Azadliq.az

Azərbaycan Xəbərləri


Azadliq » Xeberler» Xeber

Bir seher bulvarda yoqa dersinde… – FOTOLENT

Bir səhər bulvarda yoqa dərsində... - FOTOLENT

24/06/2016

13:44

24.06.2016 / 12:38 xeber –

 

“Yoqa” sözü öz mənşəyini sanskrit dilindəki “yuq” sözündən götürür ki, o da tərcümədə “birləşmə”, “qovuşma”, “tövhid” mənasını verir. Yoqa altı əsas ortodoksal hind fəlsəfi sistemindən biridir. İnsanlığın başlanğıcından bəri Yoqa tətbiq olunmaqdadır. İlk başlarda Ustaddan şagirdə şifahi köçürülən məlumatlar zaman ərzində başqa təlimlərlə qarışdırıldığı üçün günümüzdən 2000-3000 il əvvəl Ustad Patancali (e.ə. I əsr) tərəfindən təkrar orijinal halına sadələşdirilib kitab halına salınıb.

 

 

Bu sabah günə yoqa edərək başladıq. Mən, peşəkar yoqlar Kənan Məmmədov və Mehriban Məmmədova… Bunun üçün ən ideal vaxt səhərdir.

 

 

Yoqa təlimçimiz Kənan Məmmədov 1997-ci ildən bəri Bakıda fəaliyyət göstərən “Yaşamaq sənəti” təşkilatının direktorudur. “Yaşamaq Sənəti” kommersiya məqsədi olmadan maarifləndirici və humanitar yönlü, ictimai təşəbbüslər və stress problemlərinin həlli yönündə fəaliyyət göstərən qeyri-hökumət təşkilatıdır. 1981-ci ildə Şri Şri Ravi Şankar tərəfindən yaradılmış bu təşkilat dünyanın 160-dən çox ölkəsində fəaliyyət göstərir. Beynəlxalq “Yaşamaq Sənəti” Fondu BMT-nin İqtisadi və Sosial Şurasında (Economic and Social Council — ECOSOC) xüsusi məsləhətçi statusa malikdir və Ümumdünya Səhiyyə Təşkilatında (World Health Organization — WHO) rəsmi məsləhətçi kimi işləyir. Bakıdakı “Yaşamaq Sənəti” mərkəzi beynəlxalq “The Art of Living” fondu çərçivəsində yaradılıb.

 

 

Dənizkənarı bulvarın kölgəlik yerində xalçalarımızı salıb, yüngül hərəkətlərlə yoqaya başlayırıq. Təlimçimiz yoqa haqqında məlumat verir:

 

 

– Yoqa qədim Hindistanda yaranıb. Yoqa 3 aspektin – bədənin, ruhun və beynin birləşməsidir. Bu aspektlər birləşəndə harmoniya yaranır. Yoqanın məqsədi insanları harmoniyaya gətirməkdir. İnsanlar müxtəlif səbəblərdən yoqa ilə məşğul olur. Yoqa insana daxili enerji, balans, güc verir. Kimi sağlamlıq üçün gəlir, kimi vaxtını səmərəli keçirmək üçün, bir başqası da əsəb, stressi azaltmaq üçün. Bəziləri üçün bu idmandır, bəziləri üçün fəlsəfə, həyat tərzidir.

 

 

Kənanın 25 yaşı var.  9 ildir, yoqa ilə məşğul olur. Yoqaya qədər o, şərq döyüş növüylə məşğul olurmuş.

 

– Yoqa haqqında eşitmişdim. Disk aldım, evdə məşğul olmağa başladım. İki ildən sonra anladım ki, artıq professional müəllimlə məşğul olmalıyam. Onda eşitdim ki, Hindistandan Bakıya yoqa müəllimi gəlib. Onun seminarına qatıldım. Beş günlük seminardan sonra özümdə daxili dəyişiklik hiss elədim.

 

 

-Nə dəyişdi?

 

 

– Daxildə maraq, ruh yüksəkliyi yarandı. Təbiəti daha incə duymağa başladım, canlıları hiss elədim. İnsanlara baxışım dəyişdi. Nəsə pislik görəndə başa düşürdüm ki, bunun arxasında insanların bədbəxtliyi durur. Xoşbəxt insan başqalarına zərər verməz. Ona görə də biz daxilən xoşbəxt olmalıyıq ki, bu pozitivi başqalarına da ötürək.

