Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

“Atamı, qardaş-bacımı defn etdim… anam, yoldaşım, uşaqlarım tapılmadı…” – ƏSİR DÜŞƏRGƏSİ

“Atamı, qardaş-bacımı dəfn etdim... anam, yoldaşım, uşaqlarım tapılmadı...” - ƏSİR DÜŞƏRGƏSİ

24/06/2016

15:12

24.06.2016 / 14:07 xeber –

 

23 il öncə bu günlər: müharibə dəhşətlərini Vüsalə Məmmədovanın təqdimatında Lent.az-da oxuyun…

 

(Əvvəli burada: I hissə, II hissə, III hissə, IV hissə, V hissə, VI hissə, VII hissə, VIII hissə, IX hissə)

 

X hissə

 

Xasaygil yollara, dağlara səpələnən meyitləri bir-bir tapıb, kahaya gətirdilər… Hərə Dəlidağın ətəyindəki kahaları bir ümidlə gəzirdi… Hamı ən xırda daşın altında da öz doğmasını, balasını axtarır, yaşaması üçün dua edirdi… axtarışların heç bir faydası olmadı, kahalarda sağ adam qalmamışdı. 15 meyit tapdılar… İndi meyitləri dəfn etmək lazım idi…

 

***

 

Kəlbəcərin Başlıbel kəndinin sakini Xasay Əmralıyev 23 il sonra xatirələrini Lent.az-a danışır:

 

– Atamgildən təzə ayrılıb, kəndin ucqarında, tütün yerinin yanında özümə ev tikmişdim… Evdə demək olar ki, hər şey yeni idi. Qatı açılmamış yataq dəstlərimiz var idi. Gecəyarısı evə gəlib, təzə mələfələrdən bir neçəsini götürdüm ki, atamgili kəfənləyib dəfn edim… Bir də, qəbir qazmaq üçün bel götürdüm…

 

– Ermənilər günlərdir maşınlarla gəlib evləri boşaldırdılar, nə isə tapdınız?

 

– Hələ ki, kəndin mərkəzini boşaldırdılar, bizim evə çatmamışdılar… Amma onu deyim… Bilirsiniz, evimə oğru kimi girəndə nələr keçirdim? Atamın, qardaşlarımın, bacımın meyitini ordan-burdan tapıb, qucağımda kahaya gətirmişəm… Hələ qabarı getməyən əllərim onların qanına bulanıb… Təsəvvür edin nə haldayam… Anamdan, gəlinlərdən, yoldaşımdan, uşaqlarımdan xəbərim yoxdu… İndi də nə əziyyətlə tikdiyim, nə həvəslə içini alıb doldurduğum evimə oğru kimi girirəm ki, mələfə oğurlayıb atamı, bacı-qardaşımı kəfənləyim… Bel oğurlayacağam ki, doğmalarıma məzar qazım… Mələfələri tapıb yığdıqca bir-bir onlar necə alıb gətirməyimiz, bu evə necə köçməyimiz yadıma düşür… Necə xoşbəxt idik, nə ağlımıza gələrdi ki, bu əşyaları hansı məqsədlə, hansı şəraitdə işlədəcəyik… Birtəhər özümü ələ alıb, gözümün yaşını silib, mələfələri bir kisəyə yığdım, beli götürüb qapıdan çıxmaq istəyəndə, gördüm qonşu evdən bir erməni çıxıb, bizə sarı gəlir… Tez çəkildim, məni görmədi. Daha qapıdan çıxa bilməyib, geri qayıtdım… Pəncərədən keçib, sürünməyə başladım… Tütünlüyə arx gəlirdi, indi qış idi, arxa su gəlmirdi, yeri qalmışdı… Arx elə dərinləşmişdi ki, adam orada uzananda kənardan görünmürdü. Bu arxın içi ilə sürünərək, 300-400 metr getdim… Dərdlə qorxu bir-birinə qarışıb, nəfəsim kəsilir… Qarşıda bir daş var idi, onun arxasına girib xeyli nəfəsimi dərdim… Eləcə, gəlib çıxdım gizləndiyimiz kahaya… Kahaların yanında düzəngah var idi, orada qəbir qazdıq…

 

– Sizdən başqa kimlər var idi?

