklər əsas rol oynamağa başladılar. O dövrün tarixi mənbələrində qeyd olunur ki, Bağdad şəhərində belə türklər üstünlük təşkil etməyə başladığından onlar üçün xüsusi olaraq Samiriyyə şəhəri salınmışdı və orada türk qarnizonu yerləşirdi. Nəzərə almaq lazımdır ki, xəlifələr Əl Məmun, Əl Möhtəsim, Əl Mütəvəkkilin anaları türk qızları idi. Məsələn, bəzi mənbələr Əl Məmun və Əl Möhtəsimin anası ilə bağlı yazırlar ki, o, Xəzər xaqanın qızı idi. Digər mənbələr isə onun Xəzər xaqanlığından gətirilmiş kəniz olduğunu yazırlar. Harun ər Rəşid Mərid adlı həmin qadınla evlənir və Məmunla Möhtəsim bu izdivacdan dünyaya gəlirlər. Ərəb mənbələri xüsusilə Möhtəsimi qınayırdılar ki, o, daha çox dayıları üçün işləyir. Həmin dövrdə təkcə, saray əyanları deyil, ordu da türklərdən təşkil olunmuşdu.

 

Türklər xilafətin həm daxili, həm də xarici siyasətini diktə edən qüvvəyə çevrilmişdi. Akademik Ziya Bünyadovun əsərində Abid ibn Şəriyyə ilə Müaviyənin söhbəti var. Həmin söhbətdən aydın olur ki, ərəb xəlifəsi “Azərbaycan deyilən yer haradır?” sualını verəndə cavab belə olur: “Azərbaycan qədim dövrlərdən türklərin məskunlaşdıqları və indi onların çox sayda yaşadıqları bir bölgədir”. Bunu xəlifələr də başa düşürdülər. Ona görə də Babək hərəkatını yatırmaq üçün göndərilən ordunun böyük bir hissəsi türklərdən ibarət idi. Digər tərəfdən məhz yerli əhali içərisində özlərinə dayaq axtarmaq üçün, yerli əhali ilə uzlaşmaya nail olmaq üçün həmin əraziyə türk canişin göndərdilər. Babək hərəkatı yatırıldıqdan dərhal sonra mənşəcə, Xəzər xaqanı ilə qohum olan, Xaqan adlı birini canişin təyin edirlər. Bizim tarixşünaslığımızda yanlış olaraq  Əbu Sac ibn Divdadın adı çəkilir. O da türk idi, Afşin sülaləsinə mənsub idi, daha dəqiq desək, Babək hərəkatını yatırtmış Heydər ibn Kavus Afşinin doğma əmisi oğlu idi. Mənbələrdə qeyd olunur ki, Babək Bəzz qalasını sonuncu dəfə görəndən sonra onu Samiriyyəyə gətirən də Buzbara və Əbu Sac ibn Divdad adlı türk sərkərdələri olub. İstər yerli əhali, istərsə də ora göndərilən canişin artıq Azərbaycanın xilafətin orbitindən çıxmasına şərait yaradırdı.

 

IX əsr xilafətini təsvir etsək, görərik ki, Misir ərazisində Tulunoğulları, İğşidoğulları və Azərbaycanda Sacoğullarının hakimiyyətdə olduğunu görərik. Ümumi baxsaq, Bağdad xilafətin ən şimal nöqtəsi, Misir isə qərb nöqtəsi sayıla bilər. 750-ci ildə Əməvilər sülaləsi hakimiyyətdən uzaqlaşdırılmışdı. Taxta çıxan Abbasilər sülaləsi istər-istəməz təkcə, ərəblərə deyil, eyni zamanda  xilafətdə üstünlük təşkil edən türklərə xidmət etmək məcburiyyətində idi. Təbii ki, xəlifələrin türklərlə qohumluğu, yəni onların analarının türk olması məsələsi də vardı.

