Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

“Restorandan getirilen ayı alkoqolik idi" – Zooparkın direktoru

“Restorandan gətirilən ayı alkoqolik idi" - Zooparkın direktoru

30/06/2016

13:16

30.06.2016 / 12:07 xeber –

Bakı Zooparkının direktoru Azər Hüseynovun APA-ya müsahibəsi

 

– Bakı Zooparkında vəziyyət necədir, işləriniz nə yerdədir?

 

– Əvvəla, deyim ki, əhval-ruhiyyəmiz çox yüksəkdir. İlin əvvəlindən heyvanlarımız artmağa başlayıb. Birinci Kuba Zebusunun balası olub. Ondan sonra kenquruların balaları doğulub. Təsəvvür edin, ana kenqurulardan biri qəfildən tələf oldu, onun balasını bizim işçilər götürüb analıq etməyə başlayıb. Bundan başqa, dəvəmizin, canavarımızın, şirimizin balası olub. Ən sevindirici hal odur ki, Qafqaz nəcib maralından bu il rekord sayda bala almışıq. Bu maral Azərbaycanın “Qırmızı kitabı”na salınıb. Altı il əvvəl iki baş Qafqaz nəcib maralımız vardısa, bu gün sayı on başdır. Qırqovullarımız da çıxıb, yırtıcı Kərkəzdən bala gözləyirik. İşimiz belədir ki, yayda qışa, qışda yaya hazırlaşırıq. Heyvanlarımızın təhlükəsizlik qaydalarına ən yüksək səviyyədə riayət etməyə çalışırıq. İndiyədək heç bir problemimiz olmayıb. Bizim ən böyük vəzifəmiz heyvanları qoruyub-saxlamaq, artırmaqdır. Deməzdim, 100 faiz belə olub, amma müəyyən dərəcədə buna nail olmuşuq.

 

 

– Zooparkın neçə əməkdaşı var?

 

– 41 nəfər əməkdaşımız var. Onların əksəriyyəti heyvanların qulluğundadır. Əməkdaşların yarısından çoxu gəncdir. Hətta on yeddi yaşında əməkdaşımız var.

 

Bu, heyvanat aləminə, Azərbaycan təbiətinə olan xoş münasibət deməkdir. Hər adam Zooparkda işləyə bilməz. Burda yalnız heyvanlara böyük sevgisi olan adamlar çalışır.

“Zooparkda yırtıcıların yeri problemlidir. Bunu mən tikməmişəm. Sovet dövründə tikilib, indi də istifadə olunur”

 

 

– Əməkhaqqı necədir? Məsələn, yırtıcı heyvanlara qulluq edən şəxslərə normal maaş verə bilirsiniz?

 

– Ağrılı sualdır. Maaşlar çox yüksək deyil, amma buna baxmayaraq, burda həvəslə işləyirlər. Bu yaxınlarda yazıblar ki, Zooparkda işçilərə 90 manat maaş verirlər. Ümumiyyətlə, Azərbaycanda heç bir yerdə 90 manat əməkhaqqı yoxdur. Çalışırıq, əksər işçilərimizə iki “aklad” əməkhaqqı verək. Çünki onlar kabinetdə oturub işləmirlər. Onlar heyvanların qəfəslərinə girib-çıxırlar. Təsəvvür edin, o adam fikirli, dərdli olsa, nələr ola bilər. Şükür, indiyə qədər xoşagəlməz hallar qeydə alınmayıb. Bəziləri elə bilir, Zooloji Parkda işləmək kinoteatrda, teatrda işləmək deməkdir.

