29.06.2016 / 00:07 xeber –
Türkiyənin ədliyyə naziri Bəkir Bozdağın sözlərinə görə, ilkin məlumata əsasən, hadisə nəticəsində 10 nəfər həlak olub.
APA-nın "Milliyyet"ə istinadən verdiyi xəbərə görə, hazırda “Atatürk” hava limanında təyyarələrin uçuşuna və enməsinə qadağa qoyulub.
**** 23.33
İstanbulun "Atatürk" beynəlxalq hava limanında güclü partlayış baş verib.
APA-nın xəbərinə görə, iki partlayışdan sonra hava limanı ərazisində atəş səsləri eşidilib. Hadisə nəticəsində çoxlu sayda yaralıların olduğu bildirilir.
Məlumata görə, hadisə yerinə çoxsaylı polis və təcili yardım briqadaları cəlb olunub.
Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanalara aparılır.
Aeroporta giriş-çıxış məhdudlaşdırılıb.
Hadisənin terror aktı olduğu bildirilir. Partlayışdan sonra hava limanında terrorçuya məxsus "Kalaşnikov" markalı avtomat aşkar olunub
mənbə :
lent.az
Şərh yaz.