 

Ərməniyyə, Azərbaycan və Cibal hakimi Məhəmməd bin Əbu Sac əl-Afşin

 

Təəssüf ki, tarixşünaslıqda Sacilər, Salarilər dövləti kimi terminlər işlədilir. Lakin rəsmi məktublarda dövlətin adı bu cür deyil. Sülalənin qurucusu Əbu Sac ibn Divdad sayılır. O, Azərbaycana təyin olunmamışdan qabaq mühüm vəzifələrdə çalışmışdı. Məsələn, Məkkə və Mədinə yollarının rəisi olmuşdu. O dövrdə bu, çox böyük vəzifə hesab edilirdi. Ondan başqa Əbu Sac ibn Divdad bir çox bölgələrin canişini olub. O, Azərbaycana etnik mənşəyinə, eləcə də yerli əhali ilə dil tapa biləcəyinə görə təyin olunmuşdu. Əbu Sac ibn Divdad vəfat etdikdən sonra Azərbaycan xilafətdən qismən uzaqlaşmağa başlayırsa, oğlu Məhəmmədin dövründə daha da genişlənir. 893-cü ildə Məhəmməd bin Əbu Sac əl-Afşin Azərbaycana hakim təyin edilir. Onun titulu belə idi – Ərməniyyə, Azərbaycan və Cibal hakimi.

 

Baqratuni – erməni, gürcü, yoxsa yəhudi?

 

Məhəmməd ibn Əbu Sac fəaliyyəti ilə hakim titulunu hökmdar şəklinə sala bildi. 893-cü ildə Azərbaycanda hakimlik təsdiq olunandan sonra Məhəmməd ibn Əbu Sac Baqratuni sülaləsindən olan I Sumbatın başına tac qoyur və onu özünün valisi təyin edir. Baqratuni sülaləsi ilə bağlı erməni və gürcü tarixçiləri  arasında özününküləşdirmə cəhdləri var. Ermənilər Baqratuni, gürcülər isə Baqrationi şəklində işlədirlər. Xüsusilə, Suriya mənbələrində qeyd edilir ki, bu sülalənin əsasını qoymuş Şapux Baqrationi əslində yəhudi mənşəli idi. Təəssüf ki, sovet hakimiyyəti illərində yazılmış kitablarda bunun adı erməni çarlığı kimi gedir. O dövrdə hər hansı erməni çarlığı haqqında danışmaq düzgün deyil. I Sumbat özünü faktiki olaraq, Məhəmməd Sacoğlunun valisi sayırdı. Diqqət etmək lazımdır ki, hay xisləti deyə bir anlayış vardı.

 

Azərbaycan ərazisini böyüdən hökmdar – Məhəmməd Sacoğlu

 

Məhəmməd Sacoğlu onun hakimiyyəti ilə razılaşmaq istəməyən Abdullah Həmədanini məğlub edir. 896-cı ildə regiona nəzarət tam olaraq Məhəmməd Sacoğlunun əlinə keçir. Lakin fürsət tapan kimi I Sumbat gah Bizans imperatoru VI Lev, gah İber knyazı Atrnersexlə ittifaq quraraq Azərbaycanın qərb sərhədlərinə tez-tez hücum edir. Xüsusilə, strateji əhəmiyyət daşıyan və mənbələrdə Azərbaycanın qərb paytaxtı kimi qeyd olunan Dəbil şəhəri – indi Divin, eləcə də ona yaxın olan Aniyə tez-tez yürüşlər təşkil edilirdi. Bu yürüşlərə qarşı Məhəmməd Sacoğlunun 3 böyük yürüşü olub. Hər üç yürüşdə I Sumbat darmadağın edilib. İohannes Rasxakerçi adlı erməni müəllifi yazır ki, ermənilər Dəbili tutduqdan sonra elə bir zəlzələ oldu ki, ora ermənilər üçün qəbirə çevrildi. Bu da Məhəmməd Sacoğlunu ölkənin qərb sərhədlərini möhkəmləndirməyə vadar edir.

 

I Sumbatın arvadını və gəlinini girov götürən hökmdar

 

3-cü yürüş zamanı o hətta Sumbatın gəlinini, həyat yoldaşını, daha sonra oğlu Aşotu da girov kimi götürmüşdü. Məhəmməd Sacoğlunun xacə başçısı xəyanət edərək Aşotla gəlini qaçırdır. Məhəmməd Sacoğlu həmin xacə başçısını Misirdə ələ keçirərək edam etdirir. Məhəmməd Sacoğlunun fəaliyyətinin ən mühüm xüsusiyyətlərindən biri budur ki, hər zaman təhlükədə olan qərb tərəfi Azərbaycanın tərkibindən çıxmağa qoymadı. Vaxtilə bulqar türkləri tərəfindən salınmış Qars şəhəri, Ərzurum, Amid əraziləri Azərbaycanın tərkibinə qatıldı.