 

Buranı başqa parklarla bir tutmaq olmaz. Parkda təkcə ağaclara su verilirsə, burda heyvana da su verilir, qida ilə təmin olunur, qəfəslər təmizlənir və s. Bir misal deyim: şirimizin balası oldu, süd vermədi. Bala 21 günlükdür. Biz o balaya süd tapdıq, bəsləyirik. Bəzi adamlar kabinetdə oturur, internet arxasında ağlına nə gəlirsə, onu yazır. Amma burda həyat bambaşqadır. Bu yaxınlarda yazmışdılar ki, dəvələr ölür, onlara baxan yoxdur. Onlar təbii prosesləri bilmirlər. Dəvələr yununu dəyişir ki, yayda isti olmasın. Bunu Allah belə yaradıb. Onu yazan adamlar yayda qış paltosu ilə gəzə bilər? Məni düzgün başa düşün. Mətbuata açıq adamam. Nə vaxt istəyirlər, zəng vursunlar, istənilən məsələyə aydınlıq gətirim, amma xahiş edirəm, bizim haqqımızda səhv təəssürat yaratmasınlar. Məsələn, canavarın bədənində spesifik qoxu olur. Qəfəsə yaxınlaşanda istər-istəməz o qoxu adamı vururdu. Canavarların qəfəsini dəyişdik, bu problem həll oldu. Zooparkda yırtıcıların yeri problemlidir. Bunu da mən tikməmişəm. Sovet dövründə tikilib, indi istifadə olunur. Biz bəbir üçün, pələng üçün yer tikmişik. İDEA İctimai Birliyi bizə dəstək oldu, böyük bir volyer tikdik. 

 

“Restorandan gətirilən ayı alkoqolik idi, heyvana şampan, pivə, çaxır içməyi öyrətmişdilər”

– Daha çox şirin qəfəsi ilə bağlı narazılıq olur. Yer çox balacadır, hərəkət edə bilmir və s…

 

– Düz deyirlər, şirin ikisi qəfəsdədir. İkisi isə açıq yerdədir və ora darısqal deyil. Məsələn, ayıların yeri balacadır. Restoranlarda saxlanılan ayılar bura gəlib çıxıb. Nəyə görə götürmüşəm, onu da deyim. Çünki restoranda saxlanılan ayını birbaşa təbiətə buraxmaq olmaz. Hətta Zooparkda saxlanılan ayını da təbiətə birbaşa buraxmaq olmaz. Reabilitasiya dövrünün keçirilməsi mütləqdir.

 

Bizim reabilitasiya mərkəzimiz olmalıdır ki, heyvan tədricən təbiətə öyrəşsin, sonra onu meşəyə buraxmaq mümkün olsun. 1997-ci ildə Şıx çimərliyində restorandan çıxan bir ayı qız uşağının başını zədələmişdi. Daxili İşlər Nazirliyindən xahiş etdilər ki, həmin ayını Zooparka gətirim. Ayı alkoqolik idi. “Dostluq” restoranında ona şampan, pivə, çaxır içməyi öyrətmişdilər. Təsəvvür edirsiniz? Xoşbəxtlikdən qız ölməmişdi. 

 

“Restoranlarda, istirahət mərkəzlərində yırtıcı heyvanlar varsa, müvafiq orqanlara müraciət olunmalıdır”

– Restoranda müştəri cəlb etmək üçün yırtıcı heyvan saxlamaq qadağandır…

 

– Qəti qadağandır. Özü də bu, təkcə hüquqi qadağa deyil, həm də mənəvi qadağadır. Təxminən bir il əvvəl Goranboydan ayını tutub Ekologiya və Təbii Sərvətlər Nazirliyinin reabilitasiya mərkəzinə göndərilməsini biz təşkil etmişik. Başqa bir misal gətirim. Fövqəladə Hallar Nazirliyinin “qaynar xətt”inə zəng edirlər ki, evə ilan girib. İmkan daxilində kömək edirik. Tibb Universitetinin professorunun maşınında benzin çəninin üstünə ilan girmişdi. Zəng elədi, özüm getdim. İlanı oradan çıxarmaq mümkün olmadı. Həmin naşını gətirdik Zooparka, gözlədik. Bizim bir pişiyimiz vardı, bir qolu yox idi. Bu zaman həmin pişik girdi maşının altına, nə etdisə, ilan yerindən tərpəndi, akkumulyatorun altından çıxanda tutdum. Restoranlarda, istirahət mərkəzlərində yırtıcı heyvanlar varsa, müvafiq orqanlara müraciət olunmalıdır.