 

– Kəndimizdə ağsaqqal mal həkimi var idi – Hümbət kişi. Səhər saat 6-dan onunla birlikdə gedib qəbirləri qazdıq… Sonra mən geri dönüb meyitləri bir-bir kürəyimdə gətirdim… Hümbət kişi isə meyitlərin üstünə düzməyə daş daşıyırdı… Ətrafda böyük, yastı daşlar çox idi… Deyirdik, qurd-quş meyitləri eşib qəbirdən çıxartmasın… Üstlərinə ağır daşlar qoyaq… Adət-ənənəyə uyğun eləməyə çalışırdıq… Bir odur ki, heç biri yuyulmadı… Hümbət kişi gördü çox pis oluram, dedi, narahat olma, oğul! Əslində, elə şəhid qanlı dəfn olunmalıdır…

 

***

 

Kəlbəcərin Başlıbel kəndinin sakini Nərgiz Əmralıyeva 23 il sonra xatirələrini Lent.az-a danışır:

 

– Uşaqlarla özümüzü qayadan atandan sonra bacardıqca qaçır, yorulanda kollarda gizlənirdik. Bir xeyli gedəndən sonra bildim ki, Ələkbərin də yoldaşı uşaqları ilə qaçıbmış…

 

– Necə bildiniz?

 

– Əvvəl hiss elədik ki, yaxınlıqda adam var, elə bildik ermənidir. Demə, onlar da bizi erməni biliblər. Ələkbərin oğlu Habil nisbətən böyük idi, olardı 12-13 yaşı. Mənimkilər lap balaca idilər… Habil gizli-gizli gəlib bizə yaxınlaşanda, Şəhriyar ağladı… Elə onda Şəhriyarı səsindən tanıdı… Böyük oğlumu çağırdı ki, “Elmidar, sizsiniz?” Oradan birləşib, üzü dağlara tərəf geri qayıtdıq… İki qadın balalarımızla divanə kimi düşmüşdük dağlara… Kişilərimizdən xəbərimiz yox… Öldülərmi, qaldılarmı, bilmirik… Ümidimiz hər yandan kəsilib, elə yolu tutub gedirik… Bir-birimizə dedik ki, Allah kərimdir, görək kimi tapırıq…

 

– Kahalara qayıtdınız?

 

– Əvvəlcə Kəlbəcərə, rayon mərkəzinə tərəf getməyə başladıq. Kəlbəcərin məşhur İstisu yoluna yaxınlaşanda ətrafda ermənilərin olduğunu görüb, geriyə, Qaraçanlı kəndinə qayıtdıq. Burada bir evə girdik, özümüzə gələndən sonra yenə ətrafda ermənilərin olduğunu başa düşüb, bu kəndi də tərk etdik… Artıq başa düşmüşdük ki, çıxış yolu yoxdur, görürdük ki, bütün yollar, kəndlər erməni ilə dolub… Əsir düşməkdən qorxurduq… Dedik, yenə kahalara qayıdıb gizlənək, ən etibarlı yer oradır…

 

***

 

Başlarına gələn hadisələrdən sonra Xasaygil gizləndikləri kahanı dəyişib, başqasında gizləndilər. Qadınlardan isə xəbərləri yox idi… Elə imkan düşdükcə kəndə enib, “bəlkə girovluqdan qaça biliblər” ümidi ilə bir-bir gümanları gələn yerlərə baxırdılar…

 

Ermənilərin kahalara hücum edib insanları öldürüb, girov götürdüklərindən düz bir həftə keçmişdi ki, yenə kahaya insan yaxınlaşdığını hiss etdilər. Xasayla Ələkbər bir-birinə “Yenə izimizə düşdülər” deyib, kahanın kənarındakı ardıc kollarında gizləndilər.