 

Xilafətə boyun əyməkdən imtina edən Azərbaycan hökmdarı Yusif Sacoğlu

 

Məhəmməd Sacoğlunun bu fəaliyyəti təkcə, Bizans tərəfindən deyil, Xilafət tərəfindən də böyük həyəcanla izlənirdi. 901-ci ildə Məhəmməd Sacoğlunun ölümündən sonra Xilafətə qarşı radikallığı ilə seçilən Yusif Sacoğlu hakimiyyətə gəlir. Yusifin hakimiyyəti dövrü Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir. Yusif hələ qardaşının hakimiyyəti illərində 896-cı ildə Azərbaycana gəlmişdi. O zaman Azərbaycanın paytaxtı əvvəlcə Marağa idi, sonradan Ərdəbilə köçürüldü.  Coğrafi baxımdan baxsaq və tarixi Azərbaycan torpaqları ilə müqayisə etsək, Ərdəbil Azərbaycanın tam mərkəzində yerləşir.

 

Yusif Sacoğlunun  hələ hökmdar olmadığı dövrdə əsas niyyəti nədən ibarət idi? Mənbələr qeyd edir ki, Yusif Sacoğlu xilafətə gedən karvanın – təbii ki, o karvanda Azərbaycanın bac-xəracı aparılırdı – qarşısını kəsir və deyir ki, “Azərbaycanın varidatı Azərbaycana qalmalıdır”. Yusif Sacoğlu Azərbaycanın münasibətlərinin gərginləşdiyi bir məqamda Yusif Sacoğlu Azərbaycanın hökmdarı oldu. Təbii ki, bu, xilafətlə münasibətlərin daha da gərginləşməsində səbəb oldu. 907- ci ildə xüsusi gərginlik yaşandı. Hətta Yusif Sacoğlu xəlifənin göndərdiyi fərmanı cıraraq cümə namazına gələnlərin ayaqları altına atdı. Bununla da Azərbaycanın bundan sonra xilafətə xərac verməyəcəyini vurğuladı.

 

I Sumbatın hay xisləti, Azərbaycan dövlətçiliyinə qarşı sui-qəsd

 

Bu nəyə gətirib çıxardı? Hər zaman Azərbaycana hücum etməyə hazır olan I Sumbat bu dəfə Xilafətlə münasibətlər qurur. O qədər ikiüzlü insan idi ki, bir tərəfdən xəlifəyə fərman göndərmişdi ki, Azərbaycana bitişik bütün bölgələrin valiləri və hakimləri Azərbaycanda qiyam qaldırmış Yusif Sacoğluna qarşı qüvvələri birləşdirsin, o isə kömək üçün Bağdaddan qüvvə göndərəcək. Xəlifənin göndərdiyi adam Sumbatın yanında olarkən Sumbat bir tərəfdən Yusifə qarşı ordu hazırlayırdı, digər tərəfdən də gizli məktub yazmışdı ki, “bunu mən sizə kömək üçün göndərirəm”. Bu, hay xislətinin göstərici idi.

 

Akdamar məbədində Yusuf Sacoğlu rəsmi

 

908-ci ildə Yusif qərar verir ki, öncə arxadakı düşməni vurmaq lazımdır. Sumbat güman edirdi ki, Yusif onun üzərinə dağ Borçalı istiqamətində, Tiflisdən keçərək gələcək.  Bu məqsədlə qədim türk yurdlarından biri olan, bu yaxınlara qədər Kalinino adlanan, indi isə ermənilərin özləri də bilmədən qədim adını qaytardığı Daşırda pusqu qururlar. Yusif Sacoğlu yollarda pusqu qurulduğunu öyrənəndə Şirak Dəbil istiqamətində fırlanaraq Sumbatın quldur dəstələrini mühasirəyə aldı. Sumbat Abxaziya istiqamətində qaçmağa məcbur oldu. Yusif Sacoğlu isə onu təqib edir. 908-ci il məşhur Nil döyüşündə Tiflisi ələ keçirmək istəyən İber knyazı Atrnersex, Bizans imperatoru Lev və I Sumbatın birləşmiş qüvvələri darmadağın edilir. Təəssüf ki, tarix kitablarımızda bu döyüşlər öz əksini tapmayıb. O döyüşdə qalib gələn Yusif Sacoğlu Sumbatı edam etdirir və onun yerinə oğlu Aşotu, digər tərəfdən Arsuruni nəslindən olan Qaqiki hökmdar təyin edir. Qaqik Aktamar məbədini tikdirəndə orada Yusif Sacoğlunun da rəsmini həkk edir.