 

– Hər halda, bu cür faktlara rast gəlmək mümkündür…

 

– İki il əvvəl çox böyük iş görüldü. Demək olar, bütün restoranlardan canavarlar, yırtıcı quşlar, ayılar yığıldı. Ola bilər, müəyyən zaman keçəndən sonra yenə bu cür faktlar artıb. Mən bir şeyi başa düşmürəm: ayı balaca olanda maraqlı ola bilər. Böyüyəndən sonra o hər an təhlükə yarada bilər. İnsanlar bunu başa düşməlidirlər. Niyə görə onu həyətdə, bağda, restoranda saxlamalıdırlar?

 

– Dediniz, ayının yeri kiçikdir. Başqa hansı heyvanların yerində problemlər var?

 

– Şirlərin qəfəsindən sonra bir neçə qəfəsi birləşdirmək olar. Bu, gələcək plandır. Bilirsiniz, bura muzey deyil, buranı daha maraqlı etmək lazımdır. Otyeyən heyvanlarımızın yer problemi yoxdur. Quşlarda da vəziyyət pis deyil. Bizim əsas ağrılı yerimiz yırtıcı heyvanlarla bağlıdır. Çalışacağıq, bu problemi həll edək. Tək əldən səs çıxmır. Fürsətdən istifadə edib bir məsələni də qeyd etmək istəyirəm. Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinə yeni rəhbərlik gəlib. Sizin agentlik vasitəsi ilə minnətdarlığımı bildirmək istəyirəm. Hiss elədim ki, mənə diqqət, qayğı göstərildi, maraqlandılar. Bu o demək deyil ki, əvvəlkilər maraqlanmırdılar. Əvvəlkilər getdilər, gərək gələcəyə baxaq. Bizim baş idarə heyvanların yemlənməsi üçün dotasiyanı artırıb. Bu, o deməkdir ki, diqqət var. Ötən il İDEA İctimai Birliyi böyük dəstək verdi.

 

Amur pələnginin yerini onların dəstəyi ilə hazır etdik. Uşaqlar üçün zooloji guşə yaratdıq və s. Bundan başqa, mədəniyyət və turizm naziri ayıların yerinin bərpası işində bizə kömək etdi, təmir işləri apardıq. Hər kəs bir balaca köməklik etsə, bu bizim də işimizdə irəliləyiş yaradar. Bu park uşaqlarımızındır, xalqımızındır. 

 

“Pulumuz olmasa, deyərəm, heyvanlara üç gündən bir yemək veririk. Elə deyil axı…”

 

– Sizi tənqid edənlərin arqumentlərindən biri də heyvanların qidası ilə bağlıdır. Yəni heyvanlar ac saxlanılır…

 

– (Gülür). Heyvanların yemi ilə bağlı qətiyyən problemimiz yoxdur. İstənilən şəxs qəfil gəlsin, hansı heyvanın yemi ilə maraqlanırsa, onu tanış edə bilərəm. Heyvanlar ac saxlanılırsa, onlardan necə bala alırıq? Dəvələri, şirləri, poniləri başqa zooparklarda saxlanılan heyvanlarla müqayisə edin, görün, bizim heyvanlar kökdür, yoxsa onlar? Bəzən mən özüm parkda gəzəndə kimsə deyir ki, heyvan acdır. Bu düşüncə necə yaranır, onu sizə deyim. Məsələn, meymuna konfet verirlər, o da götürür. İndi mən sual verirəm: elə bir uşaq tapaq ki, qəşəng bir konfeti verək, istəməsin. Bunu vəziyyətdən çıxmaq üçün demirəm, faktı deyirəm. Pulumuz olmasa, deyərəm, heyvanlara üç gündən bir yemək veririk. Elə deyil axı… Göydən Allah baxır. Bilsəm ki, ehtiyat yemimiz yoxdur, yata bilmərəm. Ola bilməz ki, əməkdaşlarımız hər hansı problem qaldırsın, onu sabaha saxlayım. Bunu reklam üçün demirəm və güman edirəm, bir-birimizi başa düşürük.

 

– Azər müəllim, sualım qəribə səslənməsin: praktikanızda heyvan satmağı təklif edən imkanlı adamlar olub?

