29.06.2016 / 14:00 xeber –
Bu kənd həmişə maraqlı gəlib mənə. Təkcə lacivərdi sahili, ağ, qara şanısı ilə yox. 20-ci əsrdə bu kənddən bütün Azərbaycanın və keçmiş SSRİ-nin çox yaxı tanıdığı 4 böyük şəxsiyyət çıxıb. Tamamilə bir-birindən fərqli dünyagörüşünə malik, tamamilə başqa-başqa yolun, peşənin adamları. Məmmədəmin Rəsulzadə, Mehdi Hüseynzadə, Lotu Bəxtiyar, Sabit Orucov. Sonuncunun adı bəlkə də populyarlığına görə o birilərindən geri qalır. Amma bu kənddə, Novxanıda anadan olmuş Sabit Atababaoğlunu zamanında bütün dünyada tanıyırdılar. ABŞ-da, Kanadada, Yaponiyada, İngiltərədə, Çində, İranda da, hər yerdə. Harada neft-qaz çıxırdı, orada.
(Əvvəli burada http://news.lent.az/news/246368)
II YAZI
…1965-ci ildə Moskva Qərbi Sibirdə neft və qaz yataqlarının mənimsənilməsi barədə qəti qərara vermişdi. Amma Moskvada bir şeyə qəti əmin deyildilər: Bu qədər vəsait xərclənsə və sonucda geoloji kəşfiyyatın gəldiyi nəticələr doğrulmasa, bunun məsuliyyətini kim daşıyacaq? Əslində, sovet hökuməti sözün həqiqi mənasında böyük riskə gedirdi. Moskvada heç kim bu məsuliyyəti öz üzərinə götürmək də istəmirdi. Bu məqamda bütün nəzərlər Orucova yönəldi. Sibirə onu göndərdilər…
Sonradan Sabit Orucov xatırlayacaqdı: “Ucsuz-bucaqsız Qərbi Sibir düzənliyi başdan-başa bataqlıqlarla örtülmüşdü. Heç bir yoldan, insan üçün adi yaşayış məskənindən belə söhbət gedə bilməzdi. Axtardığımız qazı tapacağıma çox ümidliydim. Amma bir məsələ var ki, axtardığımız ərazi həddən artıq böyük bir yer idi. Təsəvvürünüzə gətirin, İngiltərə, Fransa, İtaliya və Finlandiyanın bir yerdə ərazilərindən böyük olan ərazidə qaz axtarırdıq”.
Sabit Orucov Bakıdakı təcrübəsindən istifadə edir. Yataqların bir özüldən qazılan küt və maili quyular vasitəsilə mənimsənilməsinə üstünlük verir. Hər platformada isə 10-15 quyu qazılır. Və nəhayət, indiki Novıy Urenqoy şəhəri yaxınlığında böyük qaz yatağı tapılır.
Moskvada bu xəbəri böyük sevinclə qarşılayırlar. Və dərhal da, özü də heç bir tərəddüdsüz Sabit Orucov Lenin ordeniylə təltif edilir. Bir maraqlı fakt. Təkcə 1970-ci ildə Qərbi Sibir yataqlarından qazdan əlavə 250 milyon tondan artıq neft də çıxarılmışdı. Və ən maraqlısı odur ki, elə həmin Qərbi Sibirdə nefti başqa bir azərbaycanlı, Fərman Salmanov axtarıb tapmışdı…
Həmin dövrdən başlayaraq, SSRİ-də 250 irili-xırdalı qaz və qaz kondensatı yatağı istismara verildi. Və onların da əksəriyyətində məhz Orucovun imzası vardı. Qaz emalı zavodlarının illik məhsuldarlığı 65 milyard kubmetrə çatdırılmışdı, magistral qaz kəmərlərinin ümumi uzunluğu 130 min kilometri ötmüşdü. Həm SSRİ-də, həm də Şərqi Avropada 200 milyon insan təbii qazla təmin edilmişdi.
Həmin dövrdə SSRİ Nazirlər Sovetinin sədri Aleksey Nikolayeviç Kosıgin Sabit Orucovun ideyası əsasında Sibirdəki yeni qaz-kondensat yataqlarından çıxan yanacağın Sovet İttifaqının qərb sərhədlərinə qədər nəql olunmasını təmin edə biləcək boru kəməri layihəsini birgə işləyib hazırlaması barədə göstəriş vermişdi. Məsələ Siyasi Büroya qədər gedib çıxmışdı. Siyasi Büroda az qala bu layihənin avantüra kimi qələmə vermək istəyənlər də vardı. Kosıqin məhz Brejnevi inandırandan sonra Orucovun layihəsi dəstəklənmişdi. Bu gün dünyanın qaz nəhəngi hesab edilən Rusiyanın “Qazprom” şirkətində isə yəqin, Orucovu unutmayıblar. “Qazprom”un Avropaya qaz nəqlinin, dünyada misli olmayan vahid qaz təchizatı sisteminin yaradılması məhz S.Orucovun mütərəqqi ideyalarının əsasında əmələ gəlib.