 

Xilafətin 20 minlik ordusunun 7 min nəfərlə darmadağın edilməsi

 

Yusif Sacoğlu Bizans, erməni və gürcü qüvvələrini darmadağın etdikdən sonra 909-cu ildə Azərbaycana soxulmuş slavyanlara qarşı mübarizə aparmalı olur. 909-910-cu illərdə Yusif Sacoğlu slavyanların Azərbaycanın içərilərinə doğru irəliləməsinin qarşısını alır. Əsas hədəf Xilafətdən tamamilə qopmaq idi. Xilafət isə bunun qarşısını almaq məqsədilə 917-ci ildə Hakan əl-Müflihinin başçılığı ilə 20 minlik ordu göndərir. Yusif Sacoğlu bu ordunun qarşısını cəmi 7 minlik ordu ilə alır. Bunun ardınca Munisin başçılıq etdiyi ordu ilə 2 dəfə qarşılaşır və qələbə qazanır. Buna baxmayaraq, Yusif Sacoğlu xəlifəyə müraciət edir ki, “gəl bir-birimizin qanını tökməyək”. Təbii ki, xəlifənin göndərdiyi ordunun başında dayananlar yenə də türklər idi – Hakan əl-müflihi və Munis ət-Türki.

 

Xilafətdən Rey şəhərinin Azərbaycana verilməsi tələbi, əsirlikdə şah kimi davranılan hökmdar

 

917-ci ildəki məktub xüsusilə diqqət cəlb edir. Yusif Sacoğlu rəsmən tələb edir ki, Rey vilayəti Azərbaycana verilsin və o vilayətdən gələn gəlir əhli-beytə, yəni Həzrəti Əli nəslindən olanlara xərclənsin. Bu isə hələ o vaxtdan Həzrəti Əli sevgisinin olmasını və böyük bir vilayətdən gələn gəlirin məhz Həzrəti Əli nəslindən olanlara xərclənməsini nəzərdə tutan xahişnamə idi. 919-cu ildə baş verən döyüşdə Yusif Sacoğlu məğlub olur. Lakin xəlifə sarayında olduğu dönəmdə xəlifə onunla dustaq kim davrana bilmir. Çünki Məhəmməd və Yusif Sacoğlulların dövründə Azərbaycanda dövlətçilik ənənələri dirçəlmişdi, Sacoğluların yerli əhali arasında hörməti vardı. Onun keçmiş döyüşçülərindən, qulamlarından olan Subuk Azərbaycanda hakimiyyəti ələ alır və Yusifin həbsdən buraxılmasını tələb edir. O dövrün tarixçilərindən İbn Miskəveyx yazır ki, “xəlifə Muktədir Yusif Sacoğlu ilə dustaq kimi davranmaqdan qorxdu və onu Azərbaycana yola salmağa məcbur oldu”. Bu Yusif Sacoğlunun şəxsi keyfiyyətləri ilə bağlı deyildi. O, dövlətçilik ənənələrini möhkəmləndirmişdi, hətta əsir düşdüyü sarayda onunla şah kimi davranılmasına nail olmuşdu. Çox keçmir ki, xəlifə Yusif Sacoğlundan geri qayıtmağı xahiş edir. O dövrdə Qərmətilər hərəkatı güclənmişdi, xilafət isə bunun öhdəsindən gələ bilmirdi. Bu məqsədlə Yusif Sacoğlu Bağdada dəvət olunur.