 

– 20 ildən çoxdur, burda çalışıram. Əlbəttə, təkliflər olub. Amma kiməsə şirimin, ceyranımın, maralımın balasını satsaydım, adım Azər Hüseynov yox, alverçi Azər olardı. Bu ad mənə yapışmaz. Bir dəfə Salyan Polis İdarəsindən məni çağırdılar, müstəntiq dedi ki, Şirvan Qoruğunda ceyranları vururlar, əti Zooparkın qabağından restoranlara paylanılır. Mən də dedim, onda Bakıda polis, prokurorluq, MTN yoxdur? O nə deməkdir, bu nə söhbətdir? Zoopark bazadır ki, ceyranın əti burda restoranlara paylanılsın? Qayıtdı ki, belə deyirlər. Mən də cavab verdim ki, fakt lazımdır, fakt yoxdursa, çox adam çox şey deyə bilər. Yeri gəlmişkən, bunu da deyim: bu yaxınlarda Heydər Əliyev Mərkəzində vəhşi heyvanların alqı-satqısı və buna qarşı mübarizəyə həsr olunan dəyirmi masa olduŞ mən də çıxış etdim. Yaxşı ki, İDEA İctimai Birliyi var. Onu da deyim, bu birlik beş növ heyvanı himayəyə götürüb: Qafqaz qonur ayısı, yırtıcı quşlar, Qafqaz bəbiri, ceyran və ayı.

 

– Heyvanat Parkının bağlanmasını təklif edənlər də var…

 

– Onu deyənlər düşünür ki, burda 150 növ heyvan var? Yaxşı olmaz ki, bunların yerini yaxşılaşdıraq, artıraq? 

 

“1995-ci ildən hər il müraciət etmişəm ki, Zoopark geniş olmalıdır”

 

– Zooparkın başqa yerə köçürülməsi məsələsi də müzakirə olunurdu…

 

– Mən 1995-ci ildən hər il müvafiq orqanlara müraciət etmişəm ki, Zoopark geniş olmalıdır. 2008-ci ildə müraciətlərimiz nəzərə alınaraq, Qobuda 55 hektar yer ayrılıb. Orda oldum və dedim ki, həmin ərazidə Zooloji Parkın yaradılması mümkün deyil. Çünki torpaq gil və duzdan ibarədir. Orda yaxın 15-20 ildə yaşıllığın yaradılması mümkün deyil. Sonra Ceyranbatanı təklif etdilər. Ceyranbatan nisbətən yaxşı yerdir. Amma lap yaxşı yer istəsəydilər, mən təklif edərdim. Elə indi də edərəm.

 

 

– Haranı?

 

– Məsələn, Bakı Expo Mərkəzindən sonra yaxşı yaşıllıq massivi var, istərdim, orda olsun. Yaxud Xocasən gölü ilə birləşən ərazi, Zığ yolunda zeytunluq var, oraları istərdim.

 

– Amma bura mərkəzdir və insanlar üçün gəlmək rahatdır…

 

– Əlbəttə. Təklif edərdim ki, nə vaxtsa yeni park ərazisi salınacaqsa, lap yaxşı, ancaq burda rekonstruksiya işləri görək, gələcəkdə yırtıcı heyvanları bu əraziyə yerləşdirsək, çox gözəl mənzərə olar. Bu parkın ərazisi də qalsın, o biri yeni ərazi də olsun. Sonda bir məsələni də demək istəyirəm. Turizm Azərbaycanın gələcəyidir. Ona görə də Azərbaycanın bir neçə şəhərində Zooloji Parklar olmalıdır. Məsələn, Lənkəran zonası, Gəncə, Quba, Naxçıvan və gələcəkdə Dağlıq Qarabağda. İnanıram ki, bütün bunlar olacaq. Kifayətdir biznes adamları toyxana, əczaxana tikdi, gəlin diqqətimizi zooloji parklara yönəldək.

 

– Parka maraq necədir? İnsanlar gəlirlər?

 

– May ayında çox gözəl olub. İsti havalarda az olur. İl ərzində təxminən yüz min insan Zooparka gəlir. 

 

Foto – Nicat Əlili © APA HOLDİNG

 

+9

mənbə :
lent.az




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti info website