 

 

Bu gün biz həm ayaq üstə, həm uzanaraq, həm də bel üstə hərəkətlər elədik. Ayaq üstə etdiyimiz hərəkətlər daha çox onurğa sümüyümüzün açılması, dartılması üçündür. Uzanıqlı etdiyimiz hərəkətlər ümumi bədənin açılışması, çiyin və onurğa sümüyü üçündür. Hərəkətlərin bəziləri isə qarın hissədəki piylərin əriməsi üçündür. Bu hərəkətləri etdikdən sonra beldə ağrılar varsa, azalacaq, həzm sistemi normallaşacaq.

 

 

– Yoqa metobolizmanı düzəltdiyi üçün onunla məşğul olan bir çox insanın yuxusu da tənzimlənir. Rahat yatan insanın da gün ərzində enerjisi bol olur.

 

 

Yoqa həm də beynin konsentrasiyasını formalaşdırır. Biz işdə olarkən ailə haqqında düşünürük, ailədə olarkən iş haqqında. Beləliklə, beynimiz indiki zamanda olmur. Ya keçmişi düşünür, ya gələcəyi. Bu halda biz indiki zamanı itiririk.

 

 

– Əsl sakitlik, harmoniya indiki zamandadır. Uşaq olanda xoşbəxtliyi böyüməkdə görürük. Böyüyürük deyirik, “təhsil alım, daha xoşbəxt olacam”. Təhsil alırıq, yenə xoşbəxt olmuruq. Bu dəfə də xoşbəxtliyi işdə axtarırıq. İş də tapırıq, yenə həyatımızdan razı qalmırıq. Nəsə çatmır? Ailə qururuq. Yenə xoşbəxt ola bilmirik. Uşaq lazımdı. Uşaq da olur. Bu dəfə də deyirik, uşağımız böyüsün, xoşbəxt olacağıq. Beləcə, xoşbəxtliyimizi ertələyirik, gələcəyə atırıq. Bizim beynimiz indiki zamanla yaşamır. Bu zaman beyin stress keçirir. Stress də orqanizmə çox zərərlidir. Qaraciyər emosiyalara cavabdehdir. Siz əgər emosional insansınızsa, keçirdiyiniz bütün emosiyalar qaraciyərinizdə yığılır. Ona görə də insan beyni sakitləşdirməklə sağlamlığa çıxa bilər.

 

 

Yoqa deyəndə çox insan “Ooom” səsini başa düşür. Bu səs əslində 3 səsin birləşməsindən yaranır: “aum” “au” səsləri birlikdə deyilərkən uzun “o” səsini verir deyə meditasiya edərkən “om” deyilir.

 

– “Ooom” çox qədim səsdir. “A” səsi qarında yaranır. Bu bizim yaradıcılığımıza cavabdehdir. “U” səsi sinədə yaranır. Bu bizi qorumağa cavabdehdir. “M” səsi isə başda yaranır və dağılma və yenilənməyə cavabdehdir. Burda dağılma yaxşı mənadadır. Nəsə streotip varsa, onu dağıdır və yenilik gətirir. İnsanlardan bu 3 aspekt müxtəlif dərəcədə olur. Meditasiyadan əvvəl 3 dəfə “Ooom” deyirik. Bu zaman 3 aspekt birləşir, bədəndə titrəyiş yaranır. Bu səsdən sonra beyin avtomatik sakitləşir və meditasiya halına gəlir. Bəzi insanlar bunu yuxuya bənzədir.

 

 

6 yaşdan başlayaraq uşaqlar da yoqa ilə məşğul ola bilər. Ta…

 

 

– Limit yoxdu. Hazırda bizim mərkəzdə 70-80 yaşlarında insanlar var, aktiv yoqa ilə məşğul olurlar. Türkiyədə məşhur təlimçi var, 60 yaşından yoqayla məşğul olmağa başlayıb. İndi onun 76 -77 yaşı olar. 12 yaşa qədər uşaqlar üçün xüsusi proqram var. Onlara maraqlı olsun deyə, yoqanı oyunlarla edirlər. Yeniyetmələr üçün proqram ayrıdı. 13-17 yaş arası keçid dövrüdür. Uşaqların dostları, valideynləri ilə münasibəti çətinləşir. Onlara kömək etmək lazımdır. Biz onları həyata hazırlayırıq. Yoqa tək hərəkətlər deyil. Yoqlar həm də psixoloqdur.

