25.06.2016 / 12:17 xeber –
Ramazanın 24-dən 25-ə keçən gecə birinci Qədr gecəsi olub. Peyğəmbər (s) və imamlardan gələn rəvayətlərə görə, Qədr gecəsi Ramazan ayının 19, 21 və 23-cü gecələrindən biridir. Bu gecələr xalq arasında "Əhya gecələri" kimi də tanınır. Deyilənə görə, məhz bu gecə Allah Quranı bəşəriyyətə nazil edib. Olduqca fəzilətli bir gecə sayılan Qədr gecəsi səhərə qədər oyaq qalmaq və ibadətlə məşğul olmaq böyük savab sayılır. Əhli-beytə (ə) istinadən nisbət verilən hədislərdə bildirilir ki, «..Mələklər Qədr gecəsi Yerə enirlər və Yer üzünə yayılırlar; mö’minlərin məclislərinə baş çəkirlər, onları salamlayırlar və onların duaları üçün «Amin!» deyirlər. Və bu vəziyyət dan yeri sökülənədək davam edir». Və yenə bildirilir ki, «..Bu gecə valideynlərdən, sileyi-rəhmi (qohumlarla əlaqəni) kəsənlərdən, içki içənlərdən və qəlbində bir mö’minə qarşı düşmənçilik hissi olan şəxslərdən başqa, heç kimin duası Allah dərgahından geri qaytarılmaz».
Foto – Ramil Zeynalov © APA HOLDİNG
mənbə :
lent.az
Şərh yaz.