 

Hənirti yaxınlaşanda Ələkbər hönkürürdü…

 

Bu, onun cır-cındır, çirk-pas içində olan böyük oğlu Habil idi. Habil kahalarda kimisə tapar ümidi ilə, anasıgildən ayrılmışdı…

 

***

 

Kəlbəcərin Başlıbel kəndinin sakini Xasay Əmralıyev 23 il sonra xatirələrini Lent.az-a danışır:

 

– Habilə qoşulub gəldik, uşaqları çölün düzündə tapdıq… Gördüm, yoldaşımla uşaqlar sağ-salamatdılar. Kiçik oğlum Şəhriyarın qolunu güllə aparmışdı… Heç bir tibbi yardım göstərə bilməyiblər, uşaq qalıb ağlaya-ağlaya… Bir tərəfdən də bunlar düz bir həftədir axı gizlənə-gizlənə yaşayırlar. Hər gizləndikləri yerdən də bizim adamlardan ikibir, üçbir çıxır… Qoşulub bir-birinə, bərabər gizlənirlər. Uşaq da ağladıqca adamlar deyirmiş elə et ki, ağlamasın, yoxsa ələ keçərik… Dəhşət idi… Nərgiz iki uşaqla qarda, çovğunda, boranda, buzda qalmışdı. Şəhriyarın qolunun sümüyündən, ilik yerindən sarı çirk gəlirdi… Gördüm, dörd yaşlı uşaq sapsarı saralıb, meyit rəngindədir… Anası arada su verir, başqa heç nə yoxdur… Çarəsizliyimizə, balamın günlərdir can verməsinə dayana bilməyib, hönkürdüm… Səsimi eşidəndə bircə kəlmə dedi ki, “Ana, məni atamın kürəyinə şəllə…”

 

İndi uşağı kürəyimə bağlamışam, ağlaya-ağlaya gedirik. Altı yaşlı Elmidar ayaqyalındır, qarın üstü ilə yanımızca addımlayır… Bizimkilərlə bir yerdə bir neçə hərbçi də qaçıb çıxa bilibmiş, kənddən hardasa 15 adam qaça bilmişdi… Gecə ilə gəlib uşağın şalvarını da onlar götürüb aparıbmış… Amma yenə də əyni elə də qalın deyildi. Şaxta bıçaq kimi kəsirdi, uşaqlar da ac-susuz… Şəhriyar kürəyimdə zarıyır… Uşağa o qədər “sakit ol, səs salma, erməni gələr” deyiblər ki, körpə için-için hıqqıldayır, ağrıya dözməyə çalışırdı… Ürəyim parçalanırdı, uşağa verməyə çay yox, qənd yox… Qarı yumurlayıb tuturdum ağzına, deyirdim qoy yesin, ac qalmasın, onsuz da can verir, barı sinəsi dağlı ölməsin…

 

– İçinizdə tək yaralı Şəhriyar idi?

 

– Ələkbərin yoldaşına da qolundan güllə dəymişdi. Amma sümüyü yaralamamışdı, ətdən keçmişdi. Hümbət kişi yaralılarımızı müalicə etməyə başladı…

 

– Hümbət kişi sonradan gəlmişdi? Əvvəl sizinlə deyildi…

 

– Bəli, Hümbəti sonradan tapdıq. Allah göndərdi elə bil… O qanlı hadisədən sonra sağ qalanlar hamımız kahalardan qaçdıq… Sonra başqa kahaya yığılanda, Hümbətlə orada rastlaşdıq. Sən demə, neçə vaxtdır o da bizim kimi gizlənirmiş… Ondan sonra hamımız birləşdik…

 

– Yaralıları necə müalicə edirdi? Özü ilə nə isə götürə bilmişdi?

 

– Elə o da bizim kimi quru canı, artıq həftələrdi dağa-daşa sürtülməkdən cırılan paltarları ilə kahalara qısılmışdı. Amma tibbi təhsili var idi, başı çıxırdı. Dedi görün quşdan, heyvandan nə tapırsınız… Aramızdakı əsgərlər gedib xeyli hərləndilər, iki quzusu ilə bir qoyun tapıb gətirdilər…

 

– Haradan tapdılar?

