30.06.2016 / 14:01 xeber –
Qubada şübhəli şəxs qismində saxlanılmış şəxsin cinayət əməli üzə çıxıb. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, iyunun 27-də Quba RPŞ-yə şübhəli şəxs qismində gətirilmiş Amsar kənd sakini İlham Aslanov izahatında cari il mart ayının 21-də qarət məqsədi ilə şəhər sakini, 84 yaşlı Gülpəri Musayevanın evinə girməsini, onu iplə boğaraq öldürüb oradan 103 manat pul aparmasını bildirib.
G.Musayevanın meyiti eksqumasiya edilib.
İ.Aslanov tutulub.
mənbə :
lent.az
Şərh yaz.