 

 

Hamilələr də yoqa ilə məşğul ola bilər. Ancaq 1, 2, 7, 8 və 9-cu aylarda məsləhət görülmür.

 

 

– Əgər qadın hamiləlikdən əvvəl də yoqayla məşğul olubsa, son aylara qədər yoqa edə bilər. Lakin hamiləlikdə yoqaya başlayırsa, bu zaman bunun üçün ən yaxşı vaxt 4, 5 və 6-ci aylardır. Hamiləlikdə yoqa ilə məşğul olanda hamiləlik və doğuş rahat keçir.

 

 

Kənan deyir, onurğa və oynaqlarında problemi olanlara, əsəbi insanlara həkim yoqa ilə məşğul olmağı məsləhət görür. Hətta yoqayla məşğul olaraq siz pis vərdişlərdən də uzaqlaşa bilərsiniz.

 

 

– İçkiyə meylli insanlar xoşbəxtlik, rahatlıq axtarırlar. Yoqa edən adam daxilən xoşbəxt olur. Onun əlavə toksin maddələr qəbul etməyə ehtiyacı qalmır. Siqaret çəkənlər belə, zamanla bu vərdişdən uzaqlaşır.

 

 

İndiyə qədər çoxsaylı yoqa ustadları olub. İndiki dövrdə dünyanın ən tanınmış yoqa ustadı Şri Şri Ravi Şankardır. O, Hindistanda yaşayır. Şri Şri Ravi Şankar bu il ilk dəfə Azərbaycana gələcək. Multikulturalizm ili çərçivəsində Beynəlxalq Humanitar Forumda iştirak etmək üçün Bakıya dəvət olunub.

 

 

Yoqa ilə gün ərzində yarım saat məşğul olmaq kifayət edir. Açıq havada yoqa daha faydalıdır. Ona görə də biz dəniz kənarı bulvarı seçdik. Evdə edilən yoqa ilə dəniz kənarında, yaxud dağda edilən yoqa arasında fərq çoxdur. Təbiətdə daha effektiv olur. Ağciyərlərimiz daha çox oksigen qəbul edir. Əgər sizin imkanınız yoxdursa, evdə də edə bilərsiniz. Əsas odur ki, otağın pəncərəsi açıq olsun.

 

 

Hər bir kəsə ayrı-ayrılıqda kömək etmək və öz daxili dünyasına çatmaq üçün “Yaşamaq Sənəti” tərkibində yoqa, meditasiya və nəfəs texnikaları olan antistress proqramlar təklif edir. Bu proqramlar stresdən, depressiyadan, şiddətə meyldən azad olmaq üçün dünyada milyonlarla insanlara kömək edib. 

 

 

Yoqanın tarixi öz kökləri ilə qədim zamanlara gedib çıxır. Hind çayı boyunca tapılmış və Hind sivilizasiyasına (b.e.ə. 3300-1700 illər) aid olan bəzi əlyazmalarda meditativ və yoqa pozalarında olan fiqurlar təsvir olunub.

 

 

Yoqa təlimi bugünkü elmə təsir etmiş ən güclü mistik cərəyandır və bugünkü alimlər mistikanı, fövqəltəbii qabiliyyətləri analiz etmək üçün ən çox hind yoqları üzərində təcrübə, müşahidə aparırlar. Demək olar ki, fövqəltəbii qüvvələrin sirrini bugünkü günə qədər yaşadan yeganə mistik təriqətdir.

Yoqa səkkiz hissədən meydana gəlir. Bu hissələr Ashta-Anga olaraq adlandırılır.

 

Yama – müsbət yönlərin inkişaf etdirilməsi

Niyama – mənfi yönlərin aradan qaldırılması

Asana- fiziki duruşlar

Pranayama – nəfəs və enerji texnikaları

Pratyahara – bioenerji və çakra texnikaları

Dharana – konsentrasiya texnikaları

Dhyana – Meditasyiya texnikaları

Samadhi – süpermeditasiya texnikaları

 

 

Yoqa təlimi xəstəliklərin yaranmasına dair ən müasir elmi baxışlardan biri olan psixogenlik anlayışı ilə səsləşir. Bu təlim vurğulayır ki, xəstəliklərin və bədbəxt hadisələrin başımıza gəlməsində indiki və bundan əvvəlki maddi həyatımızdakı niyyət və əməllərimiz, əsəblərimiz səbəbkardır.