 

– Hə, o da maraqlıdır… Deməli, kahanın səkisində bir yer var imiş, qoyun axsaq olduğu üçün düşüb gedə bilməyib, quzuları ilə qalıb yuxarıda… Ermənilər qabaqlarına çıxan bütün mal-heyvanı sürüb aparmışdılar axı… Bu qoyun axsaq olduğu üçün yuxarıda qalıb, onu görməyiblər… Əsgərlər gətirdi, kəsdik. Hümbət kişi qoyunun dərisini götürüb, çəkdi yaraya… Uşağın qolunun çirki qayıtdı…

 

Sonra da dedi ki, get bizə. Mal həkimi idi, evdə dərman-zad var, tap gətir, dedi… Evi də kəndin tən ortasında idi, necə gedək? Ermənilər hələ də kəndi daşıyır deyə arabir gəlib gecəni də evlərdə qalırlar… Neyləyək? Amma başqa yolumuz yox idi. Yenə öz evimizə gizlicə, oğru kimi girməliydik… Getdik…

 

Hümbətgilə getmək mümkün olmadı, bizdən bir az aşağıda feldşer Ələsgərin evi idi, getdik girdik bunların evinə… Ev darmadağın, gözə gələn nə var aparıblar, ortalıq nə gündə, indi mən də bu qarışıqlıqda dərman axtarıram… Öz evin də deyil ki, heç olmasa yerini biləsən. Bir az oranı-buranı axtarandan sonra uşaqlar dedi kimsə fənərlə hərlənir, birdən bura gələr. Özümüzü pəncərədən atdıq…

 

Ələsgər də evini təzə tikdirir, hələ suvaq çəkdirməyib. Pəncərənin qabağına qum tökdürüb. Mən pəncərədən çıxmaq istəyəndə ayağım bir taxta qırığına ilişdi, yıxıldım qumun üstünə. Qaranlıq idi, göz-gözü görmürdü, bu ayağım ilişən taxta parçası da düşdü qumun üstünə. Əlimi sürtdüm ki, hamısı dərmandır… Sən demə, Ələsgər dərmanı servantınmı, ya şifonerinmi çəkməcəsində saxlayırmış. Onlar da evi dağıdandan çəkməcəni götürüb dərmanlı-zadlı pəncərədən bayıra atıblar… O da üzüstə düşüb qumun üstünə. İndi necə sevinirəm ki, Şəhriyar ölməyəcək, dərman tapılıb… Tez dərmanları qumlu-zadlı bir torbaya yığıb, qaçdıq…

 

Kahada baxdıq ki, doğrudan da hamısı dərmandır – Penisillin, Bitsillin, No-şpa… Hümbət kişi dərmanların hamısını açıb, bir-birinə qatdı. Uşağın yarasına səpib, sarıdı. Bir az özümüzə gəldik ki, yara sağalacaq, körpə əzab çəkməyəcək. Amma indi də hər dəfə sarğını dəyişəndə yaranın üstü açılır, uşağın səsini kəsə bilmirik… Qaldıq ki, neyləyək…. Hümbət kişi bu dəfə də dedi ki, qurğuşun vərəqə olsa yaranın üstündən bağlayarıq, açanda su verməz… Dedik neyləyək, gedək yenə kəndi hərlənək… Görək nə tapırıq…

 

Hansı şəraitdə olursan ol, yenə adamın evi. Çıxılmaz vəziyyətə düşəndə ora üz tutursan. Bilə-bilə ki, evində gözə dəyən yaxşı nə var aparıblar, yenə elə bilirsən dərdinin çarəsi evindədir… Əlacsız vaxtımda ayaqlarım yenə məni içində doyunca oturmaq qismət olmayan evimə gətirib çıxartdı… Bir gecə yenə oğru kimi gizlicə gəlib girdim evimə…

 

– Hələ də sizin evi qarət eləməmişdilər?

 

– Bu gecə gələndə gördüm gözə dəyən nə var aparıblar… Ev darmadağın idi… (Gözləri dolur, söhbəti dəyişməyə çalışır) O vaxtlar qutusunun üstündə fil şəkli olan Hindistan çayları var idi… Biz, Başlıbel camaatı çay içən idik, ona görə də bir torba alıb qoymuşdum şifonerə… Baxdım ki, şifoneri aşırıblar. Aşıranda, çay elə torbası ilə düşüb şifonerin arxasına. Bir çubuq tapıb uzatdıq, irəli çəkdik. Gördüm elə aldığım çaydır. Tez götürüb gətirdim kahaya… Çayını özümüz içirdik, qurğuşunun isə Şəhriyarın qoluna sarıyırdıq… Ondan sonra yarası yapışmadı, yapışmadıqca da qaynayıb sağalırdı… Uşağın o bapbalaca qoluna iki güllə dəyib çıxmışdı. Sümükləri ovulmuşdu… Hümbət yaradan çıxan sümükləri Penisillin şüşəsinə yığıb, Nərgizə verdi ki, bunu saxla. Olar ki, ölmərik, sağ qalarıq, necəsə buradan çıxarıq, bəlkə lazım olar, həkimlər calaya bilər… Qırıq-qırıq, çarpanaq sümüklər idi… Yazıq uşaq düz bir ay tərpənmədi, tərpənən kimi yarası ağrıyırdı…

 

– Artıq aydan çox idi ki, kahalarda idiniz. Necə qidalanırdınız?

 

– Kənddən sac gətirmişdik. Odun filan da tapıb gətirirdik. O vaxtlar çay yeşikləri olurdu, siçan dəyməsin, nəm çəkməsin deyə un kisələrini onda saxlayırdıq…

 

– Böyük, taxta yeşiklər… İçinə hətta iki kisə un sığdırmaq olurdu…

 

– Ay sağ ol! Ermənilər evləri boşaldanda kisələri aparmışdılar, amma kisələrin kənarından unlar yeşiklərin dibində qalmışdı. Gecələr ev-evə gəzib, yeşiklərin dibindəki un qalıqlarını toplamışdıq… Gecələr uşaqlar yatandan sonra kahanın ağzına qara adyaldan pərdə tuturduq, yoldaşım çörək bişirirdi… Çörək deyəndə ki, sacın üstündə yalandan bir şey düzəldirdi… Məqsədimiz o idi ki, birtəhər dolanaq, acından ölməyək…

 

– Nə qədər belə yaşadınız?

 

– Artıq iki ay keçmişdi… Kəndin kənarında yanmış avtobus var idi… Uşaqlar onunla su gətirəndə, ermənilər yandırmışdı… Bir dəfə Ələkbər, Hümbət kişi və mən gedəndə gördük bu avtobusun ətrafında dörd əsgər oturub… Biri durur çubuq ilə torpağın üstündə nə isə yazır, sonra uzaqlaşır, sonra yenə gəlib yazır, yenə gedir… Mən qabaqda gedirəm. Bunu görəndə gizlənib baxmağa başladım. Geri dönüb pıçıldadım ki, “Ə, qabaqda erməni var…” Bir neçə dəqiqə də oğlanı müşahidə edib geri dönəndə, heç kim yox idi… Bizimkilər getmişdi… Tək qalmışdım… Bir neçə addım qabaqda isə dörd hərbçi…

 

(Davamı olacaq…)

 

XI hissədə:

 

– Bir gün radioda xəbər verildi ki, filankəslər neçə ay sonra Kəlbəcərdə mühasirədən çıxıb gəlib. “Biz gəldik, sizi Göygöldə gözləyirik” dedilər…

 

– Yola çıxmaq üçün axşamdan hazırlaşmışdı. Səhər isə oyanıb “mən getmirəm” dedi… 93 yaşım var, “41-45”-də də əsir düşmüşəm, demək ki, qismətimdir… Qismətdən isə qaçmaq olmaz…

 

– Ata, mən çox yorulmuşam, daha gedə bilmirəm. Məni burada unudun… yaddan çıxardın, özünüz gedin…

+3

mənbə :
lent.az




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti info website