25 İyun 00:58
xeber – Dini lider ilk səfər günündə nitq söyləyib.
Roma papası Fransisk Ermənistana səfəri zamanı 1915-ci il hadisələrinə münasibət bildirib. Azadlıq.az xəbər verir ki, anspress-in “Associated Press”ə istinadən verdiyi məlumata görə, papa olanları ermənilərə qarşı “soyqırım” adlandırıb.
Mənbədən əldə edilən məlumata görə, Ermənistana ziyarətinin ilk günündə papa nitqi zamanı əvvəlcədən mətnə daxil edilməyən fikirlərini söyləyib. Ekspromt deyilən nitqdə papa Fransisk Osmanlıların ermənilərə qarşı “soyqırım” törətdiyini bildirib.
Məqalədə yazılır ki, Serj Sarkisyana səmimi münasibəti ilə seçilən Roma papası Fransisk prezident sarayında çıxış edib. Nitqinə son anda əlavə etdiyi sözləri ilə Ermənistan prezidentinə, dövlət rəsmilərinə və dini liderlərə səslənib. Bundan sonra papanın çıxışı çox isti qarşılanaraq, ayaqüstə alqışlanıb.
mənbə :
anspress
Şərh yaz.