 

“İslamın aslanı” adlandırılan Yusif Sacoğlunun qərmətilər tərəfindən öldürülməsi

 

Sacilərin Xilafətlə münasibətinə dair bir məqamı qeyd etmək yerinə düşər – Rey vilayətindən gələn gəlirin Həzrəti Əli nəslindən olanlara xərclənməsi. O dövrdə Xilafəti təmsil edən qüvvələr -istər Əməvilər, istərsə də Abbasilər sülaləsi dövründə sanki ərəb millətçiliyi məsələsi vardı. Xəlifə Əli nəslindən olanlara qısqanclıqla yanaşırdı, onları daim əzmək kimi məqamlar vardı. Səhv etmirəmsə, imam Museyi-Kazım da xəlifə sarayında zəhərlənib öldürülmüşdü. Babəkdən, xürrəmilikdən süzülüb gələn ideologiya, əhli-beyt aşiqliyi Yusif Sacoğlunda da müşahidə edilir. Bəzən ona “İslamın aslanı” deyirdilər, çünki Yusif Sacoğlu haqlı olaraq İslam yolunda  Həzrəti Əli nəslindən olanlara Abbasilər xilafətinin haqsız davranışından narazı idi. O zaman Yusif Sacoğlu, nəinki, öz türklüyünü, eyni zamanda İslamın dayaqlarını qorumaq uğrunda mübarizə aparırdı. Məsələn, Qərmətilər hərəkatı hətta Məkkəyə də basqın etmişdi. Bu hərəkatı yatırtmaq məqsədilə xəlifə Yusif Sacoğlunu Bağdada dəvət edir. Qərmətlərin başçısı olan Əbu Tahir Cənnabi 927-ci ilin dekabrında Yusif Sacoğlu ilə üz-üzə gəlir. Təəssüf ki, Yusif Sacoğlu məğlub olur və əsir götürülür. Mənbə yazır ki, əsirlikdə onunla yaxşı davranırdılar. Yusif Sacoğlu döyüşün gedişini müşahidə etmək üçün çadırdan çıxanda belə düşündülər ki, o əsirlikdən qaçmaq istəyir və Əbu Tahir Cənnabinin əmri ilə qətlə yetirilir.

 

Azərbaycanın bütövlük tarixi niyə təbliğ olunmur?

 

İstər Məhəmməd Sacoğlu, istər Yusif Sacoğlu, istərsə də ondan sonrakı hökmdarların dövründə dövlət faktiki olaraq, 941-ci ilə qədər yaşadı. Ən uzun müddət hakimiyyətdə olmuş hökmdarlarından Deysəmi qeyd etmək olar. O 879-cu ildən 941-ci ilə qədər Sacilər dövlətinin başında olmuşdu. Düz 62 il. Təxminən SSRİ-nin mövcud olduğu dövr qədər. SSRİ haqqında qalın kitablar yazılıb. Lakin Azərbaycanın bütövlük tarixi nədənsə qeyd edilmir. Çox zaman IX –XI əsrlər Azərbaycan feodal pərakəndəlik dövrü deyilir. Bu necə ola bilərdi? Şirvanşahlar Yusif Sacoğlundan vassal asılılığında idi, Dərbənd şəhəri Yusif Sacoğlu tərəfindən bərpa edilmişdi. Dərbənddən Zəncana, Qızılüzən çayına, Qərbdə Qars, Ərzurum, Dəbil, Aniya, Şərqdə isə Xəzər dənizinə çatan böyük bir dövlət, Azərbaycan adı ilə tanınan, hökmdarı bəlli, pulları dövrümüzə qədər gəlib çatmış bir dövləti biz daha geniş təbliğ etmirik. Bu dövlətçilik ənənəsi, Azərbaycanın bütövlüyünün qorunması, qərb, cənub, şimal sərhədlərinin qorunması sonradan bir sülalədən digərinə ötürüldü. Biz bunu Sacilər dövlətinin süqutu, Salarilər dövlətinin yaranması kimi təqdim edirik. Sacilər dövləti süqut etməyib. Sadəcə olaraq, Azərbaycan taxtında Sacilər sülaləsini 941- ci ildə Salarilər sülaləsi əvəz edib. 

mənbə :
lent.az




Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.
Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles