26 İyun 17:29
xeber – 20 yaşlı Xalid və Saleh ataları və böyük qardaşlarına da hücum ediblər.
Səudiyyə Ərəbistanında əkiz qardaşlar İŞİD-ə qoşulmağa icazə vermədiyinə görə analarını qətlə yetiriblər. Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, Xalid və Saleh adlı 20 yaşlı əkiz qardaşlar analarına bıçaqla zərbələr endiriblər. 67 yaşlı qadın aldığı xəsarətlərdən keçinib.
Bundan sonra qardaşlar 73 yaşlı ataları və 22 yaşlı böyük qardaşlarına da hücum ediblər. Onlar ağır bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıblar.
Qadının iyunun 25-də keçirilən dəfn mərasiminə çoxlu sayda insan toplaşıb.
Cinayəti törətdikdən sonra oğlanlar qaçıblar. Polis onları Ər-Riyaddan 100 kilometr aralıda həbs edib.
Oğlanların anası Xalid və Salehin İŞİD terror qruplaşmasına qoşulmaq istədiyindən şübhələnib və bildirib ki, əgər onlar fikirlərindən daşınmasalar, bu haqda rəsmi qurumlara məlumat verəcək.
mənbə :
anspress
Şərh yaz.