Vaxtıyla Orucovla bircə çalışmış mühəndis-geoloq Oleq Şatura xatırlayır: “O, fantastik bir insan idi. Qərbi Sibirdə az qala hər qaz yatağının adıyla tanıyırdı. Gücünü bilirdi. Və özü də heç bir qeydiyyat-filan da aparmazdı. İnanılmaz yaddaş sahibiydi”.
Rusiyanın keçmiş baş naziri, Viktor Çernomırdin xatirələrində yazırdı: “Urenqoyda Sabit Atayeviçin imkanlarını əzbərdən, necə deyərlər, “yerli-yataqlı” bilmədiyi bir quyu belə yox idi. O, təkcə sahə rəhbərlərini yox, habelə ustaları, növbə briqadirlərini, fəhlələri də şəxsən tanıyırdı. Yaşlı urenqoylular xatırlayır ki, Sibir qışının ağır şərtlərinə baxmayaraq, iş bir dəqiqə də olsun dayandırılmırdı, hər şeydən əvvəl ona görə ki, növbə briqadalarının faktiki olaraq heç nəyə ehtiyacları yox idi – nazir bunun qayğısına qalırdı ki, heç bir sıxıntı olmasın”.
***
1972-ci ilin soyuq qış günü Orucovu qəfil oyadırlar: səhər saat 6-da. Ona bildirilər ki, saat 11 radələrində Kremldə olmalıdır. Bircə dəqiqə də gecikmək olmaz. Saysız-hesabsız, günlərlə çəkən ezamiyyətlərə öyrəşmiş Orucov yenə də harasa göndəriləcəyini düşünürdü. Kremldə onu birbaşa Baş katib Brejnevin qəbul otağına aparırlar.
Qəbul otağında isə 2 saat gözləməli olur. İki saatın tamamında otaqdan bir neçə nazir çıxır. Nəhayət, qapıda SSRİ Nazirlər Sovetinin sədri Aleksey Kosıgin görünür:
– Sabit Atayeviç, buyurun.
Brejnev qapıya qədər gəlir, Orucovla görüşür və əyləşməyə dəvət edir. Söhbətə Kosıqin başlayır.
– Sabit Atayeviç, Mərkəzi Komitə və Siyasi Büro belə qərara gəlib ki, sizin təcrübənizdən və təşkilatçılıq qabiliyyətinizdən səmərəli istifadə etmək lazımdır. Leolnid İliç də belə qərara gəldi ki, sizi Qaz sənayesi naziri təyin etsin.
Orucova ağzını açmağa imkan vermirlər.
– Razılaşın, partiya sizə böyük bir vəzifə etibar edir.
Razılaşmaqdan başqa əlacı qalmır. Sabit Orucov SSRİ Qaz sənayesi naziri təyin olunur…
…1973-cü ildə nazir kimi Orucov başqa bir ideya irəli sürür: Qərbi Sibirdə iri qəsəbələrin əsasının qoyulmasını. Bu gün qərbi Sibirin böyük şəhərlərindən olan Yeni Urenqoyun əsasını da şəxsən məhz o özü qoyur. İndiki şəhər administrasiyasının yerləşdiyi binanın yerində üzərinə “Yeni Urenqoy” yazılmış dəmir parçasını yerə basdıran Orucov yeni şəhərin burada tikiləcəyi göstərişini verir. Maraqlısı odur ki, həmin dəmir parçası hazırda Yeni Urenqoy şəhər muzeyində saxlanılır.
1978-ci ildə Sabit Orucov SSRİ Nazirlər Sovetinə, daha dəqiqi Kosıqinə məktub yazır. O, Kosıqinə təklif edir ki…
(Davamı olacaq)
+1
mənbə :
lent.az
Azərbaycanın Rusiyaya böyük, əvəzsiz xidmətləri saya və dəyərəgəlməz qədərdir. Təkcə onu demək lazımdır ki, SSRİ-nin alman faşizmin üzərində qələbəsinin 90 faizi Bakı neftinin payına düşür. Dünyada neft və qaz hasilatında birinci yerləri tutan Rusiya iki Azərbaycan oğlunun– Fərman Salmanovun və Sabit Orucovun misilsiz xidmətləri sayəsində Rusiya iqtisadiyyatı çiçəkləndi və böyk sənaye təkanına malik oldu. Və sair…Amma gəl ki, rusiyanı müftəcə soran ermənilərin, Ermənistanın Rus dövlətinin, rusların gözündə əzizlənmələrinə baxın, Azərbaycanın ruslara verdiyi misilsiz xidmətləri qarşısında Azərbaycan dövlətinə, xalqına etdikləri qəddarı münasibətlərinə, hər işdə millətimizi aşağılamaqlarına baxın.Bu barədə Azərbaycanlıların onlarca ATALAR MƏSƏLİ VAR. Hansını söyləsəniz yaraşıqı və yeri-yataqlıdır. Qlobal yaxşılıqlarımızı nə SSRİ bildi, nə də indiki Rusiya Federasiyası.
Yaxşılıq edən evinə salamat getməyəsən atalar məsəlini belə də ifadə etmək olar: Rusiya dövlətinə yaxşılıq edən azərbaycan dövləti, rusların əliylə torpaqların erməni əllərində PARAn–PARÇAN, didim-didim olsun, yaxşılıq eləyən, rusiyadan heç xeyir GÖRMƏYƏSİNİZ!