 

Yoqa təliminə görə insanın psixiemosional halları 7 əsas enerji mərkəzi vasitəsilə idarə olunur və həmin mərkəzlərə uyğun emosiyalar elə həmin mərkəzlərə uyğun orqanların ya normal işləməsinə, ya da xəstəliyinə səbəb olur .

 

 

Hansı mənfi psixoemosional vəziyyətlər xəstəliklər yarada bilər? Bunu açıqlamaq üçün 7 enerji mərkəzi onlarla bağlı olan psixoemosional vəziyyət barədə qısa məlumat verək:

 

 

Birinci bədənimizdə ən aşa aşağıda – aralıq adlanan yerdə – yerləşən enerji burulğanı mərkəzinə yoqlar “muladhara” deyirlər. Bu mərkəz bədənin əsas dayağı sayılır və bir çox instiktiv emosiyalar – özünüqoruma hissi, qorxu, aqressiya bu mərkəzlə bağlıdır.  Bu mərkəzə bağlı emosiyaların həddən artıq olması bəzi orqanları – düzbağırsağı, uşaqlığı, prostat vəzini, böyrəkləri və böyrəküstü vəzni, sümükləri, əzələləri və dişləri, onurğanın bel və omba hissəsini zədələyə bilər.

 

İkinci enerji mənbəyi göbəkdən bir az aşağıda qərar tutub, buna “svadhistana” deyirlər. Buna “həyat eşqi” mərkəzi də demək olar . Günahkarlıq duyğusu da bu mərkəzə aid edilir. Bu duyğunun həddindən çox və uzunmüddətli təsiri cinsiyyət üzvləri və yoğun bağırsağın işini poza bilər .
 

 

Üçüncü enerji mərkəzi “manipura” adlanır və göbəkdən bir qədər yuxarıda yerləşir. Bu mərkəz qəzəb, kin duyğusu, iradə və intellektual fəaliyyətlə bağlıdır. Psixoemosional tarazlıq pozularsa, iddialılıq və qəzəblilik həddindən çoxdursa, qaraciyərin, mədə və onikibarmaq bağırsağın, öd yollarının, mədəaltı vəzin fəaliyyəti pozulacaqdır.

 

 

Dördüncü enerji mərkəzi – “anahata” adlanır və ürək səviyyəsində yerləşir. Sevgi kədər, inciklik duyğuları bu mərkəzlə bağlıdır. Həddən artıq kədərli olmaqla ürək və damar sisteminin, ağ ciyərlərin işini pozmaq olar.
 

 

Beşinci enerji mərkəzi “vişuda” adlanır. Doğru və yalan anlayışlara, nitqə bağlıdır. Boğazımızın səviyyəsində yerləşir. Yalançılıq, başqaları haqda iftira danışmaq, fikirləri açıq söyləyə bilməmək və s. nəticəsində, tez-tez boğazağrıları, qalxanabənzər vəzin xəstəlikləri, səs tellərinin və bronxların zədələnməsi baş verər.
 

 

Altıncı enerji mərkəzi “aqya” adlanır; elmi və ruhi kəşflər, illüziyalar və özünüaldatmalar bu mərkəzlə bağlıdır. Əgər insan hadisələrin reallığı hissindən uzaq düşərsə, hipofizin, gözlərin, burun-udlağın, onurğanın problemləri ilə rastlaşar.

Nəhayət, yeddinci mərkəz “saxasrara” adlanır. Yüksək mənəvi dəyərlərin, Tanrı ilə ünsiyyətin mərkəzidir.

 

 

Əgər insan yalnız dünyəvi meyllərlə yaşayırsa başağrıları, boyunağrıları, nevrozlar və s. törəyir.
 

 

Beləliklə, sizi yoqa barədə müəyyən qədər məlumatlandırdıq. Pozitiv, enerjik olun, həyatı sevərək yaşayın.

 

+28

mənbə :
lent.az




Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.
Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles